Peyvəndə inam getdikcə itir
Mütəxəssislər
hesab edir ki, ən doğru yol pandemiya ilə mübarizədə
karantin qaydalarına ciddi riayət etməkdir
Sosioloq: "İstəyirsən
iki maska tax, nə qədər ki, avtobuslarda sərnişinlər biri-birinin
"belində" gedəcəklər, yoluxma
sayı hər gün artacaq"
Koronavirusa yoluxma sayında azalma, hələ ki, müşahidə edilimir. Koronavirusa yoluxanlar arasında sağalanlar olsa da, bu rəqəm yoluxma sayını üstələmədikcə, pandemiya ilə mübarizədə müsbət irəliləyişə nail olmaqdan danışmaq tezdir. Ölkəmizdə virusdan vəfat edənlərin sayı şükür ki, üçrəqəmli deyil. Xüsusi karantin rejiminin payız fəslində sərtləşdirilməsində məqsəd də ölüm göstərcilərinin üçrəqəmli həddə çatmasını önləməkdir. Koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunduğu vaxtdan (2020-ci ilin mart ayı) mütəxəssislər dünyanı cənginə alan bu bəla ilə mübarizədə tibbi imkanlar, karantin rejiminin tətbiqi və sosial izolyasiya ilə yanaşı vətəndaş məsuliyyətinin də xüsusi önəm daşıdığını, hətta bir sıra hallarda daha da əhəmiyyətli olduğunu dəfələrlə vurğulayırlar.
Vətəndaş məsuliyyəti özünü nədə göstərməlidir? Bu məsələdə hər bir amil xüsusi əhəmiyyət daşıyır. Vətəndaşların tibbi maskalardan istifadəsi, sanitar-gigiyenik qaydalara ciddi riayət etməsi, karantin qaydalarını pozmaması, sosial təcridə önəm verməsi başlıca şərtlərdir. Həmçinin də, qrip əleyhinə vaksinasiya. Məlumdur ki, payız mövsümünün başlanması ilə ölkəmizdə qrip əleyhinə vaksinasiyaya start verildi. Mütəxəssislər bu fikirdədir ki, qrip əleyhinə peyvənd koronavirusla mübarizədə başlıca faktor olmasa da, effektiv vasitələrdən biridir. Bu məsələyə qayıdacağıq. Amma dünya alimləri az qala bir ilə yaxındır ki, həm də COVİD-19-un peyvəndini kəşf etmək uğrunda çarpışırlar. Koronavirus pandemiyası başlanandan bir çox ölkələr peyvənd istehsalında irəliləyiş əldə etdiklərini, peyvənd yaradılmasına çox yaxın olduqlarını elan ediblər, lakin hələ də ortada tutarlı dəlil yoxdur. Dünya koronavirus əleyhinə peyvənd intizarında olduğu bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyir ki, peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək. “Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - deyə ÜST-nin baş direktoru bildirib. O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: “Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.
Hələ ortalıqda olmayan, lakin ümid bəslənən peyvəndə inam itirsə, nə etməliyik? Mütəxəssislər hesab edir ki, ən doğru yol pandemiya ilə mübarizədə karantin qaydalarına ciddi riayət etməkdir.
Qrip əleyhinə peyvənd
“korona”dan qoruyar
Mütəxəssislər hesab edir ki, payız-qış mövsümündə COVİD-19-la bağlı vəziyyətin gərginləşəcəyini diqqətə almaq lazımdı. Bu səbəbdən də vətəndaşların qrip əleyhinə peyvənd olunması vacib hesab edilir. Qrip əleyhinə peyvənd dövlət proqramı əsasında həyata keçirilir. Ümumiyyətlə, dövlət proqramı ilə təsdiq olunan tədbirlər proqramı çərçivəsində hər 5 ildən bir 11 xəstəliyə qarşı mübarizə həyata keçirilir. Bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydiyyata alınmış peyvəndlərdir. Azərbaycanda bu təcrübə illərdir formalaşıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Elmi Komitəsinin sədri, professor Akif Qurbanov KİV-ə açıqlamasında vaksinasiya prosesinin bütün dünyada həyata keçirildiyini deyib: “Qarşıdan soyuq aylar gəlir. Bu mövsümdə respirator xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər çoxalır. Bu, ilk növbədə qrip xəstəliyidir. Ona görə də vaksinasiya hazırkı durumda aktuallaşır. Əgər COVİD-19 xəstəliyi ilə birlikdə qripə rastlanarsa, bu çox ağır hallara gətirib çıxara bilər. Ona görə də hazırda dünyada qrip əleyhinə peyvənd işləri sürətləndirilir. Demək olar ki, dünyanın bütün ölkələri bu gün belə tədbirlər görür. Əslində qrip əleyhinə vaksinasiya COVİD-19 əleyhinə də mübarizənin bir üsuludur. Əvvəlki illərdə qrip əleyhinə peyvənd prosesi olsa da, bu şəkildə ciddi olmayıb. Biz koronavirusun çətinlik yaratdığı dönəmdə yaşayırıq. Biz bu payız-qış aylarında müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda COVİD-19 əleyhinə vaksinlər bizə çox kömək edəcək”.
Mütəxəssislər hesab edir ki, xüsusi əhali qrupları mütləq şəkildə peyvənd olunmalıdır. Bunlar 65 və yuxarı yaş həddində olan insanlar və 5 yaşdan kiçik uşaqlardır. Çünki bu təbəqə virusu çox ağır şəkildə keçirə bilər. Ürək qüsuru, şəkərli diabet, təzyiq və digər xəstəliyi olan uşaqlara da ayrıca diqqət yetirilməli və mütləq peyvənd edilməlidir. TƏBİB-in mütəxəssisi Nəzrin Mustafayeva isə brifinqdə bildirib ki, COVİD-19-la mübarizədə vaksinasiya önəmlidir:
- Biz bu
xəstəliyi qrip olaraq
adlandırırıq, lakin o, törədicisi infulensiya
xəstəliyidir. Lakin şansımız
ona görə var ki, bunun əleyhinə vaksin var. Ona
görə də hər kəs peyvənd olunmalıdır.
Təmizlik mühüm qoruyucudur
Xatırladaq ki,
ölkə başçısı cənab İlham
Əliyev və birinci Vitse-prezident
Mehriban xanım Əliyevanın Azərbaycanda
koronavirus (COVID-19) pandemiyası ilə
mübarizə tədbirləri ilə bağlı
tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı
Şəhər İcra Hakimiyyəti tərəfindən
paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi
məqsədi ilə kompleks tədbirlər
noyabr ayında da davam etdirildi. BŞİH-nin Mətbuat Xidmətinin məlumatına görə, son günlərdə koronavirusa
(COVID-19) yoluxanların sayında böyük
artımın olması nəzərə alınaraq ötən
şənbə və bazar günü (noyabr
ayının 14-ü və 15-də) səhər
saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları
tərəfindən paytaxt ərazisi
üzrə lokal ərazilərdəki əsas
küçə, prospekt və yollarda kommunal təsərrüfat
xidmətlərinin 40 ədəd xüsusi
texnikası və 2000 nəfər əməkdaşları tərəfindən
xüsusi kimyəvi maddələrlə
növbəti, artıq 16-cı dəfə əlavə gücləndirilmiş
dezinfeksiya işləri həyata keçirilib. Mərkəzi küçələrlə
yanaşı paytaxtın qəsəbə və
yaşayış massivlərindəki küçələrdə
də dezinfeksiya işləri
aparılıb. Bu zaman
istifadə edilən maddələrin qəbul olunmuş
müəyyən toksikliyini nəzərə
alaraq paytaxt sakinlərinə
zərurət olmadıqca evdən çıxmamaqla
bağlı əvvəlcədən KİV-lər vasitəsi
ilə xəbərdarlıq edilib. Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı
Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun
Departamentin balansında olan
yaşayış binalarında, lift
kabinalarında, həyət və yaşayış məhəllələrində,
buradakı idman-əyləncə qurğularında, məişət
tullantılarının atıldığı konteyner
meydançalarında tibbi-profilaktik və
dezinfeksiyaedici tədbirləri davam etdiriblər. Bildirilib
ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində
əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Qış aylarında yağıntılar yağan
zaman isə dezinfeksiya
işləri lokal xarakter
daşıyacaq. Və vətəndaşlarımızdan bir daha xahiş
olunub ki, koronavirusun daha da çox
yayılmasına imkan verməmək üçün karantin
qaydalarına riayət etsinlər. Amma edirikmi?
“Vətəndaşlar məsuliyyət hissini itirməməlidir”
Sosioloq Lalə Mehralı
“Şərq”ə açıqlamasında koronavirus
pandemiyası ilə mübarizədə əhalinin məsuliyyətli
davranmasının vaksinasiyadan da, dezinfeksiya tədbirlərindən
də önəmli olduğunu söylədi:
- Hamımız görürük
ki, dövlət orqanları üzərlərinə
düşən vəzifəni yerinə yetirməyə
çalışır. İnsafən, yerinə yetirirlər də.
Pandemiya ilə mübarizədə hər
kəsin üzərnə düşən bir
vəzifə var. Hökumət
orqanları, rəsmi strukturlar, yoluxucu xəstəliklə mübarizəyə
cəlb olunmuş həkimlər – hər birinin öz vəzifəsi,
daşıdığı məsuliyyət var.
Baxın, mart ayından etibarən NK
yanında Operativ Qərargah karantin rejiminə keçid
qərarı verdi. Bu
qərarlar vəziyyətə uyğun dəyişikliyə
də uğradı. Bəzən yumşaldıldı, bəzən
sərtləşdirildi. Hazırda ölkə ərazisində
karantin rejiminin
müddəti 1 dekabr 2020-ci ilədək
uzadılıb. Eyni zamanda ölkə ərazisində
mövcud sanitar-epidemioloji
vəziyyətin təhlilinə əsasən, bəzi bölgələrə
giriş-çıxışa məhdudiyyət qoyulub. Çünki məsələn,
Lənkəran şəhərində, Cəlilabad və
Masallı rayonlarında yüksək yoluxma
faktları aşkar olunmuşdu.
Bu səbəbdən Sabirabad,
Şəki, Lənkəran, Quba, Mingəçevir,
Ağstafa, Biləsuvar, Xaçmaz,
İsmayıllı, Qax, Zaqatala
rayonlarına giriş-çıxışda müəyyən
məhdudiyyətlər tətbiq edilir. Həmçinin
Bakıda, Sumqayıtda, Abşeron ərazisində
həftəsonları ictimai nəqliyyatın
hərəkətinin dayandırılması, həmçinin
də metropolitenin qapalı saxlanması da qüvvədə qalır. Amma
buna paralel olaraq nə baş verir? Metropoliteni əvəz
etməli olan ekspres avtobuslarda hədsiz sıxlıq
yaşanır. Hesab edirəm ki, yoluxmanın artmasına əsas səbəblərdən
biri də məhz budur.
İnsanlar çox əziyyət
çəkir bu avtobuslarda.
Sərnişinlər bir-birinin “belində”
gedirlər. Belə vəziyyətdə yoluxma
qaçılmazdı. İstəyirsən bir
yox, iki maska tax. Taxdığımız
maska nədir ki?! Nazik parçadır. Bu
maskaları taxan adam o cür sıxlıq, basabas şəraitində öskürsə,
asqırsa, yanaşı dayanmış adamı mütləq yoluxduracaq. Ekspres avtobuslarda, xüsusilə də pik saatlarda yaşanan
basabas zamanı istəyirsən lap əleyhqaz geyin, yenə
də yoluxma riski böyükdür. Mən metronun
açılmasının tərəfdarıyam. Çünki belədə ictimai
nəqliyyatda sıxlıq xeyli
azalmış olacaq. Bu
da yoluxma
sayının azalmasına gətirib çıxaracaq. Əlbəttə,
metropoliten daxilində də karantin qaydalarına, sosial
məsafənin gözlənilmsinə, tibbi
maskalardan istifadəyə riayət edilməlidir.
Qaydalara əməl ediləcəyi təqdirdə,
heç bir təhlükə
olmayacaq.
L.Mehralı vətəndaşlarımızı
yoluxma riskini görməzdən
gəlməməyə çağırdı:
- Vətən savaşında qalib gəlmiş ordumuzun igid, qəhrəman döyüşçüləri son mənzillərinə uğurlanır. Şəhidlərimizin dəfn mərasimlərində xalqımız kütləvi şəkildə iştirak edir. Bu, təbiidir və belə də olmalıdır. Bütün xalq şəhidinə son borcunu vermək istəyir və buna görə də dəfn mərasimlərinə gedirlər. Amma əsgərlərimiz bizə daim çağırış edir ki, özünüzü qoruyun ki, biz də düşmənlə mübarizəmizi davam etdirək. Vətəndaşlarımız belə mərasimlərdə mütləq tibbi maskalardan istifadə etməli və sosial məsafənin saxlanmasına riayət etməlidirlər. Əhalinin bir yerə sıxlaşması yoluxma riskini artırır. Vətəndaşlar bu məsələdə anlayış göstərməlidir.
Şərq 2020.- 18 noyabr.-
S.11.