"Qələbə"
gəldi...
Murad Arif bütün
duyğularını dilə gətirdi
“Deyirlər ki, internetin zəif vaxtında mahnı yazmazlar. Amma, bu nəğmə
üçün daha münasib zaman ola bilməzdi.
Heç
vaxt vətənpərvərlik
mövzusunda yazmamışam.
"İçimdən gəlmədi"deyə deyil. Pafoslu, saxta olmasından çəkindiyim üçün
həmin mövzulara toxunmamışam.”
“Sherg.az” xəbər verir
ki, bu sözləri
tanınmış bəstəkar,
müğənni Murad
Arif rəsmi Feysbuk səhifəsində
söyləyib. O vətənpərvərlik
mövzusunda olan, “Qələbə”adlı yeni mahnısını
paylaşaraq bunları
yazıb:
“Kamança və rok qarışığı
olan bu musiqi
hələ 2016-ci il Aprel hadisələrindən təsirlənərək
bəstələnib. Amma,
düz 4 il
hazır nəğmənin
sözlərini yaza bilmirdim. Nəhayət indi
içimdəki hisslər,
musiqiylə uyğunlaşdı...
İstəyirəm ki, bu mahnıyla bütün enerjimi, arzularımı, duyğularımı xalqımız,
hərbçilərimiz duysun.
Mən musiqinin, diləyin gücünə inanıram.
İndi hər birimizin yeganə arzusu
var. İstəyirəm ki,
“Qələbə”hər dəfə
radioda səslənəndə hamı eyni zamanda qələbə
arzulasın və diləkləri gerçək
olsun! Bu yolda bir
vətəndaş kimi
hər şeyə hazıram.”
Son olaraq sənətçi mahnıdan sitat gətirib:
"Bu xalq hazırdır
yumruqtək bir olmağa!
Bütün yollar aparır bizi Qarabağa!"
Samirə Ərəbova
Şərq 2020.- 9 oktyabr.- S.13.