Zərif
düşüncənin şairi...
...Məmməd İlqarın 70
illik yubileyi keçirilib
Dünən Beynəlxalq Muğam
Mərkəzində
tanınmış şair Məmməd
İlqarın 70 illik yubileyi
keçirilib. "Sherg.az" xəbər verir
ki,şair, yazıçı, kinodramaturq İlqar Fəhminin
aparıcılığı ilə baş
tutan tədbirdə millət vəkili, akademik Nizami Cəfərov,
əməkdar elm xadimi,
ədəbiyyatşünas, professor Qəzənfər
Paşayev, xalq şairi Sabir Rüstəmxanlı,
Qazax Xeyriyyə İctimai
Birliyinin sədri, professor
İlham Pirməmmədov, "Şərq"qəzetinin baş
redaktoru Akif
Aşırlı, görkəmli alim
Rüstəm Kamal, Yeni
Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri
Tağı Əhmədov, yazıçı-publisist
Salatın Əhmədova, şair Ehtiram İlham, ədəbiyyatşünas
Məti Osmanoğlu, professor
Nəsir Əhmədli və şairin digər
qələm dostları iştirak edib.
Mərasimdə Məmməd
İlqarın "Vətən" şeiri
və qələm dostları- Məmməd Dəmirçioğlu,
Akif Səmədə həsr etdiyi poeziya nümunələrindən
və şairlə bağlı digər tanınmış qələm
əhlinin -Zəlimxan Yaqubun, Məmməd
İsmayılın və başqalarının
düşüncələrindən ibarət video-çarx
təqdim olunub. Bununla
da mərasim öz
işinə başlayıb.
İlk olaraq
çıxış edən alim Rüstəm
Kamal yubilyarı 70-ci il
dönümü münasibəti ilə təbrik
edib:
Bəlkə də, bu, klassik ozan və
aşıq ədəbiyyatından gələn bir ənənədir ki, bütün aşıqların, ozanların
şeirləri bir kitabda
cəmlənib. Aşıq Ələsgər bir
kitabdadır, aşıq Alı bir
kitabdadır. Qurbani bir
boydadır. Mən görəndə ki, Məmməd
İlqarın da şeiriyyatı,
divanı bir kitabda cəmlənib,
buna sevinmdim. Məmməd
İlqarın şeirlərinə diqqət yetirsək görərik ki, onun şeirləri məclis,
törən və ritual üçün
darıxır. Məmməd İlqarın şeirləri ozana xitab və müraciətlərlə
başlayır. Onun şeirlərini oxuyanda hiss edirsən ki, şeirlər məclisin içindədir. Bu da həmin poeziya nümunələrinin arxaik
qatlardan gəldiyini göstərir. Şair gərək birinci
və sonuncu misrasına inansın. Öz şeirin əvvəli
və sonuna inana bilsin. Məmməd İlqarın şeirlərini
oxuyanda hiss edirəm ki, şair öz
misralarına inanır. Məmməd İlqarın şeirlərinin
hamısı gözəldir, çünki
inancla yazılıb. Onun
əxlaqı ilə poeziyası düz
mütənasibdir. Məmməd İlqarın şeirləri də
yaşadığı həyat tərzininə uyğundur.
Şeir gərək şairin
xarakterini əks etdirsin.
Məmməd İlqarın şeirləri onun
xarakterini göstərir. Məmməd
İlqarın öz şeir
əxlaqı var. Məmməd
İlqarın yaşadığı ömürlə şeirləri arasında düz mütənasiblik var.
Onun çox şeiri ölümlə, baş
daşı ilə bağlıdır. Kitabından da görürük ki, Məmməd İlqar
2013-cu ildən sonra şeir
yazmayıb. Məmməd İlqar Azərbaycan
milli şeirini, təcnisini,
qoşmasını XX və XI əsrdə yenidən hörmətə
gətirən nadir şairlərimizdəndir.
Məmmd İlqar haqqında bir balaca yazı da yazmışam. Amma axşam onun kitabına baxanda gördüm ki, mən onun haqqında hələ
heç nə yaza
bilməmişəm. Var ol,
böyük şair!
Bu çıxışdan sonra əməkdar artist Təyyar
Bayramov şairin
sözlərinə bəslənmiş bir
mahnı ifa edir.
Daha sonra
söz xalqı şairi
Sabir Rüstəmxanlıya verilir. S.Rüstəmxanlı da
arzularını bu cür
izhar edir:
“Bu gün(dünən)
Azərbaycan ədəbiyyatının və çağdaş
şeirimizin usta qələm
adamı olan Məmməd İlqarın
yubileyinə yığışmışıq. Azərbaycan ədəbiyyatında
Məmmdlər çoxdur: Məhəmməd
Füzuli, Məmməd Hadi,
Məmməd Səid Ordubadi, Məmməd
Rahim, Məmməd Araz,
Məmməd Aslan, Məmməd
İsmayıl və Məmməd İlqar.
Düşünürəm ki, bu Məmmədlərin hər biri
öz soyadına bənzəyir. Məmməd
Araz Araz şairidir, Məmməd Aslanın türk dünyasına xas
bir xarakteri vardı. Məmməd
İlqar da ilqarlı bir şairdir. Onun ilqarı onun öz yaddaşındadır, ocağa,
yurda, saza, dostlara bağlılığındadır. Onun ilqarı Qazaxın müdafiəsində həyatını
qurban vermiş Qaratelə olan
sevgisində, ona ithaf etdiyi dastandakı böyük
ruha
bağlılığındadır.
Məmməd İlqarı gözdən
keçirəndə görərik ki,
iqarlı şairdir və öz
kökünə böyük
bağlılığı var. İnə
dərəsi deyiləndə Ağamalı Sadiq,
Akif Səməd və Məmməd İlqar göz
önünə gəlir. Onların qəribə bir fərqi var. Ağamalı Sadiq
ictimai və vətəndaşlıq,
mübarizə, vətən, dönməzlik ruhunda
yazıb. Akif Səməddə dərvişlik
vardı O irfani,
süfi düşüncəyə
bağlı idi. Ömrünün
sonuna qədər ruh
bağlılığını qoruyub
saxladı. Məmməd İlqar isə daha çox sözə
bağlıdır. Min illəri
aşıb gələn türk
sözünə bağlıdır. Çağdaş
poeziyamızda ən yaxşı cinasların müəllifidir.
Məmməd İlqar sözün
canını çıxardır. O, sözü
yoxuşa dirəyib, içində nə varsa, çıxardır. Təəssüf ki, son illər Azərbaycan
ədəbiyyatında çıxan kitabların yarısı
az qala ölü
sözlərlə yazılıb. O sözlərin ruhu, canı yoxdur,
yıpranıb artıq. Amma Məmməd
İlqarın sözləri diri sözlərdir.
Min illəri aşıb gələn
sözlərdir. Dədə Qorquddan, Yunus Əmrədən, Ələsgərdən
gələn sözlərdir. Məmməd İlqar
cinasda 3 bəndlik şeirlərdə böyük bir əhval-ruhiyyə
yarada bilən şairdir.
Onun sözü
insanı silkələyir. İncə dərəsinin ruhu budur. Süfi
poeziyası və irfani poeziyanı
saxlayır. Şairlər dərd çəkməyə
yaranıb. Məmməd İlqar həm də
millətin dərdinin şairidir. Daha çox Məmməd
İqların təcnislərindən danışdıq. Amma onun çoxsaylı sərbəst
şeirləri var. Əziz qardaş,
yubileyin mübarək olsun,
sən 70 yaşında da gəncsən. Sən
szöün durduqca yaşayacaqsan. Şairin
adı çəkilirsə, o daim yaşayacaq.
Bu çıxışdan sonra aşıq Şaiq
İncəli şairin sözləri
üstündə gözəl bir saz havası ilə
iştirakçıların ruhunu dincə
qoyur.
Ardınca, ictimai siyasi xadim, şair, nasir, Ağamalı Sadiqin
bacısı Gülçiçək xanım da şairi təbrik edir edəərk, ona ən
saf və duru
arzularını çatdırır:
“Məmməd İlqar sevilən
şairdi, xoşbəxt şairdi.
Kitabı çap olunmazdan
əvvəl, yazdığı şeirlərin mürəkkəbi
qurumamış şeirləri əl -əl gəzirdi, oxunurdu. Məmməd İlqar
Avdi babaya (Aşıq
Avdı)həsr etdiyi “Yurd
yeri” şairində yurda
bağlı olduğunu bir
daha sübut edib. Məmməd İlqar vətəninin ağır və
çətin günlərində vətənpərvər ruhlu şeirlər yazdı. “Vətən,
başın sağ olsun”
şeir ilə insanları vətən üçün mübarizəyə səslədi.
“İlahi, belə də gözəl
olarmı?” deyib, gözəlliyi tərənnüm
etdi. Sevən gənclərimizə
gözəlliyi aşıladı. Məmməd İlqar bir məktəbdi
onu öyrənmək lazımdır. Məmməd
İlqar, bu gün sənin təmtaraqlı günündür. Qoy, bu gün səni ilk misrandan kəşf edən,
ilhamına inanan Ağamalı Sadiq Əfəndinin ruhuna əyan
olsun. Oktay Xalloğlunun, Aslan Kəmərlinin,
Ələddin İncəlinin ruhuna əyan
olsun. Şeirlərinin birində
yazırsan: “Mən həmən oğlanam,
a dağ yolları” Sən
təkcə dağ yollarında deyil, bizim ruhumuzda
, bütövlükdə özümüzdəsən”. Biz səni belə
sevmişik, belə öyrənmişik.
70 yaşın mübarək olsun.
Tanrı sənə yar olsun.
Məmməd İlqar şeirini
sevənlərə eşq olsun !
Beynəlxaq Muğam Mərkəzinin salisti Rəvanə Qurbanova könülləri oxşayan bir muğam ifa edir.
Sonra millət vəkili, akademik Nizami Cəfərov
da çıxış edərək
yubilyarı təbrik edir:
“Məmməd İlqar, 70
yaşın mübarək olsun ! Məmməd İlqara 70
yaş verə bilmirəm. İncə dərəsindən
olan adamlara yaş vermək olmur. Onlar həmişə eyni yaşda olurlar. Ədəbiyyatçılar
yaxşı bilirlər. Adətən, müxtəlif dövrlərdə
yaranmış ədəbiyyat nümunələrini ümumiləşdirməyə
çalışırlar. Azərbaycan ədəbiyyat tarixini
ümumiləşdirəndə İncə dərəsi kənarda
qalıb. İncə dərəsi ədəbiyyatı tarix estetik və sosial prinsiplədən
də kənarda qalıb, ümumiləşmə sisteminə daxil olmayıblar. Onlar əlahiddədirlər.
Bu əlahiddəlikdə bir özünəməxsusluq
var. Bu nədir? O vaxt rəhmətlik Akif Səməddən
soruşurdum ki, Akif, sizin bu
incəli ədəbiyyatın klassiki kimdir. Deyird ki, Ələddin İncəli. Biz
Nizamidən danışırıq, heç
olmasa, orta əsrlərə
gedib çıxırıq. Bunlarda hələ sovet dövrüdür. Bunların ədəbiyyatı
tarixi sovet
dövründən başlayıb. Amma sovet dövründən elə başlayıb ki, elə bil eramızdan əvvəl
başlayıb. Sovet dövründən
danışılında biz Engelsdən, Marksdan misal gətirəndə, bunlar Hacı Mahmud Əfəndidən misal
gətirirlər. Bu da
mənəvi hadisədir. Ağamalı Sadiq,
Akif Səməd və Məmməd İlqar uzun şeir yaza bilmirdilər. Poema yaza bilmirlər. Balaca həcmli bir şeirdə
bir poemanın elementlərini verə
bilirdilər. Məmməd İlqar hər
şeirində zərifliyə qədər gedən incə bir qəlb var. Qardaş, sənə
can sağlığı arzulayıram.
2013-cü ildə dayanma. Sən
yazmalısan. Bu gün
zərif bir düşüncənin,
gözəl bir oğlanın yubileyidir. Cavan-cavan 70 yaşa çatıb. Sağ
ol!
Aşıq Zülfiyyə saz havası üstündə Məmməd İlqarın şeirini oxuyur.
Azərbaycan Yazıçılar birliyinin katibi Əjdər
Ol şairə AYB-nin
təbrikini çatdırır:
“AYB-nin adından şairə
təbrik
ünvanlamışıq. “Ədəbiyyat”a qəzetində
dərc olunub. O yazıda şairə can sağlığı,
yaradıcılıq uğurları
arzulayırıq. İndi də
əlimdə AYB-nin təbrik məktubu var. Bu məktubu ailəsinə çatdıracağıq. Məmməd İlqarla
Bir yerdə
çox olmuşuq, bir yerdə çalışmışıq. Məmmədin yaddaşı lap çox qısalıb.Hərdən bizi
xatırlayır, hərdən
tanımır. Amma Məmməd
İlqar xatırlayanda
xoş məqamları
xatırlayır. Oğlu Babəkdən
soruşuram. Babək deyir
daha çox keçmişi xatırlayır.
Maraqlı epizodları xatırlayır.
Öz şeirlərini, aşıq
havalarını və
şərəfli keçmişini
xatırlayır”.
Aşıq İlham Aslanbəyli
sz havası və
ardınca əməkdar
artist Sahib İbrahimov
şairin sözlərindən
ibarət ifaları ilə iştirakçıları
feyziyab ediblər.
Şair-publisist Həmid Ormanlı
da maraqlı çıxışı ilə
diqqət çəkib:
“Zalda yer çatmadığına görə,
insanlar içəri keçə bilmirlər. İçəridə pilləkanın üstündə
otururlar. Arxada ayaq
üstündə qalanlar
var. Tədbirə qatılanların
qarşısında baş
əyirəm. Əslində bu, bir təbiyədir.
Məmməd İlqar
hamımıza tərbiyə
verir ,
ömrü necə yaşamağın yollarını
göstərir. İncəli olan, təmiz türk olan həmişə haqqın
yanında olub. Məmməd
İlqar da həmişə haqqın
yanında olub. Su torpağa hopan
kimi onun şeirləri bizim ruhumuza hopub. Aslan Kəmərli, Ağamalı Sadiq Əfəndi, Akif Səməd haqq uğrunda ilk şəhidlərimiz,
Məmməd İlqar
isə ilk qazimiz olub. Məmməd İlqarın poeziyası
qara sazın arealını əhatə
edir. Məmməd
İlqarı Təbrizdə,
Borçalıda, Türkiyədə oxuyurlar. Məmməd İlqar , var ol
!”
Professor Xaqami Qayıblı bu gözəl tədbiri təşkil edənlər- AYB və Qazax Xeyriyyə İctimai Birliyinə təşəkkür edib:
“Olduqca maraqlı
tədbirdi. 3 saata
yaxındır, buradayıq,
amma zamanın necə keçməsindən
xəbərim olmadı.
Zövq aldım. Məmməd İlqar məhəbbət
şeirləri ilə
yanaşı, vətəpərvər
ruhlu şeirlər də yazıb. Onun ruh yaddaşı
diridi. Məmməd İlqar təcnisin
şahıdır. Şairə uzun
ömür arzulayıram”.
Lütfiyar İmanovun ifasında Məmməd İlqarın
şeirinə bəslənmiş
mahnının təqdim
olunur.
Muğam ifaçısı İlkin
Əhmədov da gözəl bir mahnı ilə tədbirə qatılanların
zövqünü oxşayır.
Professor Qəzənfər Paşayev
də çıxış
edərək şairə
arzularını çatdırıb:
"Əsas məsələ çox
yazmaq deyil, məzmunlu
yazmaqdı. Məmməd İlqar
Sumqayıt ədəbi prosesinin
aparıcı şairi olduğunu
bilirəm. Sumqayıtdakı ədəbi
prosesə təkan verənlərdən biri
də Məmməd İlqar olub. Məmməd müəllim sizi təbrik edirəm. Tədbir uzun çəkdi,
amma maraqlı keçdi.
Qazax Xeyriyyə İctimai
Birliyinin sədri
İlham Pirmmədova "sağ olun" deyirəm.
Belə işlərdə şəxsiyyətlərin rolu var. Cəmiyyətin sədri
kimi yaxşı fəaliyyət göstərir.
Bütün rayonlar onun yolunu gedəcəklər. İnsan öyrənə
-öyrənə yetişir. Söz verdiyinizə gör,
məmnun qaldım. 70 yaş nədir ki, mən 80-i haqlamışam. Allah
sizə uzun ömür,
can sağlığı versin.
Şeirləriniz sizi yaşadacaq".
Rejissor Kəmalə Musazadə
şairin Qazaxın müdafiəsi uğurunda gedən döyüşlərdə
qəhərmancasına şəhid olan Qaratel haqqında qələmə aldığı
“Qaratel”poeması barədə çəkdiyi filmdən
danışdı.
Aşıq Avdı da
özəl bir saz
havası ilə iştirakçıların ruhunu oxşayır.
Bundan sonra,
aparıcı, şair Çiçək
Mahmudqızı da çıxş edib:
"Məmməd İlqarın şeiri
saza ucalan sözlər
oluğuna görə, ona
ölüm yoxdur. Məmməd
İlqar öz sözünü sazın yaddaşına
daşıyacaq şairlərdən olduğuna
gör, biz onu saz, ocaq
və pir qədər müqəddəs bilirik. Məmməd İlqlar,
siz bizim üçün əxlaq ölçüsüsünüz.
Sizə, möhkəm can
sağlığı, uzun ömür
arzulayıram”.
Aşıq Şəhriyar Qaraxanlı, aşıq
Samir Cəlaloğlu da
gözəl ifaları ilə tədbir əhlinin ürəyini
rəqqətə gətirdilər.
Sonda isə professor
İlham Pirməmmədov şairə uzun ömür, möhkəm
can sağlığı arzulayıb və
bununla da tədbirə
yekun vurulub.
Qeyd edək ki, Məmməd İlqar 1950-ci ilin 21 fevralında Qazaxın Aslanbəyli kəndində dünyaya göz açıb.
Ayyət Əhməd
Şərq 2020.- 25 fevral.- S.12.