"Bəzən adam xəcalət çəkir"
Almaz Orucova: "Səhnəyə
palatka repertuarı gətiriblər, adam xəcalət çəkir"
«Şərq»in budəfəki şənbə
qonağı
Əməkdar artist Almaz Orucovadır. Onunla bugünkü səhnədəki
vəziyyətdən danışdıq. Xanəndə
maraqlı açıqlamalar
verdi.
- Səhnə toyla müqayisə oluna bilərmi?
- Səhnə mənim üçün müqəddəs
məkandı. Mən ailədə
də elə bir tərbiyə almışam ki, tərbiyəm səhnəyə
də yansıyıb.
Səhnə ifaçıdan böyük
mədəniyyət, estetika,
intellekt tələb edir. Hər bir sahədə
peşə etikasının
olması vacibdi.
Səhnə həm də daha böyük
bir məkandı deyə bu məsuliyyət ikiqat çox olmalıdır. Səhnədən təbliğat vasitəsi
olaraq istifadə etmək lazımdı.
Vətənə sevgini, millətə
sədaqətini səhnədə
çatdırmaq sənətçinin
borcudur. Qaldı bugünkü
səhnənin görünüşünə,
o barədə danışmağa
xəcalət çəkirik.
Çünki səhnəyə toyu gətiriblər.
Səhnə ancaq şoudan
ibarət deyil axı. Demirəm ki, şou olmasın. Amma bu qədər
ifrat dərəcədə
bayağılıq doğru
deyil.
- Oxunan mahnılar, müğənnnilərin repertuarında
yer alan
bəsit parçalar...
- Həqiqətən səhnəyə
palatka repertuarı gətiriblər. Mən demirəm toy oxumaq
ayıbdı. Qətiyyən. Mən də toylara dəvət alıram.
Sadəcə toya da dəvət olunanda yenə repertuarımı düzgün təqdim edirəm.
- Siz xanəndəsiz. Niyə xanəndələr bu qədər güclü sənətə sahib olsalar
da, sosial şəbəkələr izləyici
qıtlıbı yaşayırlar?
- Mən deməzdim ki, bizim izləyicilərimiz
azdı. Bizi sevənlər çoxdu.
Sadəcə əsl sənətçilər
gündəmdə olan,
toy bazarında at oynadanlar
kimi youtub üzərindən yalançı
izləyici toplamırlar.
«Layk»ları pulla
almır ciddi sənətçilər. Guya, onların real izləyiciləri
milyonlardı? Yox, sadəcə
pul verib «fan» alırlar. Bu ki sirr deyil.
Mənim
musiqi savadım onlarda varmı? Hansı sənətdən danışırlar?
- Hərdən səhnədə olduğunuz
üçün utanırsız
ki, onlara da, sizə də
sənətçi deyilir?
- Əlbəttə, adam bəzən xəcalət çəkir.
Məni də səhnədə olan xanəndə kimi o verilişə dəvət edirlər, o sıradan toy müğənnisini
də. Bir də soyunmaqla,
çılpaqlıqla gündəmə
gəlmək sənət
göstəricisi deyil.
Bu gün sənət
adını çəkəndə
heyifsilənirsən. Sənət qalıb
ki? Bu da bizi çox yorur. Bu günlərdə Nuriyyə xanım Hüseynova ilə də bugünkü səhnədən danışdıq.
İkimiz də dedik ki, biz yorulmuşuq. Bu günün səhnəsi
çox eybəcər
görünür. Axı Azərbaycan
səhnəsi belə
görünməməlidir. Muğam kimi sərvəti olan millətin mədəniyyəti belə
gündə olmamalı
idi.
- Hər ifaçı ilə verilişə çıxırsız,
ya özünüzə
qadağalarınız var?
- Var. Efirlərə qadağa
qoymaq ixtiyarımız
yoxdu, özümüzə
ki qadağa qoya bilirik. Təbii ki,
hər ifaçı ilə verilişlərə
çıxmıram. Əgər mənim
babımdırsa, sənət
baxımından özümə
yaxın müğənnidirsə,
çıxıram. Amma səhnəyə
çirkinlik gətirənlərlə
bir verilişə çıxa bilmərəm.
Bunu özümə qadağan
edirəm. Sənətimə ayıb olar, təhsilimə hörmətsizlik
etmiş olaram. Verilişə dəvət alanda
qonaqların kimliyini soruşuram. Ruhum orda
niyə iflic olmalıdır? Əgər qonaq
mənə yad biridirsə, getmirəm.
Toylara gedəndə məcbursan gedib oxuyasan. Toya gedəndə orda kimin toy aparması mənim üçün maraqlı deyil. Yarım saat gedib toyumu
oxuyuram, bitdi. Amma səhnədə, efirdə
kiminlə səhnəni
paylaşacağıma diqqət
yetirirəm.
Tahirə Məmmədqızı
Şərq 2020.- 29 fevral.- S. 13.