Zabelinə səslənirəm, niyə susub oturursunuz?

"Əlinizdə ermənini ifşa edəcək, rus xalqına düşmən olduqlarını sübut edən yüzlərlə fakt var"

“Mən Şeyx Əbdül Mahmudbəyov Azərbaycanın Xalq artisti, uzun illər ideoloji təbliğat sənət sahəsində işləyən peşəkar bir vətəndaş kimi, bütün kütləvi informasiya vasitələrinin əməkdaşlarından, ziyalılarımızdan , dövlət və siyasi xadimlərimizdən təkidlə xahiş edirəm ki, heç bir yerdə erməni xalqı, Ermənistan dövləti sözlərini işlətməsinlər.

Çünki dünyada nə belə millət, nə də dövlət olub. Bunun cəmi 150-200 il tarixi var. Ona görə də Qarabağ məsələsində vaxt itirdikcə Qərbi Azərbaycanımız əldən gedir. Ermənistan dövləti yoxdur. Ora Qərbi Azərbaycandır! Qondarma Ermənistan Respublikası deyilə bilər. Bir də cəbhə zonasından, məlumatlar veriləndə elə təmtəraqla ifadə edirlər ki, “Ermənistan dövlətinin silahli qüvvələri”. Xeyr, silahlı qüvvələr deyil, silahlandırılmış, işğalçı terrorist qrupudur. Bunları belə təqdim etmək lazımdır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Xalq artisti, dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, rejissorlar gildiyasının vitse prezidenti, təftiş komissiyasınınm sədri, baş kino mükafatı laureatı, milli yaradıcılıq akademiyasının incəsənət doktoru, tanınmış kinorejissor, Şeyx Əbdül Mahmudbəyov söyləyib. O, tarixi faktlara istinadən Rusiyaya müraciət edib:

“Çox yaxşı olardı ki, vətənpərvər rus xalqı, onun əsl ziyalıları, siyasi rəhbərləri və ideoloqları tarixə baxsınlar. Əsl həqiqəti görüb, ayılıb özlərinə gəlsinlər. Nə qədər ki, gec deyil antixriss, riyakar, məkrli, satqın, oğru, plagiat, barbar erməni çirkabından təmizlənsinlər. Onları gözləyən real hay erməni təhlükəsini törədən arzuolunmaz fitnə-fəsadlardan xilas olsunlar.

Vaxt itirmədən, bu haqda ciddi surətdə düşünsünlər. Yoxsa rus xalqını da, dövlətçiliyini də bu tayfa toplumu tərəfindən böyük təhlükələr, təxribatlar, xəyanətlər gözləyir. Müsəlman türk dövlətlərinə qarşı Rusiyanın əli ilə xam xəyallarını və çirkin məqsədlərini həyata keçirmək üçün məharətlə maskalanıb altdan-altdan təşkil etdikləri, qızışdırıcı təxribatlar, qarşıdurmalar türk-müsəlman xalqlarından qondarma düşmən obrazı yaratmaq cəhdləri hələ başlanğıcdır.

Daha böyük təhlükələr irəlidədir. Rus ziyalıları xəyanəti görən xristian mənşəli dahi şəxsiyyətlərin xəbərdarlıq məqsədilə yazdıqları, inkar edilməz tarixi faktlarla tanış olsunlar.

Rusiyada işğal etdikləri siyasi rəhbərlik və ideoloji sahələr zaman-zaman təhlükəli, xəyanətkar, erməni təbliğatına çevrilərək bütün müsəlman dünyasına qarşı meydan sulayırlar. Bunların ifşa edilməsi üçün heç bir yalan, ermənisayağı qondarma işə əl atmaq istəmirəm. Sadəcə, dahi şəxsiyyətlərin, əksəriyyəti xristian olan, obyektiv fikirli, yəhudi, erməni mənşəli tarixçi alimlərin adlarına istinad etməklə həqiqətləri Rusiyanın nəzərinə çatdırıram.

Rusiyanın siyasi rəhbərləri Strabona, Tasisə, Mavrikiyə, Marko Poloya, Qabusnamə əsərinə (13-cü əsr), Akademik Maara, Adam Metsə, Aleksandr Dumaya, Jorj de Malevilə, Marksa, Engelsə, Vilsona, Erix Fogelə, Çavçavadzeyə, Frankelə, Sədi Şiraziyə və sair yüzlərlə adlarını çəkmədiyim dahi insanların, erməni tarixçilərinin, öz xəyanətlərini təsdiq etdikləri faktlara inanmırlarsa, bunları bir kənara qoysunlar. Öz tarixi şəxsiyyətlərinin dediklərini açıb oxusunlar. O zaman Hay-erməni siyasətinin təhlükəsi və böyük rus xalqını alət kimi istifadə etməkləri ifşa olunacaq. Onlara Veliçko, Kraçkovski, Massovski. Viktor Malyayevski, Anninski, Yepiskop Uspenski , Müqqəddəs ata Kiril, Puşkin, Tolstoy, “Okraina Rusiya ” qəzetinin 1908-ci il 33-cü sayına, “Qazeta Russkoye, Znamya” qəzetinin 1912-ci il 18-ci sayına və sairən tarixi şəxsiyyətləri və faktları misal göstərmək olar... Sual olunur, 200 il bundan əvvəl Puşkinin nə marağı var idi erməniləri biabır edirdi?

Yaxud da Tolstoy niyə erməni təhlükəsindən rus xalqını xəbərdar edirdi? Nəhayət, Veliçko, Kraçkovski nəhəng tədqiqatçı alimlərdir, əsərləri məşhurdur. Onlarla tanış olunmalıdır. Rus ziyalılarına dünyada məşhur erməni mənşəli akademiklərin adlarını da əlavə etmək istəyirəm. Onların məndə inkaredilməz, arxiv materialları var.

Bunlara istinad edib illərdir birtərəfli qaydada bizə, cəmi türk-müsəlman dünyasına qarşı təşkil olunan və xristian fundamentalizmini göyərdib, təməlçilikdən məharətlə istifadə edən erməni təxribatını dayandırmaq istəyirəm. Erməni mənşəli akademik Ağabegyanı, tarixçi-alim Georgi Aslan, Nalbanyan, Egise Çarents, Derenik Dəmirçiyanı, Qarik Levonyanı, Qazaros Adamyanı, Avetik İsakyanı və sairi misal göstərmək olar. “Bunların “Xınçak”, “Asala”, “Daşnaksütün” terror təşkilatları var. Həmin onların mahnı sözlərinə baxın. Bir hadisəyə gedəndə xorla oxuyurlar:

Andranik qardaş gedəlim, Türkiyəyə

Qırıb tökəlim türkləri, olsun Ermənistan

Həmin Andranikin türk qulağını kəsmişdi. Qəribədir ki, marşın sözləri türk dilindədir. Təsəvvür edirsizmi bunlar nə qədər göydən düşmə, qondarma bir tayfa toplumudur. Nə dilləri, nə də mədəniyyətləri var. Ondan, bundan oğurlayırlar, amma bütün dünyanı məharətlə aldada bilirlər.”

Şeyx ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülmə tarixindən də danışıb: “O vaxt Pyotr axırıncı dəfə Şivetsyaya, Hollandiyaya qalib gələndən sonra çar Rusiyası dövlətçiliyini rəsmi elan elədi. Proses Avropada gedirdi, Pyotrun şivetsləri, almanları, norveçləri hamısını məğlub etməsi və böyük Rus imperiyasının bünövrəsini qoyması məlum idi.

Ona görə hər şeydən xeyir götürən erməni keşişi Pyotrun yanına getmişdi. O, Pyotru dezinformasiya ilə çaşdırmışdı. Həmin dövrdə şimalda heç nə yox idi, Avropanı da itaətə gətirmişdi. Beləliklə, rus imperiyasının ən böyük təhlükəsizliyi, gələcək təminatı Şərqlə bağlı idi. Bütövlükdə Qara dəniz, Bosfor boğazı, Xəzər dənizi yaxın, orta uzaq, Şərq. Orda yaşayan xalqların da hamısı müsəlman mənşəli, əksəriyyəti türklər idi. Erməni uydurmaları ilə Pyotru inandırdı ki, İmperiyanın təhlükəsizliyini təmin etmək üçün Şərqə çıxmalısan. Şərqdə də nə xristianlar yaşayır, nə də xristian dövləti var.

Sizə isə xristian təməlçiliyindən bəhrələnmək lazımdır. Biz ermənilər, xristian olaraq sizə lazımi xidməti göstərə bilərik (Onu da qeyd edim ki, ermənilər katolikdi, provaslav deyil). Bunun üçün müsəlman-türk dövlətlərinin arasında xırda-xırda xristian dövlətləri yaradıb, ermənilərə etibar edin. Beləliklə, Pyotr sərəncam verdi. Həmin dövrdə İranda Rusiyanın səfiri məşhur yazıçı, diplomat Aleksandr Qriboyedov idi. O, Çar Aleksandrın vaxtında diplomat olub. Pyotrun vəsiyyətinə əsasən bütün köç işini təşkil edib. Suriyadan, İraqdan, Mesopotomiyadan, müxtəlif yerlərdən pərakəndə halında yaşayan erməni ailələrini Azərbaycana, Qarabağa gətirib, orda məskunlaşdırıb. 200 erməni ailəsini üç il müddətinə, müsibətlə gətiriblər. Bunların vasitəsilə müsəlman ölkələrində, müdafiə zonası yaratmaq istəyiblər. Özü də ilk köçlə bağlı Rusiyanın əlində rəsmi sənəd var.

Köçüb gələn ailələrin ünvanları, adları, soyadları hamısı qeyd olunub. Nəhayət, Qriboyedov diplomatik missiyasını tamamladıqdan sonra, bir ziyalı, rus vətəndaşı kimi Çar Aleksandra məktub yazır: Babamız Pyotrun vəsiyyətini çətinliklə yerinə yetiririk. Hardan nə qədər gətirdikləri barədə hesabat verir. Və sonda bildirir: Sizə təkidlə söyləyirəm ki, bunlar çox təhlükəli tayfadır, gələcəkdə Rusiyanın ərazisinə buraxmaq olmaz. Az sonra bizimlə torpaq davası edəcəklər.

Elə bunları Qarabağda yerləşdirək, burda onlara status verək. Bununla da məsələ qurtarsın. Bu sənəddir, faktdır. Sual olunur, burda tarixən ermənilər yaşayıbsa, dünyadan onları yığıb, müsibətlə ora gətirib, yerləşdirməyin mənası varıydımı? Deməli, heç vaxt olmayıblar. Hətta bunların ora gəlişi ilə bağlı böyük heykəl qoymuşdular. Qarabağı işğal edən zaman o abidəni söküb atdılar. Amma tarixdə, arxiv sənədlərində var, inkaredilməzdir. Bir də Mirəli Seyidovun Qafqaz xalqlarının həyatı ilə bağlı əsərində Qarabağ ərazisində yaşayan türk tayfaları haqqında məlumatlar var. O cümlədən də ərsaklar. Ermənilər də bizim sözümüz olan ərsakdan yapışıblar, ağılları kəsmədən avantüra şantajla məşğuldurlar. Ərsak sözünü təhrif edib deyirlər ki, bura Arsaxdır. Harda var Arsax adlı erməni? 24 türk qolunun biri də saklardır. Ərsak, ər türklər deməkdir. Erməninin yalanı ortaya qoyulmalıdır, ifşa edilməldir. Bunu rus xalqı, dövləti, Putin mütləq bilməlidir. Ona görə xahiş elədim ki, arxivlə tanış olsunlar. Qriboyedovun məktubunu oxusunlar. Həm də o sözləri Qriboyedov yazanda erməni-türk davası yox idi. Üstündən 150 il keçməyib, Soçini, Qaradənizin ətrafında istirahət zonalarını ermənilərinmiş kimi dünyaya təqdim edirlər.

Nə üçün Rus imperiyası bundan narahat olmur? Niyə Azərbaycanın, Qarabağın üstünə düşüb? Baş Naziri, xarici işlər naziri, politoloqları ermənidir... Məsələn, Şahnəzərov Rusiyanın Xalq artistidir, atası uzun illər SSRİ də dövlət vəzifələrində işləyib. Hazırda mas filim kinostudiyasının baş direktorudur. Onun və bir neçə orda yaşayan politoloqların Rusiya televiziyasında çıxışına qulaq asdım. Orda dedilər ki, eləmişik axı Qarabağ Azərbaycan torpaqlarıdır. Mən də Zabelinə səslənirəm, niyə susub oturursunuz? Əlinizdə ermənini ifşa edəcək, rus xalqına düşmən olduqlarını sübut edən yüzlərlə fakt var. Oturubsan Bakıda, özün də parlamentin üzvüsən. Şəhərdəki məktəblərin əksəriyyəti rus tamayüllüdür. Bakının yarıdan çoxu rusca danışır. Niyə Putinə dediyim sözlərlə müraciət etmirlər? Bu gün Rus imperiyasını ermənilər idarə edir.

Türk-müsəlman dünyası ilə qarşıdurmanı gərginləşdirən məharətlə, riyakarcasına təşkil edən Lavrov və erməni siyasətçiləridir. Ona görə də hər bir azərbaycanlıdan xahiş edirəm ki, ermənilərlə ermənisayağı mübarizə aparsınlar. İstəyiriksə 150 illik uduzduğumuz ideoloji siyasəti bərpa edək, onda dünya ilə başa düşdüyü dillərdə əlimizdə olan konkret faktlarla danışaq. Təsəvvür edin ermənin əlində fakt olmaya-olmaya göydən düşmə tarix, mədəniyyət, millət, torpaq, Vətən yaradırlar.

Dünyanı birtərəfli qaydada inandırıblar. Çünki biz danışmamışıq. İndi dünyadan küsürük, amma özümüzdən küsməliyik. Çünki sən dünyaya lazımi təbliğatı, informasiyanı, məlumatı verməmisən. Yalan, saxta şəkildə ermənilər məlumatlar yayıb, dinməmisən! Dünya da fikirləşib ki, yəqin bunlar düz deyir. Ona görə günah özümüzdədir“.

Son olaraq Xalq artisti siyasi blogerlərə səslənib:

“Azərbaycandan gedib bu və ya digər səbəbdən xaricdə gizlənən blogerlərə müraciət edirəm. Sizin üçün ayıb deyil? Cavan uşaqlarsınız, niyə özünüzə rəva bilmədiyiniz söyüşlərlə, ölkənin şeyxülislamını, ağsaqqalını təhqir edirsiniz? Sənin siyasətinin, mübarizənin şeyxə nə dəxli var? Axı o, Qafqazın xəzəryanı ərazilərin, Azərbaycanın seçilmiş şeyxülislamıdır, müqəddəs dinimizin rəhbəridir. Özü də xəstə insandır, ayıb deyil yaşlarından əvvəl avara-avara məsələləri eşirlər? Hakimiyyət davası aparırsınızsa dövlətçiliklə nə işiniz var?

Niyə gedib xaricdə oturursan? Söyüşlə dövlət mədəniyyət, ideologiya təbliğat olur? Onların böyükləri, kiçikləri yoxdur? İnanırsız, Şeyx həzrətlərinə yazılan iyrənc, murdar sözləri oxudum dəhşətə gəldim. Şeyx heç nəyim deyil. Axı bura müsəlman ölkəsidir, Məhəmməd hümmətiyik. Ayıbdır, xaricdə camaat bizə nə deyər? Məsələn, bir nəfərin Paşinyan atasını, qardaşını, həbs edib amma o bəyanət verib erməni dövlətini dəstəkləyir. Belə olmalıdır.

Bir şeyx kimi, ağsaqqal olaraq deyirəm ki, özünüzü yığışdırın. İnsanın həm ailə, həm də mənəvi, ideoloji tərbiyəsi olar. Xahiş edirəm ki, o şeylərə son qoysunlar!

Ərəbova, Samirə.

Şərq  2020.- 30 iyul.- S.13.