Əlimdə kitab
…amma kitabı deyil,
fikirlərimi vərəqləyirəm….
“Bir
də gəlməyəcək… “ deyə
Həyatda hər bir insan öz düşüncələrinin, addımlarının, fikirlərinin məhsuludur.
İllər qabaq bir qonşum vardı yaşlı qadın idi Qənirə xala. Əsilli-nəcabətli bir ailə idilər. Qızları həkim, oğlu mühəndis idi. Qarabağ müharibəsi hamı kimi, onları da evsiz, işsiz, yurdsuz, yuvasız qoymuşdu. Bir gün qapı döyüldü və utana-utana “ay Gülşən qadan alım, səndən bir xahişim var. Bilirsən də nəvəm universiteti qutarıb işsizdir. Bəlkə, yanında-yörəndə bir iş ola.” O vaxt mən 7 il çalışdığım “Ədalət” qəzetindən yenicə çıxıb Nazirlikdə işə başlamışdım. Qənirə xalanın yoldaşı Böyük Vətən müharibəsində vuruşmuşdu. Müharibə veteranlarının imtiyazları ilə bağlı arada gəlib maraqlanırdı, söhbət edirdi. Bacardığım qədər ona nələrdəsə kömək olmağa çalışırdım. Bir neçə gündən sonra Qənirə xala yenə bizə gəldi. Mən birdən ağlıma hardan gəldisə Rəşad Məcidin telefon nomrəsini, iş yerinin adresini verdim dedim ki, bu insan sənə kömək edəcək. Elə əminliklə dedim ki, Qənirə xala durub üzümdən öpdü. Elə bildi ki, mən danışıb nəyisə həll eləmişəm. Əslində heç nə etməmişdim. Sadəcə Rəşad Məcid “mərhəmətini” “insanlığını” hiss etmişdim. Çünki “525-ci qəzet”i yaradan, o cür şeirlərin müəllifi olan vətənpərvər və ziyalı insan laqeyd ola bilməzdi yaşlı Qənirə xalaya.
Bir neçə gün keçmişdi, Qənirə xala bizə gəldi 70 yaşlı insanın üzündəki xoşbəxt təbəssüm məni duyğulandırdı. “Qurban olum sənə ay Gülşən getdim ey Rəşad müəllimin yanına, az, nə yaxşı insanmış. Tanıdım ey Ağdamda qonşumuz olub. Vallah məni elə qarşıladı elə, yola saldı ki, Allah ona ömür versin. Dedi birinci gündən nəvən gəlsin.” Övladlarına düşgün, nəvələrini sevən 70 yaşlı Qənirə xalanın sevinci, xoşbəxtliyi Rəşad Məcidi “xoşbəxt “ etməyə bilməzdi. On-on beş il keçib hələ də Qənirə xalanın nəvəsi Sevinc Qarayeva deyəsən hələ də orda çalışır.
Əslində bu məsələni
Rəşad müəllim özü də
bilmir. Amma yəqin ki, indi xatırlayacaq.
Kimlərisə kiməsə görə, kimlərinsə yazılarına
görə deyil, öz düşüncə
və mövqeyinə
görə dəyərləndirmək
lazımdır.
İnsan o zaman “yaxşı insan” adlanır ki, o könüllərdə,
düşüncələrdə fəth edilir. Məhz o insanın
böyüklüyü, aliliyindən
xəbər verir.
Kim olursan ol, hansı vəzifədə
olursan ol, birinci “ İNSAN “ olmaq lazmdır kəlamını haqqı
ilə, bütövlüyü
ilə haqq edən Rəşad Məcid…
Haqqında lap çoxdan yazmaq
istəyirdim, hər zaman da yazmaq
istəmişəm. Fikirlərinin, şeirlərinin, düşüncələrinin
sahibidir Rəşad Məcid. Saatlarla və yaxud mütəmadi olaraq görüşmək, söhbət
etmək nəsib olmayıb. Tədbirlərdə, konferanslarda ayaqüstü
salamlaşmışıq, görüşmüşük vəssalam. Hər dəfə də içdən gələn
səmimiyyət və
hörmət hiss olunub.
Ziyalılıq, səmimilik, ciddiyət formasında yumor hissi və alicənablıq
Rəşad Məcidin
alın yazısıdır. O başqa
çür ola
bilməzdi. Çünki
o,həyatın, təcrübənin, keşməkeşlərin,
acıların “ali məktəbini” keçib.
O “ali məktəbdə”
dərs vəsaiti deyil, Tanrı sevgisi, insanlıq dərsi, anlayış, mərhəmət, sevgi öyrədilir. Rəşad
Məcid Tanrının
sevdiyi bəndələrindəndir
ki, cəmiyyətdə
insan, şair, ziyalı kimi sevilir, yazılır, deyilir…
Əzabın, sitəmin içində
azdım,
Gah kəfən geyindim, gah qəbir qazdım,
Bilsəydim, əvvəldən heç
başlamazdım,
Öldüm yaza-yaza bu şeirləri.
Daşıdım əlimlə baş
daşlarımı,
Başladım yenidən savaşlarımı.
Hər gün neçə dəfə göz yaşlarımı
Sildim yaza-yaza
bu şeirləri.
Günəşim yox olar, işığım sönər
Hər sözün kədərə,
qəhərə dönər
Sənsiz
yaşamağım zəhərə
dönər
Bildim yaza-yaza bu şeirləri…
Rəşad Məcid yazmaq, yazdırmaq üçün
gəlib bu dünyaya.
Müqəddəs kitabımız Quranda deyilir ki, əgər
Allah bir bəndəsini
sevirsə, ona ömrünü ən yaxşı işlərə
sərf etməyə izn verər. Yaxşı
iş Allahın sevdiyi insana hədiyyəsidir!
Mən də elə düşünürəm
ki, Rəşad Məcidi Tanrı sevir. Sevdiyi üçün
qələmi parlaqdır,
işıqlıdır və
o işıgın ətrafında
“525-lərlə “ insan
işıqlanır . Rəşad Məcid
böyük məktəb
keçib. Bu gün də o keçdiyi məktəbdən
öyrənirlər, yazırlar.
O məktəbdən yalnız
o keçməyib, çoxları
keçib amma onların hamısı Rəşad Məcid olmayıb. Çünki Rəşad Məcid olmaq üçün Tanrını sevməliydin,
əzablara qatlanmalıydın,
zəhmət çəkməliydin,
cəfakeş olmalıydın!
Düşünməyi və düşündürməyi
bacarmalıydın.
Özüm də bilmirəm,
görəsən nədi,
Bu qədər əzabdan
qoruyan məni.
Necə
adlamışam, bu qədər səddi,
Niyə aparmadı bu tufan məni?!
Hərdən mat qalıram sağ
qaldığıma
Bu acı mərəzdən
sağaldığıma.
Min cür şübhə-güman
gəlir ağlıma?
Bəlkə hifz eləyib, Yaradan məni?!
Bir sözü qatildi, bir sözü qurban,
Özü həm dərd verdi, həmdə
ki, dərman.
Özü xilas etdi öz azarından
Allahın bəxşişi-o adam məni!
Deyən Rəşad Məcid üçün heç də hər şey rahat və hazır olmayıb. Zəhmət, istedad, səbr,
vicdan və bacarıq Rəşad Məcidin yol yoldaşı olub.
Mən Rəşad
Məcidin poeziyası,
yaradıcılığı… haqqında söz demək haqqım yoxdur.
Çünki onun yaradıcılığı
haqqında ədəbiyyatımızın
keşiyində duran söz sahibləri, işıqlı simaları,
Anar, M.Araz, Elçin, Vaqif Yusifli…. və bir çoxları yazıblar deyiblər. Mən isə
bir oxucu olaraq öz mövqeyimi bildirməyə
çalışdım. Sonda isə unudulmaz Xalq şairimiz Məmməd Arazın, Rəşad Məcid haqqında dediyi fikirlərlə bitirmək
istərdim.
“Belə oğullar lazımdır… Vətənpərvər, ziyalı, dövlətçiliyimizi sevən, dövlətçiliyimizi qorumaq üçün canından keçə bilən oğullar. Rəşad belə oğuldur”.
Gülşən
Behbud
Şərq 2020.- 21 avqust.- S.7.