"Bu qatarın
dalınca baxma"
Flora Kərimova mahnının yaranma hekayəsini danışıb
Bəzi mahnıların ərsəyə gəlmə prosesi də bir tarixdir. Hələ də yaranmasında əsl sənətkarların imzası varsa, o əsərin hekayəsi daha gözəl olur. “Bu qatarın dalınca baxma” mahnısı da həmin bəstələrdən biridir.
“Sherg.az” xəbər verir ki, xalq artisti Flora Kərimova “Özəl” proqramında qonaq olarkən unudulmaz ifası haqda danışıb:
“Mahnı mənim xahişimlə yarandı. Bəstəkar Mobil Babayevdən rica etdim. Sözlərini də Ramiz Rövşən yazıb.
Uzun müddət sözlərinin Vaqif Səmədoğluna məxsus olduğunu zənn edirdim. Ramiz bəy də yanımda oturub və dinmir. Mən də Vaqif müəllimin adını çəkib tərifləyirəm.
Düzü elə insanlar var ki, onlar haqda tərif sözü işlətmək günahdır. Çünki onun varlığını, həqiqəti və səcdəmi dilə gətirirdim. Ramiz müəllim bir dəfə də demədi ki, ay bacı, sözləri mənimdir axı. Sonra biləndə nə günə düşdüm.
Ondan dəfələrlə üzr istədim. Qayıtdı ki, nə danışırısnız, V.Səmədoğlu mənim sevimli şairimdir. Baxın, bir klassik, digər klassik üçün “mənim sevimli şairimdir” deyir. Bu məqamda özünün də klasisk olduğunu yaddan çıxarır.
Mən səsimi, mahnını tanımadım. Qızım nasaz idi, ağlaya-ağlaya başını sığallayırdım. Qəfildən eşitdim ki, bir səs fəryad edir. İfam xoşuma gəlmədi. Televiziyadan xahiş etdim ki, mahnını yayımlamasınlar. Beş il bu mahnıya qadağa qoydum.
Tariyel
Vəliyev məşhur trilogiyanı yazanda
ifa etdiyim bütün mahnıların səs
yazısını götürdü. Məni
“yaşatdı””.
Samirə
Şərq 2021.- 6 avqust.- S.14.