“Münhen
debatından sonra dünya
Paşinyana fərqli yanaşdı”
Hatəm
Cabbarlı: “Azərbaycan Prezidentinin dik oturuşu, jest və
mimikası onun erməni baş
nazirdən çox yüksəkdə olduğunu göstərdi”
“Paşinyanın səsləndirdiyi fikirlər,
sadəcə, Azərbaycan ictimai rəyində
deyil, erməni ictimai
rəyində də gülüş predimeti oldu”
2020-ci ilin 15 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə söykənən faktlarla susdurub.
Müzakirələr zamanı səsləndirilən
fikirlərə münasibət öyrənmək üçün siyasi elmlər
doktoru, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı ilə əlaqə
saxladıq. O, “Sherg.az”a
müsahibəsində məsələləri bu
cür şərh etdi:
-Azərbaycan Prezidenti cənab
İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan
arasında Münhendə baş tutan Qarabağ müzakirəsi zamanı xeyli
maraqlı mövzulara toxunuldu.
Bu məqamda xüsusi
bir məsələni diqqətinizə
çatdırmaq istəyirəm. Paşinyanın arqumentləri
olduqca zəif idi. Tarixi faktları təhrif etməyə
çalışan erməni baş nazir o saxtakarlıqları
dünyaya çatdırmaq istəyirdi. Amma Azərbaycan Prezidenti
Paşinyanın saxta, məntiqsiz, heç bir tarixi fakta söykənməyən
fikirlərini ifşa etdi.
Dağlıq Qarabağla bağlı həqiqətləri sübutlarla
dünyanın gözü önünə
sərdi və bunu tarixi
faktlarla möhkəmlətdi.
-Erməni baş nazirin son iki
illik hakimiyyəti nə ilə yadda qalıb?
-Onun hakimiyyətdə olduğu son iki ili nəzərdən keçirsək, görərik ki, daxili siyasətini yalnız populizm üzərində qurub. Ermənsitan ictimai rəyinə hesablanan populist çıxışlar edir. Ermənilərin iqtisadi, sosial problemlərinin həlli istiqamətində dediyi sözlər Ermənistan ictimai rəyində xoş qarşılana bilər. Amma Münhendəki çıxışları, iddiaları ifşa olundu və zaldakılar və dünya ona fərqli yanaşdı.
-Debat zamanı Paşinyan tez-tez məxməri
inqilab, mikro və makro inqilab ifadələrini
işlədirdi...
- Paşinyan o cür mötəbər
bir tədbirdə özünün
məxməri inqilab məsələsini gündəmə
gərirərək makro və mikro inqilabdan
danışmaq istədi. Əslində isə bu,
Ermənistan daxilində və eləcə də beynəlxalq ictimai rəydə özünə dəstək
artarışı idi.
-Paşinyan Şaumyan
rayonun Dağlıq Qarabağa
aid olmasını söylədi və dərhal
Azərbaycan prezidenti müdaxilə edərək
bunun yalan olduğunu söyləyib, erməni baş nazirin tarixi təhrif etdiyini sübut etdi.
-Erməni baş nazirin iddiaları gülünc
idi. O, eramızın ilk
100 illikləri və eramızdan əvvəlki dövrlərin
tarixi hadisələrini gündəmə
gətirərək xal qazanmağa
çalışırdı. Dinləyicilər də ona inanmadılar. Onun fikirləri
hər kəsdə şübhə doğurdu.
Çünki yalan
danışırdı. Həmin debatda da sübut olundu
ki, Paşinyanın tarixi
və siyasi bilgiləri zəifdir. Bir dəfə yanlış məlumat verdi. Şaumyan rayonun Dağlıq Qarabağa
aid olmasını səsləndirdi və sonra üzr istədi. Bu bir ölkə rəhbəri
üçün ciddi
minusdur.
-Paşinyan Qafqaz
Bürosunun Dağlıq Qarabağın
Azərbayana aid olmasını təsdiqləyən
bir qərarının olduğunu
vurğuladı. Sizcə, bununla nəyə
nail olmaq istəyirdi?
- Ümumiyyətlə, o, iki ildir hakimiyyətdə olsa da, onun
siyasi portretinə diqqət etdikdə, hələ püxtələşməmiş,
siyasi kimliyi
formalaşmamış bir siyasətçi
nümunəsi ortaya çıxır. Erməni
baş nazir siyasi kimliyinin
formalaşması üçün hər
hansı bir siyasi
proseslərin içərisində olmayıb. Dövlətin
idarəedilməsi, dövlətçilik ənənələri
və başqa məsələlərdə
fundamental təcrübəsi yoxdur.
-Erməni dilini bilirsiniz və bu ölkə
mediasını yaxından izləyirsiniz. Bu
debat işğalçı ölkə
mediasında hansı rezonansı doğurdu?
-Painyanın Münhen debatında səsləndirdiyi fikirlər, sadəcə, Azərbaycan ictimai rəyində deyil, erməni ictimai rəyində də gülüş predimeti oldu. Erməni analitiklər, siyasətçilər, elm və mədəniyyət nümayəndələri N.Paşinyanın məğlubiyyətə uğradığını etiraf edirlər. Paşinyanın tarixi və siyasi savadının zəif olması Ermənistan ictimaiyyətində narahatlıq doğurur. Erməni mediası Münhen debatında Azərbaycan Prezidenti cənab İlham Əliyevin N.Paşinyandan açıq-aşkar üstün olduğunu vurğulayırlar. Erməni mətbuatında baş naziri təndiq edən yazarlar Paşinyanın Azərbaycan Prezidenti qarşısında oturuşunun Paşinyanın məğlub duruma düşməsinin təzahürü olduğunu yazırlar.
-Əlbəttə, siyasətdə bədən
dili də olduqca
önəmlidir. Bu həm də üstün və haqlı tərəfin mövqeyini aydın şəkildə əks etdirir...
-Bəli, Azərbaycan Prezidentinin dik oturuşu, jest və mimikası, bəzən
Paşinyanın sözünü kəsərək
tutarlı cavablar verməsi bədən dili çərçivəsində cənab İlham Əliyevin erməni baş
nazirdən bütün sahələr
üzrə yüksəkdə olduğunu
göstərir.
-Yəqin, fikir verməmiş
deyilsiniz erməni baş
nazir beynəlxlaq hüquqdan
deyil, saxta, uyudurma tarixlərindən danışmağa səy
göstərirdi...
-Doğrudur,
Dağlıq Qarabağ münaqişəsinə
dair müzakirələr aparılan zaman N.Paşinyan məsələnin
beynəlxlaq hüquq çərçivəsində
həllindən deyil, qondarma
tarixlərindən danışmağa
çalışırdı. Azərbaycan Prezindeti
isə onların uydurmalarını ifşa
etdi. Azərbaycanın əbədi və
əzəli ərazisi olan Xankəndinə
“Stepanakert” adını verməsi məsələsinə
dəqiq və tarixi fakta
söykənən mükəmməl cavab
verdi. Bildirdi ki, Stepan bolşevik Şaumyanın adıdır, “kert” isə erməni
dilində şəhər deməkdir. Ölkəmizin
başçısı bu adda
heç bir erməni irsinin olmadığını diqqətə
çatdırdı. Eyni zamanda
Xankəndinin Azərbaycan dilində “Xanın kəndi” olduğunu söyləyib, burada
Azərbaycan tarixi irsinin
olduğunu dünyaya bəyan etdi. Paşinyan bu məntiqli tarixi izaha susqunluq
nümayiş etdirdi. Bu onun saxta
fikirlərinin ifşası demək idi.
-Paşinyan
Xocalı soyqırımı ilə bağlı da əsassız fikir bildirdi...
-Ayaz Mütəllibovun guya Xocalı soyqırımını o vaxtkı Azərbaycan müxalifətinin
törətdiyinə dair iddiasına da tutarlı cavab verildi. Azərbaycan Prezidenti
Ayaz Mütəllibovun hələ də sağ olduğunu və
Bakıda yaşadığını deyib,
onun belə bir ifadə
işlətmədiyini bəyan etdi. Və
bildirdi ki, bu həmin
dönəmdə Rusiya mediasında
çalışan erməni mənşəli jurnalistlərin
yazdığı feyk məlumatdır. Hətta
mənbə göstərdi ki, bu faktı dəqiqləşdirmək istəyənlər
açıb, internetdən hər şeyi
oxuya bilərlər.
-Olmazmı ki, Ayaz müəllim fikirlərini təkcə Azərbaycan
mediasına yox, Rusiya,
İngiltərə, Fransa, Almaniya
və hətta İranın aparıcı informasiya
agenliklərinə bu yöndə
açıqlama versin. Və bunun erməni jurnalistlərin uydurduğu
feyk xəbər olduğunu
dünyaya çar
çəksin. Zənnimcə, bu addım
da Paşinyana növbəti
zərbə olar...
-Əslində, bu Ayaz müəllimin özünün təşəbbüsü ilə həyata keçirilməli məsələdir. Bu işi jurnalistlər gündəmə gətirib, müzakirəyə çıxarsalar, böytük ehtimalla Ayaz müəllim belə bir təşəbbüs göstərə bilər. Amma burada başqa bir fakt var. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Tomas de Vala verdiyi müsahibədə Xocalı soyqırımını Ermənistan və ya ermənilərin törətdiyini etiraf edir. Serj Sarksiyan deyir: “Bəli Xocalı soyqırımını biz törətmişik. Azərbaycanın mülki əhalisinə qarşı bu cür qəddarlığın olunacağını gözləmirdi. Amma biz azərbaycanlıların gözünü qorxutmaq və iradəsini sındırmaq üçün bunu etdik”. Azərbaycan bu sənədi beynəlxalq aləmə çıxarmalıdır. Bu tutarlı bir sənəddir. Tomas De Val bununla bağlı məqalə yazıb. Bu məqalə beynəlxalq aləmdə oxunub, bilinir. Ayaz Mütəllibovun da beynəlxalq mediaya çıxıb, deyilənləri təkzib etməsi Azərbaycanın maraqlarının qorunmasına və ölkəmizin arqumentlərinin güclənməsinə xidmət edər.
-Paşinyan
onu da söylədi ki, guya Dağlıq
Qarabağdakı qondarma rejim müstəqildir. Ona
danışıqlarda təsir göstərə bilmir...
-Bu, onu
göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində Paşinyanın hansısa bir
planı yoxdur. Bununla
yanaşı, N.Paşinyan özü
üçün guya yeni, amma sələflərinin
gündəmə gətirdiyi məsələni növbəti
dəfə təkrar etdi. Onun
son 2 illik hakimiyyəti
dönəminə diqqət yetirdikdə görürük
ki, Dağlıq Qarabağla
bağlı həm ikili müzakirələrdə,
həm də Misk qrupunun
vasitəçiliyi ilə reallaşan
danışıqlarda yeni bir
fikirin şahidi olmuruq. O, sadəcə siyasi
avantüristdir. Ermənistanda özünün hakimiyyətinin möhkəmləndirilməsi
istiamətində işlər aparırır. Erməni baş nazir Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində siysi irsdə nümayiş etdirmək potensialı və
gücə malik deyil.
-Paşinyan
müzakirənin sonunda iddia
etdi ki, yalnız Ermənistan
və Gürcüstan dövlətləri
mövcud olub. Amma onun bu
fikri zalda da gülüşlə qarşılandı...
-Paşinyan son
min ildə Cənubi Qafqaz
zonasında bir erməni dövlətinin
adını çəkə bilərmi? Əlbəttə,
çəkə bilməz. Cənubi Qafqazda
ermənilərin heç bir
zaman dövləti olmayıb. Çox böyük
imperiyaların- Sasani, Bizans,
Ərəb xilafəti, Səlcular, Osmanlılar və daha sonra Rusiya
imperiyasının tərkibində təbə olaraq
yaşayıblar. Son min
ildə Cənubi Qafqazda ermənilərin heç bir dövləti
olmayıb. Paşinyanın tarixi
faktları təhrif etməsi tarixi
gerçəkləri ört-basdır edə bilmir.
Və nəticədə gülüş doğurur. Tarixçilərimiz də buna çox rahat şəkildə cavab
verə bilərlər. Paşinyanın tarixi
fakları təhrif etməsi onun hörmətini
artırmadı, əskinə ona zərbə
vurdu. Baş nazirin belə əsassız , təhrif dolu fikirləri beynəlxalq ictimaiyyətdə
gülüşlə qarşılandı.
-Debatdan
çıxan nəticə nə olacaq?
Sülhə nail olmaq mümkün olacaqmı, yoxsa
silahlar danışmalıdır?
-Mənə elə
gəlir ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində sülh və ya müzakirələr
yolu
qapanmayıb. Son pərdə
oynanmayıb. Nə qədər çətin olsa,
da problemin dinc yolla həllinə imkan var. Necə var? Bu işdə Ermənsitan
baş naziri də siyasi iradə nümayiş
etdirməlidir. Problemin 30 il
davam etməsi bölgədə təhlükəsizliyi
təhidid edir. Status-kvonun
saxlanılması Ermənistan iqtisadiyyatını çökdürür. Ermənilərin
ölkələrini tərk etməsinə səbəb olur. Ermənsitan rəhbərliyi bunu dərk etməlidir. Dağlıq Qarabağ problemi Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll oluna bilər. Amma
Ermənistan rəhbərliyi indiyə qədər bu siyasi iradəni nümayiş etdirməyib. Bir
dəfə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan buna təşəbbüs
göstərdi. Və öz komandası onu istefaya göndərdi. Petrosyandan sonra gələn
prezidentlər və baş nazirlər bu məsuliyyəti öz
üzərlərinə götürmədilər. Çünki Dağlıq Qarabağ
probleminin qalması Ermənistanda hakimiyyətdə
olan qüvvələrin qorunmasında xüsusi rol oynayır. Onlar ölkədəki sosial-iqtisadi
problemləri, korrupsiyanı,
özbaşınalığı
Dağlıq Qarabağ
münaqişəsi ilə izah edirlər. Amma bu müzakirələrdə son pərdə
oyunanılarkən, müzakirələrin tükənməsi ərəfəsində Azərbaycan beynəlxalq hüququn ona verdiyi və Azərbaycan dövlətinin
haqqı olduğu hüquqdan
istifadə edərək, müxtəlif yollarla-
burada hərbi yol da istisna edilmir-
öz torpaqlarının düşməndən
azad edə
bilər.
-Rusiya-Ermənistan
arasındakı münasibətlərdə soyuqlaşma
var. Paşinyanın lori
dillə ifadə etsək, “gah nala, gah da
mıxa vurması” Moskvanın hiddətinə səbəb olur. Sizcə, Bakı Moskva-İrəvan
arasındakı gərginlikdən hansı formada
faydalana bilər?
-Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı bəyanatlar verdi. Onun hakimiyyətə gəlməsi Rusiya ilə Ermənistan arasında gərginliyə səbəb oldu. Amma Ermənistan Cənubi Qafqazda geosiyasi olaraq Rusiya üçün əhəmiyyətlidir. Çünki Ermənistanda Rusiyanın hərbi bazası var. Ermənistan sərhədləri Rusiya hərbi qüvvələri tərəfindən qorunur. Bu mənada Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi Azərbaycan üçün qalıcı bir divident gətirməsi imkanı zəifdir. Amma Rusiya-Ermənistan münasibətləri gərginləşdiyi məqamda Azərbaycan bu məsələni xarici medianın- xüsusən də Rusiya mediasınınm gündəminə daşımalıdır. Ermənistanın Rusiyadakı imicinin pozulması istiqamətində müəyyən işlər görə bilər.
Ayyət Əhməd
Şərq.-2020.-20 fevral.-S.5.