"Ruçka" yox - qələm...

Böyüklər heç olmasa bu uşaqlardan örnək götürsünlər

Ana dilimizi qorumaqinkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur”, deyirik, adətən. Sözdə deməyə nə var, əsas əməldir. Əməlimizsə, sözümüzlə heç üst-üstə düşmür. 

Bayram başlanğıcı olmadı, eləmi?! 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Gərək bayrama uyğun başlayaydıq. Amma alınmadı. Çünki dilimizi elə günə qoymuşuq ki, bayramlıq halı qalmayıb. SSRİ dönəmində rus sözləri dilimizi sıxışdırırdı. Müstəqil olduq, elə bildik, dilimizi əsarətdən qurtaracağıq. Yox. Bu dəfə də başqa dillər özünü irəli verdi. Anamızın dili yenə kənarda qaldı. Rəsmiyyətə qalsa, bəli, Azərbaycan dili dövlət dilidir. Təhsil də Azərbaycan dilindədir. Amma gündəlik danışığımız, baş bəlasına çevrilmiş sosial şəbəkə yazışmalarında anamızın dilini ağlar qoyuruq. Fərqindəyikmi, ya yox, bilmirəm.

Biri “nəm, vallah...” yazır. Biriokey”, biriyaaa...”... Nədir buyaa?!”

Dilimizi baltalayanları hələlik bir kənara qoyaq. Qısaca, Beynəlxalq Ana Dili Günü barədə məlumat verək.

Ana dili gününü benqallara borcluyuq

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Cümhuriyyətin qısa vaxtda dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. AXC öz dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək 1918-ci il avqustun 28-də ibtidaiorta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılıb. Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin (indiki Bakı Dövlət Universiteti) açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetiriblər.

Azərbaycanın 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğalından sonra yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaqqorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu.

“Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım”

Cəlil Məmmədquluzadə yazıb bunu. Dahi Mirzə Cəlil. Ana dilimizə zaman-zaman göstərilən hörmətsizlik milli təfəkkür sahiblərinin sərt tənqidi ilə üzləşib həmişə. Amma... təsir etməyib bəzi üzdəniraqlara. Ana dili haqqında ən gözəl poeziya nümunələrindən biri isə təbii ki, xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilimşeiridir:

 

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,

«Ana dili» adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədironu gözlərimiz tək

Qoruyub, nəsillərə biz hədiyyə verək...

 

İndi gəldik əsas məsələyə. Allah rəhmət eləsin dilimizi sevib keşiyini çəkənlərə. Amma ustad, körpələr dil açandaanademir daha, “mama” deyir. Bir az böyüyəndə isə ən yaxşı haldaanne”! Vay o gündən ki, ingiliscə “maze”, “fazedeməyə başlasınlar. İlk dərsliyimiz “Ana dilideyil artıq. Sovet vaxtıƏlifbaidi - əlif, . Ərəb hərfləri. Müstəqil olduq. İndi “Ana dilisözü deyəsən kimlərisə yaman qıcıqlandırır. Azərbaycan dilieləyiblər ilk dərsliyinin adını. “Ana diliifadəsi iləAzərbaycan diliifadəsi arasında çox böyük fərq var. Dilçilər , filoloqlar da bilir yəqin. Məncə, “Ana dilidaha şirin səslənir. tam da mahiyyətə uyğundur. Amma neyləyəsən ki, bizdən-sizdən məsləhət alan yoxdu.         

Neyniyim, dilsiz bir baş çəkəmmirəm...” – Huşəng Cəfəri

Düz deyiblər ki, insan itki ilə üzləşdikdə itdiyinin qədrini bilir. 40 milyonluq Güney Azərbaycanda soydaşlarımız anadilli məktəbə, tədrisə həsrətdir. Dil davası çəkirlər. Quzey Azərbaycanda isə ana dilimiz dövlət dili statusundadır, burdakılar ana dilində danışmağanaz edir”. Bəyənmir. Ədabazlıq edirlər.

Güneyli şair Huşəng Cəfərinin şeirindən bir parça veririk. Bəlkə ana dilinin qədrini anladı, qədirbilməzlər;

 

...Bir seli çəkəcəm sara boynunda

Bir eli yardımsız, yara boynunda

Bir dili asılı çara qoynunda

Bir dili dilçəksiz, darda çəkəcəm!

 

Tikili bir ağız çəkəcəm buma

Dərin bir baxış ki, fikirə cuma

Yollayam şəkili Tehrana, Quma

Bir elin yoxluğun varda çəkəcəm!

 

Beynəlxalq Ana dili Günü ilə bağlı dünən sosial şəbəkədə maraqlı paylaşımlar diqqət çəkdi:

Rasim İsmayılov:

Bu gün Beynəlxalq Ana Dili Günüdür. Ona görə 2-3 il əvvəl paylaşdığım statuslardan birini təqdim edirəm.

"Cənubi Azərbaycanda soydaşlarımıza ana dilində oxumağa imkan vermirlər" deyə hayqıran, şimali Azərbaycanda öz uşağını rus bölməsində oxudan "milli" düşüncə var bizdə.

Sultan Borcalı:

Var ol əzızım. Amma bir seyi unudubsan. Borçalıdakı durumu.  Kəndin körpələrinin gürcü-rus bağcalarına, məktəblərinə getdiyini, kənd məktəblərində iki-üç usaqla dərs keçildiyini.

Amil Avoğlu:

Fərqi nəzərə almaq lazımdır. Mən burda sərbəstəm. Uşağımı hansı dildə istəsəm oxuda bilərəm. Ən vacibi odur ki, ana dilimdə yazmağa, oxumağa mənə qadağa qoyan yoxdur. İranda isə ancaq iki dildə təhsil ala bilərsən: fars erməni dilində.

Şəbnəm Karslı:

Bəzi günlər balalarla evdə Azərbaycan dilində danışırıq ki, hər iki dili bilsinlər. "Ə" hərfindən çox istifadə etməyim diqqətlərini çəkib. Nəsə dedim, Həsən "tamam, anne"yi guya Azərbaycan dilində demək istədi: "Təməm, ana".

Hafiz Qəfərli:

55 milyon azərbaycanlının dilidir dilimiz.

Firdovsi Xəlilov:

Bir dəfə Mokan Bəybarsla bir uşaq səmt bazarına gedibmiş. Bizimki soruşub ki, "Alma kaç para?", o da " alma değil, elma" deyib. Bizimki də "peki, ermut ne kadar?" soruşub.

Boz Qurd:

Öyrədin dilimizi ləhcəsiz, sivəsiz danışanlar. Bura onların ikinci vətənidir. Bura gələndə “qaqaş” , “qaqa”, “ay qa”, “qakimi sözləri də bilsinlər ki, kimsə deyəndə çasmasınlar.

Ülfət Abdullayev:

Bizim dilin bir çox üstünlüyü var, hər cür səsləri tələffüz edirsən. Bunun da müsbət tərəfi odur ki, uşaq başqa dil öyrənməyə başlayanda aksentsiz öyrənir.

Azərbaycan dilində danışan ruslar, “ruscadanışan bizimkilər

Şahnaz Kamal yazır: Sergey adlı bir tələbəm var. Vəkildir. Çoxlu azərbaycanlı dostları var, Azərbaycanı Azərbaycan dilini sevir, ona görə dilimizi öyrənir.

Bir neçə gün əvvəl azərbaycanlı dostlarından biri Sergeyi evinə qonaq dəvət edibmiş. Təzə təmir etdiyi evini ona göstərib, bütün hamısını özümremonteləmişəm, deyib, qürrələnib.

- Tavanı da özünmü təmir etdin?- Sergey soruşub.

Yerlim bir az Sergeyin üzünə baxıb: - Nətəri? Nəyi özüm nağardım? soruşub.

Biz beləyik.Remontda yox e, “ramontdeyənimiz, “vospalenni olmuşam”, “şofir, astanovkada saxla”… deyənlərimiz, “matarist” (motorçu -red) yazanlarımız… (siyahını o qədər uzatmaq olar ki) deyənlərimiz qədər istəsəniz var. Bu günlərdə bir neçə məktəbli dilimizəilişmiş” (bu cür sözlərəparazitsözlər deyilir) əcnəbi sözlərlə bağlı sosial şəbəkədə aksiya keçirmişdilər. Uşaqlar  bir neçə rus sözlərinin Azərbaycan dilindəki qarşılığını vərəqlərə yazıb əllərində tutmuşdular. Böyüklərə örnək olsun deyə. Məsələn, “koridoryoxdəhliz, “Ruçkayoxqələm. Ujeyoxartıq. Sfitaforyoxişıqfor, “Kuxnayoxmətbəx, “abed” yoxnahar, “sokyoxşirə sair. Rus, ya başqa əcnəbi dilləri Ana dilinə calayanlar bundan ibrət alsınlar. Xüsusən , “podruqasıilə (rəfiqəsi ilə) söhbətə rus dilində başlayıb, çətinə düşən kimi Ana dilindən yardım alan ədabaz qızlarımızÖlümdü?! Öz dilinizdə danışın da!..

 

Məlahət Rzayeva

Şərq  2020.- 22 fevral.- S.8.