Koronavirus və dünya mediası…
15 ölkənin jurnalistləri videokonfrans keçirdi
Beynəlxalq jurnalist təşkilatı
olan Global Journalism Council - (Küresel
Gazeteciler Konseyi) Türkiyə, Azərbaycan,
Amerika, Rusiya, Almaniya, İngiltərə,
Belçika, Kıprıs
Türk Cümhuriyyəti,
İran, Yunanıstan,
Bolqarıstan və digər ölkələrdəki
təmsilçilərinin iştirakı
ilə Online konfrans keçirib. Konfrans GJC-nin xarici
əlaqələr üzrə
sədr müavini Elşad Eyvazlının təşəbbüsü ilə
baş tutub.
Modern.az xəbər verir
ki, konfransda təşkilat üzvləri
pandemiyanın yaşadıqları
ölkələrin müxtəlif
sektorlarına, xüsusilə
də madiaya təsirini müzakirə ediblər.
Video konfrans GJC sədri
Mehmet Ali Dim və qurumun xarici əlaqələr üzrə
sədr müavini Elşad Eyvazlının moderatorluğu ilə təşkil olunub.
Mehmet Ali Dim öncə
Türkiyədəki son durum barədə qısa məlumat verib. O, koronavirus
dövründə Türkiyədə
medianın, xüsusilə
də bölgə mediasının gerilədiyini
söyləyib.
Elşad
Eyvazlı da Azərbaycanda medianın eyni durumda olduğunu,
qəzetlərin sıradan
çıxdığını, əvəzində saytların
oxunma sayının artdığını, ancaq
pandemiyaya qarşı
mübarizədə ölkəsinin
digər ölkələrlə
müqayisədə daha
ciddi tədbirlər gördüyünü və
daha az
az itki verdiyini
dilə gətirib.
ABŞ-dan dünyaca tanınmış savaş
jurnalisti İrfan Sapmaz savaşdan doyduğu üçün
Amerikaya gəldiyini, ancaq burada yeni
savaşla, koronavirusla
mübarizə aparmalı
oldiğunu söyləyib:
“Təəssüflər olsun ki, gündəlik
olaraq ABŞ-da virusa yoluxanların sayı kəskin şəkildə artır. ABŞ saatı ilə Tramp hər gün 17:00-18:00 arası mətbuat qarşısına keçib
ölkədə görülən
işlər barədə
danışır. Amma Trampın
tərəfdarı olan
respublikaçılar belə
karantin rejimin ləğv olunmasını
istəyir. Ölkə iqtisadiyyatı
ciddi ziyana uğrayıb. Təkcə 8 milyon nəfər birdəfəlik ödəmə
almaq üçün
işsiz kimi qeydiyyata alınıb.
Tramp seçkilər qabağı
bacardığı qədər
büdcəni dirçəltməyə
çalışır. Mediaya
gəldikdə CNN kimi
nəhəng media qurumunun
əməkdaşlarından bir neçəsi virusa yoluxub və ev
şəraitində karantindədir.
Elə
media qurumu var ki, koronavirusa qədər 1500 işçisi
var idi, indi orada 15-20 nəfər çalışır”.
Rusiya təmsilçisi Yekaterina
Gündüz deyir ki, yaşadığı ölkədə insanlar virusa çox da önəm vermir:
“Rusiyada insanlar koronavirusa bir o qədər əhəmiyyət
vermirlər. Əksinə, onlar düşünür
ki, sərhədlər
açılsaydı Türkiyəyə
dincəlməyə gedərdilər.
Yəni insanlar istirahət üçün darıxıb
və sərhədlərin
bağlı olmasının
dərdini çəkirlər”.
Təşkilatın Bolqarıstan təmsilçisi Nahide Yumer bildirib ki, ölkədə insanlara
ərzaq yardımları
ayrılıb və bütün paketlər dezinfeksiya olaraq ehtiyacı olan insanlara paylanılır:
“Bunu ona görə diqqətə çatdırıram ki, iki həftə bundan əvvəl kilsədə bayram mərasimi təşkil edən bolqarlar indi yardım paketlərinə belə diqqət edir. Ölkədə virusun qısa zaman ərzində yayılmasına səbəb
karantin qaydalarının
ciddi tətbiq edilməməsi oldu.
İndi virusa yoluxanların sayı 1000-i keçir, ölənlərin sayı
isə 50 nəfərdir.
Düzdür, bu rəqəmlər az görünə bilər, amma Bolqarıstanın cəmi
5 milyon əhalisi var və bu
rəqəmlər ölkə
üçün əslində
çox təhlükəlidir.
Mediamızın da durumu bərbaddır”.
Kıprıs təmsilçisi Sefa
Karanasan ölkədə
yoluxma sayı haqda məlumat verib:
“Şimali Kiprdə
görülən tədbirlər
nəticəsində virusa
yoluxanların sayı
kəskin şəkildə
azalıb. Mayın 4-dən
sonra bəzi iş yerlərinin açılması müzakirə
olunur. Bizdə ciddi problem siyasi
məsələlərlə bağlıdır. Yunanıstan tərəfdən
buraya cəmi 40 min dəyərində yardım
göndərilib. Bunu
az qala
bayram kimi təqdim etmək istəyənlər var. Ancaq
Türkiyədən hər
gün təyyarələrlə
yardımlar gəlir. Bunu görməzliyə vururlar.
Mediamızın durumuna gəldikdə
isə, bütün dünyada yaşananları
biz də dadırıq”.
Qurumun sədr müavini Kahraman Halısçelik karantin
rejiminin sosial medianı önə çəkməsindən danışıb:
“Türkiyədə durum hamımıza məlumdur. Karntin rejimi
artıq yavaş-yavaş
yumşalmağa başlayır.
Mətbuata da karantin dönəmində xeyli ziyan dəyib. Amma sədrimiz Dim sağolsun ki, yerli medianı
səfərbər etməyi
bacardı. Ümid edirəm
ki, qarşıdakı
dönəmdə bəzi
sıxntılar həll
olacaq və media lazımi dəstəyi alacaq. Evdə qalaraq biz əslində
sosial medianın nə qədər önəmli olduğunu anladıq. Ev şəraitində dövlət başçılarının
belə onlayn qaydada konfrans etməsi artıq sosial medianın nə dərəcədə
lazmlı və əhəmiyyətli olduğunu
göstərir”.
İran
təmsilçisi Yaqub
Aslani hazırda Tehranda masqa qıtlığı olduğunu
və spirt tapılmadını bildirib:
“Hazırda İranda
insanları ən çox düşündürən
əsas məsələlərdən
biri virusa yoluxan və ölən insanların sayıdır. Çünki ancaq rəsmi
mənbədən məlumat
verilir ki, bu da bizə
inandırıcı gəlmir.
Düzdür, indi virusa yoluxanların gündəlik
sayı artıq azalmağa başlayıb amma onu da
deyim ki, edilən test sayı da çox aşağıdır.
Belə ki, ölkədə 1750000 test edilib
amma virus xəstələrinin
sayı 340000 civarındadır.
Bundan başqa artıq Ramazan ayı başlayıb və həyat daha yavaş axarda davam edəcək.
İnsanlar masqa tapmaqda
çətinlik çəkir.
Spirt isə demək olar ki, tapılmır. Ancaq tanış
vasistəsi ilə burda spirt tapmaq
mümkündür. Medianın durumu
isə daha çətindir”.
Belçika təmsişçisi Yeliz Hacıosmanoğlu artıq vəziyyətin düzəlməyə doğru
getdiyini deyir:
“Belçikada vəziyyət
artıq düzəlməyə doğru gedir. Qocalar evində
ölən insanların sayı da virusdan ölənlərin siyahısan daxil edildiyi üçün bəzən virusdan
itki çox görünür. Amma deyim ki, artıq karantin rejimi
yumşalır və alış-veriş mərkəzləri
açılır, məktəblər isə cümə günü verilən qərar əsasında
açılacaq. Bizdə media dövlətdən
yardım istəyir”.
Təşkilatın qurucu üzvü Aynur Tattersal deyib ki, insanlarda fərdi inkişaf müşahidə edir:
“Hazırda insanlarda fərdi
inkişafla bağlı bir
çox məsələləri izləyirəm.
Elə düşünürük ki, hər şey dəyişəcək
və fərqli qaydada olacaq.
Amma fərqində deyilik,
artıq bu proses olub və hər şey tamamilə
dəyişib. Hamımız iqtisadi durumdan, itkilərdən
danışırıq. Amma mən bu itkilər əvəzinə bir
şey söyləmək istəyirəm.
Media nümayəndəsi kimi
həmişə insanların dərdini dilə gətiririk. Amma dönüb
özümüzə baxaq ki,
əslində həyatımızda hansı dəyişikliklər
oldu. Bir az bu məsələyə
diqqət yetirsək, bizə də bir
mesajın olduğunu anlayarıq.
Hazırladığımız xəbərlərlə anlaya bilərik ki, əslində
bundan əvvəl necə jurnalist
idik, indi necə jurnalistik. Müsbətə doğru
xeyli işlər olacağı
qaçılmazdır”.
Təşkilatın Almaniya,
İngiltərə və digər ölkələrindən olan təmsilçiləri
qarşılaşdıqları problemlər, medianın durumu barədə məlumat veriblər.
Qərara alınıb ki, koronavirus dövrü bitənə
qədər videokonfranslar davam
etdirilsin, “Koronavirus və
dünya mediası” mövzusunda
hesabat hazırlansın.
Şərq 2020.- 28 aprel.-
S.7.