Xarici ölkələrdə Qarabağ yürüşü
hədəflərinə çatdı
Azərbaycan
diasporasının iyul ayında fəaliyyəti ötən
illərlə müqayisədə çox fəallaşıb
və öz effektiv təsirini göstərdi
Bu fəaliyyətlər
ölkəmizin maraqları çərçivəsində xüsusi əhəmiyyətə malikdir. İlk növbədə
Ermənistan və onun arxasında dayanan qüvvələrə bir
göstəri və haqq səsimizin susdurula bilməyəcəyi nümayişi
idi
Ermənistanın dövlət sərhədinin
Tovuz rayonu istiqamətindəki
mövqelərimizdə törətdiyi təxribat həm Azərbaycan,
həm də dünya ictimaiyyəti tərəfindən
növbəti hərbi təcavüz aktı kimi
dəyərləndirilib.
İşğalçı ordunun hərbi təcavüzü müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub. Dünya azərbaycanlıları birlik göstərib erməni təxribatına qarşı birləşirlər. Müxtəlif ölkələrdə olan azərbaycanlılar bu birliyi istər aksiya şəklində, istərsə də sosial şəbəkələr üzərindən aparır, usanmadan ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində öz mübarizələrini davam etdirirlər.
İsveçdə, ABŞ-da, Kaliforniya və Niderlandda, İsrail, Avstraliya və digər ölkələrdə
yaşayan soydaşlarımızın Azərbaycan
sərhədindəki erməni təxribatlarına hiddəti,
etirazı, nümayişlər, bəyanat və müraciətlər,
sosial şəbəkələrdə
çıxışlar əlli beş milyonluq Azərbaycan harayının, gücünün ifadəsidir.
Var gücləri ilə "Hər şey
vətən üçün”, "Qarabağ bizimdir, bizim olacaq”
şüarlarını səsləndirən
soydaşlarımız radikal ermənilərin
zorakı hücumlarına məruz qalsalar
belə israrla Azərbaycanın haqq səsini dünyaya
eşitdirməkdədirlər.
Xaricdəki
soydaşlarımız da Qarabağda döyüşmək istəyirlər
Qeyd edək ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki döyüşlərdə Ordumuza dəstək vermək üçün səfərbər olublar. Güneydə yaşayan qəhrəman soydaşlarımız Azərbaycan ordusunun əsgərləri ilə bərabər Qarabağda döyüşmək istəyirlər.
Tovuzda baş verənlər Türkiyədə yaşayan azərbaycanlıları da ayağa qaldırıb. Ermənilərin hərəkətə keçdiyi ilk andan Türkiyə rəsmiləri və ictimaiyyəti bütün imkanları ilə Azərbaycanın yanında olduqlarını vurğulamaqdadır.
Almaniyanın Düsseldorf
şəhərində yaşayan
soydaşlarımız mərkəzi küçələrin
birində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə
dəstək məqsədilə yürüş
keçiriblər. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji
Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb
elmləri doktoru Nuran Abdullayevin sözlərinə görə, məqsəd
Qarabağ həqiqətlərini, eləcə
də Ermənistan ordusunun həyata keçirdiyi təxribatları alman
xalqına çatdırmaq olub. Aksiya iştirakçıları
yürüşdə “Şəhidlər ölməz, vətən
bölünməz!” şüarları səsləndirərək
ordumuza dəstək nümayiş
etdiriblər. Eyni zamanda
Ermənistan hakimiyyətinin çirkin əməllərini,
təcavüzkar siyasətini əks etdirən plakatlarla
şəhər sakinlərinin diqqətini çəkiblər.
Etiraz yürüşü
Köln şəhərində də davam etdirilib.
ABŞ-ın İllinoys
ştatının Çikaqo şəhərinin
Azərbaycan icmasının üzvləri Ermənistanın bu şəhərdəki konsulluğu
qarşısında etiraz aksiyası keçirib.
Aksiya zamanı soydaşımız Eldar Kərimzadə çıxış edərək iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı törətdiyini qeyd edib.
Aksiyada təxminən 50 nəfərə yaxın
soydaşımız iştirak edib və onların bəziləri digər
yaxın ştatlardan aksiyada
iştirak etmək üçün
həmin gün Çikaqo
şəhərinə səfər edib. Çikaqoda yaşayan türk icması da həmyerlilərimizə
qoşulub. Aksiya
zamanı azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni
təcavüzünə son”, “Azərbaycan
torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycanın
dövlət himnini ifa
ediblər.
ABŞ-da Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində yaşayan soydaşlarımız da Azərbaycan torpaqlarının işğal altında saxlanmasına etiraz olaraq aksiya keçirib. Corciya dövlətinin Qanunverici orqanının üzvlərinin (senatorların) fəaliyyət göstərdiyi Konqres binasının qarşısında soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terroristdir” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Aksiyada Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə olunub, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılması tələbi ilə Konqres üzvlərinə çağırış edilib.
Azərbaycan Ordusuna dəstək
məqsədilə yürüş edən
gənclərimiz Stokholmu yatmağa
qoymadılar
Ermənistanın 30 ildən çox
Azərbaycana qarşı davam edən təcavüzü
ilə bağlı növbəti etiraz
aksiyası Ermənistanın Vaşinqtondakı səfirliyi
qarşısında baş tutub.
Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və rəsmi Yerevanın qeyri-müstəqil və vassal olduğu haqqında faktlar əks olunub. Aksiya iştirakçıları Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, Azərbaycan icma üzvləri erməni təcavüzkarların Azərbaycanın torpaqlarından çıxmasını tələb ediblər. İcma üzvləri Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin adlarını bir-bir sadalayaraq, onları bir dəqiqəlik sükutla yad ediblər.
İşğalçı Ermənistanın
dövlət sərhədində növbəti təxribatına
etiraz və Azərbaycan Ordusuna
dəstək məqsədilə İsveçdə yaşayan azərbaycanlılar yürüş
təşkil edib. İsveç-Azərbaycan
Birliyinin sədri Sevda
Dadaşova deyib ki, İsveç azərbaycanlıları
Azərbaycan bayraqlarını dalğalandırmaqla paytaxt Stokholmdakı Ermənistan
səfirliyi önünə yürüş
ediblər: "İsveçdə yaşayan
azərbaycanlılar Ermənistanın təcavüzkar siyasətinə
etiraz və Azərbaycan Ordusuna
dəstək məqsədilə yürüş
edərək Stokholmu yatmağa
qoymadılar, İsveç ictimaiyyətini
baş verənlərlə bağlı məlumatlandırdılar.
Yürüş
iştirakçıları erməni səfirliyinin
qarşısında Azərbaycan himnini oxudular. Aksiya zamanı “Qarabağ Azərbaycandır!” deyərək səsimizi
bütün Stokholma duyurduq”.
Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən” Niderland-Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva deyir ki, Tovuzda yaşanan hadisələr oradakı azərbaycanlılara ciddi təsir edib: "Biz xəbəri eşidən kimi, aksiya üçün müraciət etdik. Burda hər hansı aksiya keçiriləcəksə, 4 gün öncədən məlumat verilməlidir və hadisələrin üzərindən 5 gün keçdikdən sonra biz o aksiyanı gerçəkləşdirdik. Ermənilər də öz xislətlərindən əl çəkmədilər. Ermənilərin səfirliyimizin binası önünə gələrək onu əhatəyə almaq kimi məkrli niyyətindən xəbər tutan kimi Almaniya, Niderland və Belçikada təhsil alan tələbələrimiz ölkəmizin diplomatik nümayəndəliyinin qarşısına gələrək ermənilərin piket cəhdinə möhtəşəm etiraz aksiyası ilə cavab verdi".
Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər. Azərbaycan və ingilis dillərində "Erməni aqressiyasına son", "Erməni işğalına son", "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağa ədalət", "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ Azərbaycanındır" şüarları altında keçirilən aksiyaya təxminən 500-ə yaxın azərbaycanlı və Azərbaycan sevdalısı qatılıb.
2020-ci ilin əvvəlindən
milli barışıq və vətəndaş
həmrəyliyi istiqamətində prezidentin
götürdüyü siyasi
kurs özünü doğruldur
Xaricdə yaşayan
azərbaycanlılar və diplomatik
nümayəndəliklər tərəfindən
dünyanın dörd bir
yanında keçirilən etiraz
aksiyalarını müsbət dəyərləndirən Vəhdət
Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev
bu cür tədbirlərin
son dərəcə əhəmiyyətli
olduğunu deyib:
"Azərbaycan diasporasının iyul
ayında fəaliyyəti ötən illərlə müqayisədə
çox fəallaşıb və öz effektiv təsirini
göstərdi. Ermənistanın Tovuz rayonu istiqamətində təxribatı indiyə
qədər sönük təsir
bağışlayan diaspor fəaliyyətimizi
canlandırdı.
Xaricdə yaşayan vətəndaşlarımız və soydaşlarımız indiyə qədər görünməmiş mütəşəkkillik nümayiş etdirdilər. Dünyanın hərbi və siyasi güc mərkəzlərində təcavüzə qarşı çoxsaylı etiraz və ölkəmizə dəstək mitinqləri keçirildi. Bu tədbirlərdə diaspora komitəmiz, səfirliklər və fəal vətəndaşlarımız vəhdət təşkil etdilər. Avropa və ABŞ-da ermənilərin daha mütəşəkkil və təşkilatlanmış olmalarına baxmayaraq diasporamız layiqincə təmsilçilik etdi. Bu fəaliyyətlər ölkəmizin maraqları çərçivəsində xüsusi əhəmiyyətə malikdir. İlk növbədə Ermənistan və onun arxasında dayanan qüvvələrə bir göstəri və haqq səsimizin susdurula bilməyəcəyi nümayişi idi. Eyni zamanda Azərbaycan prezidentinin Qarabağ danışıqlarında güc mexanizmi rolunu oynayacaq.
Ölkə rəhbəri yüksək tribunalardan Azərbaycan xalqının bu işğalla
barışmadığını və
torpaqlarımızın işğalı ilə
razılaşmayacağını inamla səsləndirə
biləcək. Digər tərəfdən bu
aksiyalar problemin həlli
ilə məşğul olan təşkilatlara
xüsusi bir
mesajdır.
Son 5 ildə Avropa Birliyi və ABŞ tərəfindən işğal faktı ilə bağlı çoxsaylı sənədlər və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edilsə də son hadisələrdən sonra ABŞ Konqresində işğal faktını tanıyan sənədlərin müzakirəsi çox ciddi irəliləyişdir və faktdır ki, milli birliyimizin nümayişinin nəticəsidir. 2020-ci ilin əvvəlindən milli barışıq və vətəndaş həmrəyliyi istiqamətində Prezidentin götürdüyü siyasi kurs özünü doğruldur. Biz Vəhdət Partiyası olaraq bu kursu aktiv dəstəkləyir və hərtərəfli dəstəyi verir, bu istiqamətdə fəal olmağa çalışırıq.
Hətta İspaniyada yaşayan partiya fəalımız İspaniya Azərbaycan Birliyinin sədri Vahid İmanovun təşkilatçılığı ilə Madriddə ölkəmizə dəstək mitinqi təşkil edilib".
Şərq 2020.- 24 iyul.-
S.11.