Xalq şairi sərt danışdı
"Bu müxalifətə terror,
ölum-itim lazımdır?!"
Bu ilin yanvarın 19-da radikal müxalifət partiyaların
və onların ətrafında olan təşkilatlarin mitinqi baş tutdu. Və heç şübhəsiz ki, bu aksiya onların
bir daha zəifliyini, cəmiyyət
tərəfindən dəstəklənmədiyini
nümayiş etdirdi.
Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi
ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən
eyni simalar, eyni şüarlar, eyni populist və
mənasız çağırışlar,
əsassız ittihamlar,
yalan vədlər yenidən təkrarlandı. Müxalifətin
birləşmiş qüvvələrinin
"Məhsul mitinqi” internet resurslarında az qala şəksiz
qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə
tanınan şəxsin
iştirakı nəzərə
çarpmadı.
Heç kimə
sirr deyil ki, mitinq yalnız
yerli çağırışlarla
başa gəlməmişdi.
Xaricdəki anti-Azərbaycan
dairələr tərərfindən
idarə olunan ünsürlər mitinqə
çağırış edirdilər. Və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan
müxalifətinin xaricə
sığınan anti-Azərbaycan
qüvvələri ilə
birlikdə təşkil
etdiyi ortaq tədbir idi.
AXC-nin şinelindən çıxmış
və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları,
irəli sürdükləri
iddialar bir daha təsdiq etdi ki, onlar
hələ də revanşizm ab-havasındadırlar,
dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti
zəbt etmək niyyətindən əl
çəkməyiblər.
Yanvarın 19-da baş tutan uğursuz mitinqdən sonra, yanvarın 20-də Şəhidlər Xiyabanında
radikal müxalifət
və onun başçılarının simasızlığı,
başıpozuqluğu bir
daha aydın şəkildə özünü
büruzə verdi. Bu insanlar normal,
sivil qaydada tədbir keçirmək,
ictimaiyyətə öz
fikirlərini, ideyalarını
çatdırmaq qabiliyyətində
deyillər. Çünki
hələ də
1990-cı illərin qaraguruhçuluq
ab-havası ilə yaşayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın
19-20-si baş verənlər
müvafiq dövlət
orqanları tərəfindən
araşdırılmayınca və ona qiymət
verillməyincə dağıdıcı
qrupların kütləvi
aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Ehtimal etmək
olar ki, Əli Kərimli və onun başıpozuq,
marginallaşmış dəstəsi
bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər,
hakimiyyət uzun müddət təbliğat
aparıb, bütün
güclərini səfərbər
edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim
iddia edə bilər ki, bu kimi qabiliyyətsiz,
gücsüz, aciz adamlar və onların ətrafındakılar
hakimiyyətə alternativ
ola və güc nümayiş etdirə bilərlər.
Vəziyyəti dəyərləndirən xalq
şairi Fikrət Qoca "Sherg.az"a açıqlamasında qeyd
edib ki, 1990-cı illərdə bu məsələləri çox
görüb görüb:
"Şəhidlər vermişik, ağır itkilərimiz olub. Biz bunların canlı şahidi olmuşuq. Amma indi şükürlər
olsun, müstəqil ölkəyik. Xalqımız
əmin-amanlıq şəraitində
dolanır. Azərbaycan
müxalifəti ölüm-itim
istəyir ? Onlara terror lazımdır ? Sakit, dinc
yaşayırıq. Hamı
yaxşı dolana bilməz.
Bir az aşağı, bir az yuxarı olmaqla hər kəs bir cür
yaşayır. Azərbaycanın
inkişafının nümunəsi
yollardır, salınan
şəhərlər və
şəhərciklərdir. Bu qədər qaçqın və məcburi köçkünün
yerləşdirilməsi asan
məsələ deyil.
Bu məsələlər
müxalifəti maraqlandırmır.
Onlara lazım olan odur ki,
çıxıb səs-küy
salsınlar. Müqəddəs
bir gündə, müqəddəs bir məkanda haray-həşir
qoparırlar, ayıbdır
axı. Yaxşımız
da, pisimiz də hamısı özümüzünküdür. İnsan olmaq lazımdır.
Gəlin, çatışmayanları
deyin, onları bir yerdə düzəldək. Masa arxasında əyləşib,
danışın. Çıxıb
Şəhidlər Xiyabanında
səs-küy salaraq siyasi təxribata əl atmaqla nəyəsə nail olmaq mümkün deyil. Baxın, Fransa kimi qədim
mədəniyyətə malik
ölkə nə günə düşdü.
Sizə bu lazımdır ? Bu nə demokratiyadır ? Bu da
sizin demokratiya.
Mən çox
ölkələri gəzmişəm
və çox görmüşəm. Oradakı
doğruları da, acıları da bilirəm. Bu müxalifətin bəzi nümayəndələri də
o ölkələri görüb
və vəziyyəti
yaxşı bilirlər.
Partiyalar ölkə dağıtmaq üçün
yaradılmır. Bu adamlar Azərbaycan küçələrində aksiya
keçirməyin sifarişini,
icazəsini ya Vaşinqtondan, ya da Moskvadan alırlar.
Xarici dairələrin
əlinə oynayıb,
ölkəmizin imicə
zərbə vurmaq istəkləri yanlış
yanaşmadır".
Ayyət Əhməd
Şərq.-
2019.- 30 yanvar.- S.8.