"...Tərbiyə məsələsidir"

 

“Kainatda hər şeyin ritmi var, hər şey rəqs edir”

                                                            Maya Angelou

 

Tanınmış xoreoqraf, bu sahədə öz məktəbini yaradan insandır Təranə Muradova. Əzmi, peşəkarlığı sayəsində böyük uğurlar qazana bilib. Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru , görkəmli xoreoqraf Təranə Muradova istedadlı pedaqoq olmaqla yanaşı həm də maraqlı müsahibdir.

 

- Təranə xanım, bu yaxında növbəti doğum gününüzü qeyd etdiniz. Belə bir məşhur deyim var ki, qadından yaş soruşmazlar. 56 yaşınız oldu. Qadın xoreoqraf üçün yaşın xüsusi önəmi var...

 

- Ad günümü birinci dəfə idi ki, qeyd etmədim. Çünki həyat yoldaşımı bu yaxınlarda itirdim. Bu mənim üçün böyük bir itkidir. Biz 38 il yoldaşımla çətin bir həyat yaşadıq. Çətinliklər bizi birlikdə daha da möhkəm və güclü etdi. O, mənim tək həyat yoldaşım yox, həmçinin dostum, ən doğmam idi. Övladlarına gözəl atalıq, nəvələrinə babalıq etməyi bacardı. Onu itirəndən sonra həyata baxışım da dəyişib. Çalışacam bundan sonrakı ömrümü də sənətimə, öz balalarımöz nəvələrimə həsr eləyim. Yoldaşım çox istəyirdi ki, elmi işlərimi, araşdırmalarımı davam etdirim.

 

Bu il mən doktoronturanı bitirdim, yeni kitabım nəşr olunub, milli rəqslər, tanınmış rəqqaslar haqqında da yazmışam. Bu, birinci kitabımdır. Amma iki kitabım çapa hazırlanır. İstəyirəm ki, sənətimiz dərindən araşdırılsın, fitnəkar qonşularımız rəqslərimizi oğurlayıb dünyaya erməni rəqsi kimi təqdim edə bilməsinlər. Bir vaxtlar səhnədə oynayırdım, sənətimizi nümayiş etdirirdim, Azərbaycanı təmsil edirdim. İndielmipedaqoji sahədə fəaliyyətimi davam etdirirəm. Ömrümün sonuna qədər mən bu sənəti yaşadacam, araşdırmalarımı davam etdirəcəm. Çünki bu sahədə görüləsi işlər hələ çoxdur, yeni rəqslərimiz barədə də yazmaq vacibdir. Biz bunların üzərində işləyirik. Bu sənətdə ad qoyub dünyasını dəyişmiş görkəmli rəqqasların, xoreoqrafların ənənəsini davam etdirmək üçün bizə vaxt lazımdır.  Çünki bu sənət daim yaşamalıdır, Allah Heydər Əliyevə rəhmət eləsin. Ümummilli Liderimiz həmişə bu sahəyə xüsusi diqqətlə yanaşırdı. Prezidentimiz İlham Əliyev də bizə daim diqqətlə yanaşır. 2014-cü ildə məhz dövlət başçısının sərəncamı ilə Azərbaycanda Xoroeqrafiya Akademiyası yaradıldı. İstərdim ki, bu sənət daim yaşasın, ənənə davam etsin. Ona görə də istedadlı gənclərimizi yetişdirməliyik. Mən özümü xoşbəxt hiss edirəm ki, uşaq vaxtı arzu etdiyim kimi tanınmış rəqqas oldum, ölkəmi təmsil etdim. Xalq, tələbələrim məni sevir. Sualınızın ikinci hissəsinə gəlincə, əlbəttə, sənətimiz elədir ki, səhnə cavanlığı sevir. Hesab edirəm ki, səhnəni vaxtında tərk etdim. Məlum məsələdir, insan müəyyən yaşdan sonra formasını itirir, nəfəsi əvvəlki kimi olmur. Mən özümdən danışmıram. Mən həmişə formamı qorumağa çalışıram, zala gedirəm. Amma ümumi rəqqaslar 45 yaşdan sonra gedirlər təqaüdə. Amma müəllim üçün bu yaş heç nədir.

 

- Bu gün gənclərin xoreoqrafiya sənətinə marağı sizi qane edirmi?

 

- Bizim dövrdə bu sənətə yaxşı baxmırdılar. Anam, qardaşım, dayılarım deyirdilər ki, bu, sənət deyil. İndi insanlar özləri övladlarını xoreoqrafiyaya gətirirlər. Amma öz üzərində çalışmaq məsələsində fərq var. Bizim vaxtımızda sənətkar kimi yetişmək üçün insanlar bütün əziyyətlərə dözürdü, gecə-gündüz bilmədən məşğul olurdu. Mən Yaponiyada işləyəndə gördüm ki, orda bu sənətə baş əyirlər. O vaxt xaricə getmək daha çətin idi. İmtahan verib gedirdik. O vaxt hər şey indiki kimi asan deyildi. Mən istəyərdim ki, cavanlar tək bu sənətə yox, bütün sənətlərə ciddi yanaşsınlar öz sənətini sevsinlər. Sevgi, fədakarlıq etmədən böyük uğur qazanmaq mümkün deyil.

 

- Son dövrdə rəqs kursları hədsiz çoxalıb. Təkcə Bakıda deyil, rayonlarda da belə kurslar açılır orada dərs deyənlər özlərini peşəkar adlandırır. Doğrudanmı həmin rəqs müəllimini peşəkar saymaq olar?

 

- Təbii ki, hər kurs aparana, toyda-düyündə yaxşı oynayana  peşəkar demək olmaz. Dediyiniz şəxslərdən peşəkar ola bilməz. Rəqsin əlifbasını öyrənməyibsə, bu iddiaya necə düşə bilər axı? O dərs deyənlər peşəkar deyil, yalandan bildiklərini deyirlər uşaqlara. Ona görə Prezidentimiz bu Akademiyanı yaradıb ki, gəlin buranı oxuyun, öyrənin, sonra gedib dərs deyin. Dəfələrlə deyirik ki, insanlar diplomsuz heç bir sahədə dərs verməməlidir. Çünki gələcəyimiz biz müəllimlərin əlindədir. Biz gələcəyimizi korlamamalıyıq. Biz bir xalq olaraq adət-ənənələrimizi itirməməliyik. İnsan var ki, gəlirdi. Deyirdik göstərəsən? Deyirdi göbək rəqsini. Mən şok olurdum. Yaxşı ki, mən bunlarla mübarizə apardım. Mənim baletə sevgim teatrdan yaranıb. Hər bazar günü teatra gedirdim. Deyirdim ki, uçurlar, mən elə uçacam. İndi teatra baxış da zəifdir. Deyirəm məsələn, qızım, hansı tamaşaya baxmısan? Heç birini bilmir... Bu, mədəniyyət ocağıdır, xoreoqrafiyadır. Qızım, sən bir tamaşa adı bilmirsən, bir bəstəkar tanımırsan... bilmirsən. Onun kimilərlə gələcək öləcək. Ona görə mən tək rəqs öyrətmirəm. Burda tək yaxşı oynadı olmur. Ayaq işləyib baş işləmirsə, qəti olmaz. Sən öz tarixini bilməlisən. Musiqi qoyuruq oynayırlar, sual verirəm, bu musiqi kimindir? Kim bəstəkardır? Bilmirlər ... Gülməli haldır.

Mən burda dərsdə ilk 30 dəqiqəni danışıram, mədəniyyətdən geniş danışıram. Ona görə həftədə bir dəfə mənim bütün tələblərim teatrlara gedirlər. Mən sonra onlardan soruşuram nəyə baxdız? Kim yazıb? Kim oynayırdı? Hansı tamaşadır? Bunları öyrədirəm. Özləri istəmirlər, zorla öyrədirik. Türklər elədir. Onlar da rəqsi sevir. Türklərin məktəbi yoxdur, amma teatrları var, “Anadolu atəşikimi məşhur rəqs qrupları var. Mədəniyyətimizi əldən buraxmamalıyıq ki, düşmənlər öz adlarına yazmasın bunları. Amma imtahanda çox çətin olur. sual veririk bilmirlər. Himnimizi kim yazıb deyirik bilmirlər. Mən ona 0 qoyub, deyirəm çıx otaqdan. Bax, belə gələcəyimiz olmasın. Ümid edirəm hər kəs ciddi yanaşsa, bizim bütün sənətlərimiz inkişaf edəcək.

 

- Mənfur düşmən torpağımızı, mətbəxdəki xörəklərimizi, musiqilərimizi, hətta rəqslərimizi oğurlayır. Bunun qarşısını almaq üçün etməliyik?

 

- Yazmaq, yaşatmaq, göstərmək sahib çıxmaq. Sizə göstərdiyim kitablar tarixdir. Bunlar 100 il sonra da bizə aid olduğunu sübut edəcək. Kitabdan əlavə yaşatmağı bilməliyik, tələbələrə öyrədib gələcək nəslə ötürməliyik. Mən bütün regionların rəqslərini vaxtı ilə oynamışam, indi tələbəyə öyrətməliyəm. Bu yaşayacaq ömrümüzün sonuna kimi. Biz festivalda olanda böyük dava çıxmışdı. Biz “Sarı gəlinrəqsinə quruluş veririk, onlar da, biz edirik onu edir. Tarixi oğurlamaq mümkün deyil. Biz o tarixi indi kitaba yazırıq. Ona görə yazırıq ki, onların gözlərinə soxaq ki, bu, 100-200 ilin kitabıdır. Ona görə Akademiyada balet tarixi, teatr tarixi, musiqi fənləri keçirilir. Mütləq bu dərslər olmalıdır orada tariximizdən danışılmalıdır.

 

- Toylarda gənc xanımlar oğlan kimi şıdırğı oynamağa üstünlük verirlər, hətta masanın üstünə çıxıb oynayırlar...

 

- Çox çirkin görünür. Məncə, xanım öz xanımlığını qorumağı bacarmalıdır. Məncə, bu, tərbiyədən asılı olan bir şeydir. Qışqırmaq, bərk oynamaq, fit çalmaq - bu, bizim qadınlarımıza aid deyil. Mən toylarda görmüşəm, ayaqqabını çıxarıb başlayırlar fit çalıb oynamağa. Sənin bu qədər enerjin var, get evinə, gir otağa, mahnı qoy, qədər istəyirsən tullan-düş, lap başını divara vur, şpaqat . Amma cəmiyyət arasında bunları etmək  olmaz. Hələ hərdən toyda görmüşəm gəlin bəylə gəlinliyi qaldırıb, bərk-bərk oynayır. Yaşlı qadınların yanında belə necə etmək olar? Ona görə mən həmişə deyirəm ki, bir var insan ailədə tərbiyə alır, bir var öz üzərində işləyir. Mən ailədə tərbiyə görmüşəm, özüm üzərimdə daim işləmişəm. Yəni hər şey insandan asılıdır. Ona görə xanımlara demək istəyirəm ki, xanımlıqlarını itirməsinlər, həmişə xanım kimi davransınlar.

 

- Toylardan söz düşmüşkən, son dönəmlərdə bəy-gəlin zala daxil olandaVağzalıəvəzinə əcnəbi rəqslər ifa olunur. Bu müasirləşmədir, yoxsa?..

 

- Mən eşitmişəm ki, bəy-gəlin zala öz sevdikləri musiqi ilə girirlər. Hər kəsin öz zövqüdür bu. Amma gətirmək milli adətimizdir. Orda mütləq milli rəqsdə olmalıdır. Çox insan özünü avropalı kimi aparmaq istəyir. İstərdim ki, bizim milli adət-ənənələrimiz daim yaşasın. Amma gəlini həmişə “Vağzalı” ilə aparırlar. Son dövrlərdə, xüsusən torpaqlarımız geri alınan vaxtlarda xalqımızda vətənpərvərlik ruhunu gördüm. Biz xoşbəxtik ki, güclü millətik. Biz bundan da güclü olmalıyıq. Mən xalqımıza çox güclü birlik arzulayıram. Birlik tək savaşda yox, tarixdə, bir-birinə yanaşmaqda olmalıdır. Mənə elə gəlir ki, müsəlman dövlət olaraq biz seçilmiş millətik.

 

- Əvvəlki müsahibələrinizin birində maraqlı bir hobbiniz olduğunu öyrəndim. Gəlinciklər yığırsız səhv etmirəmsə. Hardan yaranıb bu hobbi və sayı nə qədərdir?

 

- Evdə yığdığım gəlinclikləri müxtəlif ölkələrdə olarkən gəzib gətirmişəm. 85 dənə yığdım. Sonra keçdim qablar yığmağa. Yaponiyada 8 dəfə, Almaniyda 20 dəfə olmuşam, Fransada sayını bilmirəm nə qədər olmuşam, Avstriyada bir müddət qalıb işləmişəm. Dünyada ölkə yoxdur ki, orda mən olmamışam. Sadəcə, KolimbiyaAvstraliya - bu iki ölkədə olmamışam. Ora da gedəcəm. Hətta tamaşalarda geyindiyim milli geyimlərimi də, ayaqqabılarımı da saxlamışam. Qızıma deyirəm məndən sonra balaca muzey açarsan evimdə, nəvələrim, tələbələrim üçün. Kim istəyər gəlib baxar.

 

- Bütün dünyanı bürüyən pandemiya üzündən dərslər onlayn rejimdə keçirilir. Rəqs dərslərini bu vəziyyətdə necə tədris edirsiniz?

 

- Həqiqətən də çox çətin bir vəziyyət yaranıb, bütün sahələr bu xəstəliyin yaratdığı problemlərdən əziyyət çəkir. Biz də tədris proqramımızı mövcud şəraitə uyğunlaşdırmışıq, daha doğrusu, buna məcburuq. Amma hər tələbənin şəraiti eyni deyildi. Birinin otağı kiçikdir, birinin evində xəstəsi var... Pandemiyadan sonra teatrlarımızın, xoreoqrafiyanın formaya düşməsi üçün ən azı bir il lazımdır.

 

- Sonda ənənəvi sual verim. Geriyə baxanda artıq mən çıxıb gedim, sənətdən uzaqlaşım dediyiniz günlər olubmu?

 

- Şəxsi həyatıma görə olub. Mədəniyyət Nazirliyiçox yaxın sənət adamları sayəsində fikrim dəyişib, sadəcə bir günə məni geri qaytarıblar. Bəzi insanlar, "Mən küsmüşəm, oynamayacam" deyəndə, onlar həmin o gündə mənim evimə gəldilər: "Səni bu sənətə Allah yetirib, küsmək lazım deyil" dedilər. Mən də səhəri geri döndüm işimə. Mənim ən sevdiyim sənətdir bu. Mənim iki dostum vardı bu dünyada, həyat yoldaşım və sənətim.  Sənətimlə dərdləşmişəm, sənətdə ağlamışam, Allahla da danışmışam, problemlerimi də həll etmişəm. Kim innmırsa ki, insan öz-özünü yarada bilər, bu insan Allaha inanmır deməkdir. Mən səhnə ilə hər şeyi bölüşürdüm və bölüşürəm.

 

Söhbətləşdi: Turan Etibaroğlu

 

Şərq  2021.- 17 avqust.- S.14.