“İki dəfə
infarkt keçirdim, əlim,
ayağım şikəstdir”
Natiq Nuriyev "Müalicəm
üçün Prezidentimizdən, Mehriban xanımdan kömək
istəyirəm"
Tanınmış skripka ifaçısı, Əməkdar artist Natiq Nuriyev "Şərq"in qonağı olub. Səhhəti ilə bağlı çətinliklər yaşayan, uzun müddətdir müalicə alan Əməkdar artist
“Şərq”i ümid
qapısı hesab edib
ürəyini açdı, dərdini bölüşdü.
- Natiq müəllim, necəsiz, özünüzü
necə hiss edirsiz?
- Şükır qızım, yaxşıyam. Allah hamıya kömək olsun.
- Uzun müddətdir efirlərdə sizi görmürük...
- Mən gileylənməyi sevən kişi olmamışam. Ona görə də nə deyim? Çalışmağı sevən insanam. Sadəcə iki dəfə infarkt keçirtdikdən sonra səhhətim imkan vermədi efirə çıxım, səhnədə olum, əlim, ayağım şikəstdi. Hərəkət edəndə çox çətinlik çəkirəm. Musiqiçinin də əli-ayağı yerində olmadısa, şikəst oldusa, canlı ölüdür.
- 45 il səhnədə olmusuz. Azərbaycan teleməkanında ilk skripka ifa
edən musiqiçilərdən birisiz.
- Bəli, 45 ildən
çox səhnədə olmuşam,
peşəkar şəkildə fəaliyyət göstərmişəm.
Sənətimə bağlı insan olmuşam. Kimlərin qarşısında
çıxışlarım olmayıb ki?
- Həqiqətən, kimlərin
qarşısında çıxışlarınız olub...
- Sovet vaxtından bu yana çox böyük insanların qarşısında skripkamla sənətimi sərgiləmişəm. Yaradıcılığıma böyük dəyər verən ulu öndərimiz Heydər Əliyevin qarşısında dəfələrlə çıxışlarım olub. Prezident İlham Əliyevin qarşısında çıxış etmişəm. Prezidentimiz, ailəsi mənim yaradıcılığıma bələddir. Çünki zamanında çox məclislər olub ki, mən ora dəvətli olmuşam.
- «Dan ulduzu» kimi instrumental ansamblın solisti olmusuz...
- Bəli, vaxtilə «Dan ulduzu» kimi ansamblın
solisti olmaq hər musiqiçiyə qismət olmayıb. Sovet dönəmində 12 ölkədə
qastrol səfərim olub. O vaxt ölkədən kənara
çıxmaq, xarici ölkələrə qastrola
getmək asan deyildi.
- Səhv etmiriksə, Xalq artisti Zeynəb
Xanlarova ilə də çalışmısız...
- 2 il Zeynəb
xanımın ansamblında
da çalışmışam.
Bilirsiz, vaxt var idi
məni məclisinə
dəvət etmək üçün aylar əvvəl sıraya düzülərdi. Milli musiqilərimizi
skripkada ifa etmək o vaxt cəsarət tələb
edirdi. İlk milli mahnılarımızı,
xalq musiqilərimizi skripkada ifa edən
musiqiçi idim.
- Sonralar nə baş verdi, sənətdən
uzaq düşdünüz?
- Sonralar xəstəliyimlə
əlaqədar səhnədən uzaq
qalmalı oldum. Bir dəfə
avtomobil qəzasına
düşmüşəm. Sonra da iki dəfə infarkt keçirdim, şikəst
oldum. Ondan sonra da evdə oturmalı oldum.
- Bir vaxtlar restoranlarda da şou proqramlarda
olurduz. Bu nədən
irəli gəlirdi, ehtiyac sizi şou
proqramlara aparmış
oldu, ya tamaşaçılar üçün
darıxırdız?
- Səmimi danışacam. Təbii ki, ilk səbəb ehtiyac, maddi sıxıntı olub.
Yəni şou proqramlarda çalışmağa məcbur
idim. Tamaşaçılar üçün də darıxırdım.
Nə yalan deyim ki?
Amma ən əsas maddi ehtiyac üzündən
şoulara getmişəm.
- Bu dönəmlərdə
sizə baş çəkən, Mədəniyyət
Nazirliyindən səhhətinizlə
maraqlanan oldumu?
- Yox, Mədəniyyət Nazirliyi mənimlə heç vaxt maraqlanmayıb. Mən Mədəniyyət Nazirliyi ilə maraqlanmışam. Dəfələrlə ora müraciət etmişəm. 3 dəfə Mədəniyyət
Nazirliyinə getmişəm,
Əbülfəz Qarayev
də mənə söz vermişdi ki, sizə kömək
edilər. Ancaq söz
verilib, başqa bir dəstəklərini görməmişəm. Əminəm ki, səhhətim barədə cənab prezidentimiz, Mehriban xanım Əliyeva xəbərdar olsa mənə kömək edərdilər. Mən buna
əminəm. Çünki onlar sənət adamları ilə maraqlanırlar, onların səhhəti ilə maraqlanırlar. Mehriban xanım
səhhətində problem olan
sənətçilərə maddi köməyini əsirgəmir, müalicələri
üçün şərait
yaradır, onları evlə, maşınla təmin edirlər. Mən nə maşın istəyirəm,
nə ev
iddiasındayam. Sadəcə, səhhətimlə bağlı
müalicələrim üçün
kömək etsinlər,
bir də prezident təqaüdü alım ki, dolana
bilim. Başqa istəyim yoxdu,
ayağım, əlim
şikəstdir, maşın
sürə bilmirəm.
Sadəcə, prezident təqaüdü
alsam, heç kimə möhtac olmaram.
- Bəs məmurlar arasında necə, sizə dəstək olanlar olub?
- Mənə yalnız nazirimiz Kəmaləddin Heydərov kömək edib. Oğlumu işə o düzəldib,
onun ali
məktəblə təmininatını
ödəyib. Mən
o kişinin yaxşılığını
dana bilmərəm.
Bu günə qədər də onun çörəyini yeyirəm. Oğluma dəstək oldu,
mənə köməyini
əsirgəməyib. Sadəcə
hər dəfə onun qapısını döyüb kömək istəyə bilmərəm.
Mən abırlı insanam. Vəziyyətimi bilib köməyini
göstərib. Allah ondan razı olsun. Mənim bu gün tək ümidim Cənab prezidentimiz və Mehriban xanımdı. Mətbuat vasitəsilə
onlara üz tuturuam, kömək istəyirəm. Əminəm ki, səsimi eşidib mənə kömək və qayğılarını əsirgəməyəcəklər.
Ən azı müalicələrimə
kömək edib, prezident təqaüdü almağım üçün
göstəriş verəcəklər.
Tahirə
Şərq 2020.- 11 yanvar.- S.13.