“Bir
şəhid bacısı, şəhid xanımı kimi qürurluyam”
“Mənim ailə üzvlərim 1991-1994-cü illərdə vətən uğrunda döyüşüb, şəhid olublar”
“Həmin torpaqlarda
qanları tökülüb. İndi müzəffər ordumuzun
addımları, zəfərləri ilə qanları o torpaqlardan təmizlənir”
“Hesab edirəm ki, mənim şəhidlərim ölməyib,
sağdırlar. Çünki ruhları sevinir. Onların ruhu o torpaqlardadır. İndi
şaddılar ki, torpaqlarımız işğaldan azad olunur”
Prezident, Silahlı Qüvvələrin
Ali baş komandanı
cənab İlham Əliyevin rəhbərliyi
altında şanlı Azərbaycan ordusu uğurlu əks-əməliyyatlara davam edir. Düşmən
təxribatlarına məhəl qoymadan irəliləyən
ordumuz bir aya yaxın müddətdə
torpaqlarımızın xeyli hissəsini işğaldan azad edib. Az qala
hər günümüzü xoş xəbərlərlə
açırıq. Kəndlərimizin, qəsəbələrimizin,
rayonlarımızın, əhəmiyyətli mövqedə
yerləşən yüksəkliklərimizin düşmən
tapdağından qurtuluşunu eşdirik. Nə xoş ki, bütün müjdələri
cənab İlham Əliyevin birbaşa
özündən duyuruq.
Bu günə qədər
Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri,
Suqovuşan, Hadrut və
Murovdağ yüksəkliyini, eləcə
də bir
sıra yaşayış məntəqələrimiz, yüksəkliklərimiz
işğaldan azad olunub.
Müzəffər
ordumuzun zəfərləri ilə
bağlı təəssüratlarını “Sherg.az”la bölüşən əməkdar artist Gülüstan
Əliyeva söyləyib ki, hazırda çox sevinclidir:
“Torpaqlarımız 30 ilə yaxındır ki, işğal edilib. Uzun zaman
keçdi, amma
gözlədik, dözdük. Qarabağ həsrətini sinəmizdə
daşıdıq. İndi Ali
baş komandanın rəhbərliyi
altında torpaqlarımız işğaldan
azad olunur.
Azərbaycan xalqı vətən uğrunda müharibəyə qalxıb. Torpaqlarımızı
terrorçulardan təmizləyirik. Nə
xoşdur ki,
uğurlarımız, zəfərlərimiz var.
Ona görə həm bir
sənət adamı, həm də vətəndaş kimi çox fərəhlənirəm.
Sevincliyəm, qürurluyam.
Sevincliyəm ona görə ki, torpaqlarımız düşmən
tapdağından təmizlənir.
Bir tərəfdən də şəhid
bacısı, şəhid xanımı kimi
qürurluyam.
Mənim ailə üzvlərim 1991-1994-cü
illərdə vətən uğrunda döyüşüb, şəhid olublar. Həmin torpaqlarda
qanları tökülüb. İndi müzəffər ordumuzun
addımları, zəfərləri ilə qanları o torpaqlardan təmizlənir.
Ona görə fəxr edirəm.
Hesab edirəm ki, mənim
şəhidlərim ölməyib, sağdırlar. Çünki ruhları sevinir.
Onların ruhu o torpaqlardadır. İndi
şaddılar ki, torpaqlarımız işğaldan azad olunur.
İnanıram ki, həmin ərazilərdə güllər əkəcəyik, gözəlliklər yaradacağıq. Çox keçmədən işğaldan qurtulan rayonlarımız, şəhərlərimiz çiçəklənəcək,əvvəlki görünüşündən də gözəl görünəcək”.
Samirə Ərəbova
Şərq 2020.- 22 oktyabr.- S.8.