"Allaha şükürlər olsun ki, bizə bu günləri nəsib etdi"

Yenidən azad olunmuş torpaqlarımızı, yüksəkliklərimizi, kəndlərimizi, ərazilərimizi görürük

Hələ Tovuz döyüşləri əsnasında “Zəfərə doğru”adlı  rubrika hazırlayıb,oxucularımıza təqdim edirdik. Qələbənin ayaq səsləri, Qarabağın havası o vaxtdan duyulurdu. İndi isə daha yaxından eşidilir, qulaqlarımız bu əvəzsiz sədanı dinləməkdən doymur.

Ona görə də qaldığımız yerdən öhdəmizə düşən vəzifənin icrasına davam edirik. İyul ayında yarım qalan  rubrikamızın növbəti qonağı tanınmış aktyor, əməkdar artist Tahir İmanovdur.

O da hər birimiz kimi zəfərin uzaqda olmadığına, savaşın bizim xeyrimizə nəticələnəcəyinə inanır: “Xalqımızın adından cənab Prezident dedi ki, 30 ildir bu günü gözləyirik.

“O gün olsun” deyə -deyə gözlədik. Allaha şükürlər olsun ki, bizə bu günləri nəsib etdi. Yenidən azad olunmuş torpaqlarımızı, yüksəkliklərimizi, kəndlərimizi, ərazilərimizi görürük. Tezliklə bütün torpaqlarımızın işğaldan azad olunacağına, Azərbaycanın ərazi bütovlüyünü təmin edəcəyinə şübhəm yoxdur.”

Sənətçi həmçinin söyləyib ki, birinci Qarabağ müharibəsi onun gənclik illərinə təsadüf edib:

“1994-cu ildə sülh danışıqlarının nəticəsi kimi atəşkəslə bağlı qərar qəbul edildi. Onda yadımdadır ki, ziyalılarımız  danışırdı.

Onlardan eşitmişik ki, bu məsələ heç vaxt sülh yolu ilə həll olunmayacaq.

onlar bizim şərtlərimizlə razılaşacaq, nə də biz. Ona görə problemin bir həll  yolu var, o da müharibədir. Başqa yolumuz yoxdur, neyniyə bilərik? Mütləq ərazi bütövlüyümüzü bərpa etməliyik ki, gələcək nəsillər bizi qınamasın.

Şükürlər olsun, Azərbaycan hər baxımdan güclüdür.  İqtisadiyyatımız, cəmiyyətimiz, ordumuz güclüdür. Daha böyük nemət ola bilər? Bundan istifadə edib torpaqlarımızı azad etməliyik, edəcəyik!.

 

Samirə Ərəbova

Şərq  2020.- 2 oktyabr.- S.13.