İndi inkişaf tərəqqi zamanıdır

Azərbaycan Qafqazın ən mürəkkəb münaqişəsini ordusunun gücü ilə söndürdü

 

"Azərbaycanın Ermənistanla əməkdaşlığının perspektivi isə Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın siyasi rəhbərliyinin davranışlarından asılıdır"

Aprelin 13-də Prezident İlham ƏliyevCənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf əməkdaşlıqadlı beynəlxalq konfransda 3 saatlıq çıxış zamanı regiondakı reallıqları dünyanın diqqət mərkəzinə çatdırdı. Dövlət başçısı Ermənistana beynəlxalq aktorlara mühüm ismarıclar ünvanladı. Ali Baş Komandan çıxışında Ermənistanın müharibəyə qədər, müharibə zamanı müharibədən sonra atdığı addımları, hazırda sülhün güclənməsinə mane olan məqamları region qarşısında dayanan çağırışları beynəlxalq ekspertlərin diqqətinə yönəltdi.

Hər dəfə olduğu kimi, bu dəfə dövlət başçısının Azərbaycanın baxış bucağını qəti açıq şəkildə bəyan etməsi ölkəmizin postmüharibə dövründə mövqeyini gücləndirdi. Eyni zamanda beynəlxalq ictimaiyyətin Qafqazdakı sülh dövrünün reallıqlarını daha yaxşı anlamasına gətirib çıxartdı. Postmüharibə dövründə sülhün möhkəmləndirilməsinin vacibliyindən danışan Prezident Azərbaycanın sülhə hazır olduğunu, gələcəyə baxmağın zəruriliyini, lakin Ermənistan rəhbərliyinin sülh razılaşmasının mümkünlüyü barədə hələ bəyanat vermədiyini qeyd etdi. Yenidən vurğuladı ki, münaqişə səhifəsi artıq geridə qalıb. Dövlət başçısı Ermənistandakı revanşist qüvvələrə toxunaraq onlara xəbərdarlıq etdi. Bildirdi ki, indiyə qədər ermənilər Azərbaycanı yaxşı tanımayıblar. Doğrudan da, Ermənistandakı revanşist qüvvələrin ilk növbədə cəmiyyətləri haqqında düşünmələri daha məqbul olardı. Hazırda dövlətçilikləri sual altında olan, 30 il ərzində öz evlərini dövlətlərini, sərhədlərini özlərinin qoruya bilmədiyi dövlətin nümayəndələriningücləndikdən hazır olduqdan sonraAzərbaycandan revanş alacaqları ilə bağlı çıxışları gülüncdür.

Ölkə başçısı vurğulayıb ki, Ermənistandakı vətəndaş cəmiyyətləri erməni xalqına həqiqətləri deməyə başlamalıdır: “Konflikt həll olunub biz gələcəyə baxmalıyıq. Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik. hökumət, müxalifət bu gün onlara nəinki Azərbaycan haqqında pozitiv, hətta neytral söz deməyə şərait yaradar. Çünki bu, Azərbaycanofobiya konsepsiyasıdır, Azərbaycana qarşı onilliklərlə yaradılmış nifrətin kultivasiyasıdır. Müharibədən sonrakı vəziyyət nümayiş etdirdi ki, indi qonşularımız regional inkişafla bağlı bizim fikirlərimizi paylaşırlar. Yeri gəlmişkən, biz artıq qonşu ölkələrlə regionun necə inkişaf etməli olduğu, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət layihələrinin olmağı barədə müzakirə etmişik. Beləliklə, bizim heç bir fikir ayrılığımız yoxdur. Bu düzdür ki, Ermənistan hələ öz siyasətini ictimai şəkildə elan etməyib, ammadefaktoetdikləri düşünürəm ki, qənaətbəxşdir”.

Prezident bəyan edib ki, əgər Ermənistan əlaqə qurmaq istəyərsə, biz əlimizdən gələni etməyə hazırıq: “Azərbaycanlılar ermənilər necə qarşılıqlı əlaqə qura bilərlər?

Mən düşünürəm ki, bu, xeyli dərəcədə istəkdən, siyasətçilərin müdrikliyindən asılı olacaq. Hesab edirəm ki, biz burada İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Əlbəttə ki, Ermənistan tərəfi əgər bunu istəyirsə... Biz onların niyyətlərinin olduğunu bilmirik, bu işlənib hazırlanmayıb. Mən bir neçə dəfə aydın şəkildə bildirdim: - Biz hesab edirik ki, münaqişə səhifəsi artıq geridə qalıb. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən bununla bağlı hər hansı mesaj almamışıq. Ermənistan Baş naziri sakitdir, Ermənistan xarici işlər naziri aqressivdir. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Onlar müharibədə nələrin baş verdiyini xatırlamalıdırlar.

Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər olduğu kimi, ən böyük məsələdir. Əgər Ermənistanın müsbət siqnalı olarsa, əlaqə qurmaq istəyərsə, biz əlimizdən gələni etməyə hazırıq”. Ölkə başçısı qeyd edib ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Dövlət başçısının sözlərinə görə, inkişaf üçün Azərbaycan daxilində, eləcə sərhədlərdən kənarda stabilliyə ehtiyacımız var: “Əsas narahatçılığımızdan biri risklərlə bağlıdır onları minimallaşdırmaq üçün addımlar atacağıq. Regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Beləliklə, bu, stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”. Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur: “Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, üçün edilir?”. Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra olacaq barədə suala cavab verən dövlətimizin başçısı deyib ki, bizim Tovuzda, Zəngilanda Ermənistanla sərhədlərimiz var: “Sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”. Prezident deyib ki, atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır: “Müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır. ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik. Hesab edirəm elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub. Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər”.

Millət vəkili Hikmət BabaoğluŞərq”ə açıqlamasında deyib ki, Prezident konfrans vasitəsilə dünyaya iki mühüm mesaj verdi. Parlament üzvünün sözlərinə görə, bunlardan biri artıq müharibənin münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf əməkdaşlıq mərhələsi kimi görməsinin bəyanı idi:

Dövlət başçısı Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın inkişafın bərqərar olmasına, regionun kommunikasiya iqtisadi bütövlüyünün təmin edilməsinə bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönədiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması Azərbaycanafobiyadan qurtulması yaranmış yeni reallığı obyektiv əsaslarda dərk etməsinin zəruriliyini vurğuladı. Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycanın öz güclü ordusu vasitəsilə söndürməsi hamıya məlumdur. Bu, ölkəmizə yeni qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb gec-tez hamı bununla hesablaşmalı olacaq”.

Politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bəyan edib ki, Azərbaycanla müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan kollaps vəziyyətindədir bu ölkənin yeganə çıxış yolu mövcud reallıqları qəbul etməkdən ona uyğun davranmaqdan ibarətdir. Ekspertin fikrincə, hazırda Ermənistan iqtisadiyyatına yatırımların 40 faizdən çoxunu Rusiya sərmayəsi təşkil edir:

“Nəzərə alsaq ki, bu reallıq son 20 ildə ciddi şəkildə dəyişikliyə məruz qalmayıb, o zaman Ermənistan iqtisadiyyatının Rusiyanın ənənəvi dəstəyi ilə inkişafı mümkün deyil. Beynəlxalq reytinq agentliklərinin hesablamalarına görə, mövcud şərtlər altında Ermənistanın xarici borcunun 2023-cü ilədək 63 faiz artacağı gözlənilir. Hətta bu göstəricinin özü belə siyasi sabitliyin təmin olunacağı və hakimiyyət böhranının aradan qaldırılacağı halda mümkün olacaq. Məhz bu baxımdan, parodoksal görünsə də, Ermənistandakı mövcud iqtisadisosial problemlərin həlli yolu, bu ölkənin Azərbaycana və Türkiyəyə münasibətdə sərgiləyəcəyi siyasətdən asılıdır. Yalnız bu halda Ermənistan regiondakı iqtisadi proseslərə inteqrasiya edə və kommunikasiyaların bərpası nəticəsində əldə edəcəyi “iqtisadi nəfəslik”dən faydalana bilər. Ermənistan iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən başqa bir məqam isə bu ölkənin Türkiyə ilə sərhədlərinin açılmasıdır. Bu isə yalnız rəsmi İrəvanın qonşulara qarşı ərazi iddialarından həmişəlik əl çəkəcəyi, kommunikasiyaların bərpa ediləcəyi və Zəngəzur dəhlizinin işə düşəcəyi halda mümkün ola bilər. Məlum olduğu kimi Ermənistanın Rusiya ilə birbaşa sərhədi yoxdur. Hətta Rusiya-Ermənistan iqtisadi münasibətlərinin intensivləşməsinin özü belə, yenə də kommunikasiyaların bərpası nəticəsində mümkün ola bilər ki, burada da açar ölkə, şübhəsiz ki, Azərbaycandır. Ermənistan iqtisadiyyatının dirçəldilməsinin yeganə yolu, bu ölkənin tranzit imkanlarının yaranmasından keçir. Bu isə təbii ki, Azərbaycan və onun sadiq müttəfiqi Türkiyənin iştirakı olmadan mümkün deyil. Azərbaycanın Ermənistanla əməkdaşlığının perspektivi isə Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın siyasi rəhbərliyinin davranışlarından asılıdır”.

   İsmayıl Qocayev

Şərq  2021.- 15 aprel.- S.11.