İşğaldan azad edilmiş
bölgələrimiz dirçəlir
Regionların sosial-iqtisadi
inkişafının təşviq
edilməsi
Kəlbəcərin əlverişli
təbiəti arıçılıq
təsərrüfatını inkişaf etdirməyə imkan verir
Azərbaycanda olan arı növlərinin istehsal etdiyi bal həmişə yüksək keyfiyyəti ilə fərqlənib. Buna görə də
ötən əsrin əvvəllərində Azərbaycanın
arı növləri damazlıq üçün
Amerikaya aparılırdı.
Məlumat üçün
bildirək ki, hazırda ABŞ dünyada
bal istehsalına görə lider ölkələrdəndir. Tarixi mənbələrdən
məlumdur ki, hələ eramızdan əvvəl VIII-IX əsrlərdə
Cənubi Qafqazda arıçılıqla məşğul
olublar.
Azərbaycanda da arıçılıq
qədim tarixə malikdir. X-XII əsrlərdə
burada arıçılıq
daha da inkişaf
edib. Hətta həmin dövrdə Azərbaycandan xarici ölkələrə arıçılıq
məhsulları (bal,
mum) ixrac olunub. Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük təknələrdə,
səbətlərdə saxlanılırdı.
Belə bir vəziyyətdə arılara qulluq etmək və onları artırmaq çətinlik törədirdi.
Tədricən dünyada olduğu
kimi, Azərbaycanda da arıçılığın
inkişafında mütərəqqi
üsullardan istifadə
edildi. Bu sahədə zəngin bilik və təcrübə
qazanıldı, balın
kəmiyyət və keyfiyyəti artdı, ondan məişətdə
daha çox istifadə olunmağa başlandı. Azərbaycanda arıçılığın inkişafına sovetlər
dönəmində diqqət
daha da artırıldı.
Bu məqsədlə həmin dövrdə mövcud kiçik dağınıq arıçılıq
təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış
iri arıçılıq
təsərrüfatlarında birləşdirildi. Hazırda belə
təsərrüfatlarda arı
ailələri müasir
çoxgövdəli və
yatıq pətəklərdə
saxlanılır. Bu sahə Astara, Şamaxı, Quba, Qusar, Şəki, Zaqatala, Qax, Daşkəsən, Lerik, Lənkəran və digər bölgələrdə
daha geniş yayılıb. İşğaldan azad olunmuş Laçın-Kəlbəcər iqtisadi coğrafi rayonlarımızın əlverişli
təbiəti və iqlimi də burada arıçılığın
geniş yayılmasına
şərait yaradır.
Bu il Kənd
Təsərrüfatı Nazirliyinin
həyata keçirdiyi
pilot layihə çərçivəsində
yaylaq mövsümi dövründə Kəlbəcər
yaylaqlarına arıçılıq
təsərrüfatları köçürülüb. Kəlbəcər
yaylaqlarına ilk dəfə
köçürülmüş arıçılıq təsərrüfatlarında
artıq ikinci bal süzümü də həyata keçirilib. Qeyd edək ki, bu
il Kənd
Təsərrüfatı Nazirliyinin
pilot layihəsi çərçivəsində
Kəlbəcər yaylaqları
ilə yanaşı Laçın yaylaqlarına
da arıçılıq
təsərrüfatları köçürülüb. Laçının
Qorçu, Oğuldərə
və digər kəndlərinə ümumilikdə
531 arı ailəsinin
köçürülməsi təmin edilib.
Ötən gün Kəlbəcərə
səfər edən Prezident İlham Əliyev arıçılıq
təsərrüfatının yerləşdiyi yaylaqlara da baş çəkib. Dövlət başçısına bildirilib
ki, azad edilən ərazilər arıçılıq üçün
böyük yem bazasıdır və gələcəkdə belə
sahələr artırılacaq.
Arıçı-fermerlər buradan əldə
edilən gəlirin 20
faizinin şəhid ailələrinə yönəldiləcəyini
vurğulayıblar. Prezident
İlham Əliyev Kəlbəcər balının
sovetlər dönəmində
də məşhur olduğunu diqqətə çatdırıb:
“Bizim balımız da çox keyfiyyətlidir. Yəqin
ki, Kəlbəcər
balı digər yerlərdən daha çox keyfiyyətli olacaq. Ona görə gərək həm ixrac, həm də daxili bazarı təmin edəsiniz”.
Kəlbəcərin kifayət
qədər böyük
iqtisadi potensiala malik olduğunu deyən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar
Bayramov "Şərq"ə
açıqlamasında vurğulayıb
ki, bölgənin uzun müddət erməni işğalında
qalması çox təəssüf ki, həmin iqtisadi potensialdan istifadəyə
imkan verməyib:
"Qeyd
edim ki, Kəlbəcər aqrar sektordur, o cümlədən
arıçılıqda xüsusi
imkanlara və potensiala malikdir. Xüsusən nəzərə alaq ki, Kəlbəcərin əlverişli təbiəti
arıçılığı inkişaf etdirməyə imkan verir. Çünki burada olan dağlar, eləcə də meşələr arıçılığın inkişafı üçün
kifayət qədər
yeni imkanlar yaradır. Bal məhsullarına, xüsusən
də təmiz bala həm ölkə
daxilində, həm də xaricdə tələb yüksəkdir.
Azərbaycanda son dövrlər kənd sahələrində
yeni təsərrüfatın
qurulması prioritet istiqamətlərdəndir. Bunun da təbii ki,
ilk növbədə ölkəmizdə
arıçılığın inkişafına xüsusi təkan verəcəyi gözlənilir".
V.Bayramov qeyd edib ki, Kəlbəcər
və digər bölgələrimizdə arıçılığın
inkişaf etməsi Azərbaycanda istehsal edilən və eləcə də ixrac edilən balın həcmini artıracaq: "Təbii ki, bu, Kəlbəcərdə
fərqli sahələrin
inkişafı baxımından
olduqca vacibdir. Digər tərəfdən isə ixrac nəticəsində daha çox valyutanın daxil olmasına və bütövlükdə, aqrar
sektor daxil olmaqla, kənd təsərrüfatının inkişafına
imkan yaradacaq. Ona görə də arıçılıq kifayət
qədər potensialı
olan prioritet sahələrdən biridir.
Təbii
ki, son bərpa, yenidənqurma prosesi göstərir ki, biz daha qısa zamanda Kəlbəcərin
yenidən Azərbaycan
iqtisadiyyatına töhfə
verməsini müşahidə
edəcəyik".
Azərbaycanlı məşhurların
öpüş görüntüləri:
Bir-birindən doymadılar
- VİDEOVarlı şəxsin
öləndən sonra
vəsiyyəti üzə
çıxdı: Ailəsi
ŞOKA DÜŞDÜ - Bütün sərvətini... / FOTOLARPeyvənd
olunmaq istəyən ər-arvad poliklinikanın
şüşəsini sındırdı,
3 həkimə xəsarət
aldı - FOTOBaydenlə
Əfqanıstanın sabiq
prezidentinin son danışığı
üzə çıxdı:
“Bunu bacarsan…” - Savash.org'Qısqanclığa görə
öldürdüm' dedi,
həqiqət ortaya çıxdı - Bakıdakı
qətlin təfərrüatı
Əmisi oğluyla evlənmək istəməyən
qadını küçənin
ortasında öldürdülər
- Dəhşətli qətlin
təfərrüatı
Aynurə Pənahqızı
Şərq 2021.- 18 avqust.- S.11.