“İnsan üçün fiziki həyatdan
daha qiymətli gözünün
nurudur”
Paşa Qəlbinur: “Yüz
ildən artıqdır ki, bizim
şəcərəmizdə göz həkimləri
olub”
“İnsana göz
nurunu qaytaran oftomoloqun sevincini həyatda
heç bir hisslə
müqayisə etmək olmaz”
"Dünyada elə qabaqcıl və
inkişaf etmiş
ölkələr var ki,
bu ölkələrdə görmə
qabliyyətini itirmiş insanların
sayı daha böyükdür.
Bu fakt
özü-özlüyündə izah tələb
edir"
Azərbaycanda son zamanlar görmə qabiliyyətinin zəifləməsi əvvəlki illərə baxanda 3 dəfə artıb. Bu faktor yüz minlərlə insanın sağlamlığına zərər vurduğu üçün media da həmişə mövzuya həssas yanaşıb. Problemlə bağlı Azərbaycan səhiyyəsinin görkəmli nümayəndəsi, ATU-nun oftolmologiya kafedrasının müdiri, Amerika Oftolmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının fəxri doktoru Paşa Qəlbinurla söhbətləşdik.
- Paşa müəllim, insan üçün göz nuru ən böyük nemətdir. Siz
də insanların bu böyük
nemətdən məhrum olmaması üçün
ən şərəfli, həm də çətin peşələrdən
birini seçmisiniz.
Niyə son vaxtlar
insanların çoxu gözlərindən
şikayət edirlər?
- Əvvəla deyim ki, həqiqətən insan üçün göz nuru həyatda ən böyük nemətdir. Uzun əsrlər boyu şahlar, xaqanlar ən böyük düşmənlərini öldürməyib, onları kor edib göz nurundan məhrum ediblər. Nə qədər amansız görünsə də həmin hərəkətin məntiqi ondadır ki, insan üçün fiziki həyatdan daha qiymətli gözünün nurudur. Biz oftolmoloqlar həyatda göz nurundan məhrum olmuş insanların görmə qabliyyətlərini bərpa etmək üçün çox böyük çətinliklərlə üzləşirik. Çünki tibdə göz cərrahiyəsi böyük diqqət və əmək tələb edən sahədir. Və bu şərəfli yolda qarşımıza çıxan maneələri dəf etmək üçün elmimizdən və həkimlik sənətimizdən bacarıqla istifadə edirik. Mənim ailəmdə və sülaləmdə bir çox bacarıqlı göz həkimləri olub. Yüz ildən artıqdır ki, bizim şəcərəmizdə göz həkimi olub və indi də var. Məni bu sahəyə cəlb edən 50 ildən artıq göz həkimi işləyən dayım olub. Göz nurunu itirmiş insanları müalicə edib, onları yenidən həyata qaytararkən dayımın keçirdiyi sevinc və xoşbəxtlik hisslərini görüb mən də bu peşəni seçmişəm.
- Statistikaya görə göz xəstələrinin sayı respublikada 3 dəfəyə qədər
artıb. Bu xoşagəlməz fakt haqqında nə deyə bilərsiniz?
- Dünyada elə qabaqcıl və inkişaf etmiş ölkələr var ki, bu ölkələrdə görmə qabliyyətini itirmiş insanların sayı daha böyükdür. Bu fakt özü-özlüyündə izah tələb edir. İzahı da budur ki, həyat dəyişir, insanların yer kürəsində sayı artır. Bununla bərabər elm və texnika da inkişaf edir. Və bu inkişaf ətraf mühitdəki ekoloji tarazlığı pozur. Qidalar keyfiyyətini itirir. Geni dəyişilmiş meyvə, tərəvəz, ət, balıq və toyuq məhsulları çoxalır. Otmosfer kirlənir, dünyada su ehtiyatı azalır. Bunların hamısı insanın səhhətinə və bədənin tacı olan gözə mənfi təsir göstərir.
- Yəqin
başqa faktorlar da olmamış deyil?
- İnsanın
görmə qabiliyyətinin
zəifləməsində bu
sadaladığım faktorlardan
başqa genetik faktorların da çox böyük rolu var.
Ata və
ananın, yəni hər ikisinin nəslində göz xəstəlikləri varsa,
həmin ailənin övladının başqalarına
nisbətən ciddi göz xəstəliyi ilə doğulmaq şansı dəfələrlə
artıqdır.
- Dediniz
ki, göz bədənin tacıdır.
Ənənəvi olsa da bir sual vermək
istəyirəm.
Oftolmoloq cərrah kimi hər dəfə
çətin göz əməliyyatından çıxdıqda
və bir insanın göz nurunu bərpa edib onu yenidən
həyata qaytardıqda
hansı hissləri keçirdirsiniz?
- Bu zaman keçirdiyim hisslər çox nadir duyğulardandır,
onu sözlə ifadə etmək çox çətindir. Sevinc hissi çox şaxəli və çalarlı olur. İnsan həyatda azdan çoxa qədər müxtəlif uğurlarına
sevinir. Lakin bir insana göz nurunu qaytaran oftolmoloqun sevincini həyatda heç bir hisslə müqayisə etmək olmaz.
- Azərbaycan oftolmologiyasında göz zəifliyini aradan qaldırmaq üçün
hansı tədqiqatlar
aparılır və nailiyyətlər əldə
edilir?
- Görmə zəifliyini aradan qaldırmaq üçün
illər ərzində
yəni təbabət
elminin tarixi qədər bir zaman kəsiyində böyük tədqiqatlar aparılıb. Bu da çox sevindirici
bir haldır ki, çox böyük olmasa da oftolmoloq alimlərimiz
dünya ölkələri
arasında bu elm sahəsində öz imzasını atıb.
Bəli,
Azərbaycan oftolmoloq alimləri elmdə etdikləri kəşfləri
və böyük elmi naliyyətləri ilə dünya oftolmologiya elmində özlərinə layiq bir yer tutur.
Bu nailiyyətlər haqda sizə bir-iki söz demək istəyirəm.
Dünyada indi hamının
anladığı COVİD-19 virusunun törətdiyi çətin sağalan xəstəlik kimi başqa virusların da törətdikləri ağır xəstəliklər
var ki, bunlarla
mübarizəyə dünya
tibb elmi ayağa qalxıb. Bu virus xəstəlikləri orqanizmdə başqa əzalara təsir etdikləri kimi gözə qarşı da amansız olur. Bu anlamda
belə göz xəstəliklərinin müalicəsində
Azərbaycan oftolmologiyasının
bütün dünyada
sayılıb seçilən
bir dərman var. Bu,
"oktipol" adlanan
göz damlasıdır.
Bu dərman əksər
göz xəstəliklərinin
müalicəsində çox
təsirlidir. COVİD-19
virusu orqanizmə ağız, burun və gözün selikli qışası vasitəsilə daxil olub, ağır xəstəlik törədir.
Bu göz dərmanı virusun
göz vasitəsilə
orqanizə daxil olmasının qarşısını
alır.
Və çox
sevindirici haldır ki, COVİD-19 pandemiyasına
qarşı
dünya alimləri
müalicə zamanı
"oktipol" göz
damcısını tətbiq
edirlər. Bu dərmanın müəllifi
mən, bacım, tibb elmləri doktoru Sevinc Əkbərova və
professor Olqa Stroyevadır.
Bundan başqa vaxtı ilə müalicəsi olmayan ən qorxunc göz xəstəliklərindən biri
olan "qlakoma - qara su" adlanan
göz xəstəliyinin
müalicəsində bizim
təklif etdiyimiz cərrahi üsul tətbiq olunur. Və bu üsul indiyə
qədər tətbiq
olunan cərrahi üsullardan daha fərqli və böyük effektlidir.
Bu mövzuda çox
danışmaq olar.
Azərbaycan oftolmologiya elminin
bir çox görkəmli nümayəndələrinin
böyük elmi nailiyyətləri çoxdur.
Mənim
müəllimlərim olmuş
Zərifə xanım
Əliyeva, Nisə xanım Musabəyli və s. başqaları Azərbaycan oftolmologia elmi üçün bütöv bir nəsil həkim alimlər yetişdirib.
Həmin
alimlər nəsli bu gün Azərbaycan
oftolmologiya elmini yüksək şəkildə
inkişaf etdirirlər.
- Paşa
müəllim, qayıdaq
əvvəlki söhbətimizin
davamına... Cavanlarda və
yeniyetmələrdə bu
qədər görmə
qabiliyyətinin zəifləməsi
nə ilə bağlıdır?
- Bəli, siz düz buyurursunuz ki, cavanlarda və yeniyetmələrdə bu gün görmə qabiliyyətinin zəifləməsinə çox təsadüf olunur. Bunun səbəbi bayaq dediyim kimi elm və texnikanın inkişafı, xüsusən də gənc nəslin monitorlardan, telefonlardan, kompüterlərdən çox istifadə etməsidir. Hərçənd, onlarda elə filtirlər var ki, zərərli şüaların qarşısını almaq məqsədilə istifadə olunur. Bir mütəxəssis kimi qeyd etməliyəm ki, bu filtirlər heç də, həmişə zərərli şüaların qarşısını almır. İnsanlar gözlərini günəş şüalarından da qorumalıdır. Xüsusən də ziyanlı sahələrdə çalışan qaynaq işçiləri qoruyucu eynəkdən istifadə etməlidirlər və hamı ən azından ildə bir dəfə həkim müayinəsindən keçməlidir.
- Bəs tələbələriniz və davamçılarınız
haqda nə deyə bilərsiniz?
- Mən Azərbaycan oftolmologiyasının bir nümayəndəsi kimi öz tələbələrimdən və ardıcıllarımdan çox razıyam və onlarla qürur duyuram. Əminəm ki, öz müəllimlərimdən aldığım və bacardığım qədər yüksəkdə saxladığım estafeti tələbələrim, ardıcıllarım bundan sonra daha ucalara qadıracaqlar və bu şərəfli yolçuluğu davam edəcəklər. Buna mənim zərrə qədər də şübhəm yoxdur.
- Öz sənətini kamil bilən bir həkim kimi bizim oxuculara
görmə qabiliyyətini qorumaq üçün nə kimi
tövsiyələr verə bilərsiniz?
- Öz nəslində irsən müxtəlif göz xəstəliyi olanlar - qlakoma, şəkər xəstəliyi və s. başqa xəstəlikləri olan insanlar yuxarıda sadaladığım qorunma vasitələrindən başqa hər il həkim müayinəsindən keçməlidirlər. Çünki hər bir xəstəliyin müalicəsi kimi göz xəstəliyinin də profilaktikası müalicəsindən daha asandır. Ən qiymətli sayılan və dünya ilə aramızda əlaqə yaradan - gözümüzü el arasında deyildiyi kimi göz bəbəyi kimi qorumalıyıq. Mən kitablarımı insanlara xatirə kimi təqdim edəndə ilk səhifəsində yazıram: "Sizə bir dünya işıq arzusu ilə". Bugünkü müsahibəmi də bu sözlərlə bitirirəm. Bütün oxucularımıza bir dünya işıq arzu edirəm.
Banuçişək Hüseynli
Şərq
.- 2020.- 12 dekabr.- S.14.