“Heç kim uşaqlar
üçün ekran əsəri, bədii film , serial
çəkməyi
düşünmür”
Rövşən İsak: "Bizdə
bu sahəyə heç kim müraciət etmir. Çünki biz sifarişlə
film, serial çəkirik"
"Sevgililər biri-birini
öldürdü, varlı
ailə kasıb qızı oğluna almır, oğru dünyasına qoşulan gənclər filan. Çünki bu mövzularda seriallara, filmlərə baxan çoxdu.
Sponsor da öz marağını
güdür"
Uşaqlar, yeniyetmələr, gələcəyimizdir!
Bu sözdən yeri gəldi, gəlmədi tez-tez istifadə etməyə aludə olmuşuq. Doğrudanmı uşaqlar bizim
gələcəyimizdir? Əgər gələcəyimiz sayırıqsa,
niyə onların gələcəyini qurmaq üçün maraqlı
deyilik. Bu gün
sosial həyatımızın
çətinlikləri, ailə-məişət
problemləri valideynləri
uşaqlarla ünsiyyətdən
az qala
uzaq salıb. Bir evdə valideynlə
övlad az
qala qonşu kimi salamlaşıb, üzləşir. Çörək qazanmağın arxasınca
düşüb, hamı
evinə bir tikə gətirməyə
çalışır. Çalışır ki, evində
böyütdüyü uşağının
maddi tələbatını
imkan qədər ödəsin.
Kasıb ailə kasıb qədər, varlısı
da varlının gücü
yetdikcə övladlarının
yaxşı qidalanmasına,
geyinməsinə, təhsil
almasına can atır. Yəni övladlarımızın
maddi ehtiyaclarını
ödəməyə çalışırıq.
Bəs mənəvi ehtiyaclar?
Gələcəyimiz saydığımız balalarımızın, uşaqların,
yeniyetmələrin mənəvi
dünyalarını doldurmaq
üçün nə
edirik. Bu gün cəmiyyətimizin
ən böyük problemlərindən biri də odur ki,
biz uşaqların, yeniyetmə
yaşına çatan
balalarımızın sabahı
barədə düşünəndə,
onların mənəvi
dünyası ilə maraqlanmırıq. Bəli, hər
bir valideyn çalışmalıdır ki,
ara-sıra övladını
muzeyə, konsert salonuna və ya hər hansı
bir sərgi salonuna aparsın ki, onların mənəvi estetik zövqləri formalaşsın.
Cəmiyyətin inkişafında mədəniyyətin payı
böyükdür. Biz
bu gün sivil cəmiyyətdə mədəni, intellektual təfəkkürə sahib uşaqlar
yetişdirməyə borcluyuq.
Bu sahədə efirlərin,
mədəniyyət və
incəsənət sahəsində
çalışanların, kino sahəsində olanların da payına böyük məsuliyyət
düşür.
Avropa ölkələrində
yeniyetmələr üçün
xüsusi filmlər çəkilir, seriallar hazırlanır ki, bu da cəmiyyətin bir parçası olan uşaqların, yeniyetməlik dövrünü
yaşayan balalarımızın
dünyagörüşünə, onların intellekt səviyyəsinə, mədəni
təfəkkürünə psixoloji təsir edə bilsin. Bu filmlər, ekran əsərləri çəkilərkən
uşaqlarla çalışan
sosioloqlarla, psixoloqlarla
məsləhətlər aparılır,
mütəxxəssislər həmin ekran əsərlərinin çəkilişlərinə
cəlb edilir. Nə yazıq ki, bizdə son 10-15 ildə çəkilən bir uşaq filminin, yeniyetmələrin həyatını
əks etdirə bilən ekran əsərinin adını
çəkə bilmirik.
Axı onlar cəmiyyətmizin bir parçasıdır. Həm də gələcəyimizi
etibar edəcəyimiz
bir vacib parça. Bu qədər onların həyatına laqeyd yanaşmaq olarmı?
Son illər Azərbaycanda
serialların çəkilişlərinə
start verildi. Bəzi seriallar maraqla
qarşılanmağa da başlayır.
Bu seriallar az
qala biri-birini təkrarlayan, biri-birini xatırladan ailə məişət zəminində
olan senarilərdən
ibarətdir. Fərqli bir yanaşma
yoxdu. Niyə senaristlər, rejissorlarımız
yeniyetmələr üçün
nəzərdə tutulan
seriallara, ekran əsərlərinə müraciət
etmirlər?
Suallarımıza rejissor Rövşən
İsak cavab verdi: «Əslində
bu barədə danışmaq istəmirəm.
Soruşacaqsız ki, niyə?
Sadə bir cavabım var. Mənim bu mövzu
ilə bağlı danışmağımın bir
mənası yoxdu.
Mənasız danışığı da sevmirəm. Əslində çox ciddi
bir mövzunu müzakirə etmiş oldunuz.
Bəli, bu gün Azərbaycanda
uşaqlar, yeniyetmələr
üçün filmlər
çəkilmir. Cizgi filmlərimiz yoxdu.
Bu bizim mədəniyyət
sahəsində olan kasıblığımızın göstəricisidir. Avropa ölkələrində
ildə bir neçə dəfə uşaqlar, yeniyetmələr
üçün ekran
əsərləri, bədii
filmlər, seriallar çəkilir. Bizdə
bu sahəyə heç kim
müraciət etmir. Çünki biz sifarişlə film, serial çəkirik. Mən
bir serialı çəkmək üçün
10 sponsor qapısı döyürəm
ki, 5-dən razılıq
ala bilim. Razılıq verən sponsorlar
da bu gün ekranlarda gördüyünüz
mövzularda filmləri
maliyyələşdirməyə razı olurlar. Sevgililər biri-birini öldürdü,
varlı ailə kasıb qızı oğluna almır, oğru dünyasına qoşulan gənclər filan. Çünki bu mövzularda
seriallara, filmlərə
baxan çoxdu.
Sponsor da öz marağını
güdür.
Uşaqlarımızın marağını isə düşünməyə onlar
özlərini borclu hesab etmirlər. Mən belə
mövzuda film çəkmək
istəsəm belə
ona maliyyə tapa bilməyəcəm. Ona görə
də o mövzuda
film, serial çəkmirəm. Hə, başqa sualdır ki, sizin imkanınız
olsa uşaqlar üçün film çəkirdinizmi?
Çox
istərdim belə filmlərin rejissoru olum. Amma mən absurd fikirlərdən
uzağam, xəyal qurmağı sevmirəm.
Bu gün kino
sahəsində bu sahə həqiqətən
boşdur. Azərbaycanda son illər normal bədii film
çəkilir ki?
Uşaqlar üçün də film, serial çəkməyə
imkan yaransın?
Bu bizim acı
həqiqətimizdir. Dövlət səviyyəsində bu sahəyə xüsusi bir diqqət yaranmalıdır. Dövlət sifarişi ilə belə serialların çəkilməsinə şərait
yaradılsa bəlkə
bu problem həllini tapmış olar».
Tahirə Məmmədqızı
Şərq.-
2019.- 25 yanvar.- S.13.