Rəqəmsal jurnalistika ənənəvi mediadan
fərqlənir
Rəqəmsal xidmətlərin bütün sahələrində resursların populyarlığı, vətəndaşlar və biznes sektoru tərəfindən effektiv istifadəsi yetərli deyil. Həmçinin, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə yaradılmış elektron dövlət xidmətləri və rəqəmsal həllərin istifadə qaydaları, hətta bəzi hallarda mövcudluğu haqqında da məlumat çatışmazlığı nəzərə çarpır. Bəzi hallarda isə hər hansı bir xidmətin jurnalist tərəfindən istifadə və ya test edilmədən, araşdırılmadan vətəndaşlara səhv və ya təhrif olunmuş şəkildə çatdırılması halları baş verir.
Dezinformasiya
faktorlarının və məlumat çirkliliyinin
yeni yaradılan rəqəmsal xidmətlərə
təsiri də bu sahənin
inkişafı üçün maneə, eyni zamanda cəmiyyətdə
çaşqınlıq yaradır. Dövlət,
maliyyə-bank, ticarət və digər sahələr üzrə
yeni yaradılan rəqəmsal məhsullar
bəzi hallarda ilkin inkişaf mərhələsində yuxarıda
göstərilən səbəblərə görə uğursuzluqla nəticələnə bilir. Xidmətin yaradılma mərhələsindən
əvvəl cəmiyyətin xidmətə
hazırlanılması baş
tutmadığından yeni xidmətlərin
uğursuz olma riski çoxalır. Son
dövrlərdə Rəqəmsal Xidmət sahəsində fəaliyyət
güclənib. Bu məqsədlə, yeni yanaşmalar tətbiq olunur
və yeni xidmətlər vətəndaşların
istifadəsinə verilir. Əsas məqsədi
dövlət informasiya ehtiyatları və
sistemlərinin formalaşdırılması, inteqrasiyası və
effektiv idarə edilməsi sahəsində
koordinasiyanı həyata keçirmək olan
Elektron Hökumətin İnkişafı
Mərkəzinin fəaliyyəti birbaşa
olaraq rəqəmsallaşmaya, institusional yeniliklərin və innovativ
xidmətlərin tətbiqinə bağlıdır. Lakin bu xidmətlərin hədəf
auditoriyasına, yəni vətəndaşlara düzgün
və vaxtında çatdırılmasında jurnalistlərin
rolu böyükdür.
Mərkəz hazırda uzunmüddətli perspektivdə elektronlaşma və rəqəmsal xidmətlər
haqqında jurnalistlərin təlimləndirilməsi ilə
ictimaiyyətin düzgün məlumatlandırılmasına
hədəflənib.
Mərkəzin təşkilatçılığı ilə reallaşdırılacaq “Rəqəmsal Jurnalistikaya doğru” proqramının sponsoru “Paşa Holdinq”dir. Proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir. Qeyd edək ki, rəqəmsal texnologiya jurnalistikanın mahiyyətini dəyişib. Eyni vaxtda sosial medianın ortaya çıxması jurnalistika sahəsində qəfil və sürətli yeniliyə səbəb oldu. Jurnalistika XX əsrin ikinci yarısında peşəkar sahə kimi formalaşdıqdan sonra medianın iki formasını özündə ehtiva etdirdi: çap və elektron media. Çap formasına qəzet və jurnalların çap edilməsi daxildir. Elektron mediaya isə radio və televiziya yayımı daxildir. Adi jurnalistikada məlumatın daxil və xaric olma prosesləri gedir. Müxbirlər, tədqiqatçılar məlumatı daxil edir, redaktorlar və təhlilçilər onun üzərində işləyərək formaya salır və istifadəçiyə təqdim edirlər.
Rəqəmsallıq (digitallıq)
ayrı-ayrı kütləvi informasiya
vasitələri arasındakı fərqləri aradan qaldıraraq, konvergensiyaya
yol açır. Məhz bu
mənada konvergensiya indi
KİV-in gələcəyi haqqında
müzakirələrin diskussiya obyektinə
çevrilməkdədir. Belə bir elmi fikir də meydana çıxıb ki,
yaxın on ildə konvergensiya
prosesi nəinki KİV sistemini,
habelə onunla bağlı sənaye sahələrini
də tamamilə dəyişə bilər.
2000-ci ildən etibarən Qərb
dünyasında jurnalistlərin böyük
əksəriyyəti gündəlik işlərində internetdən
müntəzəm istifadə edirlər. Əsas xəbər
saytlarına əlavə olaraq, rəqəmsal
jurnalistika indeks və
kateqoriya, meta, şərh
saytları, eləcə də, paylaşma
və müzakirə saytları mövcuddur.
Bloqlar ayrıca, şəxsi saytlardan tutmuş yüz minlərlə insanın auditoriyasına
qədər yeni məlumatlar əldə
edə bilən başqa bir
rəqəmsal jurnalistika hadisəsidir. Rəqəmsal jurnalistika buludlu jurnalistika fenomeni, genişzolaqlı cəmiyyətdə
davamlı məzmun axını ilə məşğuldur.
1999-cu ildə qurulan Onlayn
Xəbərlər Birliyi, onlayn
jurnalistləri təmsil edən ən böyük
bir təşkilatdır, əsas
funksiyası rəqəmsal təqdimat üçün
xəbər toplamaq və ya
istehsal etməkdən ibarətdir. Onlayn jurnalistika çox kiçik bir cəmiyyət içərisində
jurnalistikadır. Jurnalistikanın digər növləri kimi onlayn jurnalistika
da oxucu üçün çox əlverişlidir
və keçmiş jurnalistikanın
növlərindən daha çox
məlumat təqdim edir. Pulsuz
və ucuzdur.
Rəqəmsal jurnalistika, əlaqə
və müzakirə aparmağa imkan verir. İnternetdən
əvvəl heç görüşməmiş
oxucular arasında kortəbii müzakirə
etmək mümkün deyildi.
Bir xəbərin müzakirəsi prosesi rəqəmsal jurnalistika
üçün çox
faydalıdır. Oxucular məlumatı
müzakirə etmək istəyən digər şəxslərlə
əlaqə qururlar. Rəqəmsal jurnalistika xəbərlərin cəmiyyət tərəfindən
necə istifadə olunduğunu göstərir.
Onlayn mənbələr
qısa müddət ərzində fasiləsiz xəbərlər
verə, cəmiyyətə baş verən
hadisələrin tezisini təmin edə
bilər. Hadisənin inkişafı boyunca
jurnalistlər bir neçə saniyə ərzində
oxucuları aktuallaşdıran məlumatları onlayn mənbələr ilə təmin edə
bilirlər. Bir xəbərin yerləşdiriləcəyi
sürət, ümumiyyətlə, çap
jurnalistikasında baş verməyən bir şəkildə hesabatın
düzgünlüyünə təsir göstərə bilər.
Rəqəmsal cəmiyyət və
yeni media üzrə
beynəlxalq mütəxəssis, təlimçi Emin Hüseynzadə “Şərq”ə bildirib ki, rəqəmsal jurnalistika ənənəvi jurnalistikadan
müxtəlif məzmun növlərinin eyni
zamanda istifadəsi, interaktivliyi
və yayımın xüsusiyyəti ilə fərqlənir.
Onun sözlərinə görə, bura saytlar, rəqəmsal
TV kanallar, sosial şəbəkələr
vasitəsilə izləyiciyə yönələn məzmun və
s. aiddir:
“Rəqəmsal jurnalistikasız
media artıq on ilə
yaxındır ki, yoxdur. Azərbaycanda bu sahənin
bəzi istiqamətləri
inkişaf edib. Bəziləri isə müxtəlif
tənzimləmələrin düzgün olmaması səbəbindən hələ
də ya yaranmayıb, ya da çox zəif
inkişaf edir. Məsələn, rəqəmsal TV kanal sayı azdır. Rəqəmsal dalğaya çıxış
asan deyil və qaydaları bəlli deyil. Regional və yerli
kanalların yaradılmasında
problemlər var. Digər
tərəfdən onlayn
media da rəqəmsal
medianın böyük
hissəsidir və bu səhədə inkişaf görünür,
sadəcə burada da məzmun baxımından problemlər
qalmaqdadır. Rəqəmsal media sahəsində təlimlərin,
seminarların və daha lazımlı – konfransların və açıq müzairələrin
keçirilməsi çox
vacibdir. Real olaraq Azərbaycan bir çox qonşularından bu sahədə geri qalır. Universitetlərdə bu sahə çox zəif tədris olunur və media idarəçilərinin
bu sahədə bilikləri müəyyən
çərçivə daxilindədir.
Maliyyə problemləri də
bu sahənin inkişafına öz təzyiqini göstərir.
Bu seminar haqda heç nə deyə bilmərəm, çünki proqramın məqsədləri ümumidir”.
E.Hüseynzadə bildirib ki, Azərbaycanda bu sahədə mütəxəssislər
olsa da, say nisbətinə görə
azdır:
“Məsələn, Gürcüstan,
Ukrayna, Mərkəzi Avropaya nisbətdə çox azdır. Üstəgəl, bu sahəyə
maraq göstərən
başqa sahənin adamlarının ekspert kimi cəlb olunması da yaxşı nəticələr
verməyəcək. Jurnalistika kommunikasiyanın
bir qolu olsa da onun
özünün qaydaları
və qanunları var.
Kəsişən sahələrin
mütəxəssislərinin çox istifadəsi jurnalistika öyrənənləri
çaşdırmaqla nəticələnir.
Məsələn, PR haqda danışan
adama jurnalisti səhv yönəldə bilər. Ona görə jurnalistə
PR-ı deyil, PR-ı anlamağı,
onunla mübarizə aparmağı, PR-çılara
düzgün, onları
öz komfortundan çıxaran sualları
verməyi öyrətmək
lazımdır. Yaradıcılıq sahəsinin adamlarının
jurnalistika tədrisində
iştirakı da mənfi hallar yarada bilər.
Mən təlimlərimdə işlətdiyim
sözləri təkrar
etmək istəyirəm:
jurnalistika, o cümlədən
rəqəmsal jurnalsitika
yaradıcılıq sahəsi
deyil, burda dəqiq, ölçüləbilən,
müqayisə olunan qanun və qaydalar
var. Riyaziyyat kimi”.
Ekspert vurğulayıb ki, bu sahədə mütəxəssis azlığı
mediamızın pis vəziyyətdə olması
ilə nəticələnib:
“Ortaya çıxarılacaq
çox az material var.
Onlarla sayt bir-birinin məzmunlarını
kopyalamaqla məşğuldur. Sonra həmin
o nüsxələmə işi
ilə məşğul
olan işçi maliyyə tapıb daha bir sayt
açır və bu dövriyyə bitmir. Hansısa kritik anda jurnalistlər izləyicinin
istədiyi sualı verə bilmir, media maraqlı məzmun göstərə bilmir.
Hətta
mənfi, əsəbiləşdirici
səhv və ya saxta materiallar
müzakirəyə çıxarılır.
Bunu ciddi şəkildə dəyişməyin
bir yolu var. İlk dördlüyü deyim: - universitet təhsilini jurnalistika sahəsində kökündən
dəyişmək. Bu sahədə oxuyanlarının
sayını on dəfələrlə
artırmaq, bilgili rəqəmsal jurnalistlərin
müstəqil icmalarını
yaratmaq, orta məktəblərdə media bilikləri
dərslərini tədris
etmək”.
Şərq 2020.- 19 iyun.-
S.11.