Xudayar bizim zəfər
səsimizdir
Faiq
Sücəddinov: “Onun musiqi duyumuna, musiqini qavramasına heyran
qaldım”
44 günlük müharibə müddətində dastan yazan igidlərimiz, şücaətləri ilə tarixə həkk olunan qəhrəmanlarımız var. Onlardan biri səsi ilə millətimizin qəlbində, zehnində iz qoyan Xudayar Yusifzadədir. Qəmzəli gülüşü, şirin avazı ilə gözümüzün yaşını selə döndərən Xudayarı xalqımız göz yaşları içində andı. Onun xatirəsini əbədiləşdirmək üçün hərə bir iş gördü.
Xudayarın büstünü hazırlayan da oldu, ifasını musiqi aləti ilə müşayiət edən də...Hətta oxuduğu “Vətən yaxşıdır” mahnısı, bəstəkar Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırıldı. Əməkdar artist Abbas Bağırov da Xudayar üçün oxudu. O şəhidimizin ifasının üzərində işləyərək, onunla duetini xalqa təqdim etdi. Hər biri çox sevildi,rəğbətlə qarşılandı. Axı Xudayar bizim zəfər səsimizdir. Necə sevilməsin?
Xalq artisti Faiq Süccədinov da “Sherg.az”a açıqlamasında Xudayarın ifasının ona xoş təsir bağışladığını söyləyib:
“Böyük vətənpərvərlik hissi ilə, şirin boğazlarla ifa edib. Onu eşidəndə gözümdən yaş gəlir. 44 günlük müharibə müddətində və daha sonra şəhidlərimizdən danışmaq, onları dinləmək, həzm etmək, başa düşmək çox çətindir. Hərbçilərimiz döyüşdə misilsiz rəşədat, qəhrəmanlıq göstəriblər. Həmişə deyirəm, Azərbaycan əsgəri dünyanın ən cəsur döyüşçüsüdür.
Xudayar da onlardan biridir. O musiqini
çox sevirmiş. Səsi də məlahətlidir.
O qədər gözəl
və şirin oxuyurdu ki... Onun musiqi duyumuna, musiqini qavramasına heyran qaldım. Hətta peşəkar ifaçılarımız
belə onun kimi oxuya bilmir.
İndi yenə gözlərim doldu. Xəstəxanada onun ifasına
qulaq asanda da gözümdən yaş tökülürdü.
Valideynlərinə can sağlığı
arzu edirəm. Xudayara və bütün şəhidlərimizə Allah rəhmət
eləsin”.
Bəstəkar Xudayarın
əziz xatirəsinə
həsr olunmuş işlərdən də söz açıb:
“ “YouTube”də var, izləyirik. Məsələn bir pianoçu
müşayiət etdi.
Bundan əlavə başqa işlər də var. Ümumiyyətlə, Azərbaycanda
muqisiqiyə layiqli yanaşma var. İnsanlarımızın
əksəriyyətinin səsi
gözəldir. Nə deyim?
Allah bütün
şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə
şəfa versin. Tezliklə ayağa dursunlar, cəmiyyətə qayıtsınlar.
Şəhidlərimizin valideynlərinə
can sağlığı arzu
edib, demək istəyirəm ki, hər zaman onların yanındayıq.
Daim Ali baş komandanımız və ordumuzlayıq. Biz böyük xalqıq.
44 günlük müharibə müddətində
düşməni dizi
üstə qoyduq.
Oğullarımız da , qızlarımız
da cəsurdurlar. Hər zaman bilirdim ki, övladlarımız belə vətənpərvərdir.
Qorxmazlıq, igidlik bizim
genimizdə var”.
Samirə Ərəbova
Şərq 2020.- 15 dekabr.- S.13.