Qarabağa səfər
edən hər kəs görəcək
Açıq səma altında işğal
muzeyinin yaradılması vacib
və zəruridir
"Bu muzey dünyaya erməni vəhşiliyinin
miqyasını göstərəcək"
İşğaldan azad edilmiş ərazilərimizdə,
açıq səma altında işğal
muzeyi yaradılacaq. Bu
barədə Mədəniyyət naziri Anar Kərimov bildirib. "Prezident İlham
Əliyevin də elan etdiyi
kimi, Ağdamda
açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik"
söyləyən nazir qeyd
edib ki, işğaldan azad edilmiş ərazilərdə açıq səma
altında muzeyin yaradılmasına ilk olaraq Ağdam
rayonundan başlanılır: "İşğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə
bağlı layihələndirmə prosesi
aparılır. Bu
prosesə birinci Ağdam
rayonundan başlayırıq. Bu sahəyə beynəlxalq ekspertlər cəlb
edilib. Məqsədimiz ondan
ibarətdir ki, insanlar
açıq səmadakı muzeydə
dağıntıların miqyasını, erməni vəhşiliyini
və xislətini görə bilsin".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Zəfər Abidə Kompleksinin yaradılması və açıq səma altında Zəfər muzeyinin təşkil edilməsinə dair ötən ilin dekabrında sərəncam imzaladı. Cənab Prezident Vətən müharibəsindəki şanlı qələbəmiz sayəsində işğaldan edilmiş ərazilərə səfərləri zamanı da erməni vandalizminin dünyaya çatdırılması, beynəlxalq aləmə əyani göstərilməsi məqsədilə açıq səma altında muzeylərin təşkil edilməsinin və bu muzeylərdə ermənlərin viran qoyduğu şəhər və kəndlərimizin dağıntılarının da nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Təbii ki, dağıdılmış şəhər və kəndlərimiz, viran edilmiş yurd yerlərimiz bərpa olunacaq, bütün Qarabağ əzəli sahiblərinin əliylə, zəhmətiylə, Prezidentin möhkəm iradəsi sayəsində və dövlətimizin malik olduğu imkanlarla yenidən cənnətə dönəcək.
Lakin
Azərbaycan 30 ilə yaxın bir zamanda məruz
qaldığı işğal faktorunu dünyaya
çatdırmalıdır. Ötən
illər ərzində bu sahədə xeyli işlər həyata keçirilirdi,
beynəlxalq tribunalarda Azərbaycanın məruz
qaldığı işğal faktı da, qaçqın və köçkünlrimizin
problemləri də ilk növbədə
cənab Prezident tərəfindən, həmçinin
rəsmilər, millət vəkilləri tərəfindən də
səsləndirilirdi. Təəssüf ki,
uzun illər dünya
dövlətləri bu gerçək faktlara sadəcə göz
yumdular və təcavüzkarı görməzdən
gəldilər.
Lakin
Azərbaycan Vətən müharibəsində qələbə
qazandıqdan sonra Qarabağa səfər edən ölkəmizdəki
diplomatik korpusların nümayəndələri, xarici qonaqlar
erməni vəhşiliyini öz gözləri ilə
gördü və artıq heç nəyi inkar edə bilmədilər.
Bu
mənada xarici diplomatların, ölkəmizə
gələn qonaqların işğaldan azad edilmiş ərazilərə
səfərləri nə qədər əhəmiyyətlidirsə,
bir neçə ildən sonra,
artıq bərpa edilmiş, gözəlləşdirilmiş,
həyata qaytarılmış olacaq Qarabağa səfərləri zamanı da tarixi gerçəklərlə
üzləşmələri o qədər
vacibdir. Buna görə
də işğaldan azad
edilmiş ərazilərdə
açıq səma altında “İşğal
muzeyi”nin
yaradılması vacib məsələdir.
Bu, həm
beynəlxalq ictimaiyyət, hələ də ermənilərə
havadarlıq edən bəzi dövlətlər üçün əhəmiyyətlidir, həm
də xalqımız üçün,
yetişməkdə olan gənc nəsil üçün önəmlidir - tarixi unutmamaq, xalqımızın hansı fəciələrlə
üzləşdiyini, necə mənfur bir
düşmənlə üz-üzə olduğunu,
hansı əzablar və məşəqqətlər
yaşadığını daim
xatırlamaq üçün. Bütün prizmalardan baxıldıqda Qarabağda
açıq səma altında işğal
faktorlarını əyani şəkildə nümayiş
etdirəcək muzeylərin olması dövlət
maraqlarımızla tam üst-üstə düşür. Eləcə də ictimai maraqlara xidmət edən,
ictimaiyyətin maaariflənməsinə və Vətən
torpağının müqəddəsliyinin daim
diqqətdə saxlanmasına rəvac verəcək
haldır.
“İşğal
muzeyi” dünyaya erməni vəhşiliyinin miqyasını
göstərəcək
Açıq
səma altında muzey ənənəsi və təcrübəsi
dünyada mövcuddur. Şərq ölkələrində
də bunun nümunələrini görə
bilərik. Amma həmin muzeylərin
eksponatları adətən qədim tarixi
abidələr, uçulmuş,
qalıqları əsrləri adlayıb müasir
dövrümüzədək gəlib çıxmış qalalar, saray divarları, saray sütunlarıdır. Qardaş
Türkiyədə, Quzey Kıbrıs Türk Cümhuriyyətində belə muzeylər
bir qədər fərqlidir. Qardaş ölkələrdəki muzeylərdə sərgilənən
eksponatlar təbii dağıntılar,
düşmənin vəhşicəsinə viran
qoyduğu yurd yerləri,
evlər, yaşayış məskənləri, dini, tarixi abidələr olmasa da, düşmənlə
savaşda istifadə olunan
hərbi texnika və hərbi qənimətlərdən
ibarətdir. Qarabağda
yaradılacaq açıq səma altında muzey
insanlara qarşı vəhşilikləri,
dağıdılmış şəhər və kəndlərin
soyqırımını gözlər önünə sərmək
baxımından bir ilk
olacaq. Azərbaycan işğaldan
azad etdiyi ərazilərdə
30 ilə yaxın bir müddətdə
erməni vəhşilərinin hansı vandallıqlar törətdiyini
dünyaya nümayiş
etdirəcək. Dünya da
bizim necə bir mənfur
düşmənlə qarşı-qarşıya olduğumuzu nəhayət görəcək. Odur ki, açıq səma
altında muzeyin yaradılması çox vacib, zəruridir.
Nasir,
tərcüməçi və publisist Nəriman Əbdürrəhmanlı
“Şərq”ə açıqlamasında qeyd etdi ki,
Qarabağda açıq səma altında muzeyin
yaradılması Azərbaycan dövlətinin
yürütdüyü suverenlik, ərazi
bütövlüyü, eləcə də sülhpərvər siyasətə tamamilə
uyğundur:
- Tarix boyu belə xatirə abidələrinin, muzeylərin yaradılması, fəaliyyət göstərməsi məlumdur. Müharibələrdə əldə edilmiş qələbələr şərəfinə Zəfər tağları, qüllələr inşa edilib və onlar dünyaya, xalqa qazanılan zəfəri daim xatırladıb. Amma həmin abidələr adətən şəhərlərin girişində, yaxud ən uca yerlərdə yaradılıb. Stalinqraddakı (indiki Volqoqrad) Mamayev Kurqanında olmuşam, məhz hündürlükdə, ən görməli yerdə yerləşir, daim qələbənin dəyərini xatırladır. Cənab Prezident ötən ilin dekabrında Bakıda Zəfər Muzeyinin və Zəfər abidə-kompleksinin yaradılmasıyla bağlı sərəncam imzaladı. Zəfər kompleksinin yerləşəcəyi yer də məlumdur. Eskizlər də ictimaiyyətə təqdim edilib. Zəfər muzeyi olmalıdır. Amma açıq səma altında muzey tamam fərqli xüsusiyyətlərə və funksiyaya malik olacaq. İlk növbədə bu muzey dünyaya erməni vəhşiliyinin miqyasını göstərəcək. Qoy dünya görsün ki, erməni separatçıları hansı vəhşilikləri törədiblər. Təkcə insanlara qarşı deyil, təbiətə qarşı, daşa, torpağa qarşı. Belə bir muzeyin yaradılması insanlarımızın yaddaşı, tarixi gerçəkləri daim xatırlamaları baxımından çox önəmlidir. Bu muzey daim ziyarət üçün açıq olmalı və Qarabağa səfər edən hər kəs onu görməlidir. Sabah, birigün Qarabağa qayıdacaq, dogma yurd yerlərində təkrar məskən salacaq vətəndaşlarımız da bu açıq səma altında sərgilənəck dağıntılara hər dəfə baxdıqca Vətənin necə müqəddəs olduğunu anlamalıdırlar. Belə muzeylər vətəndaşlarımıza Vətənin bundan sonra bir də heç vaxt düşmən tapdağı altına düşməsinə imkan verməməli olduqlarını daim xatırlatmalıdr. N.Əbdürrəhmanlı qeyd etdi ki, açıq havada saxlanılacaq eksponatların, əlbəttə, xüsusi qorunma şəraiti olmalıdır. Muzeyin təşkilatçıları, bu işə cavabdeh olacaq şəxslər eksponatların saxlanması məsələlərini də nəzərə almalıdırlar.
İşğal
faktı muzeyləri bütün bölgələrdə
yaradıla bilər
Açıq səma altında muzey
ideyası Azərbaycan Ordusunun 2015-ci il Aprel zəfəri
zamanı işğaldan azad
etdiyi Cəbrayılın Cocuq
Mərcanlı kəndi ilə bağlı da
gündəmə gəlmişdi. Xalq
yazıçısı, professor Kamal Abdulla o
zaman işğaldan azad olunan Cocuq
Mərcanlı kəndində ermənilər tərəfindən
vandalizmə məruz qalmış bir
neçə evin açıq səma
altında işğal muzeyi
kimi qalması təklifi ilə
çıxış etmişdi:
“Dağlıq Qarabağa
qayıdış Cocuq Mərcanlıdan
başlayır. Ümid edirik
ki, Cocuq Mərcanlıda
muzey olaraq
saxlanılacaq evlər bizi erməni vandalizmini daim
yaddaşımızda saxlamağa
çağıracaq”.
Millət
vəkili Fəzail İbrahimli də Qarabağ ərazisində
açıq səma altında işğal muzeyi
yaradılmasının təqdirəlayiq olduğunu bildirib:
- Bu, təqdirəlayiq haldır. Erməni vəhşiliyinin bir göstəricisi, onların amansızlığının sübutu kimi dağılan evlərdən bir neçəsini muzey olaraq saxlamaq zəruridir. Hesab edirəm ki, gələcək nəsillərin "erməni kimdir” sualına bundan daha tutarlı cavab ola bilməz. Bir var, Qarabağda yurd yerlərimizin ermənilər tərəfindən talandığına, yerlə-yeksan olunduğuna dair tarixi faktları sadalayasan, yazılan məlumatları oxuyasan, bir də var ki, sadəcə şəhadət barmağınla dağılan evləri göstərəsən. Atalar boşuna deməyib ki: "Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Qoy bütün dünya erməni vəhşiliyini əyani şəkildə görsün. Belə muzeyləri işğaldan azad edilmiş bütün ərazilərdə, bütün bölgələrdə yarada bilərik. Harada ki, buna imkan var, edilməlidir. Qarabağda işğaldan əvvəl zəngin milli etnoqrafiya, tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərirdi. Mənfur qonşularımız torpağı işğal edib, insanlarmıza qarşı soyqırım etməklə kifayətlənmədilər, həm də zəngin irsimizi talan etdilər, oğurladılar. Tarixi eksponatları Ermənistana daşıyıb özünküləşdirməyə çalışdılar. Azərbaycan dövləti ermənilərin Qarabağdan daşıyıb apardığı zəngin eksponatların hamısına sahib çıxacaq, beynəlxalq məhkəmələr vasitəsilə onların Azərbaycan xalqına aid olduğunu sübut edəcək və mümkün olduqca həmin eksponatları geri qaytaracaq. Muzeylər bərpa ediləcək, lakin eksponatlar sarıdan korluq çəkə bilərik. Lakin işğal faktorunu əyani şəkildə göstərən açıq səma altında muzey daha təsirli olacaq.
Məlahət Rzayeva
Şərq 2021.- 3 aprel.- S.11.