"Geri çəkilsək Qarabağı itirə
bilərik”
Rüstəm Behrudi: "Çünki növbəti dəfə
xalqın qəzəbi, istəyi belə çox
olmayacaq, bir yerə
yığışmayacaq"
"Bir də ki, rusdan qorxuruqsa,
Rusiya imperiyası
dağılmadığı müddətdə bu qorxu içimizdə olacaq"
Eşit, ey
tanrı, dözümüm,
Bizi lap
yordu, vaxtıdır.
Varıban getmək gərəkdir,
Göndər Boz qurdu, vaxtıdır.
Bu misralar
tanınmış şair Rüstəm Behrudinin şeirindən bir
hissədir. Düzü çox
fikirləşdim, həm içində
yaşadığımız vəziyyəti, həm də bu yazını izah edəcək
başqa söz tapa bilmədim. Bəli, vaxtıdır!
Hələ iyulun 12-i,
atışmanın başladığı dəqiqələrdən
qəlbimizdə Qarabağ
çırağı yandırdıq. Hamımız anidən
gələn gülləbaran səslərinin gurultusunda
döyüş ab-havasına
sarılıb qələbəyə ruhlandıq. Əzəli
torpaqlarımıza qovuşmaq üçün ayağa
qalxdıq. Millətimizin sədaları nəinki
Azərbaycan, hətta yer kürəsinin mavi səmalarını ağuşuna
aldı. Yəqin ki, Qarabağ
da eşitdi hayqırışımızı,
bəlkə də Şuşa
dağların arxasından boylanıb baxdı,
Xarıbülbül məğrur başını
qaldırıb göylərə “Vətən bizi səsləyir” dedi.
Bütün bu ümidləri, sevinci, hüznü, torpaq həsrətini yazının əvvəlindən də məlum olduğu kimi Rüstəm Behrudi ilə danışdıq.
- Rüstəm bəy,
yaşadığımız son
olayları necə dəyərləndirirsiniz?
- Düşünürəm ki,
30 ildən sonra bu
hadisələrin baş verməyi labüd idi. Çünki keçdiyimiz
otuz ildə insanların içində
birikən azadlıq arzusu, millət, vətən
eşqi mütləq partlamalıydı!
- Bəs sərhəddə
gedən döyüşlər haqqında nə düşünürsünüz?
- Tovuzda müdafiəli olmaq üçün Qarabağda döyüş əməliyyatlarına başlamalıydıq. Gecikdik! İndi start verməliyik! Çünki uzun illər əvvəl imzaladığımız atəşkəs, daha çox atəşlərə düşməyimizə səbəb oldu. Dinc dövrdə həlak olan əsgərlərimizin sayı, az qala müharibədə ölənlərin sayına bərabərdir.
- Sizcə bundan sonrası necə olmalıdır?
- Fikirləşirəm ki,
ermənilərin təxribatını fürsətə çevirib, Qarabağda əməliyyatlara
başlamalıyıq. Ali Baş
Komandan döyüş
əmri verməlidir. Özü də gördü ki, xalq onun arxasında dayanmağa, müdafiə etməyə və
müharibəyə hazırdır. Torpaqları tezliklə azad etməliyik!
- Bilirsiz
ki, bu haqlı savaşda Türkiyədən dəstək gördük. Sözün
əsl mənasında bizə qardaş əli
uzatdılar...
- Artıq zaman dəyişib.
Türk konseyi, türk respublikaları var.
Hamısı öz dəstəklərini
bəyan edirlər ki, Azərbaycanın
yanındayıq. Bir də ki,
rusdan qorxuruqsa Rusiya imperiyası dağılmadığı
müddətdə bu qorxu
içimizdə olacaq. Bizi
Türk dünyası, Türkiyə
müdafiə edir. Ona
görə heç kimdən qorxmayaq. İndi
torpaqlarımızı geri almasaq, qərbi Azərbaycanda qoyub
gəldiyimiz torpaqların taleyini Qarabağda yaşayacağıq.
- Əzəli
torpaqlarımıza yiyələndikləri bəs deyilmiş kimi, hələ
o ərazilərin özlərinə aid olduğunu iddia edirlər...
- Bəli, gördüz baş nazirləri Paşinyan
həyasızcasına Elmar Məmmədyarovun
(Yaxşı ki prezident
onu qovdu-R.B) oturduğu iclasda Azərbaycanı
işğalçı dövlət adlandırdı. Deyir ki,
torpaqlarımızın hamısını azad
etməmişik. Hələ Azərbaycandan başqa
torpaqlar qoparmaq
iddiasındadırlar. Belə bir
düşmənlə necə danışığa getmək
olar? Mənə elə gəlir ki, bu son
döyüş olmalıdır. Geri çəkilsək, təslim olsaq, sussaq Qarabağı
həmişəlik itirə bilərik. Çünki
növbəti dəfə xalqın qəzəbi, istəyi belə
çox olmayacaq, bir yerə yığışmayacaq.
Anlayırsınız nə demək istəyirəm?
- Şairin
qəfil sualına, dərk etməyin
ağırlığı ilə cavab verdim: Bəli.
- Qarabağa yığılan sevgi idi, özünü büruzə verirdi. Bu sevgini öldürəndə Qarabağ torpağı əldən gedəcək. Sonra yüz dəfə danışıqlar aparsınlar, dünya məsləhət versə də xeyri olmayacaq. Mən 1996-cı ildə, rəhmətlik Heydər Əliyevə canlı yayımda bir söz dedim: “Əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxarda bilər”.
Dünyada heç
kim alınan torpağı
danışıqla qaytara bilməyib. Azərbaycan
ordusu qüdrətlidir, erməniləri Qarabağdan qovub
çıxarmaq üçün qətiyyətimiz,
gücümüz,hərbi texnikamız hər şeyimiz
var. Nəyi gözləyirik? Müəmmalıdır
niyə gözləyirik?
Onu da qeyd edim ki,
bizə təslimçilik ruhu
aşılamaq istəyirlər. Bunun arxasında Rusiya, Amerika, Fransa durur. Əslində isə bir neçə savaşı
uduzmuşuq, müharibə
davam edir. Müharibə böyük və
uzun prosesdir.
Ərəbova, Samirə.
Şərq 2020.- 18 iyul.- S.13.