"Millət
oyanıb, xalq əvvəlki xalq deyil"
Hazırda cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əks-hücum əməliyyatı davam edir. İstər hərbi texnika, istərsə də döyüş intizami ilə geridə qalan düşmən tərəfi sərhəd rayonlarda yaşayan mülki əhalini hədəf alır. Görünür həm siyasi arenada, həm də savaş meydanında məğlubiyyətə düçar olan pirat dövlət bunun acısını əli yalın insanlardan çıxmağa çalışır. Qeyd edək ki, işğalçı ermənilər bu günlərdə Gəncə, Mingəçevir şəhərlərinə, Xızı-Abşeron ərazisinə raket zərbələri endirməyə çalışıblar. Bundan əlavə sərhəd rayonlarımızdan bir neçəsini – “PUA”lar vasitəsilə vurmağa cəhd ediblər. Lakin düşmənin “PUA”-ları məhv edilərək bu cəhdin qarşısı alınıb. Şübhəsiz ki, bütün bunlar qarşı tərəfin işğalçı, terrorist və naqis əməllərinin növbəti sübutdur.
Bizim haqq
savaşımız isə təkcə cəbhədə deyil, virtual məkanda da gedir. İstər sosial şəbəkələrin azərbaycanlı
istifadəçiləri, istərsə də media
agentlikləri düşmənlə gecə-gündüz demədən
mübarizə aparır.
“Sherg.az” da
zəfərə addımladığımız günlərdə
xalqın sevimlisi olan
ziyalıların, mədəniyyət-incəsənət
xadimlərinin fikirlərini öyrənərək oxuculara çatdırır.
Növbəti dəfə bizimlə həmsöhbət
olan xalq şairi Nəriman Həsənzadə sevincini dilə gətirib. Ordumuzun
məğlubedilməz olduğunu söyləyən
şair hazırda Azərbaycanın qələbə
çaldığını da əlavə
edib:
“İndi millət
oyanıb, xalq əvvəlki xalq deyil. Siz
də əvvəlki deyilsiz, mən də.
Hamımız Vətən eşqi ilə
yaşayırıq. Azərbaycan xalqı ayağa
qalxıb. Bu tarixin dönüş mərhələsidir. Ordumuz qələbə çalır. Öz torpaqlarımızı
işğalçılardan azad edirik.
Onlar isə dinc
əhalini atəşə tuturlar. Bunlar beynəlxalq konvensiyalara ziddir. Son nəfəslərini
verirlər. Ona görə
bu müharibədə
biz qələbə çalacağıq.
Çünki öz torpaqlarımızda
vuruşuruq. Qarşı tərəf isə
özgə torpağındadır.
Bizim torpaqlarımızdan çıxmalıdırlar.
Televiziyada görürük ki, hərbi texnikalarını, postlarını
qoyub, qaçırlar.”
Ermənistanın baş naziri Nikol Paşinyanın həqiqətdən uzaq, tutarsız çıxışlarından
söz açan xalq şairi onun böhtançı olduğunu xüsusi vurğulayıb:
“Deyir ki, Dağlıq
Qarabağın Azərbaycan
tərəfindən alınması
genosidə səbəb
ola bilər.
O başa düşmür
ki, Azərbaycan xalqı soyqırım törətməz. Özləri isə Xocalı kimi soyqırımı törədən cəladdırlar.
Biz cəlladlarla vuruşaraq torpaqlarımızı
azad edirik. Məsələn tarixə nəzər
salsaq görərik ki, Rusiya öz
torpaqlarını Hitlerdən
azad etdi. Deməli, Nikol Paşinyan rusları da terrorçu adlandırır?
Müharibə dövründə Sankt-Petrerburqu
bombaladılar, amma əhalisi heç yerə çıxmadı. Xalq qalib
gəldi. Azərbaycan xalqı
da qəhrəmandır.
Millətimiz 30 il səbr etdi, dözdü. İndi də cənab Prezidentin başçılığı
ilə əzəli torpaqlarının azadlığı
uğrunda savaşır.
Hamımız Ali Baş Komandan İlham Əiyevin yanındayıq. Ordumuz da güclüdür.
Ona görə tezliklə bütün torpaqlarımızı
işğaldan azad edəcəyik”.
Samirə Ərəbova
Şərq 2020.- 9 oktyabr.- S.13.