Sahibkarlara daha rahat
imkan yaradılır
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Dəyişikliyin müsbət
tərəfi odur ki, sahibkar bütün
işlərini elektron
kabinet üzərindən
vaxta qənaət etməklə görə biləcək
Prezident İlham
Əliyev “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın
təsdiq edilməsi və elektron hökumətlə bağlı
bəzi tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “e-KOB evi” portalının (bundan sonra – portal) Elektron Hökumət İnformasiya
Sisteminə (bundan sonra − EHİS) inteqrasiyası
ilə bağlı zəruri tədbirlər görməlidir.
İqtisadiyyat Nazirliyi
yanında Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi
isə portalın formalaşdırılması və
aparılması ilə
bağlı zəruri
tədbirlər görməli,
dövlət orqanları
(qurumları) tərəfindən
kiçik və orta biznes evlərində
göstərilən və
Dövlət Xidmətlərinin
Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya
olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə
portal üzərindən elektron
formada göstərilməsini
təmin etməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti
ilə birlikdə portalın təhlükəsizliyinin
təmin edilməsi üçün zəruri
tədbirlər görməli,
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər
görməlidir. Dövlət orqanları (qurumları) isə Əsasnamənin
1.2-ci bəndinə uyğun
olaraq məlumatların
mərkəzləşdirilmiş qaydada əldə edilməsini və həmin Əsasnamənin
3.3-cü və 3.4-cü bəndlərində
nəzərdə tutulan
xidmətlərin bu Fərmanın 3.2-ci bəndinə
uyğun olaraq göstərilməsini təmin
etmək məqsədilə
aidiyyəti dövlət
informasiya ehtiyatlarının
və sistemlərinin
EHİS-ə inteqrasiyası üçün zəruri
tədbirlər görməlidirlər.
Dövlət başçısının digər
fərmanı ilə,
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) Nizamnaməsində
dəyişiklik edilib. Dəyişikliyə
əsasən, Agentlik sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi
üçün zəruri
olan məlumatların
(sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi
üçün normativ
hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək
vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq
məqsədilə “e-KOB evi”
portalının (bundan
sonra – portal) yaradılmasını,
fəaliyyətini, portalda
“Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” altsistemlərinin yaradılmasını,
dövlət orqanları
(qurumları) tərəfindən
KOB evlərində göstərilən
və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin,
EHİS vasitəsilə portal üzərindən elektron
formada göstərilməsini
təmin etməlidir.
İndiyə qədər KOBİA sadəcə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” bölməsinin və “Elektron sahibkar” sisteminin yaradılmasını, elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etməli idi.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlama verib.
O bildirib ki, portal
kiçik və orta biznes evlərində (KOB evləri) kiçik və orta biznes subyektlərinə göstərilən
xidmətlərin elektron formada,
vahid platforma üzərindən
göstərilməsi üzrə müraciətlərin təqdim
edilməsini, qəbulunu, emalını,
cavablandırılmasını, uçotunun
aparılmasını həyata keçirir: "İlk olaraq qeyd edim
ki, sahibkar özünün kabineti
vasitəsi ilə sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan
sənədlər, ödəniləcək vergi
və rüsumlar, hesabatlar,
lisenziya və icazələr və s. əldə etmək imkanına sahib olur. Bunu misalla belə izah etmək olar. Mənim "A" şirkətim var. Mən hər hansı sənədlər
üçün müxtəlif
saytlara girməliyəm.
Vergi üçün verginin, lisenziyalar üçün
lisenziya aid sayta və sair. Yeni sərəncama əsasən,
artıq sahibkara imkan yaradılacaq ki, "sahibkarın elektron kabineti" vasitəsilə bu işləri birbaşa görsün. Xalq dili
ilə desək, yaradılmış marketə
əlavə məhsullar
gətirilir. Siz də
o marketin müştərisi
olduğunuz üçün
o məhsulları başqa
yerdən yox, birbaşa sizin evinizə gətirmək şərti ilə əldə edə bilməyiniz üçün
imkan yaradılır.
Yəni siz məhsulunuzu elektron vasitə ilə evinizdən seçirsiniz və xidmət də birbaşa sizə göstərilir. Yəni
bunun ən müsbət
tərəfi sahibkar olaraq vaxta qənaət
etmiş olursunuz. Və sizə lazım olan məhsul əlinizin altındadır".
R.Qarayev əlavə
edib ki, yeni fərmanın sahibkarlar üçün
ən önəmli tərəflərindən biri
də odur ki, artıq sahibkarlar
rüsumları birbaşa
kabineti vasitəsilə
ödəyəcək:
"Sığorta,
bank və s. xidmətlər
üçün ödəniş
seçimi birbaşa kabinetdən mümkün olacaq. Prezidentin yeni fərmanı
sahibkarın işini rahatlaşdıracaq və
seçim imkanını
genişləndirəcək".
Poliklinikada maska taxmayan qeydiyyatçılar
cərimələndi
Aynurə Pənahqızı
Şərq 2021.- 11 avqust.- S.11.