“Yurddaş”
qəzeti Azərbaycan həqiqətlərinin
carçısı olub
Qarabağ ətrafında
düşmənlərimizin yaratdığı problemlərin əsl
mahiyyətini, işğalçıların törətdiyi
faciələri dünyaya çatdırıb
Qədim diyarımızın tarixi,
mədəniyyəti haqqında məlumatları yayıb,
yenicə yaranmaqda olan
diaspor cəmiyyətlərinin işinə
dəstək göstərib
1990-cı illərin əvvəllərindən
mühacirətdə olan həmvətənlərimizlə
sıx əlaqə yaratmağın, azərbaycançılığı
dünya ictimaiyyətinə
çatdırmağın yeni, daha əlverişli yolları, metodları
araşdırılırdı. Bu istiqamətdə
ortaya əməli iş
qoyularaq, təbliğat genişləndirilirdi.
Azərbaycan mühacir mətbuat tarixinin tanınmış tədqiqatçısı Ramin Məmmədov “Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı kitabında qeyd edib ki, 1991-ci ilin yanvarında bu missiyanın böyük hissəsini, ağır bir yükü öz üzərinə götürmək üçün “Yurddaş” qəzeti (baş redaktor Mais Səfərli, redaktor Şahbaz Şamıoğlu) təsis edildi. Tariximizin bu mərhələsinin ən aktual problemlərini, ilk növbədə Qarabağ ətrafında düşmənlərimizin yaratdığı problemlərin əsl mahiyyətini, işğalçılar tərəfindən törədilmiş faciələri, eləcə də, qədim diyarımızın tarixi, mədəniyyəti haqqında məlumatları dünya ölkələrinə çatdırmaq bu nəşrin əsas məqsədi idi.
“Yurddaş”a edilmiş ingiliscə “Baku tayms” adlı əlavə xarici ölkələrdə yenicə formalaşmaqda olan Azərbaycan diaspor təşkilatlarının fəallarının iştirakı ilə qısa müddət ərzində əksər Avropa ölkələrinə yayımlanırdı. Bu nömrələrdə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun öz ölkəsindəki müttəfiq respublikalara qarşı ikili standart təşkil edən siyasəti, onun birbaşa sərəncamı ilə Bakıda törədilmiş qanlı 20 Yanvar faciəsi və digər ağrılı problemlər də dərc olunurdu.
“Yurddaş” öz səhifələrində kifayət qədər rusca materiallar, sənədli, elmi, elmi-publisistik məqalələr, bədii oçerklər yerləşdirir və Rusiyada daha intensiv və geniş yayımlanırdı. 1991-ci ildə Nijnevartovskda 200-ə yaxın şəxs “Yurddaş”a abunə olmuşdu. Eləcə də qəzet şəhərin yerli dövlət orqanlarına çatdırılırdı. Onun səhifələrində yuxarıda qeyd etdiyimiz problemlərlə yanaşı, uzaq diyarlarda bizə qarşı edilən, yazılan haqsızlıqlar, çoxsaylı digər məsələlər geniş işıqlandırılırdı.
Qəzetin indi əlimizdə olan sayının birinci səhifəsinə çıxarılmış “Baş redaktordan” məqaləsində avqustun 18-dən 19-na keçən gecə diktatura qurmaq eşqinə düşmüş bir qrup vəzifəli şəxsin Moskvada təşkil etdiyi çevriliş nəticəsində qeyri-qanuni yaradılmış dövlət fövqəladə vəziyyət komitəsi pislənir. “Nüvədi, sənə əlvida demirik!” adlı yazıda qeyd olunur: “Avqustun 7-si, yəni bu şəkillərin çəkildiyi gün sən bizim idin. Nüvədi! Həm də məhz bu gün səni “qoruyan” ordu sənin sakinlərini də, səndən yazmağa, şəkillərini çəkməyə gələn jurnalistləri
də digər partiya, sovet işçilərini də tam arxayın etmişdi ki, sakitliyin qorunacaq, təhlükəsizliyin tam təmin olunacaqdır. Amma
yaxşı deyiblər ki, sən
saydığını say, gör fələk... daha doğrusu, fələk yox,
köməyinə güvəndiyimiz ordu nə
sayır...”.
Tədqiqatçı R.Məmmədov vurğulayıb ki, heyiflər olsun ki, o zaman, 1991-ci il avqustun əvvəllərində Ermənistanda yerləşən qədim yaşayış məskənlərimizdən daha biri - Nüvədi kəndi yeni bir xəyanətin qurbanı oldu: “Onun günahsız sakinləri öz dədə-baba yurdlarından birdəfəlik qovularaq didərgin salındı. Yazıda nikbinliklə vurğulanır ki, Nüvədiyə əlvida demirik, biz bura qayıdacağıq. 15 aprel 1992-ci il tarixli “Yurddaş”ın birinci səhifəsində “Yurddaş” cəmiyyəti idarə heyətinin sədri, “Yurddaş”-“Sooteçestvennik” qəzetinin baş redaktoru Mais Səfərlinin “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına” adlı müraciəti dərc edilmişdi. Bu sənəddə oxuyuruq: “Hörmətli millət vəkilləri! Bu gün anamız Azərbaycandan kənarda yüz minlərlə qan qardaş-bacımız yaşayır. Onların acınacaqlı taleyi və ağır vəziyyəti ilə əlaqədar sizə müraciət etmək qərarına gəldim... Acı bir həqiqətdir ki, bu gün Azərbaycanın tarixi torpaqları olan Göyçə və Zəngəzurda bir nəfər də olsun yurddaşımız yaşamır. Beynəlxalq erməni lobbisinin və Ermənistandakı daşnak tör-töküntülərinin iyrənc milli deportasiya və genosid siyasəti bizim həmvətənlərimizə qarşı çevriləndə respublikamızın rəhbərliyi siyasi kütlük və cinayətkarcasına laqeydlik göstərərək hadisələrin qarşısını almağa, yurddaşlarımızın hüquqlarının qorunmasına heç bir cəhd etmədi. Rusiyada Azərbaycan mühacirət mətbuatı budur, indi Azərbaycan çoxsaylı qaçqınlar düşərgəsinə çevrilib, onların ağır problemləri ilə üzbəüz qalıb. Dərin ürək ağrısı ilə qeyd etməliyəm ki, Gürcüstanda və Dağıstanda - öz tarixi torpaqlarımızda yaşayan həmvətənlərimizin də vəziyyəti dözülməzdir... Hörmətli millət vəkilləri,... yurddaşlarımızla iş ümumdövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmalıdır. “Yurddaş” cəmiyyəti bu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsində sizə hər cür köməklik göstərməyə və bütün müvafiq dövlət strukturları ilə bu sahədə əməkdaşlıq etməyə hazırdır”.
Araşdırmaçı vurğulayıb ki, “Yurddaş”ın 3 iyun 1993-cü il tarixli nömrəsində Mais Səfərlinin Rusiya Federasiyasının prezidenti Yeltsinə müraciəti dərc olunub: “Həmin müraciətdə Rusiya prezidentinə xatırladılır ki, Ermənistan tərəfindən xalqımız əzab və fəlakətlərə məruz qalıb, torpaqlarımızın 10 faizdən çox hissəsi işğal edilib, uşaqlar, qadınlar, qocalar qətlə yetirilir. Belə bir gərgin vəziyyətdə beş nəfər rus muzdur-əsgərlərə qarşı məhkəmənin hökmündən sonra Rusiyada müxtəlif KİV-də azərbaycanlılar əleyhinə hədə-qorxu, qızışdırma kampaniyası aparılır. Bu gün Moskvada səslər eşidilir ki, əgər neçə-neçə soydaşımızı qətlə yetirmiş bu muzdur-əsgərlər əfv edilməsə, Rusiyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı zəhmətkeşləri, mədəniyyət, elm xadimlərini - heç bir təqsiri olmayan adamları pis günlər gözləyir.
“Yurddaş” qəzetinin 4 sentyabr 1991-ci ildə işıq üzü görmüş sayında Tümen vilayətinin Nijnevartovsk şəhər dəmir yol nəqliyyatı polisində xidmət edən Ramin Məmmədovun “Təhqir olunuruq: niyə?” adlı məqaləsində Rusiyanın Tümen vilayətində həmyerlilərimizə qarşı törədilən haqsızlıqlar, layiq olmadıqları hörmətsizliklər bəyan edildiyi diqqətə çatdırılır. Müəllif yazır: “16 sentyabr və 16 oktyabr 1987-ci il tarixli “Tümenski kosomolets” qəzetində Qafqaz millətlərinə qarşı çirkin ifadələrlə dolu “Novıye revolyutsionerı” (“Yeni inqilabçılar”) məqaləsi dərc edildikdən sonra çox böyük çətinliklərlə 1 may 1988-ci il tarixli “Tümenskaya pravda”da “Ancaq belə dəf edə bilərik”, 15 iyul 1988-ci il də “Tümenskiy komsomolets”in səhifələrində dərc olunmuş “Atam belə öyrədib” məqalələrini çap etdirə bildim. Yazılarımda göstərirdim ki, Böyük Vətən müharibəsi illərində Bakının nefti olmasaydı, qələbə də olmazdı. Bakı müharibə illərində yaralananların
müalicə ocağı olub.
Kim olduğumuzu bilmələri
üçün Həzi Aslanov,
Gəray Əsədov, Mehdi Hüseynzadə,
Qafur Məmmədov, Fərman Salmanov və başqaları haqda
söhbət açdım. Surqutda
keçən il Sultanov
familiyalı həmyerlimiz şəhər Sovetinə
deputatlığa namizəd göstərilmişdi.
Küçələrdə təqdim olunmuş
portreti və qısa tərcümeyi-halı
olan lövhələrin üstündə
xalqımızı istəməyənlər karandaşla
yazmışdı: “...ona səs verən zaman Stalini yadınıza
salın!”.
R.Məmmədov kitabında bəyan edib ki, “Yurddaş” yenicə yaranmaqda olan diaspor cəmiyyətlərinin işinə də kifayət qədər dəstək göstərirdi: “Bu mövzuda dərc olunan
yazılardan biri də belə adlanır: “Azərbaycan diasporu və onun problemləri”. Həmin geniş məqalədə xarici ölkələrdə formalaşmaqda olan Azərbaycan diaspor cəmiyyətlərinin problemləri, perspektivləri, uğurları işıqlandırılır. Qəzetin bu sayında baş redaktor və Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərlinin azərbaycançılığın təbliğinin genişləndirilməsinə dair digər məqalələri də dərc edilib. “Yurddaş”ın 15 iyul 1992-ci il tarixli 27-28-ci sayının birinci
səhifəsində “Dünya həqiqəti bilməlidir” adlı redaksiya məqaləsində
oxuyuruq: “Hörmətli oxucular! Əziz həmvətənlər! Bacı və qardaşlar! Rusiyada Azərbaycan mühacirət mətbuatı Sülhsevər Azərbaycan torpağında artıq beşinci ildir ki, müharibə gedir. Qarabağın dinc kəndləri boşaldılıb, yandırılıb, məscidlər və ata-babalarımızın qəbirləri yerlə-yeksan edilib, yüzlərlə, minlərlə günahsız insanlar qətlə yetirilib. Bu, təcavüz deyilmi?! Bu, soyqırım deyilmi?!
Ermənistanın rəhbəri Ter-Petrosyansa ucadan qışqıraraq onun respublikasında müntəzəm ordunun mövcudluğunu inkar edir, bəyan edir ki, Azərbaycanla döyüşən Ermənistan deyil, Qarabağ camaatıdır. Bu, ölkəmizə yönəldilmiş yalanların ən böyüyüdür...”.
Müxbir Mədinə Həsənovanın (2005-ci ildən “Vışka” qəzetinin baş redaktorudur) qəzetin ikinci səhifəsində getmiş “Xocalı” yazısında ermənilərin bu şəhərdə dinc əhaliyə qarşı törətdikləri misli olmayan cinayətlər, vəhşiliklər, soyqırım hadisələrini subut eləyən faktlar və fotoşəkillər oxuculara təqdim olunub. Üçüncü səhifədə qaçqınların şəkilləri ilə təchiz olunmuş “Doğma torpaqlarından qovulanlar” məqaləsi, Aleksandr Rodionovun “Xocalı qurbanlarının xatirəsinə” şeiri, sonrakı səhifələrdə “Sizə əbədi xatirə”, “Azərbaycan bizim vətənimizdir”, Vladimir Qomozovun “Qarabağ mənə üçqat əzizdir” şeiri, Mədinə xanımın “Biz bahar və sülh istəyirik” və b. yazılar təqdim olunub.
“Odlar Yurdu”ndan və “Yurddaş”dan söz açmışkən azərbaycançılıq ideyalarını təbliğ edən, bu şərəfli missiya uğrunda Bakıda nəşr olunaraq uzaq ölkələrdə, xüsusilə də, öz ciddi materialları, publisistik, elmi məqalələrilə Rusiya paytaxtında və bölgələrində yayımlanan, bir sözlə, uca amallara vicdanla xidmət edən başqa nəşrləri də xatırlamamaq haqsızlıq olardı. Qeyd edək ki, “Odlar Yurdu”, “Yurddaş” xeyli vaxtdır fəaliyyətlərini dayandırıblar, amma onların başladığı vacib işləri sonrakı illərdə “Diaspora”, “İrs-Naslediye”, “Dünya Azərbaycanlıları” jurnalları, “Bütövlük”, “Ulu körpü” və s. qəzetlər layiqincə davam etdirirlər.
İsmayıl Qocayev
Şərq.-2020.-4 fevral.-S.11.