Qələbə simvolunun fotosu

 

Gəncəli körpə Ömər Nəsirov erməni vəhşiliyinə gülüşlə cavab verdi

 

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutdu.

 

Bununla da işğalçı Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozdu.

Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Dağıntılar altından yaralılar çıxarılıb, aralarında vəziyyəti ağır olanlar var. Gəncənin vüqarlı duruşu isə dəyişməz qalır.

Tarixin bütün dövrlərində düşmən qarşısında əyilməyən Gəncə camaatı Cavad xan əzəmətini yenə nümayiş etdirir. Hətta uşaqları, körpələri ilə xain düşmənə meydan oxuyur. Ömər Nəsirovdağıntılar altından çıxarılan bu azyaşlı Gəncə balası başından axan qana rəğmən gülümsəməyiylə, üzündəki təbəssümlə qələbə simvoluna çevrilib.

Müharibə uşaqlarının fotolarını çox görmüşük. Müharibədən ən çox ziyan çəkən, yeri doldurulmayacaq itkilərə - məsum uşaqlıq çağlarının oğurlanmasına məruz qalan körpələrin üzündə adətən dəhşət, sarsıntı, iztirab ifadəsi olub. Müharibə uşaqları yanaqlarından üzü aşağı iz salan göz yaşları ilə göz yaddaşımıza köçüb. Bu dəfə fərqli görüntü oldu. Gəncə balası ona gecənin yuxulu gözləri açılmamış raket atan məhfur, alçaq erməniyə güldü!  İstehza etdi! Ələ saldı!

Gəl, kişi kimi döyüşəkdedi, hərçənd o körpə ermənidən kişilik gözləməyin  faydasız olduğunu çoxdan bilir. 1905-dən bilir, 1918-dən bilir, 1920-dən bilir. 1988-90-dan 1992-nin Xocalı gecəsindən bilir artıq. Kiçik Ömər həm həmyaşıdlarının qanı alındığına görə gülürdü düşmənə. Dağıntılar altından çıxarılanda Ömər artıq bilirdi ki, Azərbaycan əsgəri qalibdi. Azərbaycan əsgəri torpaqlarımızı azad edir. Mənfur düşmənin ayağı dəymiş yurd yerlərimizi xilas edir.

Ona görə gülürdü, üzündə təbəssüm vardı. Erməni silahlıları bu uşaqdan da örnək götürsünlər. Bir uşaqla da bacara bilmədilər! Körpənin müqavimətini qıra bilmirlər, Azərbaycan ordusunun müqavimətini necə qıracaqlar, necə dayandıracaqlar müzəffər ordumuzu?! Dayandıra bilməyəcəklər. Balaca Ömər bunu isbat etdi!

1992-94-cü illər Qarabağ savaşının uşaqları barədəBöyüməyən uşaqlaradlı kitab qələmə almış Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad EyvazlıŞərq”ə açıqlamasında “o uşaq erməni vəhşiliyinə etirazını gülümsəməklə ortaya qoydudedi:

- Əvvəla onu deyim ki, ermənilər Gəncədə çoxmənzilli yaşayış binasına raket zərbəsi endirməklə atəşkəsə növbəti dəfə atəş açdılar. Bununla da sülhün əleyhinə olduqlarını, məkrli niyyətlərindən, planlarından əl çəkmədiklərini bir daha göstərdilər. Uşaqlara gəlincə, uşaqlar insanlığın ən yüksək zirvəsi, ən həssas tərəfidir. Təəssüf ki, biz onları xoşbəxt edə bilmirik. Mən ümumilikdə dünyada müharibələrdən, hərbi qarşıdurmalardan ziyan çəkən, valideynlərini itirən dəhşətli şəkildə, faciəvi həlak olan uşaqları nəzərdə tuturam.

Konkret Gəncə hadisələrinə baxdıqda isə azyaşlı Ömər Nəsirovun dağıntılar altından çıxarılan vaxt üzündəki, başındakı zədələrə, ağrılara, qanaxmasına baxmayaraq, gülümsəməsi erməni vəhşiliyinə etirazın bir formasıdı. Etiraz müxtəlif formalarda olur, bilirsiz. Amma bu uşağın etirazını gülümsəyərək, üzündəki təbəssümlə ifadə etməsi ilk dəfədir yaşanır.

Uşaq etiraz edir bunu təbəssümlə edir. Məncə, bu foto, dünyada müharibə uşaqları ilə bağlı indiyədək çəkilmiş ən təsirli foto elan olunmalıdır. Fotoya diqqətlə baxıram, uşağın üz cizgiləri rəssamlıqdakı sürrealizmi xatırladır; hər kəs baxır, amma hər kəs öz düşüncəsinə, fikrinə uyğun görür. Müharibəni alovlandıranlar, özgə torpağını işğal edib insanları fəlakətə sürükləyənlər bu fotoya baxıb qoy utansınlar.

E.Eyvazlı qeyd etdi ki, Ömər Nəsirovun qanlı təbəssümlü üzü 1990-cı illərin Azərbaycan uşaqlarından çox fərqlənir:

- Nə Azərbaycan 1990-ların Azərbaycanıdır, uşaqlar 90-ların uşaqları. Son 20-25 ildə Azərbaycan necə inkişaf edibsə, uşaqlar da eləcə inkişaf edib. Artıq Azərbaycan uşaqlarının üz cizgilərində fağırlıq əlaməti görə bilməzsiniz. Mən həyətdə oynayan uşaqları daim müşahidə edirəm, xüsusilə bu son günlərdə. Uşaqlar həyətə enən kimi əllərinə taxta parçası, kimdə oyuncaq silah varsa, onu alıbmüharibəoynayırlar. Heç biri erməni olmaq istəmir. Hamısı Azərbaycan əsgəri olmaq istəyir, çünki qalib olacaq! Müşahidə edirəm ki, hazırkı uşaqlar böyüklərdən daha çox böyükdülər. İndiki uşaqların baxışı, müharibəyə yanaşması da böyüyüb. Dəyişib. Uşaqlar Qarabağı almağa can atır. MüharibəoyunundaQarabağı almağa gedirikdeyirlər. alırlar! Ömər Nəsirovun üzündən qan axdığı halda o təbəssümü qələbəyə sevinən uşağın təbəssümü, sevincidi. Onu belə yetişdirən ata-anaya halal olsun.       

 

Məlahət Rzayeva

 

Şərq.- 2020.- 13 oktyabr.- S.9.