"Türklüyün
yaddaş yarası"
Şah İsmayıl
Xətainin Azərbaycan
dövlətçilik tarixində
rolu böyükdür
Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği: dövlət
müstəqilliyimizin bərpasının
30-cu ili – Azərbaycan dövlətçiliyi
müasir mərhələdə
Tarix həmişə zəngin
olub. Qalibiyyətlərlə, məğlubiyyətlərlə.
İtkilərlə, qazanclarla. Dünya
görmüş qocaların
sözüdü: əsas
tarixdən dərs çıxarmaqdır. Həm də
keçmişə güllə
atmamaqdır – gələcək
topa tutmasın deyə. Nə xoş ki, xalqımız tarixinə
sahib çıxıb həmişə.
Fərqi
yoxdur, qələbəmiz
çoxdur, ya məğlubiyyətimiz. Əsas, məğlubiyyətdən
sınmamaq, gücünə
arxayın olub, irəli atılmaq və haqq etdiyin
qələbəni qazanmaqdır.
Necə ki, Azərbaycan ordusu, Müzəffər Ali Baş
Komandanın rəhbərliyi
ilə 44 günlük
Vətən savaşında
düşməni tam və
qəti məğlubiyyətə
uğratdı və işğal altındakı
torpaqlarımızı azad
etdi, ölkənin ərazi bütövlüyünü
və dövlət sərhədlərini bərpa
etdi. Bununla da tarixə
qəhrəman xalq olaraq adını əbədi həkk etdi. Bəs niyə belə duyğulu giriş etdik?.. 23 avqust – Çaldıran döyüşünün ildönümüdür,
ona görə. Duyğulu davranmaq üçün yetərli, hətta çox yetərli bir səbəbdir. Kimsə inkara qalxmayacaq.
Səfəvi dövləti,
Şah İsmayıl Xətai, Azərbaycan dövlətçiliyinin bərqərar
olması, Çaldıran
döyüşü, bu
döyüşdən sonra
da möhkəmliyini itirməyən güclü
bir dövlət... Hamısı
hər bir azərbaycanlının qürur
mənbəyidir. Çaldıran
döyüşü barədə
qısaca xatırladaq
ki, bu döyüş
Səfəvilər və
Osmanlılar arasında
1514-cü il avqustun 23-də Çaldıran
düzündə (Maku
şəhəri yaxınlığında)
baş vermişdi.
Ağqoyunluların süqutundan sonra Səfəvilər qısa
zamanda tarixi Azərbaycan torpaqlarını
və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib,
Asiyanın bir hissəsini, Xorasan və İraq kimi vacib regionları
da özlərinə tabe etdilər.
Qısa zamanda bu cür
yüksəliş Səfəvilər
dövlətinin qərb
sərhədlərində yerləşmiş
və sürətlə
böyüməkdə olan
başqa bir türk mənşəli sülalənin maraqları
ilə toqquşurdu. Və nəhayət avqustun 23-də
ağır döyüş
baş verdi.
Bu döyüşdə hər iki tərəf
ağır itkiyə məruz qaldı. Heç bir odlu silahı və topu olmayan
qızılbaş ordusu
sayca Osmanlılardan xeyli az
idi. Müharibəyə kifayət qədər
hazırlaşmayan I Şah
İsmayıl yaxın
adamlarının məsləhətinə
baxmayaraq düşməni
qəflətən yaxalayaraq
məğlubiyyətə uğratmaq
üçün gözlənilmədən
hücum etməkdən
boyun qaçırmışdı.
Şah İsmayıl döyüşdə
şəxsən iştirak
edib. Osmanlı sultanını təkbətək
döyüşə çağırıb,
ikinci imtina edib. Şah İsmayılın ordusu məğlub olduqdan sonra yaralanmış I Şah İsmayıl ölkənin
daxilinə doğru çəkilib.
Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutub. Lakin Osmanlı
ordusu Təbrizdə cəmi 6 gün qala bilib. Səbəb orduda, xüsusən yeniçərilər arasında
narazılığın artması
idi. Belə ki, yeniçərilərin
böyük bir qismi sufi-dərviş ordeni olan bəktaşiliyə
itaət edirdi. Bəktaşiliyin sütunları isə
Səfəvi dini ideologiyasına çox yaxın idi. Döyüşdə həlak olanların
sayı barəsində
mənbələrdə məlumatlar
ziddiyyətlidir. Şərəf xan Bitlisi "Şərəfnamə"də qızılbaşların itirdikləri
görkəmli sərkərdələrdən
əlavə 5 min süvari
itkisi barəsində məlumat verir. Səfəvi səlnaməçiləri
isə cəmi 5 min nəfərin öldüyünü
və onlardan 2 mininin qızılbaş,
3 mininin isə osmanlı olduğunu
vurğulayırlar. Osmanlı səlnaməçiləri
isə bu rəqəmin türklərdə
30-40 min, qızılbaşlarda isə bundan iki dəfə çox olduğunu bildirirlər. Bidlisinin rəqəmləri
daha düzgün hesab olunur. Deyilənə görə, bu
döyüşdəki məğlubiyyətdən
sonra I Şah İsmayıl bir daha şəxsən hər hansı vuruşda iştirak etməmişdir.
Nasir, publisist, tərcüməçi və senarist, Səfəvilər dövləti haqqında “Taclı” Şah, Şah (Bəyim), Şah(Zadə)” roman-triptix-nin müəllifi Nəriman Əbdülrəhmanlı Çaldıran döyüşünü “türklüyün yaddaş yarası” adlandırır. “Şərq”ə açıqlamasında yazıçı qeyd etdi ki, Şah İsmayıl Xətainin Azərbaycan dövlətçiliyi tarixindəki rolu danılmazdır:
- Qısaca bunu deyə bilərəm ki, Şah İsmayıl çökməkdə olan, yaxud, artıq çökmüş Ağqoyunlu səltənətinin xarabalıqları üzərində pərən-pərən düşmüş türkman tayfalarının sayəsində yeni dövlət qurdu, həm də varisi olduğu Ağqoyunlu imperiyasının mirasını yaşatdı. Üstəlik, Xətai Osmanlı imperiyası ilə münasibətləri nə qədər yaxşı saxlamağa çalışsa da, türkmanların mənafeyini hər şeydən uca tutdu, hətta şiəlikdən də o mənafe üçün istifadə elədi. Buna görə də Şah İsmayılın təkcə Azərbaycan yox, həm də bütövlükdə türk dövlətçiliyi tarixində müstəsna yeri var. Tarixdə çox ordular məğlub olub, ən güclü, özünə, gücünə güvənən dövlətlər məğlubiyyət acısı dadıb. Şah İsmayılı fərqləndirən budur ki, o, Çaldıran döyüşündə məğlub olsa da, bu məğlubiyyət onun böyüklüyünə zərrə qədər xələl gətirmədi.
Şah İsmayıl tarixdə güclü və qurucu hökmdar olaraq qaldı və qalmaqdadır.
Azərbaycanlı məşhurların
öpüş görüntüləri:
Bir-birindən doymadılar - VİDEOMaska taxmayan poliklinika işçisi vəzifəsindən azad olunduPeyvənd olunmaq
istəyən ər-arvad poliklinikanın şüşəsini
sındırdı, 3 həkimə xəsarət aldı -
FOTOAzərbaycandan SƏRT MÖVQE: Moskvanın istəyi
RƏDD EDİLDİ - Lavrov buna görə qəzəblidir'Qısqanclığa
görə öldürdüm' dedi, həqiqət ortaya
çıxdı - Bakıdakı qətlin təfərrüatı
Atəşkəs pozuldu - Ermənistan hərbçisi
öldürüldü
Məlahət Rzayeva
Şərq 2021.- 24 avqust.- S.11.