Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

 

Qarşıdakı illərdə aqrar sahə üzrə müasir ixtisaslara yiyələnmiş kadrlara çox böyük ehtiyac olacaq

 

ADAU-nun həvəsləndirici təqaüd proqramı ixtisaslı kadr hazırlığına yönəlib

 

 

Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi. Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur.

 

2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib. Universitetin stimullaşdırıcı təqaüd proqramları haqqında məlumat verən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, əlavə təqaüdlərin məbləğinin artırılması tələbələrin sosial rifah vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onların aqrar sahənin mütəxəssisi kimi yetişməsində mühüm rol oynayacaq. Bundan başqa, tələbələrin universitetin hər cür şəraiti olan müasir 1044 yerlik yataqxanasında yaşamaq imkanı var. 4 ulduz təsnifatına uyğun inşa edilmiş tələbə yataqxanasında kitabxana, yeməkxana, kompüter otaqları, idman zalları, camaşırxana, tibbi yardım otaqları, mağazalars. fəaliyyət göstərir. Rektor qeyd edib ki, ADAU tələbələrinin təhsil dövründə mübadilə proqramlarından yararlanmaq, təhsillərinin bir hissəsini xarici ali məktəblərdə davam etdirmək imkanı var. ADAU ilə ABŞ-ın Oklahoma Dövlət Universiteti, Türkiyənin Ege Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində 2021-ci ildən başlayaraq tələbələr bu universitetlərdə də təhsillərini davam etdirəcək və iki diplom əldə edəcəklər. Bundan başqa, ötən həftə ADAU ilə Eskişehir Teknik Universiteti arasında “Mövlana” proqramı və əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Ötən il iyunun 24-də Azərbaycan Dövlət Aqrar Universitetinin dövlət vəsaiti hesabına tikilmiş yeni tədris korpusunun açılışı olub. Burada aqrar sahədə müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb, ən yeni əyani vəsaitlər, avadanlıqla təchiz olunmuş auditoriyalarlaboratoriyalar professor-müəllim heyətinin və tələbələrin ixtiyarına verilib. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.

Yeni tədris ili ərəfəsində Azərbaycan Dövlət Aqrar Universitetində Biotexnologiya Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışırlar.

 

Təhsil eksperti Kamran Əsədov ADAU-nun tətbiqinə başladığı stimullaşdırıcı təqaüd proqramlarının tələbələrin marağına səbəb olacağını, yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının hazırlanmasına böyük təkan verəcəyini dedi:

 

- Dünyadakı kataklizmləri hamımız izləyirik. Və görürük ki, ərzaq problemi, bir nömrəli vacib məsələyə çevrilir. Azərbaycan reallığından çıxış etsək, xüsusən də, işğaldan azad edilmiş geniş ərazilər aqrar mütəxəssisləri gözləyir.

 

Qarşıdakı illərdə Azərbaycan həm də inkişaf etmiş aqrar ölkələr sırasında olacaq. Bunun üçün ölkəmiz yetərli təbii sərvətlərə malikdir. Qalır, bu sərvətlərdən iqtisadiyyatın, o cümlədən aqrar sahənin inkişafı naminə səmərəli istifadə etmək.

 

Bunu da ixtisaslı kadrlar etməlidir. Aqrar Universitetin həvəsləndirici, stimullaşdırıcı təqaüd proqramları aqrar sahə üçün yüksək ixtisaslı kadr hazırlığına yönəlib.

 

Dünya təhsilində bu səpkili proqramların tətbiqi təcrübəsi çoxdan var. Müsbət haldır ki, bizdə belə proqramların tətbiqinə başlanıb. ADAU bu proqramı gələcəyə hesablayaraq həyata keçirir.

 

Qarşıdakı illərdə aqrar sahə üzrə müasir ixtisaslara yiyələnmiş kadrlara çox ehtiyac olacaq. Ona görə də abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, gələcəyə hesablanmış addımlar atmalıdırlar. Aqrar sahədə artıq müasir texnologiyalar tətbiq edilir. Suvarmadan tutmuş, əkin-biçinə qədər. Məhsuldarlığın planlaşdırılması, məhsulun satışı, torpaqdan düzgün istifadə, müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi, mühəndis-aqrotexniki qurğulardan istifadə, proqramlaşdırma, elektronlaşdırma, marketinq... nə qədər sahələr var. Bütün bu işlərin həyata keçirilməsi ixtisaslı kadrlardan asılıdır. Ona görə də tələbələr nəinki zamanla ayaqlaşan, hətta zamanı qabaqlayan ixtisasları seçməlidirlər.

 

Əmək bazarındakı tələbatı nəzərə almalıdırlar. Kənd təsərrüfatı da  hazırda ən böyük kadr tələbatı olan sahədir.

Bu foto ÖLKƏNİ AYAĞA QALDIRDI: 90 min nəfər təhlükə altındaBirinci doza peyvənd olunanların qapalı məkanlara daxil olmasının qaydası AÇIQLANDIAzərbaycanda yeni qanun layihəsi hazırlanırSON DƏQİQƏ! Azəbaycanda vəzifəyə yeni təyinat oldu: Görün,hansı məşhur simadırObradoviç intihar etdiSergey Lavrov erməni soyadından niyə imtina edib?

 

Məlahət Rzayeva

 

Şərq  2021.- 27 avqust.- S.11.