"Aygünlə bir gün" - 44 günün qənimətləri...
Azərbaycanlıyam… Necə də qürurlu
səslənir bu söz. Çox xoşbəxtik ki,
torpaqları işğaldan
azad olunmuş, müstəqil dövlətdə
yaşayırıq.
Bir neçə
gündür ki, əhalinin üzünə
açıq olan Hərbi Qənimətlər
Parkına getməyi əvvəlcədən planlaşdırmışdım. Elə bu
amalla rəfiqəm Zari Nərminə ilə həmin əraziyə yol aldıq.
“28 May” metrostansiyasına gəldik. Düz mərkəzdə dayanıb,
əraziyə necə
gedəcəyimizi düşünürdük.Yenə
də köməyimizə
“google map” çatdı.
Ayaqla getmək vaxt aparacaqdı deyə, taksi ilə nəhayət Parka çata
bildik.
Sırada o qədər insan var idi ki…Uşaqdan böyüyə
hər kəs ələ keçirilən
hərbi qənimətləri
görmək üçün
saatlarla gözləməyə
hazır idilər.
- Gör nə qədər adam
dayanıb sırada?!
- Eybi yox, həmin qənimətləri görmək
üçün bir az gözləmək
olar.
Bu günə qədər
demək olar, Bakının hər görməli gəzməli
yerlərində olmuşam,
belə bir qürurverici məkan tapmamışdım. Amma indi ordayam.
Məhz bu park Azərbaycanın Qarabağ
müharibəsində şanlı
qələbəsini əks
etdirir. Gördüklərim
gözlədiklərimdən qat-qat artıq oldu…
Girişdə bizi ilk növbədə suvenirlər pavilyonu, daha sonra “Qarabağ
Azərbaycandır” lövhəsi
qarşıladı. Bu ekspozisiyanı Zəfər
paradından hər biriniz xatırlayırsız.
Lövhəni görən
kimi Paşinyanın trend olan videosu yadıma
düşdü.. Deyirdi ki,
Qarabağ Azərbaycan
ərazisidir. Sonra üzr
istəyib “səhvini”
düzəldir. Sındıra-sındıra
ingilis dilində danışan, Paşinyan,
dil çaşar, düzünü deyər...
Azərbaycan Ordusunun
II Qarabağ müharibəsində
düşmənin 2 mindən
çox nişan nömrələrindən hazırlanan
kompozisiyaya indi ziyarətçilər baxır.
Üzərində isə
tək bir yazı var: “Qarabağ Azərbaycandır!”.
...
Hərbi eksponatların nümayiş
olunduğu Parkın ərazisi 5 hektardır. Məkandakı hər bir
element nadirdir.
Erməni tərəfi 44 günlük
müharibə dönəmində
hərbi texnikalarını
qoyub qaçıb, ya da bütün zirehli texnika paramparça olub. İndi də biz şəhər sakinləri onları izləməyə gedirik.
Bax, bu yerdə,
Prezident İlham Əliyevin müharibə günlərində dillərə
düşmüş məhşur
“iti qovan kimi qovuruq” ifadəsi,
həqiqəti əks
etdirir…
Hə, onu da deyim ki, parkda
nümayiş edilən
texnikalar, həmçinin
ekspozisiyalar çox incəliklə və məharətlə hazırlanıb. Ərazidə ekspozisiyalardan savayı, düşmənin sıradan
çıxarılmış döyüş maşınları,
2S1 “Qvozdika” özüyeriyən
artilleriya qurğusu, “Osa”, KUB zenit-raket kompleksləri və digər eksponatlar sərgilənir. Çoxu “Vətən
müharibəsi” dövründə
vurulma anlarını gördüyümüz texnikalara
olsa da, bəziləri
saz vəziyyətdədir. Azərbaycan Prezidenti İlham Əliyevin Qələbə
tvitləri, aparıcı
media qurumlarına müsahibələri,
xalqa müraciətlərdən
ibarət hissələr ərazidəki
videozalda nümayiş
etdirilir.
Parkda gəzəndə
çox maraqlı yerləri addımbaşı
görmək olur. Məni ən
çox cəlbedən
ekspozisiya var idi. Düşmənin
boş qalmış dəbilqələrindən ibarət
olan yer..
Bu dəbilqələrin hər
biri düşmən ordusuna göz dağıdır! Bakının dəlisov küləyi dəbilqələri bir-birinə
toxundurur, ikiqat ovqat yaranır.
Diqqətimi cəlb edən
digər hissə silah sandıqlarından düzəldilmiş oturacaqlar,
atılmış silah-sursatlardan
düzəldilmiş işıqlandırma,
zibil qabları... Bununla Azərbaycan xalqının
kin və nifrət hisslərindən uzaq, xeyirxah və sülhpərvər xalq olduğunu bütün dünyaya çatdırmış
oluruq.
Real müharibə səhnələrini
əks etdirən kazarma, səngərlər,
xəndəklər, hərbi texnikaya qarşı quraşdırılmış maneələri
gördükcə daha
da qürur duyurdum.
Gəzintidə hərbi forma geyinmiş uşaqlarla da rastlaşırdım. Valideynlər
övladlarını parka gətirərək
texnikalarla tanış
edirdi. Yeni istifadəyə verilən
ərazidə hər yaş qrupundan insan görmək olardı. Bir də Qarabağ müharibəsinin canlı
şahidlərini...
Kənardan müşahidə edirəm. Balaca hərbi
formalı oğlan qazimizə yaxınlaşır.
Atası
onların şəklini
çəkir. Qazi üzü
bizim istiqamətdə
yaxınlaşır. Ayağı axsayırdı.
Bu gün zövq
alaraq baxdığımız
qənimətlər onun
kimilərin əl işidir.
Hərbi Qənimətlər Parkına
gələsən, “əl
işlərinin müəllifi
ilə” həmsöhbət
olmayasan?! Erməni dəbilqələrini boş
qoyan igidlərimizdən
biri Cəfər Hüseynov olub. Veteranlar Şurasının üzvü
olan Cəfər, Cəbrayıl və Qubadlı istiqamətdə
gedən döyüşlərdə
mərdlik göstərib.
Həmçinin 2016-cı ildəki aprel döyüşlərində
də iştirak edib. O deyir ki, 27 sentyabr çox qürurverici gündür. Düzü, sözlərini ifadə etməkdə çətinlik
çəkirdi. Canlı
şahidə baxıb
qürur duymamaq mümkün deyil... “Hər kəsin
baxmağa gəldiyi bu tankları güclü Ordumuz məhv edib” deyən Cəfəri çox da yormayıb, parkı gəzməyə
davam edirik. Qarşımızdakı texnikanın üzərində
partlayıcı görürük.
Rəfiqəm texnikaya yaxınlaşır.
Bir az
kənardan Cəfərin
səsini eşidirik “yavaş olun, partlayar”. Həmin an gülümsəməyə
başlayırıq. Məkan elə
dizayn edilib ki, sanki müharibənin
içərisindəyik. Rəfiqəmlə mən
də, həmin ab-havaya qapılmışdıq...
...
Gəzinti zamanı dron və artilleriyamızın,
eləcə də, idarəolunan raketlərimizin
məhv etdiyi T72 tankları, BMP1 və BMP2,
müxtəlif kalibri və təyinatlı topları, artilleriya kəşfiyyat sistemlərini,
bir sözlə, düşmənin hər növ texnikasını görəcəksiz.
Onların qarşısında
yerləşdirilən məlumat
tablosu imkan verir ki, baxdığın
silah-sursatla tanış
ola biləsən. Bu yerdə, Şah İsmayıl Xətainin bir deyimini xatirə
düşür: "Qılınc
həmin qılıncdır,
qol o qol deyil". Bəli, silah-texnika düşməndə
də ola
bilər, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil.
Düşmən bunkerinin içərisində
olan eksponatlar vaxtilə ermənilərə
məxsus olan elementlərdir. Plakatlar da, şəkillər də, hətta yerə döşənən üzlük
də... Hələ ermənilərin istifadə
etdiyi qaşıq, boşqab, duzqabıdan danışmıram...
Silah, yemək
anbarı, yeməkxana,
əsgər yataqxanası
və komandir otağında olan hər bir əşya
və silahlar ermənilərdən ələ
keçirilən qənimətlərdir.
Erməni
əsgərlərin mum mulyajlarının
ayrı marağı
var. O qədər təbiidir
ki... Simasını itirmiş erməni
mulyajları çox yaxşı hazırlanıb.
Yeri gəlmişkən, yuxarıda
Cəfərin adını
çəkmişdim. O, Azərbaycanı
“Azərbaycan” edən
oğullardan sadəcə
biri idi. Bu gün Vətənimizdə
başıuca gəziriksə,
bunu şəhidlərimizə,
qazilərimizə, cəsur oğullarımıza borcluyuq.
Ərazidə o qədər danışılası
yer var, hisslərini yaz, yaz bitməz. Yaxşısı özünüzün
gedib görməyidir.
Mən də, Hərbi Qənimətlər
Parkına görüşənədək
deyirəm... Ümid edirəm ki, yaxın bir zamanda Qarabağımızda
yaradılan parklardan reportaj yazaram...
Yazını sonlandırmadan bir nüansı da qeyd etmək istəyirəm. Ermənistanı
deyirəm. Müharibə
vaxtı məntiqsiz fikirlərlə gündəmə
gəlirdilər. Tonoyanın
“yeni müharibə və yeni ərazislər”
tezisi... Paşinyanın
təhdid ritorikası...
Bu təhdidlər sırasında Ermənistan
Müdafiə Nazirliyinin
sabiq əməkdaşı
Artsrun Ovannisyan dediyi “möhtəşəm”
idi: “Müharibə başlasa, tanklarımız
Bakıya gələcək”.
Necə də, uzaqgörən “adamdılar”.
Gözün aydın,
Ovannisyan... Bu gün erməni tankları Hərbi Qənimətlər Parkında
nümayiş etdirilir.
Amma “əsir” kimi...
Müsəlman ölkəsi Türkiyəni
köməyə çağırdı
- Gəlin bizi də xilas edinSON
DƏQİQƏ! Rusiya Əfqanıstanla
bağlı qərar verdiMüsəlman ölkəsi
Türkiyəni təcili
köməyə çağırdı
- Gəlin bizi də xilas edinElşad
Miridən Hacı Surxaya SƏRT CAVAB: Hansısa
mollabaşın...Yoluxma
kəskin artıb: Bu məhdudiyyətlər tətbiq oluna bilər - AÇIQLAMAYoluxma
kəskin artıb: Bu məhdudiyyətlər tətbiq oluna bilər - AÇIQLAMA
Aygün Tahirqızı
Şərq.- 2021.- 17
aprel.- S.9.