"Kinoya cavabdeh olan şəxslər yatıb"

Tahir İmanov: "Beş ilə yaxındır qışqırıram, bağırıram ki, öz qəhrəmanlarımıza ikinci nəfəs verək"

Əhmədiyə Cəbrayılov haqqında senari yazmışdım. Heç bir xalqın, millətin Əhmədiyə Cəbrayılov kimi qəhrəmanı yoxdur. Kimlərə müraciət etməmişdim ki?!

Olduqca həssas, çətin günlərdən keçirik. İstər şəhidlərimiz, istərsə də xarici ölkələrdə erməni vəhşiliyinə məruz qalan soydaşlarımız hər birimizi narahat edir. Elə bu kritik dövrdə bütöv və həmrəy olmağı duyuruq.

Sherg.azda bu amili nəzərə alaraq daim tanınan simalarla həmsöhbət olub,  onların fikirlərini oxucularına çatdırır.

Növbəti müsahibimiz sevilən aktyor, KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov oldu.

Söhbətimizi təqdim edirik.

- Tahir müəllim, yaşadığımız son olaylara, sərhəddə, ölkəmizdə baş verənlərə münasibətiniz maraqlıdır...

- Mən sıravi vətəndaş kimi Ali Baş Komandanın əmrlərinə tabeyəm. Təbii, arzu edərdik ki, bütün məsələlər sülh yolu ilə həll olunsun. Amma görünür qarşı tərəf  bunu istəmir. Ölkə baçşısının  əmrini gözləyirik.  Əlimdən gələni etməyə hazıram. Savaşmaqdan tutmuş əsgərlərimiz üçün konsert proqramı təşkil etməyə qədər...  Hərtərəfli şəkildə mən və teatrımız hazırıq.

- Bəs millətimizə nə tövsiyə edirsiniz?

- Belə hadisələrdə hər bir vətəndaş əmrlərə tabe olmalıdır. Əks halda özbaşınalıq olacaq. Hansı ki, həmin xaosun nəticələrini  90-cı illərin əvvəlində gördük, bunun nəticəsində torpaqlarımız satıldı, verildi. Ona görə qələbənin bir yolu var: Qərarlara tabe olmaq!

- Bilirsiz ki, təkcə cəbhədə deyil, həm də müxtəlif platformalarda ideoloji savaş aparırıq. Elə bu mənada vətənpərvərlik mövzulu filmlərin, mahnıların xarici dilə tərcümə edilməsi danışılır. Sizcə, dünyaya dərdimizi söyləmək necə yaxşı olar?

- Vətənpərvərlik haqqında mahnılar və sair daxili auditoriya üçün çox yazılıb.  Əsas məsələ xaricə  həqiqəti çatdırmaqdır. İndi digər cəbhədə müharibəmiz başlayır.  Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da  bu məsələyə olduqca hərtərəfli yanaşdı, çox gözəl açıqlamalar verdi. Şəxsən bizim sahəyə aid olan məsələlər var. Hələ  2010-2011-ci illərdə dəfələrlə mədəniyyət nazirliyinə müraciət eləmişəm. İmkanlı insanlara səslənmişdim ki, filmlərimizi çəkək. O balaca ölkələrdə heç kimin tanımadığı  festivallar var. Hansı ki, bizim filmlər gedirdi. Sonra Azərbaycan kinosuna  rəhbərlik edən dırnaqarası şəxs var idi, gəlib danışırdı ki, kinolarımız 56 dənə festivalda olub.  Hamısı lazımsız idi.

- Əslində necə olmalıdır?

- Hədəf “khandan tutmuşOskara kimi sanballı festivallara yönəlməlidir. Onların mükafatları lazım deyil. Ən azından  o ölkələrdə kino yayım hüququnu alsaq, vətənimiz üçün bir görmüş olardıq. Təssüflər olsun ki, indiyə kimi etməmişik. Dəfələrlə "Planet Parni iz Baku" müraciət edib, lakin heç kəs vecinə  almayıb.  Kinodan başı çıxmayan  insanlar, kino sahəsinə rəhbərlik edəndə axırı belə olur. Beş ilə yaxındır (üzr istəyirəm ifadəmə görə-T.İ) qışqırıram, bağırıram ki,  öz qəhrəmanlarımıza ikinci nəfəs verək. Söhbət filmlərdən gedir. Elə qəhrəmanlarımız var ki, onları dünyaya tanıtsaq, ideoloji müharibədə xeyrimizə olar.

- Əfsuslar olsun ki, düşmən yalan tarixini uydurma sözlərlə təbliğ etmək üçün hər yola əl atır...

- Bəli, Qaregin Nijde var. Alman faşistləri ilə vuruşan dırnaqarası erməni qəhrəmanıdır. İrəvanın mərkəzində ona heykəl qoyublar. Bundan da əvvəl film çəkiblər.  Təsəvvür edirsiz? Rusiyanın ən qabaqcıl  rejissorları, operatorları, aktyorları həmin filmdə iştirak edib. Mən ondan qabaq məsələ qaldırmışdım. Dövrümüzün  görkəmli dramaturqu  Ramiz Fətəliyevlə birlikdə Əhmədiyə Cəbrayılov haqqında  senari yazmışdım. Heç bir xalqın, millətin Əhmədiyə Cəbrayılov kimi qəhrəmanı yoxdur.  Kimlərə müraciət etməmişdim ki?!  Hətta bu məsələni keçmiş mədəniyyət nazirinin qabağında, ölkə başçısının iştirak etdiyi müşavirədə də bildirdim. Amma indiyə qədər bu məsələ öz həllini tapmayıb və görünür tapmayacaq da...

- Fikrinizcə səbəbi nədir?

- Məsələni həll etmək üçün birincisi  kinodan başın çıxmalıdır, ikincisi də vətəni sevməlisən. Yaxud da tərsinə, necə istəyirsiniz qəbul edin...  İdeoloji cəbhədə hələlik bəzi məsul, kinoya  animasiyaya cavabdeh  şəxslər yatıb. Sadəcə, Tahir İmanov fürsət olanda bu haqda danışır. İndiimkan yaranıb, danışıram (gülür).  Bəlkə aidiyyəti qurumlar səsimi eşitdi. Hələ də gec deyil, bu işə başlamaq olar. Ən azından həmin kino Rusiya Federasiyasında yayım hüququ ala bilərdi, Rusiya kanallarında göstərərdilər. Onu da qeyd edim ki,  ideoloji müharibə çox məsuliyyətli istiqamətdir. Ona görə də bu cəbhəyə peşəkarlar rəhbərlik etməlidir (Mən özümü demirəm - T.İ). Necə ki, sərhəddə əsl generallarımız, döyüşə başçılıq edir. Biz də "Planet Parni iz Baku" olaraq onlara  tabe şəkildə tapşırıqlarını yerinə yetirərik.

- Hər halda məlumatınız var. Xarici ölkələrdə həmyerlilərimiz aksiyalar təşkil etdilər, lakin erməni vandalizminə, vəhşiliyinə məruz qaldılar...

- Təsadüfə baxın ki, cənab Prezidentimizin məşhur  "hünərləri varsa gəlsinlər, təkbətək danışsınlar" müraciətindən sonra “təkbətək”lərini göstərdilər. 5000 nəfər 50 nəfərin  üstünə gəldi.  Onların, cəsarəti, kişiliyi budur. Heç vaxt təkbaşına vuruşa bilməyiblər.  Mən sovet dövründə yaşamışam, oxuduğum sinifdə ermənilər də olub. Biz dava edəndə onlar kənara çəkilirdi. Hələ Qarabağ müharibəsi başlamamışdı.  Xislətləri belədir, daxilən qorxaqdılar. Amma beş nəfərdən çox olanda dönürlər əjdahaya...

- Tahir İmanov bir ata kimi övladlarına Vətən sevgisini necə aşılayır?..

- Təvazökarlıqdan uzaq olacaq. Qızımın iki yaşı yox idi, amma himnimizi əzbər bilirdi. İstər inansınlar, istər inanmasınlar. Ən azından, sübutum var, videoya  çəkmişik. Vaxt gələr böyüyəndə həmin kadrlar işıq üzü görər. Fəxr elədim ki, qızımın iki yaşı yoxdur, amma artıq himnibilir. Hara gedirdi Azərbaycan bayrağını əli ilə göstərirdi ki, budur mənim bayrağım. Təbii ki, bizdeyirdik. Amma ən çox  bağçada öyrətdilər. Sağ olsun, bağça müəllimləri ki, övladlarımızı vətənpərvər ruhda yetişdirirlər.

 

Samirə Ərəbova

Şərq  2020.- 29 iyul.- S.13.