"Heç kimin
onlara yazığı
gəlməsin"
Xalq artisti: "Mən ermənlərin
içində yaşamışam, bilirəm, nədir, kimdilər"
Müzəffər ordumuz 20 gündür ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparır. Uğurlu döyüş əməliyyatları nəticəsində otuz ildir düşmən tapdağında olan rayon, qəsəbə və kəndlərimiz, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimiz azad olunub.
Bütün bunların sevinci ilə yanaşı şəhidlərimizin,
düşmən təxribatı nəticəsində həlak
olan dinc əhalinin hüznü də ürəyimizi
dağlayır. Sözün əsl mənasında
bir gözümüz gülür, biri
ağlayır. Elegiya kimi
ömür, gün
yaşayırıq.
Şuşadan olan sevilən aktrisa, xalq artisti Firəngiz
Mütəllimova da “Sherg,az”a həm sevincli, həm də
kədərli olduğunu bildirib.
Sənətkar Şuşa ilə
bağlı xatirələrindən də söz
açıb danışıb:
“Sərhəd bölgələrində yaşayan insanların halını başa düşürəm. Çünki ailəm
bir ildən çox Şuşada həmin şəraitdə
yaşayıb. O zamanlar da
tez-tez atəş açırdılar.
Yadıma gəlir 1991-ci ildə atamın 60 illik
yubileyini qeyd edirdik. Birdən atmağa
başladılar. Ona görə də ermənilər
dünyada terorrist kimi tanınır. Təəssüf ki, onların mənfur əməllərinə
göz yumurlar. Biz 30 ildir nələr
yaşamışıq. Həyatımız puç
olub. Nə ailə qura
bildik, nə da həyatımıza
davam etdik. Elə təzə
ailə həyatı qurmuşdum. Ailəm
Şuşadan qaçqın düşüb, gəldi.
Bilmədim onlarla məşğul
olum, ya nə edim?.
Allah heç kimin başına gətirməsin. Ermənilər bütün həyatımızı
məhv elədilər.
İndi öz qazdıqları quyuya düşürlər.
Bir hadisə də ərz edim. Paşinyan Cıdır düzündə
oynayanda nə qədər əsəb keçirdim.Qan təzyiqim
üçün dərman
içirdim. Mən xəstə
adamam, əməliyyat
keçirmişdim.
Elə şeylər
yaşamışam ki,
onları dilə gətirməyi sevmirəm. Çalışmışam ki, insanlar məni nikbin görsün. Amma yaşadıqlarımın
hamısı ermənilərin
mənfur əməllərinin
nəticəsidir. Ona görə
istəyirəm ki, gələcək nəsil
rahat yaşasın.”
Xalq artisti həmçinin müharibə
başladığı gündən
etibarən gözünə
yuxu getmədiyini, hər gecə əsgərlərimiz üçün
dua etdiyini söyləyib. O Qarabağa
gedəcəyi günün arzusunda olduğunu xüsusi vurğulayıb:
“İstəyirəm ki,
anamın, atamın Şuşa, Qarabağ deyərək dünyadan
köçən insanların ruhu şad olsun. Həmçinin
şəhidlərimizin ruhları rahatlıq tapsın. Hər an Şuşada
yaşayacağım günlərin xəyalını qururam. Onu da
qeyd edim ki, hazırda tarixi günlər
yaşayırıq. Ordumuzun zəfərlərinə
görə çox sevinirəm. Bir tərəfdən də üzülürəm.
Düşmənin terror xarakterli
əməllərinin nəticəsində dinc
əhali əziyyət çəkir, körpələr yetim qalır. Onlar üçün nə etsək azdır. Məsələn
ailəmin Şuşadakı evi
dağılmışdı. Anamgil
Bakıya gəlmişdi. Onda deyirdik ki, narahat
olma burda ev düzəldərik. O da
dedi ki, siz mənə saray da tikdirsəniz mən evimi
istəyirəm. Ona görə
hamını başa düşürəm
öz torpaqlarını istəyirlər.”
Firəngiz xanım cənab ali
baş komandana can sağlığı arzu
edərək deyib ki,
30 ildir səbr etməyimiz əbəs deyilmiş:
“Allah səbr edəni sevir. Qələbə bizimlədir. İnşallah tezliklə bütün
Qarabağın işğaldan azad olunması xəbərini eşidək. Bir Azabaycanlı, şuşalı kimi ən böyük arzumdur.
Erməni vandalizmi
torpaqlarımızdan təmizlənsin. Atalar demiş ilanın ağına da lənət, qarasına da. Mən onların içində
yaşamışam. Bilirəm nədilər,
kimdilər. Ona görə
də onlara heç kimin yazığı gəlməsin.
Onlar Xocalıda bizi qıranda yazıqları gəldimi? Yox ! Bir hadisəni danışmaq
istəyirəm. Şuşada Süleyman adlı oğlan var idi.
Onu ailəsi
ilə bir yerdə maşının
içində gülləbaran
etmişdilər. Yoldaşı 8 aylıq hamilə
idi. Hələ doğulmamış uşağın əli ananın qarnından çölə çıxmışdı.
Demək
istəyirəm ki, belə vəhşiliklər
olub.
Ona görə
Prezidentimiz düz deyir. Onları iti qovan kimi qovmaq lazımdır.
Ərazi
bütövlüyümüzü bərpa etməliyik.
Eyni zamanda onların
vəhşiliklərini, terror aktlarını bütün
dünyaya yaymalıyıq.
Mən bunun üçün əlimdən gələni
edirəm. İnstaqram
səhifəmdə dünya
mətbuatını tağ
edirəm.
Arxa cəbhədə savaşıram. Efirlərə dəvət alıram, gedirəm danışıram. Məni sevindirən bir məqam var. İndi hər kəs, hətta cəbhəboyu ərazilərdə əziyyət çəkən, yaralanan insanlar da torpaq, Vətən deyir. Bir sözlə qələbə gününü gözləyirəm.”
Samirə Ərəbova
Şərq 2020.- 17 oktyabr.- S.13.