"Prezidentimiz,
xalqımız var olsun!"
Mübariz Tağıyev:
"Bütün torpaqlarımızı
işğaldan azad edəcəyimiz günü
gözləyirik"
Azərbaycan ordusu öz missiyasını uğurla
icra edərək ərazi bütövlüyünün
bərpa olunması uğrunda mübarizə
aparır. On gündən artıqdır davam edən savaşın nəticəsində
torpaqlarımızın bir hissəsi işğaldan azad olunub. Cəbrayil şəhəri və Cəbrayil
rayonunun bəzi kəndləri, Füzuli rayonunun bir neçə kəndi, Suqovuşan,
Murovdağ kimi ərazilərimiz
işğalçı qüvvələrdən təmizlənib.
Hər tərəfdən ümidi
kəsilən Ermənistanın çarəsiz vəziyyətdə
qalıb. Dünya liderlərindən mədət
uman Paşinyanın uğursuz
siyasəti işğalçı ölkəni bataqlığa
sürükləyib. Həm güclü lideri, həm də intizamlı ordusu
olan Azərbaycanın müharibəni zəfərlə
bitirəcəyi isə açıq-aşkar ortadadır.
“Sherg.az”a müzəffər ordumuzun
uğurlarına görə fərəhləndiyini deyən xalq artisti Mübariz
Tağıyev də qələbə
çalacağımız günü
gözlədiyini söyləyib. Əsgərlərimizə can sağlığı arzulayan
sənətkar keçirdiyi hissləri belə
təcəssüm edib:
“Hamı kimi mən də xoşbəxtəm. Həmçinin Ali Baş Komandanımıza minnətdaram. Əsgərimiz,
Prezidentimiz, xalqımız
var olsun! Bütün torpaqlarımızı işğaldan
azad edəcəyimiz günü gözləyirik.
Hamımız onun həsrətindəyik. Düşünürəm ki, o gün uzaqda deyil. İnşallah Qarabağ düşmən
tapdağından qurtulsun.
Mən də bir sənət
adamı kimi “Cıdır” düzündə
təşkil olunan qələbə konsertində
ifalarımla çıxış
edim”.
Samirə Ərəbova
Şərq 2020.- 9 oktyabr.- S.13.