"Qarabağın
hər yerində bayrağımız dalğalanacaq"
Gülyaz Məmmədova:
"İnşallah, dövlətimiz tərəfindən
hamısı bərpa olunacaq, abadlaşdırılacaq. O
zaman bütün dünya Qarabağa
axın edəcək"
“Azərbaycan ordusu ilə, Ali Baş Komandanla
qürur duyuram. Allah hamısına
can sağlığı versin.
Şükür edirəm ki,
Azərbaycanda doğulmuşam,
bu torpağın vətəndaşıyam. İndi hər birimiz Qarabağıq.
Ürəyimiz orada döyünür.
Bu gün bütün
dünyanın dilində
Azərbaycandır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında
sevilən xanəndə,
Xalq artisti Gülyaz Məmmədova deyib. Həm qürurlu, həm də sevincli olduğunu bildirən sənətkar 30 ildir çəkdiyimiz əziyyətlərin
sonunun gəldiyini söyləyib:
“İndi dünya
bilir ki, biz haqq savaşındayıq. Öz torpaqlarımız
uğrunda mübarizə
aparırıq. Heç kimdən
heç nə istəmirik, əzəli ərazilərimizi geri qaytarırıq. Buna görə çox fərəhlənirik. Həm də
üzülürük. Çünki şəhidlərimiz var. Amma müharibədə ölüm də olur. Əlbəttə biz o qaliblərdənik. Şəhadət şərbəti içən igidlərimizə
də cənnət nəsib oldu. Onlar behiştə daxil oldular. Ona görə qürur duyuruq, sınmırıq”.
Gülyaz
xanım həmçinin
ermənilərin mülki
əhalini hədəf
alan terror aktlarından da danışıb:
“Allah onların bəlasını
versin, köklərini
kəssin. Niyə dinc əhaliyə
bomba atırlar? Kİşilikləri, mərdlikləri yoxdurmu? Əlbəttə qürurları olsa,
başqasının torpağında
oturmazlar. Bilmirlər bizə
necə ziyan vursunlar. Amma dinc əhalinin,
o körpələrin günahı
nədir, ay qansızlar?
Təbii
biz müsəlman ölkəsiyik.
Ahımız yerdə qalmayacaq.
Hamımız Allahlayıq,
dua edirik, haqqımızı istəyirik.
Bir millət
ki, başqa xalqın musiqisini, mətbəxini, mədəniyyətini
oğurlayıb, onlardan
nə gözləyirsiz
ki? İnanıram ki, vaxt gələcək, qarış-qarış
bütün Qarabağ
torpağında bayrağımız
dalğalanacaq. Onu da deyim ki, həmin
ərazilərdə istirahət
üçün gözəl
məkanlar var. İnşallah,
dövlətimiz tərəfindən
hamısı bərpa
olunacaq, abadlaşdırılacaq.
O zaman bütün dünya Qarabağa axın edəcək. Azərbaycan elə şöhrətli diyardır ki, dillərdə dastana çevriləcək. Çünki xalqımız, Prezidentimiz,
ordumuz tarix yazdı. İnşallah, böyük qələbəni
gözləyirik. Biz sınmırıq, güc
birlikdədir. Azərbaycan
xalqı dözümlü,
mətanətli millətdir.
Müzəffər ordumuz qələbəni
bizə verəcək.
Bütün işğalda olan torpaqlarımız azad ediləcək. Böyük bayramı o zaman
qeyd edəcəyik.
Şəhidlərimizin ruhu da qisasları alınanda şad olacaq. Biz evdə isti
çay içiriksə,
rahat yaşayırıqsa
əsgərlərimizin, şəhidlərimizin
sayəsindədir. Bu gün
onların ruhu qarşısında baş
əyirik. İnanın ağlamadığım gün
yoxdur. Bir yandan sevinirsən,
bir yandan ağlayırsan.
İtki adama təsir edir. Amma yenə də deyirəm. Azərbaycan torpağının altı da, üstü də xəzinədir. Bununla qürur duymağa dəyər”.
Samirə Ərəbova
Şərq 2020.- 30 oktyabr.- S.13.