"Bu xalq həqiqətən
qəhrəman, cəngavər xalqdır"
Haqqının tapdalanmağına imkan verməyəcək”
Nakam şair Mikayıl
Müşfiq o məşhur şeirdə deyir:
“Hər gün bir yeni
nəğmə,
hər
gün bir yeni ilham.
Yazaydım səhər-axşam.”
İndi Azərbaycan
xalqı bu misraları fərqli şəkildə
şüar edir: “Hər
gün bir yeni tarix, hər gün bir yeni
zəfər”.
Ali Baş
Komandan cənab İlham
Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz uğurlu döyüş əməliyyatını davam etdirir. Bunun nəticəsidir ki, Cəbrayıl,
Füzuli, Zəngilan şəhərləri
düşmən tapdağından azad edilib. Eyni zamanda
bir sıra kəndlərimizə, qəsəbələrimizə,
əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimizə üç rəngli
bayrağımız sancılıb. İşğaldan
azad olunan ərazilərin
adlarını bir-bir sadalasaq,
siyahı uzanar.
“Sherg.az”ın növbəti həmsöhbəti
sevilən aktyor, xalq artisti İlham Namiq Kamalın fikirlərinə
keçid edək. Sənətkar hər kəs kimi sevincli olduğunu
dilə gətirərək deyib ki, Azərbaycan xalqı 30 ildir,
havadarlarının köməyi ilə əzəli
torpaqlarımızı işğal edən
ermənilərin ucbatından çox əziyyət
çəkib:
“Möhtərəm prezident,
Ali Baş Komandan bu illər ərzində
həm siyasi danışıqlarda, həm
də dövlətin iqtisadi məsələlərində
çox hazırlıqlı idi. Yüksək
səviyyəli, uğurlu əməliyyatlar
keçirdi. Nəticədə zəfərlər
qazanırıq. Xüsusi olaraq,
gənclərimizdən danışmaq istərdim. Onlar böyük ruh yüksəkliyi ilə cəbhəyə
gedirlər. Vətən müharibəsini mahiyyətini
anlayırlar ki, torpaqlarımız uğrunda döyüşürük.
Hətta Şamaxıda olanda müharibəyə
o qədər könüllü
yazılan gördüm ki...
Çağırışla yox,
könüllü şəkildə gedənlər
idi. Görürsünüz cəbhədə böyük
zəfərlərimiz var. Hələ
uğurlarımız irəlidədir. Onu da deyim ki,
indi hər bir azərbaycanlı həm özünü,
həm də dövləti qoruyur. Çünki indi çətin
zamandır. Bir tərəfdən koronavirusa qarşı mübarizə
aparırıq , digər tərəfdən də cəbhədə
erməni mənfurlarına qarşı döyüşürük.
Azərbaycan xalqı doğrudan
da qəhrəmandır, cəngavərdir.
Haqqının
tapdalanmağına imkan verməyəcək.
Çünki biz haqq yolundayıq və
hüquqlarımızı qoruyuruq. Vətənimizin
keşiyində dayanırıq. Bunun üçün
balalarımız, qardaşlarımız, dostlarımız
döyüşə gedir. Bir
sözlə Azərbaycan xalqı, Ali Baş Komandan var olsun.”
Xalq artisti həmçinin
ermənilərin mülki əhalini hədəf
alıan təxribatlarından da söz açıb:
“ Bir misal
çəkim. Sirkdə bütün
heyvanları əhliləşdirirlər. Amma
iki heyvan qurdla, əqrəbdən başqa...Hətta
qurd əqrəbin yanında toya getməlidir. İndi bizim düşmənlərimiz də əqrəb
cinsindəndir.
Hər mənada insanları sancmağa,pislik etməyə hazırdırlar.
Meydanda qalib
gələ bilmirlər. Ona görə mülki əhaliyə sataşırlar. Amma vətəndaşlar yerindən tərpənmir,
hamı öz evdindədir. Təkrar deyirəm
Azərbaycan xalqı doğrudan da qəhrəmandır.
Millətimiz bilir ki, Vətən müharibəsidir. Burda hər kəs “əlini daşın
atına qoymalıdır”. İstər arxa
cəbhədə, istər ön cəbhədə
əlimizdən gələni əsirgəməməliyik.
O baxımdan bu əqrəblərin qanını tökməsən mümkün deyil. Sözün əsl mənasında əqrəb millətdir.”
Samirə Ərəbova
Şərq 2020.- 24 oktyabr.- S.15.