Peşəkar media
şayiələrin qarşısını almalıdır: Yalan məlumatlar cəmiyyətə təhlükədir
Həqiqəti əks etdirməyən
məlumatlar cəmyyətə təhlükədir
Dünyanı dəhşətə salan koronavirusla bağlı sosial şəbəkədəki səs yazısı ildırım sürətilə yayıldı, əhali təşvişə düşdü. Səs yazısında Azərbaycanda da guya koronavirusa yoluxanların olması və bir neçə nəfərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi xəbər verilirdi. Sözügedən səs yazısı əvvəlcə “WhatsApp” tətbiqində, daha sonra isə sosial şəbəkələrdə yayılmışdı. Onsuz da hər kəs etiraf edir ki, sosial şəbəkə, internet 21-ci əsrin bəlasıdır. Daha nələr yazılmır, nə cür videolar paylaşılmır?! Biri gizli çəkiliş aparıb, kimisə şantaj edir, biri narkotik maddə “reklam” edir. Biri nənəsini videoya çəkir, biri dədəsini. Bəlkə də hansısa məlumatı əyləncə, ucuz reklam hesab edib üzərindən ötəri keçmək olar. Amma söhbət dövlət maraqları, ictimai əhəmiyyət, vətəndaşların təhlükəsizliyindən gedirsə, bu tip informasiyaların yayılmasının qarşısının alınması, məlumatların dayandırılması vacib hal alır. Rəsmi strukturlar bu məsələdə son zamanlar çevik davranır. Bəs media, oxucu sayının süni artırılmasına xidmət edən belə halların qarşısını necə almalıdır?
Sosial şəbəkələrdə koronavirusa
yoluxmuş şəxslərin Mərkəzi
Klinik Xəstəxanaya yerləşdirilməsi
ilə bağlı səs yazısı yayıldıqda Səhiyyə
Nazirliyi və İcbari
Tibbi Sığorta üzrə Dövlət
Agentliyi birgə məlumat yaydı. Məlumatda
bildirilirdi ki,
yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayrılmış dövlət tibb müəssisələrinə yerləşdirilirlər. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.
Məlumatın həqiqətə uyğun olmadığını xəstəxananın rəhbərliyi də təsdiqləmişdi.
Sonra isə sosial
şəbəkələrdə Lənkəran şəhərində
koronavirusa yoluxmuş
şəxslərin olması ilə bağlı səsyazısı
yayanlar saxlanıldı.
Saxlanılanlar - Lənkəran şəhər
sakini Seymur Fətullayev
və Şəhər Mərkəzi Xəstəxanasının
həkimi Fərid Rüstəmov etiraf edib ki, yayılan məlumatlar
həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat edib və bu, ciddiyə alınaraq sosial
şəbəkələrdə yayılmağa
başlayıb. Şəhər sakinləri etdiyi
əməldən peşman
olduqlarını bildiriblər.
S.Fətullayev bildirib ki, dostlarına zarafat üçün atdığı səsyazısı
bir müddət sonra
yayılmağa başlayıb və qarşısını almaq mümkün
olmayıb:
“Xəstəlik barədə
ordan-burdan eşitdik. Fərid
həkimə zəng vurdum, o da dedi
ki, hə, belə bir şey
var. Mən də zarafata qrupa səs atdım və sonradan həmin səs yayıldı”. “Koronavirus”
xəbərinin ictimai
təhlükəsi beləcə
dayandırıldı. Amma təhlükələr bununla
bitirmi?
Sosial mediadan məkrli məqsədlər üçün
istifadə edirlər
Məlumdur ki, internetin imkanlarından qanunsuzluq, cinayət xarakterli əməllərin təbliğatı
üçün istifadə
edənlər də var, təəssüf ki. Müsbət olansa budur ki, bu cür
əməllər hüquq-mühafizə
orqanları tərəfindən
aşkarlanır və
buna cəhd edənlər müəyyənləşdirilərək
zərərsizləşdirilir. Bir müddət əvvəl
“İnstaqram” sosial şəbəkəsindəki narkotik
vasitələrin qəbulunun
təbliği ilə məşğul olan Suraxanı rayonu Hövsan qəsəbəsində
yaşayan Elcan Şahverdiyev Daxili İşlər Nazirliyinin
əməkdaşları tərəfindən
saxlanılıb. Daxili İşlər
Nazirliyinin “İnstaqram”
sosial şəbəkəsindəki
rəsmi səhifəsinə
vətəndaşlardan biri
müraciət edərək
həmin sosial şəbəkədəki Elcan
Şahverdiyevin profildə
narkotik vasitələrin
qəbulunun təbliği
ilə məşğul
olduğu barədə
məlumat verilib və DİN də hərəkətə keçib.
E.Şahverdiyev ifadəsində “İnstaqram”
sosial şəbəkəsində
narkotik vasitələrin
qəbulunu təbliğ
etdiyini etiraf edib.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edir ki, son vaxtlar
sosial şəbəkələr
üzərindən şantaj
halları çoxalıb:
- Qadınlara qarşı, hər hansı formada təqib olanda bizə edilən müraciət əsasında biz də hüquq-mühafizə orqanlarına
müraciət edirik və lazımi tədbirlər görülür.
Məsələn, bizə 3 nəfər
xanım müraciət
etmişdi. Onların müraciəti
təxminən eyni mahiyyət daşıyırdı.
Belə ki, sosial şəbəkə
vasitəsilə bir kişi ilə
tanış olan qadın 6 il müddətinə təqiblə
yanaşı, seksual zorakılığa da məruz qalıb.
Qadınlardan biri 30 yaşlarında ailəsindən ayrılmış
biri olub. Facebook sosial şəbəkə
vasitəsilə bir kişi ilə
tanış olub. Onlar görüşməyə başlayıb.
Kişi qadınla evlənəcəyinə
inandırır. Bir müddət
görüşdükdən, münasibətdə olduqdan
sonra onun dediklərinin yalan olduğunu görən qadın kişidən ayrılmaq istəyib.
Amma kişi hər
dəfə çəkilmiş
şəkillər, videolarla
onu şantaj edərək təqib və qorxu altında
saxlayıb. Həmin “materiallar”ı sosial
şəbəkələrdə yayacağını bildirib.
Qadın
çıxış yolu
tapa bilməyəndə
bizim sığınacağa
gəldi. Biz ərazi üzrə polis idarəsinə müraciət
etdik və məsələ həll olundu. Xanım rayondan gəlmişdi.
Ailə üzvlərinin qorxusundan məsələni ictimailəşdirə
də bilmirdi.
Biz hüquq-mühafizə orqanlarına
müraciət etdikdən
sonra həmin kişi cinayət
məsuliyyətinə cəlb
olundu.
İllərin problemidir bu. Ya pul qazanmaq,
ya qisas almaq, ya da
sadəcə xuliqanlıq
etmək, öz aləmində bundan keyf almaq məqsədilə
edilir.
XX əsrin sonu -
XXI əsrin texnologiya əsri kimi tarixə düşməsi
əbəs deyil, elm və texnikanın inkişafı o mərhələyə
çatıb ki, artıq bütün həyat elektronlaşır,
məxfilik imkanları
azalır, təhlükələr
və risklər atrır. Xüsusilə də internet, mobil
telefonlar və onların çoxsaylı
funksiyaları icad olunandan bəri ağla gələn və gəlməyən hadisələrlə qarşılaşırıq.
Şayiə xarakterli məlumatların
yayılması, şantaj,
təxribat kimi hərəkətlər mobil
telefonların və internetin vasitəsilə çox asanlıqla həyata keçirilir.
Heç
kəs şantajdan, hər hansı təxribatlardan sığortalanmayıb.
Bu qara bəla
hər bir kəsin ən gözlənilməz bir vaxtda yaxasından yapışa bilər.
Odur ki, heç kəs "bu, mənlik deyil", "şantajçının mənimlə
nə işi var?" kimi fikirlərlə problemi özündən uzaqlaşdırıb,
özünü tam təhlükəsiz
və ya sığortalı hesab etməsin. Həyat risklərinin artdığı,
insan beyninin heç nə qarşısında aciz qalmadığı, sürprizlərlə
dolu XXI əsrdə hər kəs özünü qorumağı
bacarmalıdır.
Sosioloq Əhməd Qəşəmoğlu
hesab edir ki, internet əsrində
şayiələrin, əsası olmayan,
kütləvi maraq doğurmaq,
“tanınmaq” üçün yayılan xəbərlərlə
istəməsək də, qarşılaşırıq. Bu, reallıqdır.
Xəbər yayımının
qarşısını almaq mümkün deyil. Bunun sadə yolu şayiə
xarakterli məlumatın
qarşısına rəsmi təsdiqlənmiş, sübutlara söykənən məlumatlarla
çıxmaqdır. Necə ki,
tarixi həqiqətləri
saxtalaşdırmağa cəhd edənlərin
qarşısına tutarlı faktlar qoyub, həqiqəti üzə
çıxarırlar, eləcə də peşəkar media saxta məlumatları
doğru, dəqiq, təsdiqlənmiş obyektiv məlumatlarla informasiya
müstəvisindən çıxarmalıdır:
- Əvvəla onu deyim ki, şayiə xarakterli məlumatlar yayan insanlar şərti olaraq iki qrupa bölünür. Onlardan bəziləri yaranmış əlverişli mühitdən istifadə edərək müəyyən məhsulların satılmasında maraqlıdırlar. Yadınızdadırmı, “donuz qripi”, “quş qripi” yayılan zaman nə qədər qoruyucu tibbi “maska”lar, “qiyamət gününün yaxınlaşması” ilə bağlı xəbərlər yayılarkən nə qədər şam satılmışdı?! Hətta iş o yerə çatmışdı ki, mağazalarda şam tapmaq mümkün deyildi. Nəticədə işbaz insanlar digərlərinin narahatlığı və həyəcanı hesabına öz məqsədlərinə çatdılar. Digər qrup şəxslər isə sadəcə diqqət mərkəzində olmaq, özlərini “lazımlı adam” kimi göstərmək istəyirlər. Çünki hamı yayılan məlumatın mənbəyinin kimliyi ilə maraqlanır, ona diqqət göstərir. Həmin şəxsləri başqalarının keçirdiyi hisslər yox, ancaq öz “imici” düşündürür. İnsanlara məsləhət görərdim ki, yayılan məlumatları mütləq həqiqət kimi qəbul etməsinlər, sadəcə ehtiyatlı olsunlar”.
Qeyd etdiyimiz kimi, bu cür şayiələri yayanlar cəmiyyət arasında narahatlıq yaradır, səbəbsiz stresə, həyəcana səbəb olurlar. Onlar haqqında mütləq inzibati tədbir görülməlidir. Çünki burada söhbət ictimai təhlükəlilik, əhalinin əsassız halda narahatlığına səbəb olmaqdan gedir. Kimsə səs yazısı yayır və sonra məsələdən məlumatlı olmayan, əzizlərini düşünən şəxslər həmin məlumatı başqalarına göndərirlər. Texnologiyanın imkanları istənilən məlumatın sürətlə yayılmasına şərait yaradır. Nəticədə ilkin mənbənin tapılması çətinləşir, bəzən də mümkün olmur. Əgər ilkin mənbəni tapmaq mümkündürsə, o şəxs mütləq cəzalanmalıdır.
Fikir verdinizsə, koronavirusla bağlı yayılan şayiə xarakterli səs yazısına Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəsmi açıqlama verdilər, bununla da təşviş aradan qalxdı. Amma təəssüf ki, biz ictimaiyyət olaraq bu cür operativ fəaliyyətlərin heç də hər zaman şahidi olmuruq. Bəli, texnologiyanın sürəti inanılmazdı. Amma eyni zamanda elə bu texnologiyanın imkanları saxtakarların, ictimaiyyət üçün təhlükə törətməyə çalışanların, milli adət-ənənələrimizi təhdid edən videoları yayanları aşkarlamağa da kömək edir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, ümumilikdə hüquq-mühafizə orqanları yaramaz işlərlə məşğul olanları aşkarlayıb məsuliyyətə cəlb etməlidir. Sosial şəbəkə qarşısı alınmayan dalğadır. Təhlükə dərəcəsini azaltmaq, vətəndaşlara doğru, obyektiv, dəqiq informasiya ilə təmin etmək əlbəttə, peşəkar medianın üzərinə düşən vəzifədir. Bunun üçün də media dövlət orqanları ilə əməkdaşlıq etməlidir. Rəsmi qurumlar, onların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri də mediaya açıq olmalı, informasiya sürətini nəzərə alıb onlar da çevik davranmalıdırlar.
Məlahət Rzayeva
Şərq 2020.- 27 fevral.- S.7.