Onlayn təhsilin problemləri bitmir
Bu format təhsil
alanlara və təhsil verənlərə
bərabər imkan yaratmadı
"Təklif edirəm ki, tv-dərslərin sayı, məzmunu genişləndirilsin, tv-dərslərə,
radio-dərslər də
əlavə edilsin"
"İkincisi, orta təhsil müəssisələrinə
paylanmış 90 min kompüter
və 30 min noutbuk şagirdlərin istifadəsinə
verilsin"
Koronavirus pandemiyası təkcə insan tələfatına səbəb olmadı, həm də beyin tələfatı yaşatdı və yaşatmaqda da davam edir. 2019-2020-ci tədris ilinin 7 ayını şagirdlər,
tələbələr kompüter,
planşet arxasında
keçirdilər. 2020
bitmək üzrədir. Qarşıdakı yeni ildə
də pandemiyanın sönəcəyinə dair
nikbin proqnozlar, təəssüf ki, yoxdur. Deyəsən, uşaqlar kompüter
və planşetlərdən,
smartfonlardan hələ
çox asılı qalacaq. Tədris prosesi normal keçsə,
dərsin mənimsənilməsi
mümkün olsa, nə vardı! Lap yaxşı, uşaqlar
virusdan qorunur, evdə çalışırlar,
deyib, narahatlığa
əsas görməzdik.
Amma belə deyil. Mənimsəmədə, dərslərin keçilməsində
böyük problemlər,
çatışmazlıqlar, çətinliklər var.
Orta məktəblər,
ali təhsil
müəssisələri arasında
kompüterləşməni başa çatdırmamış,
texniki imkanları çox məhdud olanlar, şagirdlər, tələbələr arasında
da smartfona sahib olmayan, evdə internetə qoşulmada həm texniki, həm də maddi problemlər yaşayanlar var. Bunun sonrası necə olacaq? Bu ili
tutalım, birtəhər
başa vurduq. Növbəti ildə hansısa
dəyişiklik gözləməyə
dəyərmi? Müəllimlər də narazıdır, şagirdlər də, valideynlər də. Təhsilimizdə yaranmış bu
durum isə təbii ki, Azərbaycan dövlətinin təhsil siyasətinə, təhsillə
bağlı dövlət
tərəfindən işlənib
hazırlanmış konsepsiyaya
ziddir. Mart ayından bəri normal dərs keçməyən
şagirddən hansı
uğuru gözləmək
olar? Bütün şagirdlər vunderkind
deyil. Zəif oxuyanı, az çalışqanı, fənni
mənimsəməkdə geri
qalanı var. Yəni müəllimin onlayn formatda keçdiyi dərsin bütün şagirdlər tərəfindən
eyni səviyyədə qavranılacağını
gözləmək absurddur. Bir tərəfdən də şagirdin dərsə normal qoşulma
imkanları yoxdursa, vəziyyət lap çətinləşir.
Zalım
pandemiyanın gətirdiyi
problemlər, çətinliklər,
çıxılmazlar başadüşüləndir.
Lakin Təhsil Nazirliyi, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, həmçinin
hər bir orta təhsil və ali
təhsil müəssisəsindən
asılı məsələlər
də var. Azərbaycan
dövləti illərdir
təhsil sektoruna büdcə vəsaiti ayırır. Deyək ki, orta məktəbləri keçdik. Hərçənd, orta məktəblərin
rəhbərliyi də,
yeri gəldi-gəlmədi,
siniflərin kompüterləşməyindən,
kompüter kabinetlərinin,
təhsilin elektronlaşmasından
ağız dolusu danışırdılar. Yenə də güzəştə
gedib nəzərə
alaq ki, orta məktəblərin əlavə gəlir mənbələri yoxdur. Bəs ali məktəblər?!
Onlar ki, ödənişli təhsilə daha çox yer verir. Ali məktəblərin
bəzisi publik hüquqi şəxs statusuna malikdir. Bu isə təhsil
müəssisəsini maliyyə
asılılığından xilas etməliydi. Ali məktəblər indiyədək elektronlaşdırma
sahəsində yetərli
işlər həyata
keçirməliydilər. Bu məsələlərin zamanında həll edilməməsi indi tələbələr və
müəllimlər üçün
qəliz bir vəziyyət yaradıb.
Və təhsilimizin səviyyəsi
aşağı düşüb.
Ali məktəblər
tələbələrə yardım etməlidir
Xatırladaq ki, bir neçə il öncə
Prezident İlham Əliyevin sərəncamları
ilə bir neçə ali təhsil müəssisəsi
Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıblar. Ali təhsil müəssisəsinin
publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə
olunmaqla təhsili maliyyələşdirmə mexanizminin
təkmilləşdirilməsinə, göstəriləcək ödənişli
təhsil xidmətlərinin
çeşidinin genişləndirilməsinə
şərait yaradır.
Bu isə ali
təhsil müəssisəsinin
maddi-texniki bazasının
və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin
iqtisadi cəhətdən
dayanıqlılığının təmin olunması onların ölkədə
və beynəlxalq səviyyədə rəqabət
qabiliyyətini yüksəltməklə
təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini
və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların
ölkənin sosial-iqtisadi
həyatına uğurlu
tətbiqinin əsas şərtlərindəndir. Yəni ali
məktəblər bu
dəyişiklikdən sonra
heç bir maliyyə çətinliyi
yaşamamalıydı. Universitet özü-özünü
maliyyələşdirmə prinsipi ilə çalışmalıdır. Təhsil haqları, digər istiqamətlərdən
əldə olunan vəsaitlər ali
məktəbin maliyyə
təminatına yönəldilməlidir.
Publik hüquqi şəxs statusu ali məktəblərə
bir sıra üstünlüklər verir.
Azərbaycanda bütün universitetlərin
maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi
təhsil haqqı hesabına təmin olunur. Sadəcə publik hüquqi şəxs statusu universitetlərə alternativ
qazanclar, məsələn,
əlavə kurs açmaq, elm tutumlu layihələr həyata keçirmək və s. müstəqillik əldə
edirlər. Deməli, indiyədək ali
məktəblər möhkəm
və dayanıqlı
maddi bazaya sahib olmalı, pandemiya kimi çətin durumlarda tələbələrə
yardım etməli idilər. Ötən illər ərzində ali məktəblər
daxili imkanları hesabına elektronlaşdırma
sahəsində ciddi iş aparmalı və bu gün
də çıxılmaz
vəziyyətə düşməməliydilər.
90 min kompüter,
30 min noutbuk necə oldu?
Orta məktəblərlə bağlı
problem isə daha ağırdır. Aztəminatlı
ailələr övladlarının
internet paketi xərcini
təmin etməkdə
çətinlik çəkir.
Etiraf edək ki, hər
ailənin övladına
məxsusi smartfon, ya da planşet,
kompüter almaq imkanı yoxdur. İnternetin sürətsiz sürəti,
onlayn dərslərə
qoşulmada yaranan problemlər uşaqların
tədrisdə geri qalmasını şərtləndirir.
Hətta sosial şəbəkədə məşhurlaşmış
videoda da var: Uşaq hərfləri hecalayır;
ə - r – i – k...
Müəllimə soruşur; Hə,
indi de görüm hansı söz alındı? Uşaq
cavab verir: “Şaftalı!”. “Budur, onlayn dərsin “gücü!”.
Ekspertlər nə təklif edir? Pandemiyanın bitməsini,
məktəblərin, təhsil
ocaqlarının əyani
tədrisə keçməsini
gözləyək? İtirilmiş biliklər bəs necə kompensasiya ediləcək?
Təhsil Xidmətləri
Araşdırma və
Təhlil Mərkəzinin
rəhbəri, fəlsəfə
doktoru Kamran Əsədov “Şərq”ə
açıqlamasında həm
orta təhsil, həm də ali təhsillə bağlı konkret təklifləri olduğunu
dedi:
- Məlum pandemiya səbəbilə təhsil onlayn formata keçirilsə də, bəllidir ki, bu, təhsil alanlara və təhsil verənlərə də bərabər imkanlar yaratmadı. Texniki imkanları məhdud şagirdlərlə yanaşı, müəllimlər də var. Bunlar reallıqdır və təkzib edilməzidir. Təklif edirəm ki, tv-dərslərin sayı, məzmunu genişləndirilsin, tv-dərslərə, radio-dərslər də əlavə edilsin. İkincisi, orta təhsil müəssisələrinə paylanmış 90 min kompüter və 30 min noutbuk şagirdlərin istifadəsinə verilsin. Şagirdlərin elektron materiallarla (internet paket və sair) təminatı məqsədilə dövlət strukturları tərəfindən kampaniya aparılmalı və bu materiallar şagirdlərə paylanmalıdır. İbtidai sinif şagirdləri üçün kiçik qruplar şəklində, hansı şagirdlərin ki, evdə dərsə qoşulma üçün texniki imkanları yoxdur, onlar üçün əyani dərslər təşkil edilməlidir. Belədə biz tədrisin mümkün qədər axsamamasına nal ola bilərik. Semester imtahanlarının keçirilmə qaydaları ilə bağlı da təkliflərim var. İmtahanlar test, yazılı, tapşırıq və şifahi formada həyata keçirilir. Test imtahanında 50 test tapşırığı təqdim edilir. İmtahan üçün 1 saat 30 dəqiqə ayrılır və vaxt bitəndən sonra imtahana qayıtmaq olmur. İmtahan bitən kimi iştirakçının nəticəsi ekranda əks olunur. Yazılı imtahandan öncə verilmiş mövzulardan onlayn qaydada seçimlə 5-i seçilir və imtahan iştirakçısı yazaraq müəllimə 2 saat ərzində təqdim edir (bu, əlyazma formasında yazılıb şəklini çəkməklə də göndərilə bilər, word formatında da yazılıb yollana bilər). Tapşırıq formatında daha çox texniki və təbiət fənlərinə tətbiq edilə bilər. Bu zaman müəllim imtahan iştirakçısına müəyyən taşırıq verir və o da bunu yerinə yetirib müəlliiminə elektron formada göndərir. Şifahi imtahan formatında müəyyən edilmiş vaxtda imtahan iştirakçısı video-konfrans proqramına daxil olur, öncədən müəyyən edilmiş biletlərin nömrəsi deyilir və suallara cavab verilir. İmtahanlar zamanı texniki problemlərə və resurs olmadığı üçün imtahanda iştirak edə bilməyənlərə təkrar iştirak etmə imkanı yaradılmalıdır. Şifahi imtahanlarda imtahan iştirakçısına konkret iştirak etmə vaxtı verilir ki, o, saatlarla növbədə gözləməsin. Bu onun internetinin bitməsinə gətirib çıxara bilər. Bütün şifahi imtahanlar zamanı bu prosesin video- qeydiyyata alınması vacibdr.
Şagirdlərə də, tələbələrə də güzəşt edilməlidir
K.Əsədov qeyd etdi ki, mövcud durum nəzərə alınaraq şagirdlərə də, tələbələrə də mütləq güzəşt edilməlidir:
- Hər bir təhsil müəssisəsinin elektron universitet platforması olmalıdır və orada hər bir tələbənin şəxsi kabineti olmalıdır. Tələbə şəxsi kabinetə öncə təhsil müəssisəsi tərəfindən verilmiş istifadəçi adı və parolla daxil olduqdan sonra parolu özü dəyişə bilər. Şəxsi kabinetdə təhsil alanın semester üzrə aldığı bütün dərslər və onların elektron materialları olmalıdır. Pandemiya və müharibə dövrünü nəzərə alsaq, tələbələrin normal təhsil alması ilə yanaşı onlayn dərslərə qoşulmasında da ciddi problemlər oldu. Hesab edirəm ki, bütün bunları nəzərə alaraq bir neçə formada tələbələrə güzəşt etmək olar. Belə ki, bütün tələbələrə imtahana qədər toplanan balı onlayn dərslərə qoşulanlara 50, qoşula bilməyənlərə 34 verməklə sərbəst iş, kurs işi, kolleykum kimi tələbləri (kolleykum müddətləri üzrə qiymətləndirmə hər 4-5 həftədən bir keçirilir) aradan qaldırmaq olar. Bundan başqa bütün tələbələrə 51 bal verib onların semesterden müsbət nəticə ilə keçməsinə imkan vermək olar və bu qiymətdən narazı olanlar imtahan verib daha yüksək nəticə əldə edə bilərlər.
Məlahət Rzayeva
Şərq 2020.- 22 dekabr.- S.11.