“ASAN xidmətmodeli genişlənməlidir

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Vüqar Bayramov: "Növbəti mərhələdə sadəcə coğrafi deyil, səlahiyyət cəhətdən genişlənmə vətəndaşlarımızın elektron xidmətlərdən daha səmərəli istifadəsinə imkan yaradacaq"

 

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub bu proses sürətlə davam edir. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun tabeliyində “ASAN xidmətmərkəzlərinin yaradılması bürokratik əngəllərin mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi. Eyni zamanda innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

 

Bəllidir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi vətəndaş məmnunluğunun daha da artırılmasıdır. Məlum olduğu kimi dünən ölkə rəhbəri 6 saylı Bakı “ASAN xidmətmərkəzinin açılışında iştirak edib. Agentliyin sədri Ülvi Mehdiyev dövlət başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmətmərkəzi barədə məlumat verib. Bildirib ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri daxil olmaqla ümumilikdə 230 əməkdaş 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir. O da vurğulanıb ki, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmətmərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə Sumqayıtda növbəti, Lənkəran, Salyan Naxçıvanda isə ilk “ASAN xidmətmərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmətavtobusu səyyar “ASAN qatarvasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir. Dövlət başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu Vətən müharibəsində tvit siyasəti barədə məlumat verilib. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. Xüsusən, “#karabakhisazerbaijanhəştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri ASAN ICESCO mükafatı barədə məlumatlar verilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin yaralıların elektron xidmətlər vasitəsi ilə etdikləri 1152 müraciət üzrə 3,8 milyon manat kredit Fond tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanətlayihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb. Vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

 

Millət vəkili, iqtisadçı-alim Vüqar BayramovŞərq”ə açıqlamasında bəyan edib ki, Azərbaycanda elektron xidmətlərin təklif olunması dövlət qeyri-dövlət qurumlarının elektronlaşmasında xüsusi paya malikdir. Deputatın sözlərinə görə, ASAN xidmət bir sıra ölkələr, eləcə beynəlxalq təşkilatlar tərəfindən model olaraq öyrənilir:

 

Bəzi ölkələr artıq oxşar təcrübənin tətbiqinə başlayıblar. Sorğular göstərir ki, ASAN xidmət özünü tam doğruldub. Xüsusən, ASAN xidmətin təsis edildiyi ilkin dövrlə indini müqayisə etsək, çoxsaylı yeni xidmətlərin təklif olunmasını fəaliyyət coğrafiyasının genişlənməsini müşahidə edərik. Texniki maliyyə imkanları daxilində ASAN xidmətin mümkün qədər daha çox bölgələrdə fəaliyyət göstərməsinə nail olunması prioritetdir”.

 

Parlament üzvü vurğulayıb ki, ASAN xidmətlərin səlahiyyətlərini genişləndirmək lazımdır:

 

Bir sıra dövlət xidmətlərinin də ASAN xidmət vasitəsi ilə təklif olunması daha məqsədəuyğun olardı. Bu mərkəzlər korrupsiyaya qarşı mübarizədə və şəffaflığın gücləndirilməsində önəmli modeldir. Bu model cəmiyyət tərəfindən qəbul edilir. Rəsmi və qeyri-rəsmi sorğulardan görürük ki, ASAN xidmət praktiki olaraq şəffaf fəaliyyət göstərir. Şəffaflıq vətəndaş məmnunluğunun formalaşması baxımından çox vacibdir.

 

Şərq  2021.- 4 avqust.- S.11.