Zəlimxan Yaqubun
kəndçiləri arzularına qovuşdu
Gürcüstanda şairin
adına Poeziya Evinin
inşası xalqlar arasında əlaqələri
gücləndirəcək
Gürcüstanda Azərbaycanın
Xalq şairi, saz və söz ustadı
Zəlimxan Yaqubun adına anadan
olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində
Poeziya Evinin
inşası üçün torpaq sahəsi ayrılıb.
Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki,
nasir, publisist və tərcüməçi
Nəriman Əbdülrəhmanlı Poeziya
Evinin inşası üçün
lazımlı tədbirlərin görülməsi ilə
bağlı təkliflərini səsləndirmişdi.
O, “Şərq”ə açıqlamasında bildirib ki, Gürcüstan
hökuməti Xalq şairinin
xatirəsinin əbədiləşdirilməsi üçün
görülən işlərə həssas
yanaşmalıdır:
“Xalq şairi Zəlimxan Yaqubun Poeziya Evinin tikilib-başa çatması əlamətdar hadisə olacaq. Bu ev Azərbaycan və gürcü xalqları arasında ədəbiyyat və mədəniyyət, eyni zamanda dostluq körpüsünü daha da möhkəmləndirən məkanlardan birinə çevrilə bilər. Həmin Poeziya Evində yalnız Zəlimxan Yaqubla bağlı yox, həm də Azərbaycan və gürcü mədəniyyətlərinin qarşılıqlı əlaqələri ilə bağlı tədbirlər keçirmək olar. Bu baxımdan torpaq sahəsinin ayrılması olduqca sevindiricidir. Hər zaman bildirmişəm ki, belə bir poeziya məkanı Azərbaycan və gürcü mədəniyyət xadimlərinin, ədəbiyyatçılarının yubileyləri və kitab təqdimatları üçün mədəni mərkəzə çevrilə bilər. Ona görə də poeziya evinin yaradılması olduqca dəyərli bir işdir”.
Yeganə Bayramova
Şərq 2020.- 20 fevral.- S.12.