Yadigarlar” dakı Məmməd Araz ömrü

 

Yaradıcılıq dünyasında hər şey ideyadan başlayır. İdeya yaradıcı adamın dünyaya, həyata, yaşadığı mühitə baxışından doğurictimai maraq üçün əhəmiyyətlidirsə, mütləq reallaşır. Bu proses yaradıcılığın bütün sahələrində  olduğu kimi, jurnalistikanın da vacib qanunauyğunluğudur. Jurnalist, publisist, yazıçı  Flora Xəlilzadənin uzun müddətdən bəri reallaşdırdığı “Yadigarlar” teleproqramı da onun vətəndaşlıq ideallarından doğan bir formatdır. Artıq yüzüncü buraxılışı çoxdan qeyd olunmuşYadigarlarindi “Mədəniyyət” tv  kanalında özünün yeni formatını- sənədli telefilm formatını yaşamaqdadır.

Yadigarlar  xalqın qan yaddaşında qalmış millət fədailərinin ömür yolunu, fəaliyyət istiqamətinin teletəqdimatı kimi tamaşaçıların çoxdan qəbul etdiyi proqram formatıdır. Proqramda birmənalı olaraq persona seçimi yalnız xalq sevgisini qazanmış insanlarla bağlıdır. İndiyədək proqramda ömür yolu diqqətdə olmuş onlarca Vətən fədaisinin həyat kredosunu bir daha izləmişik.

 

Yadigarlar” ın ötən şənbə buraxılışı yaradıcılığını Vətən, torpaq, milli tarixs. kimi müqəddəs mövzulara həsr etmişbu  mövzularda ədəbi-bədii xəzinəmizə ustad nümunələr verniş Xalq şairi Məmməd Araza həsr edilmişdi. Əlbəttə, “Yadigarlar” ın bundan əvvəlki bütün buraxılışlarının hər birinə ayrıca bir yazı həsr etmək olar. Amma etiraf edim ki, Məmməd Araz ömrünün bir çox anlarını gördüyüm bu dəfəki buraxılış barədə sabahı gözləmək mümkün olmadı. Bəlkə, həm də ona görə ki, Məmməd Araz haqqında proqramda söz deyən hər kəs mənə elə Məmməd Arazın özü qədər doğmadır, əzizdir.

 

Millət fədaisi bu şairin qızı: İradə Tuncay. Atasının sağlığında Jurnalistika fakültəsində oxuyub və mənim də tələbəm olub. Millət fədaisi şairin kürəkəni Aqil Abbas- öz yaradıcılığı ilə, Vətənə , millətə sevgisi ilə, fakültəmizin tələbələrinə hər cür qayğısı ilə fərqlənən və həm də mənim dostum Aqil Abbas. Nizami Muradoğlu filologiya elmləri doktoru, Məmməd Araz yaradıcılığının tədqiqatçısı, elmi yazılarını həvəslə oxuduğum vətənpərvər bir alim.

 

Bəhruz Niftəliyev: proqramın daimi aparıcılarından biri. Öz elmi-publisistik nitqi ilə, aydın, səmimi təqdimatı ilə tamaşaçı hörmətini qazanan və səviyyəli elmi-tədqiqat işlərinə şəxsən həvəslə rəy verdiyim sabahın rəsmi alimi.

 

Və...Flora Xəlilzadə:  Uzun illər əvvəl BDU-nun Jurnalistika fakültəsində tələbəmiz olmuş, hələ tələbəlik illərində özünü peşəkar jurnalist kimi sübut etmiş bir sənətkar. Mən tələbəlik illərindən bu günə kimi onun Məmməd Araz yaradıcılığına sonsuz sevgisinin şahidiyəm.

 

Beləcə, “Yadigarlar” ın Məmməd Araz ömrünə həsr olunmuş buraxılışında fikir deyən hər kəsi geniş ictimaiyyət yaxından tanıyır, onların sözünə inanır ki, bu da proqramın uğuruna şərait yaradır.

 

Azərbaycanda bədii yaradıcılıqla məşğul olan hər kəs Vətən, millət, torpaq kimi mövzuları mütləq qələmə almış, alır və almaqdadır.

 

Lakin etiraf edək ki, hər mövzuda olduğu kimi, bu mövzularda da o ədiblər  əsl sənətkara çevrilirlər ki, söz ürəkdən gəlir, fikir yanğısından gəlir. Ədiblərimizin Vətən, torpaq sevgisi və dərdi rayonlarımızın bədxah Ermənistan  tərəfindən işğalda saxlanılan otuz il dövründə daha böyük olmuşbu mövzunun nəsrdə, poeziyada ifadəsi hər kəsin vəzifəsinə çevrilmişdi. Ömrünün xeyli illərini bu otuz ilin ağrısı ilə yaşamış Məmməd Araz öz yaradıcılığında bu dərdi hər an ifadə edən ən güclü şair oldu. Onun qızı, ata ocağının hər anını yaşamış İradə Tuncay atasının Qarabağ sevgisini, Qarabağ dərdini aydın, əyani faktlarla təhlil etdi. Onun Məmməd Arazla -atası ilə Kəlbəcər səfərindən olan xatirəsinin özü bir şair dastanı qədər duyğulu oldu.

 

Aqil Abbasın xatirələrindəki faktlar elə bir zamanlar mənim də gözlərimin qarşısından keçib. Məmməd Arazın doğma diyarımızın hər yerində əziz dostları vardı. Amma Məmməd Araz Qarabağın problemlərini bildiyi üçün idi ki, bu diyardakı dostlarının yanına daha tez-tez gəlirdi.

 

Bu görüşlərin şahidi  olmuş Aqil Abbas şairin Qarabağda Xudu Məmmədovla görüşünü, dostları ilə Şuşaya, İsa bulağına, Kəlbəcərə səfərlərini çox səmimi xatirələrlə yada saldı. Ağdamın Şah bulağından Təbrizin gecə görüntülərini heyrətlə qeyd edən Aqil Abbas Məmməd Arazın Şah bulağa səfərini də xatırlatdı.

 

Proqramda ədəbiyyatşünas Nizami Muradovun poeziyamızda daş mövzusubu mövzunun Məmməd Araz yaradıcılığındakı yerini çox maraqlı misallarla təhlil etdi.

 

Mən bu yerdə proqramın ideya müəllifi və aparıcısı Flora xanım  Xəlilzadənin bütün mövzularda savadını, elmi-publisitik düşüncəsini xüsusi qeyd etmək istərdim. Məmməd Araz poeziyası, onun mövzu dünyası, şairin bədii söz və vətəndaşlıq yanğısı mövqeyini ondan gətirdiyi tipik misallarla ortaya qoydu.

 

xüsusi ilə Ümumilli Liderimiz Heydər Əliyevin Azərbaycan ziyalılığının cəmiyyətə verdiyi səmərə ilə bağlı təqdim etdiyi sinxron çox şeydən xəbər verdi. Tamaşaçı bir daha xatırladı ki, H.Əliyev İstiqlal ordenini ilk dəfə Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza üçlüyünə təqdim edib. Proqramda bu tarixi səhnənin yenidən canlandırılması hər üç şairin, həqiqətən də, İstiqlala layiq doğru seçim olduğunu bir daha yada saldı.

 

Proqramda bir daha xatırladılır ki, Məmməd Araz yaradıcılığı Azərbaycan ədiblərinin, tənqid və ədəbiyyatşünaslığın daim diqqət mərkəzində olub. Bəxtiyar Vahabzadənin, Yaşar Qarayevin, İsa Həbibbəylinin şairə verdikləri qiymət faktları proqramın yaraşıq faktına çevrildi.

 

Bir müddət Məmməd İbrahim imzası ilə yazıb yaradan şair Araz dərdini az da olsa, azaltmaq üçün Məmməd Araza döndü. Proqramın leytmotivini təşkil edən Vətən sevgisi kontekstində bu faktın da xatırladılması çox mənalı oldu. Proqramda Məmməd Arazın mahnılara çevrilmiş, dillər əzbəri olmuş şeirlərindən kontekstə uyğun istifadə məqamları çox yerinə düşdü.

 

Və mən bu yerdə hər şeyi mizana düzən, seçilən yerdən tutmuş rakurs anlarınadək hər şeyi xüsusi diqqətdə saxlayan rejissor Mehriban Hüseynovanın peşəkarlığını da ayrıca qeyd etmək istərdim.

 

Mehriban Hüseynova  Yadigarlar” ın hər birinin ərsəyə gəlməsində çox böyük peşəkarlıq göstərməkdədir. Beləliklə, Flora Xəlilzadə, Mehriban Hüseynova, Bəhruz Niftəliyev triadası “Yadigarlar” ın Məmməd Araz ömrünə həsr olunmuş buraxılışında bu Vətən fədaisinin millətə bağlı yaradıcılığını yenidən dərk etməyə imkan yaratdı.

 

 Cahangir Məmmədli

 

Şərq  2020.- 8 dekabr.- S.12.