İlk
videokonfrans sərhədləri aşdı
Jurnalistlər arasında canlı
ünsiyyət, görüşlər ikitərəfli əlaqələrin
daha tez möhkəmlənməsinə şərait yaradır
Koronavirus bəlası həyatın bütün
sahələrinə təsir etdi. Jurnalistlərsə peşələrinə sadiq
qalaraq operativliyi qorumaqla cəmiyyəti
informasiya ilə təmin etməyi
bir an da dayandırmadı.
Əksinə, cəmiyyət doğru xəbərlər
alsın, şayiələr yayılmasın, insanlar narahat olmasın deyə, xəbər yayımı
sürətini daha da artırdı. Media
üçün də çətin keçir bu günlər.
Cəmiyyətdə balansı qoruyub saxlamaq
böyük hesabla kütləvi informasiya vasitələrinin
üzərindədir. Amma nəzərə
almalıyıq ki, dünya dövlətlərinin 99 faizi koronavirusla mübarizə
apardığı bir vaxtda jurnalist həmrəyliyinin qorunub
saxlanması da vacib məsələlərdən biridir. Ötən
dəfə “Modern.az” saytının baş redaktoru Elşad
Eyvazlının təşəbbəsü ilə Beynəlxalq jurnalist təşkilatı
Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) 15 ölkənin
jurnalistlərinin iştirakı ilə onlayn konfrans
keçirmişdi. Xatırladaq ki, E.Eyvazlı həm
də GJC-nin xarici əlaqələr üzrə sədr
müavinidir.
Qeyd etməliyik ki, koronavirus bəlası müasir
texnologiyaladan istifadəni də gündəmə gətirdi. Bir sıra
dövlətlərdə müşavirələr, konfranslar
onlayn qaydada keçirilməyə başladı, o cümlədən
də Azərbaycanda. Dünya mediası təmsilçilərinin də,
necə deyərlər, “onlayn masa” ətrafına
toplaşması təcrübəsi formalaşır artıq.
Konfransda
təşkilat üzvləri pandemiyanın öz ölkələrində
müxtəlif sektorlara, xüsusilə də mediaya
təsirini onlayn qaydada müzakirə ediblər. Nəticədə maraqlı informasiyalar
paylaşılıb. Dünya dövlətlərində
koronavirusla necə mübarizə aparıldığına
dair xəbərlər əldə edilib, faydalı müzakirələr
olub.
Bu dəfə isə KGK Türk dövlətləri
jurnalistləri - Mərkəzi Asiya ölkələrinin təşkilata
üzv nümayəndələri ilə onlayn konfrans
keçirdi.
Türk
jurnalistlər onlayn əlaqə yaratdı
Beynəlxalq jurnalist təşkilatı Global Journalism
Council - (Küresel Gazeteciler Konseyi) Türk dövlətləri
jurnalistlərinin ilk videokonfransını təşkil edib.
Konfransa
Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və qonşu
Tacikistandan jurnalistlər qatılıb.
Qeyd edək ki, bu onlayn konfrans qurumun Orta Asiya üzrə
koordinatoru Aidə Eyvazlının təşkilatçılığı
ilə keçirilib.
Konfrans barədə məlumatda qeyd olunur ki, müzakirələrə
onlayn qaydada qoşulan türk jurnalistlər pandemiyanın
yaşadıqları ölkələrin müxtəlif
sektorlarına, xüsusilə də mediaya təsirini
müzakirə ediblər. Video konfransda GJC-nin sədri
Mehmet Ali Dim, Türk Şurasının rəsmisi Kahraman
Halısçelik də iştirak edib.
Jurnalistlər ölkələrində koronavirusla
bağlı son durumu bir-birinin diqqətinə
çatdırıb, qarşılaşdıqları problemlər,
medianın durumu barədə məlumat veriblər.
Bir müddət öncə Azərbaycan Prezidenti,
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının sədri İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının videokonfrans vasitəsilə
keçirilən zirvə toplantısına diqqət çəkilib.
Türkdilli ölkələrin əməkdaşlığının
zəruriliyi və bu istiqamətdə jurnalistlərin üzərinə
düşən vəzifə geniş müzakirə olunub. Koronavirus
dövründən sonra qarşılıqlı səfərlərin
nəzərdə tutulduğu açıqlanıb.
“Həmkarlarımız
çox çətin şəraitdə çalışır”
Konfransda
müzakirə olunan məsələlər barədə
“Şərq”ə məlumat verən Aidə Eyvazlı bildirdi
ki, bu, türk dövlətləri jurnalistlərinin ilk
videokonfransı idi:
- Video
konfransda iştirak edən
GJC-nin sədri Mehmet Ali Dim, Türk Şurasının rəsmisi
Kahraman Halısçelik Mərkəzi Asiyanı təmsil edən
yeni üzvlərə təşkilatın məram və məqsədləri
haqqında geniş məlumat verərərək bildirdilər
ki, koronovirus baş verməzdən öncə yeni üzvlərlə
Ankarada bir görüş olacaqdı. Baş verən
qeyri-adi vəba hadisəsi səbəbindən hər yerdə
olduğu kimi, GJC-un da görəcəkləri işlər
sonraya saxlanıldı. Hətta bu vəba dönəmində
də beynəlxalq təşkilat buraya üzv olan bütün dünya
jurnalistlərinin və jurnalist təşkilatlarının
yanındadır. Mehmet Əli Dim bildirdi ki, karantin tədbirləri
bitdikdən sonra, KGK-i Özbəkistanda yeni görüş və bir
konfrans keçirməyi nəzərdə tutur.
Onlayn
video-konfransda Özbəkistanın Yaradıcı Jurnalistlər
İttifaqının sədr müavini Xolmurad Salimov ölkəsində
pandemiya tədbirlərinin martın 16-dan
başlandığını, çox az itkilərlə
yüksək professionallıq və intizam şəraitində
karantin tədbirlərinə əməl olunduğunu söylədi.
Ölkənin
dövlət və müstəqil televiziyaları,
eləcə də kütləvi informasiya vasitələri
ancaq rəsmi xəbərlərə üstünlük verir. Ölkədə qeyri-obyektiv təsir və təbliğat
yoxdur. Eyni zamanda bildirdi ki, Özbəkistan
Respublikası buraya könül xoşluğu ilə gələn
hər bir qonağı qarşılamağa hər zaman
hazır olub. Bu gün Özbəkistanda baş verən
yeniliklərin dünya jurnalistlərinə təqdim edilməsinin
özü gözəl bir fürsət ola
bilər.
KGK-nin Tacikistanı təmsil edən nümayəndəsi,
“Avesta” İA-nın rəhbəri Cəmşid Ulmasov bildirdi
ki, Tacikistanda koronovirus tədbirləri görülməyib. Pandemiya elan
edilməyib. Məktəblər və tədris
ocaqları, iaşə obyektləi hər zaman olduğu kimi
işləyir. Lakin xarici ölkələrlə kəsilən
əlaqələr respublikanını həyatında - iş
yerlərində artıq özünü büruzə verməkdədir.
Pandemiya səbəbindən baş verən
iqtisadi oynamaların təsiri Tacikistanda da özünü
göstərir. Bir qayda olaraq koronovirus
haqqında təbliğat aparmaq da dövlət tərəfindən
yasaq elan edilib.
Qazaxıstanı
təmsil edən Oljas Berkinbayev qeyd etdi ki, koronovirusla
mübarizədə ölkə vətəndaşları həmrəylik
göstərir, yoluxma hallarının az
olması üçün dövlətin tətbiq etdiyi
karantin qaydalarına riayət edirlər. İnsanlar ara məsafəni gözləyir, həmçinin
evdə qalıb işləyirlər. Pandemiyanın
yayılmasına görə qəzetlər bir çox ölkələrdə
olduğu kimi aktivliyini itirib. Müəssisələrin
işləməməsi səbəbindən qəzetlərin əksəriyyətinin
çapı dayandırılıb. İnsanlar
informasiyanı əsasən saytlar və sosial şəbəkələrdən
əldə etməyə üstünlük verirlər. Lakin daha çox dövlətin rəsmi verdiyi rəqəmlərə
istinad olunur.
Jurnalistlər ölkələrində koronavirusla
bağlı son durumu bir-birinin diqqətinə
çatdırıb, qarşılaşdıqları problemlər,
medianın durumu barədə məlumat veriblər.
Qırğızıstandan
olan KGK
üzvü Jaksılık Berdibek oğlu koronovirus
pandemiyası ilə əlaqədar ölkədə fövqəladə
vəziyyət elan olunduğunu bildirdi. Və dedi ki, bu vəziyyətlə
əlaqədar nüstəqil televiziyalar və saytlar, qəzetlər
də öz işini dayandırıb. Vətəndaşlar
ancaq dövlət qəzetləri və dövlət
televiziyası tərəfindən məlumatlandırılır.
Belə vəziyyətdə jurnalistlərin işləməsinin
də ağır olmasını normal bir hal kimi qiymətləndirən,
Jaksılık Berdibek oğlu gələcəkdə
KGK-nın dəstəyinə önəmli layihələrə
imza atacaqlarını söylədi.
Təşkilatın
sədr müavini Elşad Eyvazlı bir müddət öncə
Azərbaycan Prezidenti, Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının sədri İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının videokonfrans vasitəsilə
keçirilən zirvə toplantısına diqqət çəkərək,
burada qaldırılan məsələlərdə Türk
dünyasının jurnalistlərinin bir araya gəlməsinin
və birlşəməyinin böyük əhəmiyyətindən
, Azərbaycan dövlətinin koronavirusa qarşı
apardığı mübarizədən, görülən tədbirlərdən
geniş danışdı. Və əlavə etdi ki,
türkdilli ölkələrin əməkdaşlığı
zəruridir və bu istiqamətdə jurnalistlərin üzərinə
böyük məsuliyyət düşür. E.Eyvazlı xatırlatdı ki, pandemiya səbəbindən
təxirə düşən qarşılıqlı səfərlər
qüvvəsində qalır.
Qeyd edək ki, Aidə Eyvazlı video-konfransda Özbəkistan
və Qırğızıstan nümayəndələrinin
danışdıqlarını tərcümə edib. A.Eyvazlı keçirilən
konfransın türk dünyası jurnalistləri
üçün geniş imkanlar açacağını
vurğuladı:
- Mərkəzi
Asiya və Qazaxıstanda çöx fədakar və sözə
dəyər verən, ölkələr arasnda dostluq və
barış yaradan jurnalistlər var.Türk
dünyasının və ona qonşu olan ölkələrin
birliyi dünyaya barış və sülh gətirəcək. Və onların hər biri gələcəkdə
KGK-nin layihələrində yaxından iştirak etmək
imkanına malik olacaqlar.
“Onlayn
konfranslar qarşılıqlı əlaqələr
üçün stimuldur”
Əməkdar
jurnalist Azər Həsrət bu fikirdədir ki, hazırkı
şəraitdə jurnalistlərin bir-biri ilə sıx təması
olduqca vacibdir:
-
Dünya jurnalistlərinin, o cümlədən türk dövlətlərini
təmsil edən jurnalistlərin onlayn konfranslara
qatılması sevindiricidir. Ümumiyyətlə,
hazırkı pandemiya şəraitində jurnalistlərin
onlayn konfranslar keçirib, ölkələri barədə məlumat
verib, məlumat almalarını olduqca zəruri və vacib
sayıram. Onlayn konfranslar çox
uğurlu layihədir. Belə layihələr
hər zaman yeni perspektivlər açır. Mediamız
üçün də yeni əlaqələrin qurulması,
yeni iş birliyinin yaranması baxımından çox
faydalıdır. Belə
layihələr ölkəmizin və təbii ki, bizim
medianın inkişafının da yaxın-uzaq ölkələrdə
təbliğ olunması üçün daha bir imkandır.
Elə etməliyik ki, Azərbaycan haqqında
informasiya qıtlığı olmasın. Bəzən lap
yaxın qonşularımız – Rusiya, Gürcüstan, hətta
qardaş Türkiyədə Azərbaycan haqqında informasiya
qıtlığı yaşandığını
görürük. Mərkəzi Asiya dövlətləri ilə
də əlaqələr istənilən səviyyədə
deyil. Bu, həmin ölkələrdə baş verən hadisələr
barədə Azərbaycan insanının məlumatsız
olması deməkdir. Halbuki bizim türk dövlətləri
barədə informasiyaya daha çox ehtiyacımız var. Xatırlayırsınızsa, bir müddət
öncə Bakıda həm islam ölkələri media
nümayəndələrinin iştitakı ilə beynəlxalq
konfrans keçirildi, həmçinin türk dövlətlərinin
media platformasının yaradılması
çağırışları səsləndi. İstər
islam ölkələri, istərsə də türk
dünyası jurnalistlərinin əməkdaşlığının
genişləndirilməsi çox vacibdir. Əlaqələr
zamanla genişlənməlidir. Səfərlər davamlı
olmalıdır. Media quruluşları arasında da əlaqələr
qurulmalıdır. Belə olduqda
zaman-zaman birgə layihələr də ortaya
çıxacaq. Artıq biri-birimizə inam yaranmış
olacaq. Münasibətlər sıxlaşdıqca əlaqələr
də genişlənəcək, möhkəmlənəcək. O zaman artıq informasiya mübadiləsinə
də başlaya bilərik. Azərbaycana aid xəbərlərin
türk dünyası kütləvi informasiya vasitələrində,
onların məlumatlarının bizdə yayılması, belə
qarşılıqlı xəbərləşmələr, əcnəbi
televiziyalarda Azərbaycanla bağlı süjetlərin,
reportajların verilməsinə
çalışmalıyıq. Bunlar hamısı gercəkləşməsi
vacib məsələlərdir.
Jurnalistlər arasında canlı ünsiyyət, görüşlər ikitərəfli əlaqələrin daha tez möhkəmlənməsinə şərait yaradır. Əlaqələrin qurulması üçün canlı ünsiyyətə, görüşlərə üstünlük verilməlidir. Görüşlərdə fikri daha açıq, daha dolğun ifadə etmək mümkündür. Doğrudur, müasir dünyada internet resursları böyük əhəmiyyət kəsb edir, bu, danılmazdır. Biz bunun faydasını hazırkı şəraitdə də gördük. Bu saat hamı internet imkanlarından geniş bəhrələnir. Onlayn xəbərləşmə, paylaşımlar, hamı üçün əlçatandır, xsusilə də media nümayəndədərinə. Amma qarşılıqlı səfərlər, görüşlər və canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Eləcə də, xarici ölkələrdə media quruluşlarında fəaliyyət göstərən türk həmkarlarımızla əlaqələrimiz qurulmalı və birgə fəaliyyətə meyl etməliyik. O zaman bizim ortaq informasiya siyasətimiz, bizə lazım olan, xeyrimizə olan informasiyların yayılmasını da təmin edə biləcəyik. Mediamızın beynəlxalq əlaqələri Azərbaycan həqiqətlərinin dünyada yayılmasına çox böyük rol oynaya bilər. Bu mənada onlayn konfransların keçirilməsi də əlbəttə, təqdirəlayiqdir.
Məlahət
Rzayeva
Şərq 2020.- 30 aprel.- S.11.