"Misir, hər kəsin ölmədən öncə gedib görməli olduğu ölkədir"

 Törəxanım Zeynallı "Bir yerdə oxumuşdum ki, özünü tanımaq istəyirsənsə uzun yola çıx, yol səni düşündürəcək"

"Misir mənə özümü tanıtdırdı və əslində bu həyatdan nə istədiyimi bilməmə dostcasına kömək oldu"

Misir Ərəb Respublikasında təhsil almış azərbaycanlı – Törəxanım Zeynallı bizə fironlar ölkəsindən danışacaq. Bu gənci niyə seçdik? Sadə səbəb və adi maraqdan;  görəsən Misirdə həyat necədir? Nə qədər gedib-gələnimiz var ki bu ölkəyə?!.

Bu ölkə bizim üçün çəkicidir hələ də. Üstəlik gənc xanımın söhbətindən Misir təhsilinin səviyyəsini də öyrənə biləcəyik. Azərbaycanlı tələbələr çoxdurmu Misirdə və necə yaşayırlar oralarda.

O zaman, başlayaq.

Törəyə ilk sualımız da “niyə məhz Misir? oldu:  

- Müasir dünyamızda çox az sayda ölkələr var ki, orada qədimliklə müasirlik vəhdət təşkil edir. Azərbaycan kimi, Misiribu ölkələr siyahısına aid etmək olar. Şimali Afrikada yerləşən bu ərəb ölkəsi özlüyündə qədim firon, yunaneyni zamanda islam mədəniyyətini birləşdirir. Bu baxımdan gedib görməyə dəyər. Heyran olmamaq mümkün deyil.

Ilk başda gedib ancaq köhnə tikililər, natəmiz küçələr, xarabalıqlar görəcəyimi zənn edirdim. Demirəm hər şey superdir, yox. Zənn etdiklərimi də yetərincə gördüm, amma eyni zamanda heç təsəvvür edə bilməyəcəyim dərəcədə genişuzun körpülər, moderngeniş sahələri əhatə edən “mollar (heç bizdə belələri yoxdur – T.Zeynallı), lyuks kaferestoranlar, əyləncə mərkəzləri gördüm. Səbəbi isə anlaşılandır. Təkcə Qahirənin 20 milyondan çox əhalisi var. Bu böyüklükdə şəhərdə təbii ki diqqətdən kənarda qalmış yerlər də olacaq, modernAvropa paytaxtlarını xatırladan hissələr də. Bir şəhərdə bu qədər fərqlilik məni çox təəccübləndirmişdi. 

Hələ 6-ci sinif “Qədim dünya tarixi” kitabı ilə başlamışdı bu ölkəyə marağım. Daha sonra isə ərəb dilini özümə ixtisas seçməyim bu dilin danışıldığı hər hansı bir ölkəyə gedərək biliyimi daha da təkmilləşdirməyi tələb edirdi. Və mənə görə ən ideal variant Misir idi. Çünki tarixən burada formalaşan təhsil və elm mərkəzləri, mədəniyyət ocaqları nəinki ərəb dilini, eləcə də islam mədəniyyətini və ümumilikdə bəşər tarixinin böyük bir hissəsini əhatə edən canlı abidələri görmək və haqqında məlumatlı olmağa geniş imkan yaradır.

Azərbaycanla Misir arasında bir neçə ildir ki tələbə mübadiləsi aparılır. Ərəb dili ixtisaslı tələbələr MisirAli təhsil nazirliyinin qeyri ərəblər üçün ərəb dili danışıq kursları və müvafiq ixtisas üzrə Misirin aparıcı universitetlərində bakalavrmagistr təhsili almaq üçün göndərilir. Mən də ilk dəfə bu proqrama müraciət edərək Bakıdakı Misir səfirliyinin mədəniyyət mərkəzi xətti ilə Qahirədə təqaüdlü və tam ödənişsiz təhsil imkanı əldə etdim.

- Tədris müddətində təhsilin səviyyəsi səni qane edirdi? 

- Ərəb ölkəsində olmağım və bu dildə ünsiyyətin həyatımın bir parçasına çevrilməyi mənim üçün artıq böyük avantaj idi. Ən bəyəndiyim cəhət isə müəllimlərin xarici tələbələrlə müasir metodlara əsaslanan asan və əyləncəli şəkildə dərs qurmaqları idi. Bu dilə olan sevgi və marağı daha da artırırdı.

- Əcnəbi tələbələrə münasibət necədir?

- Ümumiyyətlə misirlilər çox istiqanlı və yardımsevər xalqdırlar. Bu özünü küçədə, nəqliyyatda, ictimai yerlərdə sadə camaatın timsalında da göstərirdi, yolu soruşurduqya filan yerə necə getmək olar, bəzən gedəcəyimiz ünvana kimi bizi yola salırdılar. Misirə gedən turistlərin çoxunun şərhlərində oxuyuram ki, “bizə yol göstərdilər, sonra pul istədilər”… İki il ərzində bircə dəfə də olsun belə halla qarşılaşmadım. Ümumiyyətlə, şəhərdə hər hansı bir neqativ halla qarşılaşdığımı da xatırlamıram. Çox xoş və güləriz idilər. Eləcə də dövlət idarələri və universitetlərdə də bunun şahidi olurdum. Bacardıqca maraqlanmağa və hər hansı problemdə köməklik etməyə çalışırdılar. Siyasi vəziyyətin nisbətən gərgin olduğu dövlətdə xidmət sektorunda olan boşluqlar təhsil sistemində də hiss olunurdu. Bu nə qədər bütün tələbələrə uzun müddət davam edən problemlər yaratsa da müəllimlərin anlayışlı olması, güzəştlər etməyi bu problemi bir növ kospensasiya edirdi deyə bilərəm.

- Misirdə tələbələr nə qədər təqaüd alır?  Aldıqları təqaüd nəyə çatır?

- Təqaüd minimum yaşam xərclərini tam ödəməsə də, qarşılamağa kömək olurdu. Azərbaycana nisbətdə orda təməl ehtiyaclar daha ucuzdur. Buna görə də Misirdə tələbə həyatı əslində elə də çox maddiyyat tələb etmir. İnsanın özündən də asılıdır təbii. Qənaətcil olsan, əlindəki pulla həm gündəlik xərclərini (yolpulu, yemək, kirayə haqqı) qarşılamaq olur, həm də gəzmək. Bir neçə ay yataqxana təcrübəm olub. Deyə bilərəm ki, xatırladığımda ən sevmədiyim yer elə o yataqxana idi. Çünki bəzən çox konservativ münasibətlə qarşılaşırdıq orada. Məsələn yataqxana işçiləri hər addımbaşı dinimizi sorğulayırdılar. “Müsəlmansınız?”, “müsəlmansınızsa niyə hicabsız?” Fikrimcə bir insanın dini inancını sorğulamaq qeyri-etikdir, çünki bu onun şəxsi məsələsidir. Məlum məsələdir ki müsəlman ölkəsində qadınların çoxu hicablı idi, lakin biz əcnəbi idikizah edə bilmirdik ki bizim cəmiyyətimiz, adətlərimiz, həyat tərzimiz sizinki ilə eyni olmaq məcburiyyətində deyil. Misirdə başortüsü məcburi olmadığı halda əhali arasında bizə tez-tez qəribə baxanlar olurdu, getdikcə alışırdıq bu vəziyyətə. Daha bir maneə isə yataqxanaya giriş və çıxış saatlarının limitli olması idi. Biz isə təkcə oxumağa deyil, eyni zamanda gəzməyə gəlmişdik. Ona görə də tez-tez bu “qayda”nı pozmalı olurduq, dərsdən qaçan uşaqlar kimi

- Məsələn, gəzintiyə haralara gedirdiniz? Misir ehramlarına?

- Misir təkcə ehramlardan ibarət deyil. Misir turistik baxımdan çox əlverişli ölkədir. Gəzib görməli yerləri hədsiz çoxdur öyrəşdiyimiz Avropa turizmindən tam fərqli mühitdir. Çox rəngarəng fərqli ölkədir. Burada həm passiv, həm aktiv istirahətlə məşğul olmaq olar. Istər tarix, istər əyləncə həvəskarları burada maraq dairələrinə uyğun çox şey tapa bilərlər. Məsələn, Qırmızı dəniz sahilində yerləşənHurghada”, “Şarm əl-şeyxkurortları dəniz həvəskarları, sualtı dünyanı kəşf etmək istəyənlər üçün ideal məkanlardır. Heç bir üzmə qabiliyyətim olmadığı üçün suyun 9 metr dərinliyinə enmək əvvəlcə mənə qorxulu gəlirdi, lakin sınadıqdan sonra gördüyüm zəngin rəngli sualtı dünya məni valeh etdi əslində qorxunun sadəcə beynimizdə olduğunu ona qalib gəlməli olduğumuzu anladım.

Misirin cənubunda yerləşən Luksor Asvan şəhərləri deyərdim qədim firon dövrünün başladığı yerdir. Hər zaman televiziyalarda gördüyümüz nəhəng heykəllər, məbədlər abidələrə baxdıqca doymaq olmurdu dəhşətə gəlirdim ki, insan əməyi buna necə nail olub?!. Sanki o daş heykəllər fironların tanrıların özləri idi zəhmli baxışlarla tarix durduqca var olacaqlarını insanlığa çatdırırdı. Misirdə məni həyəcanlandıran ilk yer Misir ehramları olmuşdusa, 2-ci səfərim zamanı Asvanda Misirlə Sudan sərhədinə yaxın ərazidə yerləşən Əbu Simbel məbədi oldu. Məbədin təməli qədim Misirin ən qüdrətli hökmdarlarından olan 2-ci Ramses tərəfindən qoyulub qadını kraliça Nefertariyə olan böyük sevgisini təcəssüm etdirir.  Misirin qərbini əhatə edən Sahara səhrasının cazibəsini isə sözlə ifadə etmək mümkün deyil

- Gəzinti yerlərində qiymətlər bahadır?

- Yox. Kiçik məbləğlə çox yerləri gəzib görə bilirsən. Ən əsası, ərəbcə danışdığıma görə heç kim mənə turistik qiymətlərlə yaxınlaşa bilmirdi. Misir, hər kəsin ölmədən öncə gedib görməli olduğu ölkədir. Maddi cəhətdən başqa xarici ölkələrlə müqayisədə çox ucuzluqdur.   

- Bəs, islam faktoru köməkçi, yoxsa əgəlləyicidir?

- Bu sualı din yox, onun nümayəndələri açısından cavablandırmaq daha doğru olardı. Bəli, islam Misirdə dərin köklərə malikdir. Lakin insanların bir qismi sadəcə görünüşdə müsəlman idilər. Düşüncə belədir: “Mən özümü müsəlman adlandırıram, amma namaz qılmıram, hicab isə ondan ötrüdür ki, qılmadığım namazların günahını yusun”. Bu düşüncə tərzidir, anlamıram. Deyirdim ki, sizə insanların ancaq zahiri görünüşü maraqlıdır? Bəli, mən hicabsızam sizə görə bu ayıbdır. Ama sizə qarşınızdakı insanın dürüstlüyü, mənəvi keyfiyyətləri maraqlı deyil. Mənə görə bu təmamilə yanlışdır. Əgər sən seçdiyin əqidənin yalnız zahiri tərəfləri ilə maraqlanırsansa demək ki, özün özünü aldadırsan bu da cəmiyyətin problemidir. Dindar olmaq yaxşı insan olmaq mənasına gəlmir. Özləri fikirlərimə qatılaraq cəmiyyətlərinin düşüncələrinin dəyişilməli olduğunu, inkişafa ehtiyacları olduğunu təsdiqləyirdilər.

- Azərbaycan diasporu ilə əlaqələriniz vardı?

- Diaspor nümayəndələyimiz Azərbaycan səfirliyi əlamətdar günləri bayramları yaddaqalan şəkildə qeyd edir hər il. Bu tədbirlərin ərsəyə gəlməsində tələbələrin fikirləri onların bu cür ictimai işlərə cəlb olunmasının böyük rolu var. 2018-ci ildə biz bir qrup tələbə Misir Təhsil Nazirliyinin xarici tələbələr klubundaAzərbaycan günütəşkil etdik. Ölkəmiz haqqında videoçarx təqdim olundu, milli geyimlərdən mətbəxə qədər dəyərlərimizi nümayiş etdirdik. Ötən il isə Misir mədəniyyət nazirliyinin hər il təşkil etdiyi beynəlxalq miqyaslı mədəniyyət festivalında tələbələrimiz vətənimizi təmsil etdilər. Misirin məşhur  Əl-Əzhər, Qahirə Ayn-Şəms universitetlərində Azərbaycan dili tədris edilir misirli tələbələr tərəfindən maraqla qarşılanır. Ərəb dilində Azərbyacnın tarixi mədəniyyətini özündə cəm edən kitab jurnallar nəşr olunur.

- Ümumi götürsək, Misirdə təhsil sənə verdi?

- Həm dil bilgimdə, həm dünyagörüşü düşüncəmdə müsbət dəyişikliklər oldu gələcək həyatıma təsirsiz ötüşmədi. Hazırda Qahirə universitetinin magistr tələbəsiyəm, lakin bəzi səbəblərdən dolayı təhsilimi dondurub vətənə geri dönmüşəm.

- Nədir o səbəb?

- Bakalavr ixtisasım tərcüməçilikdir (T.Zeynallı Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirib - red) karyeramı bu sahə üzrə qurmaqda maraqlıyam. Universitetdə ixtisas seçimi zamanı isə belə bir imkan olmadı. Başqa ixtisasda oxumaq mənimçün maraqlı deyildi, ərəb dilinə qədər sevgim olsa da.

- Kimlərsə yanında Misirdən danışsa, gözünün önünə gələr səncə? 

- Misirlilər arasında belə bir deyim var, Nilin suyundan içən Misirə 2-ci dəfə qayıdır. Bilmədən içibmişəm deyəsən… Bu iki illik təcrübəm xatirəmdə  dostlarımla paylaşdığım gözəl özəl anlarla yadda qalacaqBir yerdə oxumuşdum ki, özünü tanımaq istəyirsənsə uzun yola çıx, yol səni düşündürəcək. Misir mənə özümü tanıtdırdı əslində bu həyatdan istədiyimi bilməmə dostcasına kömək oldu. Bəlkə elə bunun nəticəsidir ki bu sualları cavablandırarkən indi Qahirədə deyil, Bakıdayam.

 

 Məlahət Rzayeva

Şərq  2020.- 23 yanvar.- S.10.