Hər kəsin öz yolu, hər kəsin
öz işığı...
Və həm də Nəsir İmanquliyev
imzası...
" ... Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar".
Həsən bəy Zərdabi, Azərbaycan mətbuatının
banisi
Həsənbəy Zərdabi mirası, Həsən
bəy Zərdabi ənənəsi...
Təməli
"Əkinçi" qəzeti ilə qoyulan
və bugünədək yaşamaq
iqtidarını təsdiq edən milli mətbuatımız,
145 ilin mübarək. İllər öz müqtədir ziyalıları, əzmli
yolları, dəyərli imzaları ilə səni
yaşatdı. Qələm kimi silahın
neçə ruh sərkərdələrinin
gücü, qüdrəti oldu.
Nə qərinələr keçdin, əsri
aşdın. Sənin qübbənin altında nə dahilər
pərvazlandı. İmzalar içində
imzalar qoyan, möhür vuran,
cığır açan
aydınlarımızdır bu günün üfüqdə parlayan
işığı. Hər kəsin öz
yolu, hər kəsin öz
işığı... Və həm də Nəsir İmanquliyev imzası...
Mənəviyyatın hər şeyin
fövqündə durmasını zərrə-zərrə, misqal-misqal ruhumuza, iç dünyamıza yansıdan aydın... Görkəmli jurnalist, ictimai xadim, BDU-nun professoru, "Radio proqramı", "Vətənin səsi",
"Bakı" və "Baku" qəzetlərinin
qurucusu, Həsən bəy Zərdabi, Cəlil
Məmmədquluzadə ənənələrini özündə
ehtiva edən, kitabları,
monoqrafiyaları, publisistik yazıları,
təşkilatçılıq və redaktorluq
məharəti ilə milli mətbuatımıza
töhfə verən, Əməkdar mədəniyyət işçisi, Əməkdar jurnalist
Nəsir İmanquliyev...
"Çalışın imzanızın məsuliyyətini
dərindən dərk edin, heç olmasa düşünün ki, haradasa sizi bir
nəfər oxuyur. Bax,
o oxucu naminə yalan yazmayın, insanları aldatmayın" -
deyir Nəsir İmanquliyev.
O, tarixin ona məxsus
dönəmində jurnalistika sahəsində
öz misilsiz xidmətləri
ilə seçildi. Təkcə elə
"Bakı" və "Baku" qəzetlərindəki
fəaliyyətini demək kifayət edər ki,
dövrünün novatoru
kimi dəyərləndirilsin.
Nəsir İmanquliyev "Qəzet yaxşı yazıları ilə hörmətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərin kəsərliliyidir. Qəzet beyinlərə mənəvi qida verən, fikirlərə və düşüncələrə işıq bəxş edən kəsərli vasitədir" deməklə həm də digər qələm sahiblərinə yeni bir çağırış edir.
Müasirlərindən biri
yazır:
"Bir gün Nəsir müəllim məni yanına çağırıb dedi ki, axşam bizə gəl, Aida xanım məqalə yazıb onu müzakirə edək. Danışdığımız günün axşamı mən onlara gedəndə gördüyüm mənzərədən çaşdım. Bütün qəzet redaksiyasının işçiləri Nəsir müəllimin evində yemək masasında əyləşmişdilər. Təəccübümü gözlərimdən oxuyan Nəsir müəllim ehmalca əlini çiynimə qoyub gülümsədi və dedi - bu gün "Bakı" qəzetinin 20 illik yubileyidir. Bəli, Nəsir müəllim bu yubileyi evində qeyd edirdi. Çünki ona o zamanlar yubileyin geniş masştabda keçirilməsinə imkan verilməmişdi. Xalq şairi Qabil vəziyyəti belə dəyərləndirirdi: "Bu qəzetlər hətta kommunist rejimində belə demokratik mətbuat nümunəsi sayılırdı".
"Həyatda hər bir kəsin
yerini və taleyini tarix müəyyən edir.
Odur ki, nə böyük, nə də ki kiçik rollar olur. Öz həyat
kitabını yazmağa
ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin
imkan verir".
Mehriban Əliyeva, Azərbaycan Respublikasının I Vitse-prezidenti
"Jurnalist var ki, özündən sonra çox sayda oçerklər və məqalələr,
kitablar qoyub gedir. Lakin Azərbaycanda
ikinci elə bir jurnalist tapmaq
mümkün deyil ki, bir qəzetin
bünövrəsini qoysun,
nüfuzlu redaksiya heyəti yaradaraq 30 il boyunca
hər sayı hamı üçün maraqlı olan bir qəzet çıxartsın. Məhz
buna görə Nəsir müəllimdən
sonra 30 il ərzində redaktoru olduğu "Bakı"-
"Baku" qəzetlərinin hər biri milli
mətbuatımızın əzəmətli
abidəsi kimi qaldı. Əslində, bunlar elə
Nəsir müəllimin
özünə ucaldılan
möhtəşəm abidələrdir".
Nərgiz
Paşayeva, AMEA-nın
vitse-prezidenti, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru
Akademik Nəsir
İmanquliyev həm də bir pedaqoq
idi. Elə bir pedaqoq ki, çoxsaylı qələm sahiblərinin
beyin məfkurəsi məhz onun zehniyyətindən qidalanırdı.
Nəsir
müəllim tələbələrini
çox sevərdi.
Savadlı, bacarıqlı və
təvazökarlığı isə xüsusilə.
Fəaliyyət göstərdiyi BDU-da elmi-pedaqoji fəaliyyəti bu gün də tələbələrinin simasında
yeni nəslə təbliğ olunur. Hətta auditoriya çərçivəsində onun tələbəsi olmayan Xalq şairi
Cabir Novruz yazır: "Biz hər yerdə "Nəsir müəllimin yetirmələriyik"
demişik".
Sözü, amalı səs rənginə çevirməyi
bacarmaq Nəsir İmanquliyev taleyinin xüsusi ahəngi oldu. O zamanlar Televiziya
və Radio Komitəsinin
sədr müavini, həmçinin radioda rəhbər olaraq bir sıra maraqlı
layihələr həyata
keçirməklə, o, həm
də jurnalistikanın
çoxfunksiyalılığının vacibliyini önə çəkməyi bacardı.
Daha bir xatirə: o zamanlar təqribən 37-ci
illərdə dövlət
dili rus dili elan olunduğundan
ana dilində qəzet çıxartmaq qadağan olunur. Hər hansı bir etiraz isə ölümlə nəticələnə
bilərdi. Qəzetin "Mədəniyyət" bölümünə
rəhbərlik edən
Nəsir müəllim
buna etiraz etməklə kifayətlənməyib
şəhəri küçə-küçə
dolaşıb etiraz məktubuna imza toplayır və Mərkəzi Komitəyə
yollayır. Mərkəzi Komitənin sədri Mir Cəfər Bağırov
üzdə olmasa da, o da Moskvanın
Azərbaycana olan bu cür münasibətindən
narazı idi. Və Nəsir müəllimin etirazı uzun çəkmir, Bağırov
onu qəbul edir. Ugurla başa çatan
bu görüşdən
sonra Nəsir İmanquliyev "Kommunist"
qəzetinə məsul
katib göndərilir.
Sonralar Nəsir müəllim danışırdı ki,
Mir Cəfər Bağırov
onun Azərbaycan dili, muğamlarımızla
bağlı narahatlığını
qəbul edib, "Koroğlu" operası ilə bağlı xidmətlərini xatırlayıb.
Qeyri millətlərdən dilimizi,
muğamlarımızı qorumaq
üçün ona tövsiyələr verib.
Qeyri millətlər deyiləndə
ermənilər və
onların havadarları
nəzərdə tutulurdu.
Bu və bunun kimi bir sıra
maraqlı, əhəmiyyətli,
əhvallı xatirələr
dövrünün müasirləri,
onu yaxından, uzaqdan tanıyan böyük şəxsiyyətlərin
dilindən filologiya üzrə fəlsəfə
doktoru, dosent Şərəf Cəlili tərəfindən toplanaraq
"dəyərlərimizi qoruyaq, təbliğ edək" layihəsi çərçivəsində mətbuatımızın 145 illiyinə
həsr olunan kitabda çap olunub oxuculara təqdim edilib.
Bu kitabda
Xalq yazıçısı İsmayıl
Şıxlı "Bakı" və "Baku"
qəzetləri Nəsir İmanquliyevin
övladları idi deyir.
Və bu gün də
biz onun
övladlarının "Bakı"nı
yaşatmasının şahidi oluruq. Heydər Əliyev Fondunun
vitse-prezidenti, "Bakı"
jurnalının baş redaktoru
Leyla Əliyeva müasir
oxucunun ruhunu oxşayan jurnal haqqında
yazır: "Biz heyranlıq doğuran faktların, şəxsi səciyyəli
müsahibələrin və qeyri-adi tarixcələrin
təqdim olunduğu yeni
və orijinal mənbə yaradırıq.
Biz bu jurnal
vasitəsilə şəhərimizin bütün
gözəlliyini və qədimliyini göstərməyə
çalışmışıq. Bakı həmişə
toleranlığı ilə seçilib.
O, ən müxtəlif millətlərin nümayəndələri
üçün doğma
şəhərdir. "Bakı" jurnalı maraqlı informasiya mənbəyi olacaq.
Biz bununla həm də
ənənələri davam etdirmiş olacağıq".
Tarix bütün
dövrlərdə parlayan şəxsiyyətləri
fonunda öz diktəsini
bəyan edir. Keçmişlə gələcəyə
körpü olan bu günümüzün
bağları getdikcə daha da möhkəmlənir.
Ulu öndər, müasir Azərbaycanın memarı Heydər
Əliyev jurnalistikanı belə dəyərləndirir:
"Jurnalistika böyük zəhmət, xüsusi
səy, professional yanaşma,
hadisələri operativ qiymətləndirmək
və prosesləri düzgün analiz bacarığı tələb edən bir sənətdir". Və elə haqlı olaraq Nəsir İmanquliyev
Heydər Əliyev dühasının mətbuata olan diqqətini xüsusi
vurğulayır :" ...Heydər
Əliyev I katib kimi fəaliyyətə
başlayandan sonra hər
sahədə inkişaf özünü
büruzə verdi. O cümlədən mətbuatda
da azad fikirlilik
hökm sürməyə, üstüörtülü
olsa da, milli siyasət yürüdülməyə
başladı. "Bakı" qəzetinə verilən xüsusi imtiyaz da I katibin - Heydər
Əliyevin adı ilə bağlı idi. Onun diqqəti, qayğısı və səyi
nəticəsində "Bakı" və "Baku" milli mətbuat
orqanına çevrildi. O dövrün
qəzetlərindən fərqləndi".
Və bu gün də bu ənənə
davam edir. Əminliklə
deyə bilərik ki, çağdaş
mətbuatımız və ümumilikdə KİV-i
dövlət qayğısı əhatəsindədir. Ölkə
başçısı, Prezident İlham Əliyev
çıxışlarının birində
"Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız
bu gün Azərbaycanın
dünyada eşidilən səsidir. Biz fəxr edə bilərik ki,
milli mətbuatımızın böyük tarixi var. Bu, bizim
böyük sərvətimizdir" deyərək
mətbuatın nə dərəcədə əhəmiyyətli
cərəyan olduğunu vurğulayır.
Tarix bəşəriyyət üçün hər bir xalqın özünəməxsus xəzinə yarada biləcəyi ortaq bir sərvətdir. Azərbaycan tarixi öz misilsiz milli-mənəvi dəyərləri, maddi resursları, qədimliyi, əzəməti, dəyərli insanları ilə dünya sivilizasiyasına bənzərsiz töhfələr bəxş edib. Və meyar adlı mizan tərəzisində zamanla hər şey öz qiymətini alır.
Fəxriyyə Lilpar İsayeva, jurnalist
Şərq 2020.- 22 iyul.- S.7.