Qarabağ öz əvvəlki
həyatına dönür
İşğaldan azad
olunmuş ərazilərə
“Böyük Qayıdış"
Aparılacaq quruculuq
işləri ölkəmizin
həyatına çoxsaylı
yeniliklər gətirəcək
Müasir və müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevin yürütdüyü
müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz
böyük nailiyyətlər
əldə edib. Dövlət siyasətində milli maraqları hər şeydən üstün tutan Azərbaycan liderinin gördüyü işlər sayəsində
respublikamız dünyanın
tanınmış ölkələrindən
birinə çevrilib.
Ən böyük uğurumuz isə ərazi bütövlüyümüzün təmin olunmasıdır.
Otuz ilə yaxın müddətdə işğal
altında qalan torpaqlarımız Prezident,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin yürütdüyü
uzaqgörən siyasət
nəticəsində azad
olunub.
Zəfər yürüşünün nəticəsində Azərbaycan düşməni torpaqlarından qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli olub. Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üçün Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” pilot layihəsinin icrasına başlanması dediklərimizin əyani sübutudur. Həmçinin, yenicə təməli qoyulmuş Zəngilan Hava Limanı bu rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması oraya qayıdacaq insanların rahat gediş-gəlişi üçün çox vacibdir. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması təqdirəlayiqdir. Strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun bərpası isə Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birləşdirəcək. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə yekunlaşması məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdaraq orada yaşaması imkanı yaradıb. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması, təmin edilməsi məqsədilə bir sıra layihələr icra olunmaqdadır. Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində bu gün də işlər uğurla getməkdədir. Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Qeyd edək ki, 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Belə ki, ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb. Dövlət Komitəsi bəyan edib ki, bundan sonra məcburi köçkünlər üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq. Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış 191 məcburi köçkün ailəsi də, qanunvericilikdə nəzərdə tutulan qaydada, həmin ərazilərdə yeni yaşayış sahəsi ilə təmin ediləcəyi də diqqətə çatdırılıb.
Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandığını deyən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı "Şərq"ə açıqlamasında deyib ki, bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır:
"Artıq
dövlətimiz bu istiqamətdə
genişmiqyaslı işlər görür.
Əcnəbi şirkətlərlə birgə yeni
iqtisadi, quruculuq layihələri
hazırlanır, hətta infrastrukturun bərpası
ilə bağlı bir çox
ilkin tədbirlər həyata keçirilməkdədir.
Düzdür, böyük
qələbəmizin tezliklə bir ili tamam olacaq.
Əlbəttə ki, bu,
böyük dövrdür.
Bu müddət ərzində razı
qaldığımız işlər çoxdur,
ancaq müəyyən
narahatlıqlarımız da var. Onlardan biri
də "Böyük
Qayıdış"ın hələ də həyata
keçirilməməsidir. Təbii ki, bilirik ki, bu
çox ağır bir
prosesdir. Amma hesab edirəm ki, bu iş sürətlənməli,
insanlar öz yurd və yuvalarına tezliklə
qayıtmalıdırlar. Yəni işğaldan
azad olunmuş
torpaqlarımıza soydaşlarımızın tez bir zamanda
geri qaytarılması həyata
keçirilməlidir. Çünki bir çox insanlar narahatdır, öz
doğma yurdlarına qayıtmaq, orada yaşamaq istəyirlər.
İnanıram ki, tezliklə biz "Böyük
Qayıdış"ın şahidi
olacağıq".
Şərq 2021.-
13 avqust.- S.11.