Bir olaq, birlik
olaq
Şəhidlərin və qazilərimizin
tanıdılması günün
mövzusudur
Vətən müharibəsində
olduğu kimi, mediamız bu istiqamətdə də var gücü ilə işləyəcək
Məlum olduğu kimi, Azərbaycanda şəhid
ailələrinin, müharibə
əlillərinin, veteranların,
hərbi qulluqçuların
sosial müdafiəsinin
təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması
və problemlərinin
həlli dövlət
siyasətinin mühüm
tərkib hissəsini təşkil edir. Bu baxımdan, dekabrın 8-də
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar yaralananların
və şəhid ailələrinin təminatına
dəstək fondunun
(“YAŞAT” Fondu) yaradılması
haqqında” imzaladığı
Fərman böyük
əhəmiyyət kəsb
edir. Xalqımız bu günlərdə
böyük birlik və həmrəylik nümayiş etdirərək
düşmən üzərində
möhtəşəm qələbəsini
təmin etdi. Hazırda isə qarşıda yeni mühüm vəzifələr durur.
Bu vacib vəzifələrdən
biri şəhid və qazi ailələrinə
yüksək dəstəyi
təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən
ibarətdir. Artıq bu
istiqamətdə ciddi
işlərə başlanılıb.
Dövlət ardıcıl və
məqsədyönlü tədbirlər
həyata keçirir.
Sirr deyil ki, Azərbaycanda
şəhid ailələrinə
və qazilərə dövlət səviyyəsində
hər zaman yüksək diqqət və qayğı mövcuddur. Bununla yanaşı ölkə
vətəndaşları da
bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar.
Bu yanaşma özünü
daha qabarıq formada İkinci Qarabağ savaşında büruzə verdi.
Xalqımız qazi və şəhid ailələrinə
böyük diqqət
və qayğı göstərdi, öz maddi və mənəvi
dəstəklərini onlardan
əsirgəmədi. Bu,
Azərbaycan xalqının
böyüklüyünü bir daha təsdiq
edir. Bu baxımdan
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların
və şəhid ailələrinin təminatına
dəstək fondunun
(“YAŞAT” Fondu) yaradılması
haqqında Fərman imzalaması xüsusi önəm daşıyır.
Fərman bu sahədə
vətəndaş cəmiyyətinin
iştirakının və
şəffaflığın təmin olunması baxımından xüsusilə
əhəmiyyətlidir. Fərmanda da qeyd olunduğu
kimi, Fondun yaradılmasında əsas
məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində
dövlət tərəfindən
həyata keçirilən
tədbirlərə əlavə
dəstək verilməsi
üçün şəffaf,
effektiv və əlçatan platformanın
formalaşdırılmasıdır.
Bu Fərman, eyni zamanda, dövlətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının
göstəricisidir.
Müharibədə olduğu kimi, bu gün də
medianın üzərinə
böyük yük düşür. Təbii ki, bu gün medianın ən vacib işlərindən
biri şəhid və qazilərimizin tanıdılması və
onların ailələrinin
problemlərinin işıqlandırılmasıdır.
Bəs medianın bu dönəmdə əsas iş prinsipi necə qurulmalıdır?
Sualımızı cavablandıran
media eksperti Turan İbrahimov “Şərq”ə
açıqlamasında bildirib
ki, 44 günlük savaş müddətində
Azərbaycan cəmiyyəti
elə bir birlik, elə vəhdət əldə etdi ki, bunu
bir zamanlar ancaq xəyal edə bilərdik. T.İbrahimov qeyd edib ki, bu
həm də birbaşa informasiya siyasəti ilə bağlı idi: “Bu, ilk gündən etibarən indiyədək Azərbaycanda
mövcud olmayan yanaşma ilə həyata keçirildi. Və nəticədə istədiyimiz
hər şeydə nailiyyətlərə sahib olduq.
Burada söhbət informasiya siyasətindən gedir.
Savaş
bitdikdən sonra da yanaşma olduqca gözəl və mükəmməldir.
Yəni bizim şəhidlərimizin,
qazilərimizin, onların
yaxınlarının mediada
təbliği çox
təqdirəlayiqdir. Onu da qeyd edim ki,
bu təbliğat özü də pozitiv müsbət çalarla davam edir”.
T.İbrahimov vurğulayıb
ki, həm şəhid, həm də yaralıların müəyyən problemlərinin
aradan qaldırılması
üçün bu yaxınlarda dövlətimiz
tərəfindən “YAŞAT” fondu yaradılıb: “Düşünürəm ki,
bu çox düzgün qərar idi. Çünki bu fond o deməkdir
ki, hər bir vətəndaş şəhidlərin və
yaralıların problemlərinin
aradan qalxmasında yaxından iştirak edə bilər. Hər kəsin media üzərindən bu fonda ianəyə,
yəni fond üzərindən
dəstəyə yönləndirmək
lazımdır. Fərdi qaydada
təbii ki, hər kəs öz qohumunu, qonşusunu, imkan daxilində onları dəstəkləyir. Amma media üzərindən
mütəmadi olaraq təbliğat aparılmalı
və bütün istiqamətlər “YAŞAT” fonduna
yönəldilməlidir. Qeyd edim ki, bu
fond artıq “ASAN” xidmətin
nəzdində fəaliyyət
göstərir. Daha doğrusu,
təşkilat işlərini
“ASAN” xidmət həyata
keçirir. Və
şəffaflığına da heç bir
şübhə ola bilməz. Media üzərindən ictimaiyyətin
bütün fikri, diqqəti birmənalı şəkildə bu fonda istiqamətləndirilməlidir.
Çünki bunun sayəsində
şəhid və qazi ailələrinin müəyyən problemləri,
məişət qayğılarının
aradan qalxmasına gətirib çıxarar”.
"Tolerantlıq"
Sosial Araşdırmalar
İctimai Birliyinin sədri Azər Rəşidoğlu “Şərq”ə
açıqlamasında bildirib
ki, bu məsələ
yalnız mətbuatın
həll edə biləcəyi məsələ
deyil. Ekspert vurğulayıb ki, qazi, şəhid və onlara bərabər tutulan şəxslərlə bağlı
yeni qanunun qəbuluna ehtiyac var:
“ Media ictimai nəzarət rolunu oynamalıdır. Şəhid ailələrinə
problemlər yaradan məmurların ifşa edilməsi, cəzalandırılmasında
media mühüm rol oynaya bilər. Düşünürəm ki, hələ
yaralar sağalmayıb.
Qazi və şəhidlərimiz
diqqətdən kənarda
qalmayacaq. Hər bir
müharibə qəhrəmanı
barədə yazılacaq,
filmlər çəkiləcək.
Onlara süni problem yaradan məmurları da unutmayacağıq və onları ifşa edəcəyik. Hər
şeyin zamana ehtiyacı var. Hələ
döyüşlərə ara verilsə
də, şəhidlərimiz
yenə də var. Biz bir olmalı, qazi və şəhidlərimizin
ailələrini unutmamalıyıq.
Onsuz da onlara olan
mənəvi borcumuzu ödəyə bilməyəcəyik”.
Müstəqil Jurnalistlərə
Texniki və Hüquqi Yardım İctimai Birliyin sədri Asəf Quliyev “Şərq”ə açıqlamasında vurğulayıb
ki, mövzu çox həssas olduğu üçün
bu işlər mediada ilk olaraq peşəkarlara həvalə
edilməlidir:
“Bu həm
vicdan, həm də vətənpərvərlik
məsələsidir. Bu məsələdə hansısa
inzibati qaydalarla nəyisə tənzimləmək
yersiz olar. Bu bir vicdan məsələsidir, o cümlədən
redaksiyaların daxili nizam-intizam qaydasında mövzuya önəm verməsi çox önəmlidir. Çünki bu mövzu çox
həssas mövzudur.
Yəni bunu hər hansısa
inzibati qaydada tənzimləməyin tərəfdarı
deyiləm. Sadəcə olaraq, bir xalq
və millət olaraq mediada buna həssas yanaşılmalıdır. Bir də peşəkarlıqdan
çox şey asılıdr. Çox istərdim
ki, redaktorlar, baş redaktorlar yazan adamın peşəkarlığına xüsusi
diqqət yetirsinlər.
Yəni şəhid və qazilərimiz haqqında yazılacaq mövzular hər adamın yazacağı bir mövzu deyil”.
Jurnalist Tahir Hümmətov “Şərq”ə açıqlamasında bildirib ki, ilk olaraq hər hansı bir şəhid ailəsinin problemi mətbuata çıxmamalıdır. Yəni o, kiməsə nəql olunanadək öz həllini tapmalıdır:
“Çünki həmin şəhid və ya qazi ailələri doğmalarını cəbhəyə göndərərkən, hansı çətinlikləri yaşadıqlarından çoxumuzun xəbəri olmayıb. Halbuki, həmin şəxslər də öz ocaqlarında qalıb, problemlərini həll edə bilərdilər. Lakin vətəni əzizlərindən, onların necə yaşamasından üstün tutub, bu gün fəxrlə danışdığımız zəfəri bizə hədiyyə ediblər. Ona görə hər birimiz onlara ömür boyu borcluyuq. Onlara köməyi elə etməliyik ki, bəzən özləri də bilməsinlər, ondan utanmasınlar. Bəli, təəssüf hissi ilə demək olar, bir çox qazilərimizin və şəhidlərimizin ailələrində sıxıntılar var. Onlar ilk növbədə yerli icra orqanları tərəfindən həll edilməlidir. Lakin tək rəsmi qurumlar, qohum-qonşular deyil, hər birimiz onları doğma bilməliyik. Bəziləri hansısa quruma müraciət etməyi özlərinə sığışdırmaya da bilər. Bunu nəzərə alıb, onları doğmalarımızla eyni görməliyik. Əks halda, torpaq üzərində rahat gəzməyimiz belə düz deyil. 30 illik həsrəti məhz onlar bitiriblər. Hər bir şəhidimizi hər gün yad edilməli, onların bizə qoyduğu əmanət qorunmalıdır. Qazilərimizə dəyən hər hansı bir gülləni öz bədənimizdə hiss etməliyik. Belə olarsa, onlar çətinliklə üzləşməzlər və heç vaxt kiməsə ağız açmazlar. Nəticədə də həmin söhbətlər heç mətbuata çıxmadan həll edilər”.
Aynurə Pənahqızı
Şərq 2020.- 19 dekabr.- S.11.