“Əslim Bərdədəndir,
qohumlarımdan yaralananlar var,
amma...”
Rafael İsgəndərov: "Mənim də qohumlarımdan
yaralananlar var"
Bir aydır ki,
cəbhədə gərgin döyüşlər gedir. Ordumuzun şücaəti
artıq hər kəsə məlumdur. Torpaqlarımız
qarış-qarış işğaldan azad olunur. Biz
də, Qarabağ da 30
illik kabusdan
oyanırıq. Lakin
işğalçı Ermənistan dövləti hərbdəki
məğlubiyyəti ilə barışmaq istəmir. Olan qalan gücünü
mülki əhalinin üzərində
göstərməyə çalışır.
Bunun bariz nümunəsidir ki, Gəncə və Mingəçevirin
ardından Bərdə də raket atəşinə
məruz qalıb. 2020-ci il oktyabrın 28-də
saat 13:00 radələrində
düşmən şəhərdə dinc
sakinlərin sıx hərəkətdə olduğu
və ticarət obyektlərinin yerləşdiyi əraziyə kaset bombalarından istifadə edilməklə
zərbələr endirilib. Bunun nəticəsində 21 nəfər həlak
olub, 70-ə yaxın şəxs isə
yaralanıb. Həmçinin şəhərdə yerləşən
mulki infrastruktur obyektlərinə
və nəqliyyat vasitələrinə külli
miqdarda ziyan dəyib. Bundan başqa, Bərdə
şəhəri 27 oktyabrda da atəşə tutulub.
Həmin cinayətin nəticəsində isə 5 nəfər
həlak olub.
Əslən Bərdədən
olan tanınmış aktyor,
əməkdar artist Rafael
İsgəndərov bu barədə “Sherg.az”a
danışıb. O əvvəlcə ordumuzun
uğurlarından söz açaraq
sevincini dilə gətirib:
“Çox xoş
təəssüratlarım var. Təbii ki, neçə ildir
gözlədiyimiz, həsrətində olduğumuz
gün artıq yetişib.
Ali Baş
komandanımız sağ olsun.
Onun sayəsində
torpaqlarımız azad olunur. Şəhidlərimizə
üzülürük.
Allah onlara rəhmət eləsin, doğmalarına
səbr versin. Əslində onların ailəsi
hər birimizin əzizi, doğmasıdır.
Bir sözlə inşallah tezliklə qələbə
xəbərini eşidək.
Şükür Allaha zəfər
günlərini görürük,
yaşayırıq”.
R.İsgəndərov
Bərdədə ermənilər
tərəfindən törədilən
terror hadisəsi haqqında
isə bunları söyləyib:
“Bəli, əslim
Bərdədəndir. Mənim də
qohumlarımdan yaralananlar
var. İnandırım sizi
nəinki Bərdədə,
zəng edirəm, başqa yerlərdə dostlarla əlaqə saxlayıram. Allaha
şükür hamı yüksək əhval-ruhiyyədədir.
Ancaq irəliləmək istəyirik. Heç nədən qorxmuruq. Hamının əhvalı yaxşıdır”.
Samirə Ərəbova
Şərq 2020.- 31 oktyabr.- S.13.