Düşmənin
çöküşü...
Avropada Qarabağ sədası bu dəfə
çox yüksəkdən eşidildi
Erməni
lobbisi Azərbaycan diaspor fəallarından bu dərəcədə
mütəşəkkillik və savaş ovqatı gözləmirdilər
Dünya
onların əsl simasını, saxtakar və yalançı
obrazını aydın şəkildə gördü
İyulun
ortalarında Ermənistanın Azərbaycanın dövlət
sərhədində törətdiyi növbəti təxribat səbəbindən Azərbaycan
diaspor təşkilatlarının göstərdiyi xüsusi fəallıq
Ermənistanı və erməni lobbisini çətin
sınaq qarşısında qoyub.
Azərbaycan diasporunun təzyiqi qarşısında aciz
qalan erməni lobbisi özünün mürtəce, vəhşi
simasını ifşa etməyə başladı. Çünki
onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə
mütəşəkkillik və savaş ovqatı gözləmirdilər.
Nikol
Paşinyanın Ermənistanın diasporla iş üzrə
komissarının ofisində təmizləmə əməliyyatı
aparması, rəhbər vəzifəli şəxslər də
daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması
da erməni diasporunun fəaliyyətində ciddi problemlər
yarandığını aydın göstərir.
Ciddi səylərə, xərclənən
böyük pullara rəğmən, lobbinin ənənəvi
olaraq ən güclü olduğu ABŞ-da belə o, fiaskoya
tuş gəldi: Konqresin Nümayəndələr Palatası
bu parlamentin tarixində Ermənistana qarşı ən sərt
sənəd qəbul etdi, qonşu ölkə ilk dəfə
Konqresdə işğalçı kimi damğalandı. Nikolun gizli “qərbçi” imici də kömək
etmədi.
Azərbaycan diasporu Türkiyə diasporu ilə birgə
dünyada getdikcə daha yaxşı toparlanmaqda və ermənilərin
planlarını pozmaqdadır. Los-Ancelesdə,
Avropanın bir sıra başqa şəhərlərində
soydaşlarımızın keçirdiyi uğurlu etiraz
aksiyaları buna bariz sübutdur. Ermənilər onlar
üçün gözlənilməz olan bu fəallığı
yalnız zorakı üsulla almağa
çalışdılar ki, bununla özlərini bir az da rüsvay etdilər. Dünya
onların əsl simasını, saxtakar və yalançı
obrazını aydın şəkildə gördü.
Milli Məclisin
deputatı Vüqar İskəndərovun "Şərq"ə
açıqlamasına görə,
Nikol Paşinyanın Ermənistanın diasporla iş
üzrə komissarının ofisində təmizləmə əməliyyatı
aparması, rəhbər vəzifəli şəxslər də
daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması
baş nazirin “günah keçisi” axtardığından xəbər
verir. Bu fakt eyni zamanda erməni diasporunun fəaliyyətində
ciddi problemlər yarandığını aydın göstərir:
“Təbii ki, burada da yenə Azərbaycan amili
mühüm rol oynayır. Belə ki, iyulun 12-də
işğalçı ölkənin növbəti təxribatı
nəticəsində münaqişənin yenidən
alovlanması və bunun nəticəsi olaraq Azərbaycan
diaspor təşkilatlarının xüsusi fəallığı
Ermənistanı və erməni lobbisini çətin
sınaq qarşısında qoydu. Tarixdə
ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi
qarşısında aciz qaldı. İki əsrlik
diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu
dəfə həddindən artıq sönük imic sərgilədilər.
Əvvəllər heç vaxt bu cür hallar
yaşanmamışdı. Bu dəfə
ermənilər necə deyərlər, hazırlıqsız
yaxalanmışdılar. Azərbaycanlılar
isə milli kimlik şüuru ilə mübarizəyə
qalxdılar”.
Deputatın
sözlərinə görə, baş verənlər ermənilər
üçün bir baxımdan da sarsıdıcı zərbə
oldu:
“Bildiyiniz kimi, haqq-ədalətin təmin
olunmasını, insan hüquqların müdafiəsini tələb
edən xaricdəki soydaşlarımız erməni vəhşiliyinə
tuş gəldilər. Bunu bütün dünya ictimaiyyəti də
gördü. Bir sözlə, baş
vermiş hadisələr, həmçinin xarici ölkələrdə
Ermənistanın işğalçılıq siyasətinə
etiraz edən azərbaycanlıların fəallığı
fonunda erməni lobbisinin mürtəce, vəhşi siması
ifşa olundu. Bu isə Ermənistanda
şok effekti yaradıb. Erməni mətbuatının
yazdığına görə, hazırda Ermənistan ictimaiyyəti
Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik
və cəsarət performansından şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir.
Buna görə də Paşinyan bugünlərdə içdən
yaşadığı psixoloji məğlubluq durumunu üstələmək
və həm də Ermənistan ictimaiyyətindəki
narazılığı bir az səngitmək üçün
Diaspor İşləri Komitəsinin şöbə
müdirlərini "günah keçiləri" kimi qurban
verdi. Yeri gəlmişkən, İrəvanda nəşr
olunan “Past” qəzetinin yaydığı məlumata görə,
Paşinyanın belə addım atmasına səbəb
Diaspor Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə
bağlı olub".
Millət
vəkilinin sözlərinə görə, Paşinyanı
daha çox erməni
diasporunun çoxluq təşkil etdiyi ölkələrdə
Azərbaycan diasporuna uduzması hiddətləndirib. Baş nazir həmçinin Diaspor İşləri
Komitəsinin rəhbəri Zare Sinanyanın bugünlərdə
ortalarda görünməməsindən də bərk qəzəblənib.
Qəzet yazır ki, Paşinyan bununla əlaqədar Sinanyanla
mübahisə edib, onun diaspor siyasətinin tam
uğursuzluğa düçar olduğunu bildirib:
"Paşinyanın bundan əvvəlki addımları
kimi, bu addımı da heç bir effekt verməyəcək. Görünən
odur ki, Paşinyan bu təmizləmə əməliyyatı ilə
diaspor sahəsində məsul vəzifələrdəki
köhnələri qovub, onların yerinə daha hiyləgər
olan və daha məhsuldar işləyən şəxsləri
təyin etmək iddiasındadır. Amma
bu, heç bir müsbət effekt verməyəcək.
Əvvəla ona görə ki, artıq bütün dünyada
erməni diasporuna sinə gərən, hətta onu əzib
keçən fəal, mütəşəkkil və
yaxşı təşkilatlanmış Azərbaycan diasporu
var. Digər bir tərəfdən Paşınyanın bundan əvvəlki
sahələr üzrə verdiyi qərarlar kimi, diaspor ilə
bağlı qərarları da ermənilər arasında cəbhələşməni,
qarşıdurmanı daha da artıracaq”.
Millət
vəkili Hikmət Babaoğlu isə hesab edir ki, bu
uğursuzluq hərb və informasiya müstəvisində
iflasa düçar olmuş Paşinyanı yeni addım
atmağa vadar etdi və beləliklə, o,
“çıxış yolu”nu Ermənistanın diasporla iş
üzrə komissarının ofisində təmizləmə əməliyyatı
aparmaqda gördü: “Rəhbər vəzifəli şəxslər
də daxil olmaqla 13 nəfərin işdən kənarlaşdırılması
artıq erməni diasporunun fəaliyyətində ciddi problemlər
yarandığını göstərməklə
yanaşı, Ermənistan rəhbərliyinin siyasi isterika
içində bütün inzibati resursları səfərbər
etdiyini göstərir. İşğalçı
ölkə mətbuatı da Paşinyanın psixoloji məğlubiyyət
sindromundan əziyyət çəkdiyini, eyni zamanda, Ermənistan
cəmiyyətinin narazılığı nisbətən
azaltmaq üçün Diaspor Komitəsinin şöbə
müdirlərini günahkar kimi təqdim etdiyini yazır”.
İrəvanda
nəşr olunan “Past” qəzetinin yaydığı məlumata
istinad edən millət vəkilinin sözlərinə görə,
erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm
Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib,
narazılıqlar getdikcə artmaqdadır:
“Hətta hakimiyyət daxilində ziddiyyətlər
konfrantasiya səviyyəsinə çatıb. Belə ki,
Paşinyan Diaspor İşləri Komitəsinin rəhbəri
Zare Sinanyanla ciddi mübahisə edərək onun diaspor siyasətinin
tam uğursuzluğa düçar olduğunu bildirib.
Beləliklə, işğalçı ölkədə
həm hakimiyyət dairələri erməni lobbisinin Azərbaycan
diasporu qarşısında aciz və məğlub duruma
düşməsindən ciddi narahatdırlar. Paşinyan isə
manevrlərlə həm diqqəti yayındırmağa, həm
də məğlubiyyətin “günahkarlar”ını cəzalandırmağa
çalışır. Bütövlükdə, Ermənistan
total şəkildə informasiya, diplomatiya və hərb
müstəvisində məğlubiyyətin şokunu
yaşayır.
Məğlubiyyət sindromu isə hakimiyyət
böhranını dərinləşdirməklə
yanaşı, Paşinyana qarşı ictimai-siyasi
narazılıqların artmasını və yeni etiraz
dalğasının meydana çıxmasını şərtləndirir”.
“Baş
nazir kürsüsündə oturandan bu günə kimi Ermənistan
üçün heç bir real iş görməyən, əksinə,
onsuz da çətin durumda olan işğalçı ölkəni
yarıtmaz fəaliyyəti ilə daha da çıxılmaz
dalana salan Paşınyan üçün daha bir zərbə
də diaspordan gəlib. Görünən odur
ki, diqqəti Ermənistanın daxilindəki gərginlikdən
yayındırmaq məqsədi ilə cəbhədə təxribat
törətmək üçün verdiyi tapşırıq
da Paşınyanın əleyhinə işləyib. Yəni,
təkcə ön cəbhədə deyil, bütün cəbhələrdə
Azərbaycandan və azərbaycanlılardan
sarsıdıcı zərbələr alan
Paşınyan hazırda isterik vəziyyətdədir. Bunu onun diasporla bağlı qəbul etdiyi son qərarlar
da təsdiqləyir”.
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da son
vaxtlar Azərbaycan diaspor təşkilatlarının mütəşəkkil
fəallığının Ermənistanı və erməni
lobbisini ciddi sınaq qarşısında qoyduğunu deyib.
Politoloq təcavüzə məruz
qalaraq öz doğma yurdlarından məcburən
köçkün düşmüş azərbaycanlıların
kobudcasına pozulmuş hüquqlarının müdafiəsini
tələb edən soydaşlarımızın növbəti
dəfə erməni vəhşiliyinin şahidi olduğunu
deyib. Onun sözlərinə görə, baş
vermiş hadisələr, azərbaycanlıların birgə fəallığı
erməni lobbisinin vəhşi və terrorçu simasını
bir daha ifşa etdi və bütün bunlar dünya ictimaiyyətinin
gözü qarşısında baş verdi:
"Bu hadisələrdən sonra
siyasi, sosial-iqtisadi, demoqrafik böhranın içərisində
çabalayan və iki stulda oturmaq taktikasını seçən,
tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistanın
baş nazirinin diasporla iş üzrə komissarının
ofisində təmizləmə əməliyyatı aparması,
rəhbər vəzifəli şəxslər də daxil
olmaqla 13 nəfəri işdən kənarlaşdırması
erməni diasporunun fəaliyyətində ciddi problemlər
yarandığını aydın göstərir. Faktiki olaraq
erməni lobbisi xarici ölkələrdə xüsusi fəallıq
nümayiş etdirib Ermənistanın təxribatçı
siyasətini ifşa edən Azərbaycan diaspor təşkilatları
və icmaları qarşısında acizlik, səriştəsizlik
və passivlik göstəriblər.
Bu isə "lobbi”çilik
adı ilə uzun illər anti-Azərbaycan və anti-türk
"fəaliyyət”ləri ilə terroru əsas prinsip kimi qəbul
edən xaricdəki erməni icmaları və terror
qruplarının imicinə ciddi zərbədir. Əvvəllər heç vaxt belə
hallarla qarşılaşmamış "güclü erməni
lobbisi” bu dəfə "məzlum ermənilər”
adı ilə manipulyasiya edərək dünyanı aldadıb
istəklərinə nail ola bilmədilər".
E.Əhmədovun qənaətincə, Azərbaycanı müdafiə məqsədilə
diaspor təşkilatlarımız və
icmalarımızın dünyanın müxtəlif ölkələrində
tədbirlərinin əlaqələndirilmiş şəkildə
keçirilməsi Diasporla İş üzrə Dövlət
Komitəsinin gördüyü fəaliyyətin nəticəsi
kimi də qiymətləndirilməlidir:
"Bildiyiniz kimi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulub. Mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Komitənin son 2 ildə gördüyü fəaliyyətin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirməsi istiqamətində Azərbaycan dövlətinin apardığı böyük işlərə mühüm töhfədir".
Şəymən
Şərq 2020.- 5 avqust.- S.11.