Möhtəşəm
qələbəyə az qalıb
Şuşanın qurtuluşu ilə düşmənin
sonuncu müqaviməti qırılacaq
Rusiya Azərbaycan torpaqlarının
işğaldan azad olunması ilə əlaqədar
yaranmış yeni reallığı nəzərə alır
Qarabağ müharibəsində mövqeyi ən çox maraq doğuran həmsədr ölkə Rusiyadır. Kremlin son iki yüz ildəki Cənubi Qafqaz siyasəti, xüsusən Qarabağ probleminin ortaya çıxışındakı ənənəvi rolu nəzərə alındıqda bu maraq anlaşılandır. Rusiyanın Qafqaz siyasətinin mərkəzində uzun illər erməni faktoru dayandığı üçün Ermənistan daim dəstəklənib. Lakin Rusiyada ermənipərəst lobbinin səsi bir ay əvvəllə müqayisədə xeyli kəsilib. Düzdür, radikal ritorikası davam edən xətlər yenə də var, ancaq onların səsləri getdikcə təsirsizləşən kirli səs-küy və görüntüyə çevrilir. Bunun əvəzində Kremldə ikili münasibətlərə dayanan balanslı Qafqaz siyasəti kursu boy göstərməkdədir.
Son günlərdə Rusiya cəbhəsində
cərəyan edən proseslər və siyasi analitiklərin rəyləri
bunu aydın göstərməkdir.
Məlumdur ki, danışıqlar prosesinin davam etdirilməsi üçün Prezident İlham Əliyevin şəxsində Azərbaycan tərəfi konkret şərtini irəli sürüb. İşğalçı qoşunların çıxarılması ilə bağlı konkret qrafik müəyyən edilməlidir. Yalnız o halda hərbi əməliyyatların dayandırılmasından söhbət gedə bilər. İlk dəfə olaraq Rusiya XİN başçısı Sergey Lavrov işğalçı qoşunların çıxarılması ilə bağlı konkret qrafikin tətbiqi üzrə Azərbaycanın mövqeyini dəstəkləyib. Lavrov bölgədəki proseslərlə bağlı narahatlığını Rusiya mediasına bildirib. XİN rəhbəri qeyd edib ki, Rusiya üçün dost ölkələr olan Ermənistanla Azərbaycan arasındakı düşmənçilikdən rəsmi Moskva çox narahatdır.
O deyib ki,
problem siyasi və diplomatik yolla çoxdan həll edilməli
idi. Amma müəyyən səbəblərdən
bu olmadı. Xarici İşlər naziri atəşkəsə
nail olmağın vacibliyini qeyd edib. Onun sözlərinə
görə, effektiv nəzarət tədbirləri olmadan sabit
atəşkəsə nail olmaq çətindir. Lavrov münaqişə zonasında dinc vəziyyətin
qorunması üçün bir neçə variantı
sadalayıb.
Lavrovun fikrincə, münaqişə müxtəlif
elektron idarəetmə vasitələrindən, İrəvanla
Bakı arasında qaynar xəttdən, ATƏT-in himayəsində
olan müşahidəçilərdən və digər vasitələrdən
istifadə etməklə çözülə bilər. Rusiya XİN
başçısı Kreml heç vaxt böhranın güc
yolu ilə həllini dəstəkləmədiyini gizlətməyib,
hərbi əməliyyatların mümkün qədər tez
dayandırılmasına çalışıb:
“Həm tərəflər, həm də onların
bütün xarici tərəfdaşları atəşkəs
razılaşmasına, nəzarət mexanizminin
yaradılmasına və konkret qrafiklə məzmunlu
danışıqlar prosesinin bərpasına ciddi hörmətlə
yanaşmalıdırlar. Davamlı barışığa dərhal nail olmaq
mümkün olmasa da, biz regiondakı bütün
nüfuzumuzdan istifadə etməyə davam edəcəyik, hərbi
senarinin daha da genişlənməsini dayandırmaq, tərəflər
arasında dialoq qurmaq və Bakı ilə İrəvanı
danışıqlar masası arxasına əyləşdirmək
üçün türkiyəli tərəfdaşlarımızla
işləyəcəyik”.
Xatırladaq ki, Lavrovun məlum bəyanatından sonra
Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş
naziri Nikol Paşinyanla telefonla danışıb. Kremlin mətbuat
xidmətinin məlumatına görə,
danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin
həlli məsələləri hərtərəfli
müzakirə edilib. Bundan əvvəl
Putin 22 oktyabrda Valdai Klubunun iclasında çıxış
edərək, Dağlıq Qarabağdakı münaqişənin
həllində Rusiyadan daha çox maraqlanan
olmadığını söyləmişdi.
Vurğulamışdı ki, o, Azərbaycan Prezidenti İlham
Əliyevlə və Ermənistanın baş naziri Nikol
Paşinyanla çox sıx təmasdadır: “Onlarla gündə
bir neçə dəfə telefonla danışıram”.
Siyasi şərhçilərin fikrincə, əvvəlki
təzyiq ritorikasından vaz keçən Moskva münaqişə
tərəflərini sadəcə “humanitar atəşkəs”ə
əməl etməyə səsləyir. Hesab edilir ki,
Putin sadəcə vəziyyət barədə məlumat
toplamağa çalışıb. Yenə
“nə qədər savaş tez bitsə, bir o qədər
ölkə üçün yaxşı olar” fikrini ifadə
edib. Dövlət başçısı İlham
Əliyev isə məlum şərtini Putinə təkrar
xatırladıb və bildirib ki, Ermənistan
qoşunlarını Qarabağdan çıxartsın,
hansı bölgədən nə vaxt
çıxacağına dair qrafik versin. O zaman müharibə
də dayanar, atəşkəsə də riayət olunar. Yəni tələb olunan qrafik verilməyəcəyi
təqdirdə bu cür telefon zənglərinin də əhəmiyyəti
olmayacaq. Moskva indiki mərhələdə
Azərbaycana təzyiq göstərə də bilmir,
çünki rəsmi Bakı ağıllı taktika tətbiq
edir, Ermənistana hücum etmir. Rusiyanın
Ermənistandakı hərbi bazasına Azərbaycan tərəfdən
təhlükə yoxdur. Öz qanuni
torpaqlarımızda erməni terrorçularına
qarşı mübarizə aparırıq. Bütün dünya ictimaiyyəti də
yaxşı bilir ki, ərazi bütövlüyü Azərbaycanın
qırmızı xəttidir. Lakin sirr deyil
ki, Rusiya Qarabağda baş verən hadisələrin son mərhələsində
söz sahibi olmaq istəyir. Birinci mərhələdə
Azərbaycan öz ərazisini təmizləyir və Rusiya buna
qarışa bilmir. Rusiya müharibədə
status-kvonun dağılması reallığını başa
düşərək mövcud reallığı inkar edə
bilmir. Vəziyyətin dəyişdiyi
vaxtda Rusiya üçün əsas məqsəd hazırda
bölgəyə üçüncü dövlətlərin
müdaxiləsinə yol verməyərək Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi məsələsində
təmkin nümayiş etdirməkdir. Yəni,
Moskva Dağlıq Qarabağdakı ermənilərin yalnız
və yalnız Azərbaycan sərhədləri çərçivəsində
yaşamaları faktını qəbul etmiş olur. Bu o deməkdir ki, Rusiya Azərbaycan
torpaqlarının işğaldan azad olunması ilə əlaqədar
yaranmış yeni reallığı nəzərə alır
və artıq status-kvonun olmaması, təmas xəttinin aradan
qaldırılması reallığı hamı tərəfindən
qəbul edilir. Diqqətdən
qaçmamalıdır ki, Rusiya Prezidentinin ərazilərin
qaytarılması ilə bağlı səsləndirdiyi “5+2”
formatı əvvəllər Rusiya Xarici işlər naziri
Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini
tapmışdı. Azərbaycan bu
planın böyük bir qismini artıq özü təmin
edib.
Həmçinin,
Putin Türkiyənin Azərbayca
nla
birlikdə olmasına Rusiya elitasından fərqli olaraq
soyuqqanlılıqla yanaşır. Reallıq
ondan ibarətdir ki, artıq Türkiyənin Cənubi Qafqazda
mövcudluğu faktoru ilə barışmaq lazımdır.
Putinin təbirincə desək, Qarabağla
bağlı danışıqlarda Türkiyə də daxil
olmaqla, bir çox ölkələr, xüsusən Minsk
qrupunun digər üzvləri yer almalıdır. Ümumiyyətlə, bütün bunlar onu göstərir
ki, Ermənistanın digər ölkələri
üçüncü tərəf kimi münaqişəyə
cəlb etmək cəhdləri tam iflasa uğrayıb və
dünyanın beynəlxalq hüquqla hesablaşmaqdan başqa
yolu yoxdur. Azərbaycan Prezidentinin
apardığı düşünülmüş, strateji
siyasət nəticəsində Ermənistanın bütün
planları ifşa olunmaqdadır.
Rusiyalı
politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey
Markov deyib ki, Prezident İlham Əliyevin Putin və
Paşinyanla telefon danışığının nəticəsi
məlum olmasa da, məzmunun atəşkəs olduğu istisna
deyil:
“Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın
öz hərbi məğlubiyyətini Putinə
yazdığı məktubda etiraf etdiyini bildirib. Görünür,
elə buna görə də Putin, Əliyev və Paşinyan
arasında telefon danışıqları baş tutub. Onların nəticələri hələ ki, məlum
deyil, ancaq bəllidir ki, danışıqlar mümkün olan
atəşkəs şəraiti haqqında olub. Azərbaycan nə qədər çox hərbi qələbə
qazansa, danışıqlar masasında mövqeyi bir o qədər
də güclənir”. Rusiyalı politoloq
Paşinyanın əlacsız qaldığını da qeyd
edib: “Paşinyan daha əvvəl Əliyevin şərtləri
ilə razılaşmalı idi. İndi isə
Paşinyanın “güzəştləri” onun hərbi məğlubiyyətləri
ilə ayaqlaşa bilmir. Şuşa
uğrunda döyüş başlayır. Bu
döyüş bitdikdən sonra, belə görünür ki,
müharibə Azərbaycanın tam hərbi qələbəsi
ilə bitəcək. Müharibənin
başlanmasının da, Ermənistanın məğlubiyyətinin
də əsas səbəbkarı Nikol Paşinyandır!”.
Milli
Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq
Natiq Miri “Şərq”ə açıqlamasında
vurğulayıb ki, mövcud reallığı dərk edən
Rusiya rəhbərliyi və rəsmiləri açıq şəkildə
işğalçı Ermənistana siyasi dəstək vermirlər.
Lakin Qarabağdakı hərbi əməliyyatlardan
kənar durmağa məcbur edilən şimal qonşumuz
münaqişənin həllində ədalətli mövqe
tutmaq niyyətində deyil. O səbəbdən Türkiyənin
prosesdə yaxından iştirakı zəruridir:
“Türkiyə rəsmilərinin Azərbaycana
ardıcıl səfərləri münaqişəyə
müdaxilə etmək niyyətində olan kənar gücləri
çəkindirmək mahiyyəti daşıyır. Azərbaycana
hələ də təzyiqlər var. Proses yekunlaşmaya
doğru getdikcə, təzyiq məsələsi daha da intensivləşir.
Bildiyiniz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan
Prezidenti İlham Əliyevə zəng edərək
Qarabağla bağlı müzakirələr aparıb. Aydındır ki, Rusiya indiki mərhələdə
Laçın dəhlizinin azad edilməsindən və Ermənistanla
separatçılar arasında sərhədlərin
bağlanmasından narahatdır. Əminəm
ki, telefon danışığında bu məsələ Kreml
rəhbəri tərəfindən qaldırılıb.
Bizim üçün çox önəmli olan Şuşa
məsələsi həll olmaq üzrədir, bəlkə də
başa çatıb. Şuşanın
qurtuluşu simvolik olaraq Ermənistan və qondarma rejimdə, o
cümlədən erməni cəmiyyətində mənəvi-psixoloji
cəhətdən böyük ruh düşkünlüyü
yaradacaq. Bununla da düşmənin sonuncu
müqaviməti qırılacaq”.
N.Mirinin
fikrincə, Rusiya məsələyə birbaşa müdaxilə
etməsə də, əlindən gələni edir ki, indiki vəziyyətdə
Azərbaycan tam qalib durumda olmasın:
“Yaxın günlərdə Azərbaycan xalqının qeyd edəcəyi Qələbə paradı sadəcə təcavüzkar Ermənistanın deyil, eyni zamanda Rusiyanın geosiyasi cəhətdən regionda məğlubiyyəti demək olacaq. Putinin Azərbaycan dövlət başçısına təcili zənginin əsas mahiyyəti bundan ibarətdir. Kreml rəhbəri hansısa hadisədən təşvişə düşən kimi dərhal Bakıya telefon açır. İstənilən formada Moskvanın təzyiqlərinin, qərəzli münasibətin qarşısını almaq üçün qardaş Türkiyənin fəal olması, rəsmi şəxslərin Azərbaycana ardıcıl səfərləri önəmli və vacibdir. Bütün bunlar Ankara hökumətinin Azərbaycana hansı formada dəstək göstərdiyinin təzahürüdür. Şübhəsiz, Türkiyə nümayəndələrinin Bakıda səsləndirdikləri mesajlar da ermənilərə, düşmənin himayədarlarına, ələlxüsus Rusiyaya ciddi mesajdır. Məhz qardaş ölkənin dəstəyi sayəsində beynəlxalq güclərin təzyiqinə sinə gəririk”.
Cənubi Qafqaz Sülh və Münaqişə
İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə
də “Şərq”ə bəyan edib ki, hazırda Azərbaycan
uğurlu hərbi əməliyyatlar keçirir. Yeni qələbə
xəbərləri gəlir və çox qısa vaxtda biz
möhtəşəm qələbələrin şahidi
olacağıq. Ona görə də Azərbaycanı istəməyən
qüvvələr sanki pusqudadır. Lakin Ankara-Bakı tandemi
bu məsələləri prinsipial olaraq dəf edəcəyi
şübhəsizdir:
“Türkiyə rəhbərliyi yaxşı bilir ki, Moskvadan növbəti təzyiqlər ola bilər. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpasında maraqlı deyil. Yeni təxribatlar ola bilər. Ona görə də Qarabağda cərəyan edən hadisələr bilavasitə Türkiyə üçün xüsusi cizgidir. Ankara ola biləcək təhlükədə dərhal qarşıda olacaq. Bu istiqamətdə danışıqlar və razılaşmalar gedir. Azərbaycan və Türkiyə artıq yeni bir siyasi düzən qurur”.
Qocayev,
İsmayıl.
Şərq 2020.- 5 noyabr.- S.11.