“Oturuşmuş
heç bir ali dəyər yoxmuş –
adamlar bunu anladı”
“Yəni sən
demə, sivil saydığımız yerlərin
humanist damarı gələcəkdə baş verə biləsi ağır senarilərin
də qarşısında boşala bilər”
Salam Sarvan:
“Camaatı çaşdıran da
burası oldu ki, bu qos-qoca dünyanın hələ
də oturuşmuş nizamı yoxmuş, bir
çırtmayla müvazinətini itirə bilərmiş”
Bahalı brendlərin bolluğunda
xumarlanan, hətta mətbəxi də
mürəkkəb cihazlarla dolu olan, hətta
dovğasını da avtomata
qarışdırtdıran insan primitiv bir şeyin
– adicə maskanın qıtlığı
qarşısında girinc
qaldığını gördü
Aydın məsələdir: dünyanı laboratoriyalar məkanına çevirəcəksənsə,
axırda özün də siçan olmağa məhkumsan
Banan-kokos-klavyatura zəmanəsi həyat romantikasını da, ölüm romantikasını da toplumun əlindən aldı
Dünya şöhrətli
yazıçıların çoxu heç makinaya da əl vurmamışdı, eləcə, qələm-lələklə
yazmışdılar, amma indikilərdən
qat-qat məhsuldar idilər, 50 yaşacan ortaya cildlər qoymuşdular
“Koronavirusa gərək “təşəkkür”
edək. Çoxdan söhbət etmədiyimiz,
səsini eşitmədiyimiz dostlarımızla bizi
“görüşdürür”. Hətta, o təşəkkürü,
dırnaqarasından çıxarıram. Çünki
koronavirus nə qədər ölümcül, təhlükəli, bəlli
düzənimizi pozmuş olsa
da, əvəzində bizə çox şey öyrətdi;
Ölkəmizin, dövlətimizin,
doğmalarımızın, dostlarımızın qədrini
bilməyi. Sədaqətli dostlarımızdan biri də Salam Sarvandı.
Çətin günlərdə onu
aradıq. Amma təxmin edirdim
ki, Salam Sarvan koronavirusdan çəkinənlərdən
olmayacaq. Karantin rejimi də çox vecinə
gəlməyəcək. Təklik şairlərin böyük arzularından biridir.
Əlbəttə, sərbəst yazmaq
imkanı baxımından. Həm də Salam
Sarvan kimi şəxslər
hər cür vəziyyətə tez adaptasiya olur. Söhbət edəndə zənnimdə
yanılmadığımı gördüm.
- Salam bəy, gec-gec, hətta nadir hallarda görünürsünüz.
Belədə düşünməyə bilmirsən: görəsən
Salam Sarvan hardadı,
niyə görünmür. Bəlkə də
bilirsiniz, gənclərin sevimlisisiniz.
Biz, özümü, orta nəsli nəzərdə tuturam,
gəncliyimizdə sizi necə sevirdiksə,
indi də sevirik. Odur ki, sizinlə söhbət
əksəriyyətin ürəyincə olacaq.
Hazırda hardasınız? Bakıdasınız, yoxsa şəhərdən kənarda, nə
işlə məşğulsunuz?
- Bakıdayam. Kitab oxuyuram, yazı-pozuyla, tərcüməylə
məşğul oluram, arada
filmə baxıram, internetdə şahmat
oynayıram...
- İndi
əsas mövzu koronavirusdur.
Siz fikrinizə gələni gizlədən
deyilsiniz axı, bəlkə deyəcəksiz
ki, həkim deyiləm, koronavirusdan
nə danışım?! Amma indi bu barədə
danışmayan, bu barədə
düşünməyən yoxdur. Sizcə,
bu nə virusdu belə,
dünyanı qatıb bir-birinə?
- Əslində, vahiməsini azaltmaqçün
bu məsələyə öz
zamanımızın dar çərçivəsindən
yox, geniş tarixi təcrübədən baxmaq
lazım. Hal-qəziyyə bu ki, dünyanın gedişatı heç vaxt hamar olmayıb. Vaxtaşırı müharibələr,
epidemiyalar, irimiqyaslı repressiyalar,
hətta böyük ideyalar,
radikal düşüncə sistemləri
dünyanın boğazından yapışıb bərk silkələyir.
Amma bu virusun aləmi bir-birinə qatması ayrı
söhbətdir. Sadəcə, camaatı
çaşdıran da burası oldu ki, bu
qos-qoca dünyanın hələ də oturuşmuş nizamı yoxmuş,
bir çırtmayla müvazinətini itirə
bilərmiş. Adamları fanilik duyğusu, ruh düşkünlüyü məhz buna görə bürüdü.
Belə deyim də: hətta bir balaca pərt olduq.
Sonra məlum oldu ki, minlərin ölümünün, sadəcə, statistika kimi rahatlıqla həzm
olunması təkcə avtoritar
düşüncəyə yox, elə liberal düşüncəyə də
xasmış. Bu da bizi pərt elədi. Yəni sən demə, sivil saydığımız yerlərin humanist damarı gələcəkdə baş verə biləsi ağır senarilərin
də qarşısında boşala bilər.
Oturuşmuş heç
bir ali dəyər yoxmuş – adamlar bunu anladı. Söhbət hansı senarilərdən
gedir… Necə deyim… Məsələn,
əhali sayının tənzimlənməsi ilə
bağlı marığa yatmış qorxulu
nəzəriyylər var, bilirsiniz.
Sonra… Bahalı brendlərin bolluğunda xumarlanan, hətta mətbəxi də mürəkkəb cihazlarla dolu olan, hətta dovğasını da avtomata qarışdırtdıran insan primitiv bir şeyin – adicə maskanın qıtlığı qarşısında girinc qaldığını gördü. Bu da bizi pərt elədi. Elə-belə baxmayın, bu, çox ciddi təzad idi, bunu qəfildən anlamaq kifayətdir ki, bəşəriyyət öz yaşam fəlsəfəsini kökündən dəyişsin.
Hərçənd bir məqam
çoxdan məlum: ümumən, biz heç vaxt məntiqin ağuşunda
yaşamırıq, daim absurdun
içindəyik. Məsələn, bir ot tayasının ərsəyə gəlməsinə
ağır zəhmət, uzun vaxt lazım olur. Həmin
tayanın yandırılıb yox
olması isə bircə an və bircə
kibrit məsələsidi.
- Bu virusun həqiqiliyinə inanmayanlar da var. Müxtəlif məlumatlar
yayılır ki, hansısa laboratoriyada hazırlanıb, bioloji silahdı və sair...
- Təbiətimiz belədir
axı. Adam düşünməyə
ərinəndə, ya
da düşünüş
imkanı olmayanda onunçün hər şey inanca çevrilir. Konspirologiyaya meyilimiz də burdan gəlir. Bir neçə şablon var ki, adamların əksəri bütün sualların cavabını
həmin şablonların
içində tapırlar:
Allahın işidir, “masonların əməlidir”,
Amerikanın oyunudur və sair. Amma
orası da var: bəzən “dərvişin Parisi dağıtması”yla Parisin
doğrudan da dağılması üst-üstə
düşə bilir. İndi mən bu virusun
məhz bir silah kimi yaradıldığına
inanmıram. Amma bunun
insan əməli olduğuna da şübhəm yoxdu.
Zaman o zamandır ki, dünyada insanın əl qoymadığı heç nə baş vermir. Tanrı ideyası yalnız sadə dizaynlı məkanda, ləngərli zamanda keçərlidir.
Bu vəhşi informasiya əsrində, sürət təngnəfəsliyində,
texnoloji sıçrayışalar
xaosunda ilahiliyin nə işi var?!
Ümumən, bu laboratoriyalaşmış,
avtomatlaşdırılmış, robotlaşdırılmış gedişatın məntiqi bunu deyir: insan
getdikcə öz yaratdıqlarının əsirinə
çevrilir, artıq
yaradıcı stixiyasını
idarə edə bilmir. İndi dünyanın hər
yerində adamlar mağmın-mağmın kənarda
dayanıb özlərinin
yaratdıqları əşyaların,
aparatların ünsiyyətinə
tamaşa edirlər.
Aydın məsələdir:
dünyanı loboratoriyalar
məkanına çevirəcəksənsə,
axırda özün də siçan olmağa məhkumsan.
- Yəni siz texniki tərəqqinin
əleyhinəsiniz?
- Son dövrlərin radikal texnoloji sıçrayışlarının
tərəqqiyə nə
dəxli. Meyil qurucu deyil axı, dağıdıcıdır.
Bu gümüşü Ayfonlar adamların əlindən kitabları,
qanqırmızı qızılgülləri
alanda bilinirdi ki, insan öz
əliylə özünü
bitirdi artıq. Banan-kokos-klaviatura zəmanəsi həyat
romantikasını da,
ölüm romantikasını
da toplumun əlindən aldı.
Məsələn, ölüm romantikası
nədir? Öləndən sonra xatırlanmaq hissidir, adamları yaxşı əməllərə
həvəsləndirən duyğudur,
insani instinktdir. Hanı bəs?
“Ruçka”nın içliyinin qabığından
ayrıca satıldığı
vaxtlar yadınızdadırmı?
Bütöv “ruçka”nı almaq imkanı olmayanlar barmaqların arasında ora-bura əyilən elastik içliklə o gözəl xətti necə yaradırdılar?
İçliyin mürəkkəbi qurtaranda ümidini üzməyən, bəlkə
də donub deyə onun ucuna üfürənlərin
arasından nə qədər savadlı, nə qədər dəyərli adamlar çıxdı. İndi nəyə
lazımdır bu dəmir-dümür tərəqqisi
– hər halda məntiqi tutmaqda çətinlik çəkirəm.
Dünya
şöhrətli yazıçıların
çoxu heç makinaya da əl
vurmamışdı, eləcə,
qələm-lələklə yazmışdılar, amma indikiərdən qat-qat məhsuldar idilər, 50 yaşacan ortaya cildlər qoymuşdular.
Hərdən zarafatla deyirəm ki, bu yadplanetlilər
neçə illərdi
bir damcı da tərəqqi eləyə bilmirlər. Mən gözümü
açandan onları elə həmin-həmin tarelkada görürəm.
Amma bizim planet… Maşallah.
- Qayıdaq virus məsələsinə. Bundan
narahat olanlar da var, vecinə
almayanlar da. Siz hansılardansız?
- Necə vecinə almayasan, hansı məntiqlə? O başqa məsələ ki, belə vəziyyətləri
ölümdən qorxmayan
adamlar daha rahat keçirirlər. Təbii, ölümdən qorxmamaq ümumiyyətlə qorxu instinktindən məhrum olmaq deyil, bu
instinktin intellektual idarə edilməsidir.
Hə, sən təhlükədən
qorunmalısan, amma qorxu içində ola-ola təhlükədən
qorunmaq mümkün deyil axı. Ümumən, ölümə
hər an hazır olmayan həyat – həyat deyil, cəhənnəm əzabıdır.
- Bəs yoluxmamaq üçün hansı tədbirlər görürsünüz? Özünüzün diqqət etdiyiniz məqamlar varmı?
- Sadəcə, evdə qalmaq, vəssalam. Həddindən artıq vasvası olmağı da düzgün saymıram: adamın əsəbləri pozular.
- Nə vaxtsa, belə bir halla qarşılaşacağımızı
yəqin kimsə düşünməzdi. “Evdə qal” deyəcəklər və
küçəyə çıxmaq
yasağı qoyulacaq.
Necə qarşıladınız bu
yasaqları?
- Belə baxanda həyatın ənənəvi
axarından müvəqqəti
çıxmağın özündə
də cazibədar çalarlar var. Özü
də, “Evdə qal” elə-belə tədbir deyil, həm də deyəsən, yaşam tərzində gözlənilən
dəyişikliklərin sınaq
meydanı kimi görünür.
- Nəyi nəzərdə tutursunuz?
- Karantin müddətində
bəzi ip ucları aldıq. Deyir, çünki oldun dəyirmançı...
Onsuz da ox yayından çıxıb, virtuallaşma
dalğası öz işini görməkdə,
həyat getdikcə cansızlaşmaqdadır, bu
gedişatı durdurmaq
mümkün deyil.
Belədirsə, heç olmasa,
bu prosesi faydalı məcraya salmaqdan söhbət gedə bilər. Məsələn, görəsən, həyat tərzini hansı sərfəli həddəcən virtuallaşdırmaq
mümkündür? Canlı ictimai
ünsiyyət hara qədər darala bilər və bunun hansı xeyri dəyə bilər? Qarşılıqlı təmaslarımızda nələri redaktə eləmək mümkündü
və bunun hansı faydası olar? Hansı işləri evdən
görmək daha effektli alınar? Nəqliyyatda, yollarda basa-bası bu kontekstdən necə tənzimləmək olar və sair...
- Və sizcə, nə gözlənilir? Virusdan sonrakı dövrün
həyat tərzində
nələr dəyişə
bilər?
- Baxın, virus dövründə
beynəlxalq konfranslar,
hökumət müşavirələri
artıq internet üzərindən
keçirilir. Təhsil Zoom proqramı ilə virtual aparılır. Mətbuat, demək
olar, evdə oturub işləyir. Humanitar sahələrin elektron idarəçiliyə keçidi
ağrısız ötüşür.
Alış-veriş, ictimai iaşə
məcburiyyət qarşısında
online keçinə bilir.
Hətta yarızarafat
bunu da deyim:
bir dostumuz virtual çayxana da təşkil eləyib: həmişə görüşüb
çay içdikləri
dostlarla indi internet görüntüsü ilə
çaylayıb-söhbətləşirlər.
Bütün bunlar qeyri-ixtiyari,
spontan testdir. Mümkündür ki, gələcəkdə
təhlillər, müqayisələr
aparılacaq, “Evdə
qal”ın bəzi dərsləri hansısa ekspermentlər üçün
əsas götürüləcək.
Belə baxanda ağılabatandır: bəzi
sahələrin iş
günlərinin heç
olmasa yarısının,
dərslərin müəyyən
faizinin internet üzərindən
yola verilməsi küçələrdəki sıxlığın
gərginliyini xeyli yumşaldar. İnsanların
iş yerlərinə,
gedib-gəlməsi üçün
sərf elədikləri
vaxt məhz işin özünə həsr olunar. Mən dediklərim mövzunun hələ çox primtiv, səthi məqamlarıdır, daha
çevik beyinlər bu vəziyyətdən daha sistemli nəticələr
çıxara bilərlər.
- Nə yazırsınız? Yeni şerləriniz
varmı?
- Var. Yeri gəlmişkən,
biri də elə son vəziyyətin
ovqatında yazılıb.
- Bu vəziyyətlə bağlı
cəmiyyətə mesajınız,
tövsiyyəniz...
- Çox sevdiyim bir ifadə var: özünüzdən muğayat olun. Təsəlli budur ki, qarşıdakı postvirus dövrünün cazibədar yenilikləri olacaq. Hər halda, belə hiss olunur.
Şərq 2020.- 18 aprel.-
S.7.